Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə10/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   6   7   8   9   10   11   12   13   ...   214

Telman Huseynov 

 

24



«Firmanın iqtisadiyyatı» kursunun məqsədi firmanın iqtisadiyya-

tının  nəzəri  və  praktiki  məsələlərini,  onun  iqtisadiyyatının  səmərəli 

idarə  edilməsinin  qayda  və  metodlarını  öyrənməkdir.  Fikrin  geniş 

mənasında «Firmanın iqtisadiyyatı» tədris kursunun öyrənilməsindən 

məqsəd bazar tipli istehsal firmasının fəaliyyət prinsiplərini və qanu-

nauyğunluqlarının bazarın doğurduğu qanun və prinsiplərin əhatəsində 

onun (firmanın) davranışını, gələcək gənc mütəxəssislərə sahibkarlı-

ğın təşkili, vəzifələrinin müəyyən olunması məsələlərində nəzəri bilik-

ləri  və  empirik  vərdişləri  aşılamaqdır.  Bununla  əlaqədar,  «Firmanın 

iqtisadiyyatı»nın tədris kursu kimi vəzifəsi mövzu üzrə ixtisaslaşmış 

konkret iqtisad fənlərindən (əməyin iqtisadiyyatı, statistika, maliyyə, 

mühasibat uçotu və s.) fərqli olaraq bazar iqtisadiyyatının sahibkarlıq 

fəaliyyətinin əsas subyekti olan firmanın bütövlükdə iqtisadiyyatı haq-

qında sistemli və tam təsəvvür yaratmaq, bütün bilikləri onu (kursu) 

öyrənənlərə aşılamaqdır. 

Kursun əsas məsələləri isə firmanın iqtisadiyyatının idarə edilmə-

sinin bazar metodlarını, istehsal amillərindən (əmək, əsas və dövriy-

yə fondları) istifadənin təhlili qaydalarını, firmanın marketinq fəaliy-

yətini, onun investisiya və innovasiya siyasətini və s. öyrənməkdir. 

«Firmanın  iqtisadiyyatı»  kursu  bazar  münasibətləri  şəraitində  özü-

nün malik olduğu istehsal resurslarından hərtərəfli istifadə yollarını, bü-

tövlükdə onun  ayrı-ayrı bölmələrinin özünəməxsus texniki-iqtisadi xü-

susiyyətlərini,  xarici  iqtisadi  şəraitin  tələblərinə  uyğun  gələn  daha  sə-

mərəli  fəaliyyətinə  təsir  göstərən  amilləri,  istehsalın  iqtisadi  səmərəli-

liyini yüksəltməyə imkan verən təsərrüfat tədbirlərini öyrənir və öyrədir. 

3. Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri 

Elm özünün inkişaf tarixində həqiqətləri dərk etmək məqsədilə me-

todologiya, bir çox üsul və metod, qayda və fəndləri işləyib hazırlamış 

və elmi araşdırmalarda müvəffəqiyyətlə istifadə etmişdir. Bu metodla-

ra sistemli yanaşma, analiz və sintez, ümumidən xüsusiyə (deduksiya) 

və  xüsusidən  ümumiyə  (induksiya)  məntiqi  keçid,  iqtisadi-riyazi  me-

todları  və  s.  aid  etmək  olar.  Dərketmə  metodu  olan  dialektika  isə  bu 

metodların köməyi ilə cəmiyyətin, təbiətin və idrakın inkişaf qanuna-

uyğunluqlarını və bu inkişafdakı əlaqələri konkretləşdirir.  qtisadi po-

roses və hadisələrin də düzgün və ətraflı dərk olunması konkret iqtisad 




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

25



elmləri üçün əsas elmi metod olan dialektik metod vasitəsilə mümkün-

dür, çünki bu metod hadisə və proseslərin fasiləsiz, mütəhərrik vəziy-

yətdə, ətrafla sıx və qırılmaz ümumi əlaqə, qraşılıqlı asılılıq və qarşı-

lıqlı təsir vəziyyətində öyrənir. 

Dialektik  metodun  köməyi  ilə  iqtisadi  hadisə  və  proseslərin  real 

inkişafını  –  kəmiyyət  və  keyfiyyət  dəyişikliklərini  və  buna  səbəb 

olan  daxili  ziddiyyətlərin  (əksikliklərin  vəhdəti  və  mübarizəsi)  ma-

hiyyətini dərk etmək və yeni inkişaf səviyyəsinə qalxmaq naminə on-

ların həlledilmə qaydalarını müəyyənləşdirmək mümkün olur. Bütün 

bunlara görə də tədqiqat və təhlil işində dialektik metod ən mükəm-

məl elmi metod hesab edilir. 

Yuxarıda qeyd olunanlarla bərabər bütün elmlər (kurslar) kimi «Fir-

manın iqtisadiyyatı» elminin də özünəməxsus tədqiqat metodları vardır. 

«Firmanın iqtisadiyyatı» elminin (kursunun) tətbiqi mahiyyə

daşıması onun araşdırma metodlarının da məzmunca empirik sə-

ciyyəli tədqiqat metodlarından istifadəsini daha önəmli edir.  

Firmanın  iqtisadi  məsələlərinin  öyrənilməsində  statistik  müşahidə 

və müqayisəli təhlil metodları böyük əhəmiyyət kəsb edir. Onlar xü-

susi və ümumiləşdirici iqtisadi göstəriciləri toplamağa, firmanın iqti-

sadi və sosial inkişaf dinamikasını təhlil və onun fəaliyyətinin nəticə-

lərini digər təsərrüfat subyektləri ilə müqayisə etməyə imkan veirir. 

Müxtəlif ehtimal və proqnozlaşdırma metodları firmanın təsərrü-

fat strategiyasının hazırlanmasında və bunun köməyilə bazarın gələ-

cək konyunkturasına uyğunlaşmağa nail olmaqda və sahibkarlıq qə-

rarlarının qəbulunda istifadə edilir. 

Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi məsələlərinin təhlilində 

riyazi modellər, təsviri qrafika metodlardan da geniş istifadə olunur. 

Bu metodlar – konkret iqtisadi situasiyadan asılı olaraq – ayrı-ayrı 

iqtisadi göstəricilərin təsir və əks təsir əlaqələrinin düzgün və obyek-

tiv qiymətləndirilməsinə imkan yaradır. 

Bazarda yaranan və fəaliyyət göstərən tələb və təklif arasındakı ta-

razlıq  qanunu  təkrar  istehsalı  şərtləndirməkdə  və,  xüsusilə,  iqtisadiy-

yatın  inkişafındakı  müvazinəti  təmin  etməkdə  müstəsna  əhəmiyyətə 

malikdir. Dialektik vəhdətdə olan tələb və təklif  arasındakı tarazlığın 

yaranmasında  iqtisadiyyatın  ilkin  həlqəsi  olan  müəssisə  və  firmalar 

həlledici rol oynayırlar. Firma tələb tərəfdən istehlakçı, təklif tərəfdən 



Telman Huseynov 

 

26



isə istehsalçı kimi çıxış edir. «Firmanın iqtisadiyyatı» kursunun ə

ümumi  şəkildə  vəzifəsi  tələb  və  təklif  arasındakı  ziddiyyətlərdə

törənən  və  bilavasitə  firmanın  iqtisadiyyatına  aid  olan  məsələləri 

öyrənmək və həmin ziddiyyətlərin həlli yollarını tapmaqdır. 

Müəssisə və firmalarda həyata keçirilən istehsal posesi həm təbii-

texniki və həm də ictimai elmlər tərəfindən öyrənilir. 

Təbii-texniki elmlərin istehsalı tədqiqetmə, öyrənmə meyarı insanla-

rın təbiətlə münasibətlərinə, insanlarla təbiət arasında baş verən bir pro-

ses kimi yanaşmasıdır. Başqa sözlə, təbii-texniki elmlər istehsalın mad-



di ünsürləri olan əmək predmetlərinin, əmək vasitələrinin və istehsal 

olunan məhsulun xassələrini, habelə istehsal prosesi zamanı xammal 

və materiallarda baş verən fiziki, texniki və kimyəvi dəyişiklikləri öy-

rənməklə məşğul olurlar. Təbiət elmləri habelə – insanla təbiət arasın-

dakı «qarşıdurma»nın bir cəhəti kimi – istehsal prosesinin insan fiziologi-

yası və psixologiyasına təsiri məsələlərini də tədqiq edirlər. 

ctimai istehsalı habelə sosial-iqtisadi elmlər də öyrənirlər. Bu 

elmlər insanların istehsaldakı münasibətlərini, yaradılan məhsu-

lun onların arasındakı bölgü qaydaları və ölçülərini, istehsalın iş-

tirakçılarının sosial-psixoloji və digər ictimai münasibətləri öyrə-

nirlər.  Yuxarıda  sadalanan  ictimai-iqtisadi  münasibətləri,  əvvəllər 

qeyd  olunduğu  kimi,  ən  ümumi  şəkildə  iqtisadi  nəzəriyyə  öyrənir. 

Həmin  ictimai-iqtisadi  münasibətlərin  ayrı-ayrı  tərəflərini  isə,  şaxə-

lənmiş şəkildə, konkret iqtisad elmləri tədqiq edirlər. 

Məlumdur  ki,  konkret  iqtisad  elmləri  sahə  və  mövzu  nişanələri 

üzrə ixtisaslaşmışlar. 

Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinin xarak-

terik  cəhəti  onlar  üçün  bu  və  ya  digər  sahənin  bütövlükdə  tədqiqat 

obyekti kimi seçilməsidir. 

Sahə  nişanəsi  üzrə  ixtisaslaşmış  konkret  iqtisad  elmlərinə  «Sə-

nayenin  iqtisadiyyatı»,  «Aqrar  sənaye  kompleksinin  iqtisadiyyatı», 

«Tikintinin  iqtisadiyyatı»,  «Nəqliyyatın  iqtisadiyyatı»  və  habelə 

«Firmanın iqtisadiyyatı»nı misal göstərmək olar. 

Mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinin xa-

rakterik cəhəti isə ondan ibarətdir ki, onlar iqtisad elminin bir möv-

zusunu  ya  bir  sahə  (habelə  müəssisə)  miqyasında,  ya  da  sahələrdən 

bir çoxunun timsalında öyrənməklə məşğul olurlar. Bunlara misal ola-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə