Yaqub onu da qeyd edir ki, Allah mənə görə sizə də xeyir-dua verir. Buradan
görünür ki, Allah da onun oğlanlarını iyrənc qüsurlarına elə bir əhəmiyyət vermirmiş. Ata
öz oğlanlarının eyiblərini söyləməklə, 12 tayfanın mənşəyinin əslində necə olduğunu
göstərmişdi.
Bibliyada qədim yəhudiləri Babilə sürgünə qovan babilistanlılara nifrət yağdırılsa
da, yəhudilərin özlərinin digər xalqlara qarşı qəddarlığına, qırğın törətmələrinə, qəribə də
olsa, haqq qazandırılır. Hətta peyğəmbərlər çox asanlıqla yalana əl atırlar, qədim
yəhudilərin liderləri öz məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul sayır, qan
axıtmaqdan, insanları kütləvi şəkildə məhv etməkdən çəkinmirlər. Kənan (Xanaan və ya
Kanaan) torpağına yenidən sahib olmaq üçün yəhudi peyğəmbəri İosif Navin (Coşua) öz
sələfi Moiseyin bu barədəkt tapşırığına əməl etmək üçün hər cür qəddarlığa əl atmağa
hazırdır. Bunun üçün o, İerixon şəhərini dağıtmağı, əhalisini qırmağı qərara almışdı.
Keşişlər yeddi dəfə şəhərin ətrafına dolandıqdan sonnra İosif Navin adamlarına
dedi ki, Sahib (Allah) şəhəri sizə vermişdir, şəhərdəki hər şey dağıdılmalıdır. Təkcə yəhudi
casuslarına kömək etmiş fahişə qadın Rahaba və onun yaxınlarına aman veriləcəkdir.
Qiymətli olan şeylərin hamısı Sahibə satmaq üçün götürülməlidir. Belə çıxır ki, Allah
qırğına olan kimi, qarətə də icazə vermişdir. Axı İosif Navinə Sahibin ordusu kömək
etmişdi. Sonra onlar şəhəri yandırdılar. Görünür, yəhudilərin köhnə vətənlərinə
qayıtmaları üçün Allah digər tayfaları bütünlüklə məhv etməyə belə razı imiş.
Bədbəxt İerixon əhalisi onlara hücum edilən vaxt yəhudilərə heç bir pislik
etməmişdi, tam günahsız idilər. Yəhudiləri ölkəsindən buraxmaq istəməyən Misir fironuna
görə Allah misirlilərə dəhşətli bəlalar göndərmişdi. İerixonluları isə nədəsə
təqsirləndirməyin özü belə çətin bir məsələ idi.
Müqəddəs kitab əgər tam ədalətsiz qaydada baş verən insan qırğınlarında adi hal
kimi qiymətləndirirsə, onda tarixdəki digər dəhşətlərə, qan axıdılmasına da haqq
qazandırmaq cəhdi mümkündür. Bəlkə də, belə haqsızlıqların əks-sədası bizim günlərə də
gəlib çıxır. Bu misallar bir daha göstərir ki, keçmiş zamanda görkəmli şəxsiyyət hesab
edilənləri heç də bütləşdirməyə ehtiyac yoxdur. Dinlərə gəldikdə, onlar öz simvollarını,
rəmzlərini yaradıb, onları sitayiş obyektinə çevirmək üçün hər cür vasitələrə əl atır, mif
yaradıcılığı ilə məşğul olmaqdan da çəkinmirlər. Ona görə də müqəddəs kitablarda
yazılan müddəaları sadəlövhlüklə qəbul etmək dini fanatizmə yuvarlanmağa aparıb
çıxarır. Çox təəssüf ki, din xadimləri bir çox hallarda xurafatın güclənməsinə rəvac verirlər.
Dini fanatizm də inancdan daha çox xurafata yol açır, mövhumatın əsarətinə düşənlər
dindən, daha çox öz qəbahətlərini, təfəkkür zəifliklərini ört-basdır etmək üçün istifadə
edirlər. Qatı cinayətkarlar bəzən ən sərt din, əslində xurafat təbliğatçılarına çevrilirlər.
İnanc könülə, ruha aiddir, şüuru, təfəkkürü mövhumata təslim etmək isə inancın özünə
xəyanət etməkdən başqa bir şey deyildir.
Ona görə də tarixi hadisələr və şəxsiyyətlər barədə yazıları mütaliə edənlər hər
sətiri, hər sözü sırf həqiqət nişanəsi kimi qəbul etməməli, bayağı cəhətlərə uymamalı, səhv
nəticələrə gəlməyə yol verməməlidirlər. Onlar hadisənin baş verdiyi şəraiti, əks mövqedə
dayananların qüvvələr nisbətini, baş aktyorun məqsədlərini, hansı siyasətə üstünlük
verməsini, şəxsi ambitsiyasını və ya ölkəsinin, xalqının ümdə vəzifə və ehtiyacları rəhbər
tutduğunu, bunlara xidmət etmək meylini araşdırıb, son qənaətə gəlməlidirlər. Tarixi
hadisəyə və şəxsiyyətə qiymət vermək üçün hadisənin baş vermə səbəbini və ya
şəxsiyyətin fəaliyyət vektorunu bilmədən, araşdırmadan səthi qaydada yanaşmaq səhv
nəticə çıxarmağa gətirib çıxara bilər. Axı insanlar kimi hadisələr də dövrün məhsuludur,
onların üzərindəki zaman möhürünü seyr etmədən hadisələrin hansı qütbə aid olduğunu
müəyyən etmək də çətin olur. Səriştəli tədqiqat əvəzinə zahiri xüsusiyyətlərə görə
hadisəyə və şəxsiyyətə bu və ya digər dərəcədə nişan vurmaq tarixi öyrənməkdən daha
çox, onu təhrif etməyə gətirib çıxarır.
Tarix – əsasən hadisələr və onlarda muhum rol oynayan şəxsiyyətləri təsvir edən bir
zəncirvari mənzərədir. Hər bir hadisə keçmişlə əlaqədə olduğu, bəlkə də, birbaşa əvvəllər
baş verənlərin davamı tək çıxış etdiyi kimi, keçmişin estafetini gələcəyə ötürməklə də
məşğul olur. Onun həm də gələcəyə, yeni dövrə, mərhələyə təsir göstərmək imkanları
olduqca böyükdür. Ona görə də öz övladlarını yeyən Kronosun adından götürülən xronika
daim zamanı udmaqla məşğul olur, keçmişdən gəlib, indidən keçməklə gələcəyə
ünvanlanır. Müasir insan özündə əcdadlarından, valideynlərindən gələn genləri daşıdığı
kimi, müasir həyat da açıq müşahidə oluna bilməsə də, hətta uzaq keçmişin də
əlamətlərini, xüsusiyyətlərini ən azı ənənələr şəklində özündə gəzdirir. Müasir həyat,
insanın gözləri başın qabağında yerləşib, irəli baxdığı kimi, gələcəyə boylanır, öz
xüsusiyyətlərini ona götürməyə cəhd edir.
Tarix heç də yalnız təkcə böyük hadisələrin və faktların qeydə alındığı magistral yol
deyildir, onların baş verdiyi dövrlərdə həm də, bəlkə də, çox sayda az əhəmiyyətli kiçik
hadisələr də baş verir. Lakin onların irəli doğru gedişə bir təsir göstərmədiyini düşünmək
də, hər bir zaman kəsiyinin mürəkkəbliyini inkar etməkdən, hadisələr toplumuna sxematik
qaydada yanaşmaqdan xəbər verir. Ən böyük müharibələrdə belə, insan tələfatını və ya
itkitsini bildirən statistika ilə yanaşı, saya-hesaba gəlməyən faciələr- fərdə, ailəyə və ya
bütöv xalqa aid olan bədbəxtliklər seriyası mövcud olur. Bu faciələr, bəlkə də,
müharibələri təsvir etməkdə heç hansısa bir uyğun gələn fon rolunu da oynamır, lakin
gənclərin həyatının döyüşlərdə ot kimi biçilməsi, gəlinlərin ailə səadətinin şirinliyini
dadmamış dul qalması, uşaqların yetim qalıb, atasız böyüməsi, yaşlı valideynlərin öz həlak
olan övladlarının timsalında həyati dayaqlarını itirməsi, salnamələrdə, ümumiyyətlə
statistik göstəricilərlə müqayisədə kölgədə qalır. Milyonlarla insanın döyüşdə, arxada isə
aclıqdan və ya soyuqdan həlak olması ən böyük faciə olsa da, müharibə barədəki tarixi
sənədlərdə sərkərdələr barədə əfsanələrə daha çox yer verilməklə belə kütləvi faciələr
nəzərdən qaçılırır, guya axı onlar qələbə üçün elə br əhəmiyyət daşımır. Qələbənin
ildönümü bayram edilən ölkələrdə sağ qalan veteranlara müəyyən ehtiram hissləri
nümayiş etdirilir, onlardan daha artıq qələbənin çalınmasına xidmət göstərmiş həlak
olanlar kütləsi isə yalnız ümumi bir sözlə yad edilir. Axı onların çoxu heç ailə
qurmamışdılar, övladlarının dünyaya gəlməsinə sevinməmişdilər. Onlar adsız qəbirlərdə
uyuyurlar, məşhur sovet mahnısında deyildiyi kimi, heç də ağ durnalara çevrilib göyə
qalxmamışdılar.
Dostları ilə paylaş: |