Tələbə: Yaqut Seyidova Müəllim: Tarix elmlər doktoru, professor



Yüklə 223,34 Kb.
səhifə4/5
tarix30.05.2023
ölçüsü223,34 Kb.
#114199
1   2   3   4   5
yaqut tarix

Tərcümələri.


  • Moisey Kalankatuklu "Alban tarixi". Mxitar Qoş "Alban salnaməsi" Mətn. Bakı: "Avrasiya press", 2006.

  • əl-Bakuvinin "Kitəb təlxisi-l-əsər" (1971)

  • ən-Nəsəvinin "Sultan Cəlaləddin Məngburnunun həyatı" (1973) əl-Hüseyninin "Əxbəru-d-dauləti-s-səlcuqiyyə"(1980)

  • İbn Əsəm əl-Kufinin "Fəthlər kitabı" (1981)

  • Mixail Kolosov. Vəzifədə

İrsi.
Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 nömrəli tam orta məktəb, Göyçay şəhərində 3 nömrəli tam orta məktəb və küçə onun adını daşıyır.
2012-ci ildə Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş Bakı Dövlət Universitetində "Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimdir" mövzusunda respublika elmi konfransı keçirilib. Həmin il 20 – 25 dekabr tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və "Neftçi" İSM-nin atıcılıq tirlərində onun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilmişdir.
2015-ci il mayın 14-də Bakıda Ziya Bünyadovun "Xarəzmşahlar-Anuştəginilər dövləti. 1097–1231" kitabının ingilis dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Təltif və mükafatları.

  • 1942 — İgidliyə görə medalı

  • 1942 — Aleksandr Nevski ordeni

  • 1942 —"Stalinqradın müdafiəsinə görə" medalı

  • 1944 — "Qafqazın müdafiəsinə görə" medalı

  • 1945 — Sovet İttifaqı Qəhrəmanı

  • 1945 — I dərəcəli Vətən Müharibəsi Ordeni

  • 1945 — "Qırmızı Ulduz" ordeni

  • 1945 — Lenin ordeni

  • 1945 — Qırmızı Bayraq ordeni

  • 1945 — "Oktyabr inqilabı" ordeni

  • 1945 — III Dərəcəli Boqdan Xmelnitski ordeni

  • 1945 — "Berlinin alınmasına görə" medalı

  • 1945 — "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

  • 1946 — "Vaffenbruderşaft" medalı

  • 1946 — Artur Bekker medalı

  • 1965 — "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı

  • 1975 — "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı

  • 1982 — Azərbaycan SSR əməkdar elm xadimi

  • 1983 — SSRİ XTNS-in gümüş medalı (elmdə qazandığı nailiyyətlərə görə)

  • 1985 — "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

  • 1993 — Abbasqulu ağa Bakıxanov adına mükafat

  • 1998 — "İstiqlal" ordeni (ölümündən sonra)


Ölümü.
1997-ci il fevralın 21-də akademik Ziya Musa oğlu Bünyadovun həyatına faciəli şəkildə son qoyulub. O, öz evinin astanasında qətlə yetirilib. Bədəninə çoxsaylı öldürücü zərbələrə vurulub. Ekspertiza nəticəsində alimin bədənindən 4 bıcaq və 2 güllə yarası aşkar edilir. 1997-ci ilin fevralın 23-də akademik ilə vida mərasimi keçirili. Prezident Heydər Əliyev çıxış edərək, xalqın böyük oğlu, akademiki Ziya Bünyadov haqqında "O, öz varlığı ilə elə bir insan idi ki, böyük, şərəfli həyat yolu ilə elə bir yüksək səviyyəli şəxsiyyət adı almışdı ki, onun haqqında nə qədər çox desək də, yenə də tam qiymətini verə bilməyəcəyik."-deyir.
Nəticə.
1997-ci ilin fevral ayının 21-də Ziya Bünyadova vurulan güllə, həm də Azərbaycan xalqına vuruldu. Çətin dövrdən keçən xalqımız, bir də doğruluq simvolu olan tarixçi övladını itirdi. Xalqın tarixçisi, savadlı alim Ziya Bünyadov haqqında mövzu yazmaq mənim üçün də xoş oldu.


Yüklə 223,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə