Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   2   3   4   5   6   7   8   9   ...   55

Biz yazılı mədəniyyət abidələrinə böyük hörmətlə yanaşırıq, axı onlarda tarixi 
kitablar kimi əbədi, zamandan asılı olmayan dəyərlər öz əksini tapır. Sıxışdırılmış zaman 
onları səthə çıxarır və bu vaxt zamanın əbədiliyini hiss etməyə başlayırsan.  
Tarixi hadisələrdən və şəxsiyyətlərdən bəhs edən kitablar, yazılar bizi daim ayıq 
olmağa, şər qüvvələrə qarşı mübarizədən çəkinməməyə çağırır. Biz həmin əhvalatlarda və 
faktlarda xeyirə qiymət verməyi öyrənirik. Xeyirin hər bir zəfərinə müasir həyatdakı 
uğurumuz kimi sevinməyə başlayırıq. Tarix bəşəriyyətin keçmişinə yönələn baxış, diqqət 
olmaqla yanaşı, minilləri əhatə edən zaman kəsiyində bizi düşündürən suallara cavab 
axtarmaq, öz maraq yanğımızı söndürmək cəhdidir. Tarixi öyrəndikcə zamanların əbədi 
əlaqəsi ilə tanış olmaq, onu hiss etmək imkanı qazanırıq.  
Nə qədər ki, bəşəriyyət mövcuddur, o heç dəöz keçmişinə biganə qalmayacaqdır. 
Çünki keçmişi öyrənmə, dərketmə gələcəyə olan yola, az da olsa, işıq salır. Gələcəyin 
bakirə səhifələrində də biz keçmişin izlərini görməyi bacarmalıyıq, çünki sabah dünənin və 
bu günün davamıdır, keçən günlərə söykənməklə öz mövcudluğunu daha dəqiq büruzə 
verə bilir. Ona görə də tarixə qısaca da olsa nəzər salmaq, ondan öyrənmək və nəticə 
çıcarmaq idrakın mühüm vəzifələrindən biri olmalıdır. Təklif olunan yazı da məhz belə 
faydalı işə xidmət etmək vəzifəsinə, azacıq da olsa, girişməyə cəhd edir. Tarix xəzinəsi o 
qədər boldur ki, orada çox sayda incilər tapmaq mümkündür və onlar heç də bəzək əşyası 
kimi deyil, təfəkkür üçün xüsusi dəyər kimi istifadə olunmalıdır.  
 
 
 
 
Tarixdən əvvəlki insan. İlk sivilizasiyalar 
 
Bir neçə epoxaya bölünən daş dövründə insanlar daş alətlərdən istifadə etmiş, 
sonralar isə onlara metal ucluqlar əlavə etməklə təkmilləşdirmişdilər. Birinci epoxa paleolit 
(qədim daş dövru) adlanır, sonra mezolit (orta daş dövrü) və nəhayət, neolit (yeni daş 
dövrü) gəlir. Neolitdə torpağın becərilməsi insan həyatına o qədər güclü təsir göstərir ki, 
bunu bəşəriyyət tarixində neolit inqilabı adlandırırlar.  
Torpağın becərilməsi hesabına neolit dövrünün adamları tarixdə ilk dəfə öz 
yaşayışlarının  təbii mühitini bilavasitə tələbatlarına uyğunlaşdırmağı bacardılar. Daş 
dövrünün adamları təbiətlə qırılmaz qaydada bağlı və ondan asılı idilər, çünki yalnız təbii 
məhsulları istehlak edirdilər. Neolit epoxasında isə artıq istehsal edən bir təsərrüfat 
meydana çıxır. Bu isə izafi ərzaq əldə edilməsi, yeni əmək alətlərinin meydana çıxması və 
oturaq yaşayış məskənlərinin tikilməsi ilə müşayiət olunur. Bu dövr yeddi minillik ərzində 
davam edir, Mesopotamiya, Misir, Çin, Yaponiya və qədim Amerika mədəniyyətlərinin bu 
vaxt maddi və mənəvi əsasları qoyulur. Bizim eradan əvvəl III minillikdə Mesopotamiyada 
və Misirdə yazı meydana gəlir.  
Qədim daş dövrünün sonlarında insanlar Yer kürəsinin, demək olar ki, bitki ilə 
örtülmüş bütün səthini məskunlaşdırmışdılar. Torpağı becərmək isə buzluqlardan uzaq 


olan ərazilərdə başlandı. Beləliklə, neolit inqilabının ocaqları Yaxın Şərq, Mesopotamiya, 
Misir və Aralıq dənizinin şərqi oldu. Torpağın becərilməsinə b.e.ə. VIII minilliyinə qədər 
Yaxın Şərqdə başlandı, bu vilayət «məhsuldar yarımay (hilal)» adlanırdı. Demək olar ki, 
eyni bir vaxtda Şərqi Asiyada, Meksika və Peruda da torpağı becərirdilər. Belə bir hipoteza 
da mövcuddur ki, əkinçilik məhz isanların və heyvanların uzun müddət bir-birilə yanaşı 
yaşadıqları ərazilərdə təşəkkül tapmışdır.  
Qədim daş dövrünün insanları əmək alətləri, silah, paltar istehsal olunan materiallar 
barədə geniş bilik qazanmışdılar. Bu biliklər onlara digər növ qida əldə etməyin yeni 
mənbələrini və ov üsullarını tapmaqda kömək edirdi. Ovçular və qida yığanlar öz 
məskənlərini, ətraf mühiti öyrənirdilər ki, orada bitki və heyvan mənşəli yeni qida növləri 
tapsınlar. Bu isə qidanın bol olduğu yerlərdə oturaq həyata keçməyə şərait yaradırdı. 
Məsələn, «məhsuldar hilal» rayonunda iri dəni olan dənli bitkilər bitirdi. Onların 
mədəniləşdirilməsi məhz dənli bitkilərin bol olduğu yerlərdə baş verirdi.  
İnsanların torpağa səpdikləri ilk bitkilərin toxumu buğda və arpa idi. Mədəni 
bitkilər yabanılardan fərqlənirdi, çünki icad edilmiş sortlar insanın müdaxiləsi olmadan 
böyüyə bilmirdi. Mədəni bitkilərdə dən sünbüllərdən dağılmırdı, bunun hesabına 
götürülən məhsul çoxalırdı. İnsanlar yığılmış taxılı saxlayıb, sonra torpağa səpdikdə 
tarlaların becərilməsində həlledici addım atıldı. Ayrı-ayrı coğrafi ərazilərdə dənli bitkilərin 
növləri də müxtəlif idi. Məsələn, Çində mühüm kənd təsərrüfatı bitkisi kimi düyü 
becərilirdi. Mərkəzi Amerikada isə qidanın vacib komponenti qarğıdalı idi. Avropada 
buğda, arpa, yulaf, mərci və noxud becərirdilər.  
Adamlar ayrı-ayrı vəhşi heyvanları artıq öldürmür, çoxalmaq üçün saxlayırdılar. 
Hasarlanmaqla edilən ov vaxtı heyvanlar tələyə düşdükdə, onları əhilləşdirirdilər. Keçi və 
qoyun saxlanılmasına başqalarından əvvəl Persiyada və Anatoliyada b.e.ə. VII minilliyin 
əvvəllərində başladılar. Yəqin ki, adamlar daha mülayim təbiətli və məhsuldar heyvanlara 
üstünlük verirdilər. Donuzu isə xeyli artıq yem tələb etdiyinə görə çox miqdarda 
saxlamırdılar.  
Heyvanların və bitkilərin əhliləşdirilməsində, mədəniləşdirilməsində insanlar onları 
öz tələbatlarına uyğunlaşdırırdılar, bu vaxt həm də öz fəaliyyətlərini dəyişdirirdilər. Ov və 
qida yığmaq dövründən sonra əkinçilik dövrü gəldi. Qarışıq kənd təsərrüfat fəaliyyəti 
dövründə adamlar əkinçilərə və maldarlara bölündülər, onlar yeni mədəniyyətlər 
yaratdılar. Beləliklə, ilk sivilizasiyalar yarandı. Əmək bölgüsü meydana gəldi, ağır işlərin 
öhdəsindən isə artıq bir ailə gələ bilmirdi. Bütün icmanın iştirakı ilə suvarma sistemləri 
yaradılırdı, bu isə kənd təsərrüfatının intensivləşdirilməsinə səbəb oldu. Daş dövründə 
ilkin məskənlər və ovçuların dayanacaqları əkinçilərin kəndlərinə çevrildilər və bu yeni tip 
məskunlaşma Yer kürəsinin müxtəlif yerlərində meydana gəldi. Neolitin inkişaf etmiş 
mədəniyyətlərində yüz və hətta min sakini olan iri şəhərlər yarandı. Artıq qədim 
dövrlərdə yaşayış məskənləri möhkəmləndirilirdi. Kəndin ətrafında adətən xəndək qazılır 
və divar yüksəldirdilər. Bibliyada təsvir edilən qədim İerixon şəhəri belə qalın və hündür 
divarla əhatə olunmuşdu. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə