Tələbə: Dadaşova Səbinə Fakültə: İbtidai Təhsil İxtisas: İbtidai sinif müəllimliyi



Yüklə 281,18 Kb.
tarix17.04.2023
ölçüsü281,18 Kb.
#105961
Sərbəst iş anatomiya 3





Tələbə: Dadaşova Səbinə
Fakültə: İbtidai Təhsil
İxtisas: İbtidai sinif müəllimliyi
Qrup: 2110B
Kurs: I
Müəllim: Həsənova Laura
Fənn: Uşaq anatomiyası və fiziologiyası
Mövzu: Orta beynin quruluşu və funksiyası
BAKI-2021
Sinir sistemi mərkəzi və periferik sinir sisteminə ayrılır. Mərkəzi sinir sisteminə baş və onurğa beyin, periferik sinir sisteminə isə periferik sinir düyünləri, sinir kötükləri və sinir qurtaracaqları aiddir. Baş beyin ağ və boz maddədən təşkil olunmuşdur. Ağ maddə aparıcı yolar əmələ gətirərək, baş beynini onurğa beyni və onun hissələrini bir-biri ilə birləşdirir.

Boz maddə onurğa beyninin, uzunsov beyinin və Varolio körpüsünün dərinliyində ayrıayrı yığınlar-nüvələr şəklində ağ maddənin içərisində yerləşir, beyincik və böyük beyin yarımkürələrində isə ağ maddənin üzərini örtür. İnsanın baş beyni üç əsas hissədən- beyin kötüyündən, beyincikdən və beyin yarımkürələrindən təşkil olunmuşdur. Beyin kötüyünə uzunsov beyin, Varolio körpüsü, rombabənzər boğaz, beyin ayaqcıqları, orta və ara beyin daxildir.



Orta beyin
Orta beyin beynin kiçik bir hissəsini orta beyin təşkil edir. Erkən embriogenezdə orta beyin qovuqcuğu arxa beyin qovuqcuğuna nisbətən gec inkişaf edir. Sonralar burada bazal hüceyrə sütunları anatomik bölgüyə məruz qalır. Belə ki, bazal sütunun hüceyrələri hesabına iki nüvə – 3-cü cüt – gözün sinirinin və 4-cü cüt – blokvarı sinirin nüvələri formalaşır. Qanadvarı sütunun hüceyrələri hesabına isə quşlarda ikitəpəli, məməlilərdə isə dördtəpəli törəmə, qırmızı nüvə, qara maddə və retikulyar formasiya nüvələri formalaşır.
Morfoloji cəhətdən orta beyin əsasən iki şöbədən – dördtəpəli cismdən və yarımkürə ayaqcıqlarından ibarətdir. Dördtəpənin arxa təpələri eşitmə mərkəzləri, ön təpələr ilkin görmə mərkəzləri hesab olunur. Eşitmə və görmə sinirinin lifləri bu təpələrdə qur tarır. İşıq qıcığı ilə bağlı olan bir sıra refleks qövsləri ön təpələrdən keçir. Bunların arasında işığa qarşı yaranan bələdləşmə refleksini göstərmək olar. Beyin yarımkürələri çıxarılmış, lakin orta beyni saxlanılmış heyvan işığa qarşı bəzi hərəki reaksiyalarla cavab verir.

Orta beyin boşluğunu isə beynin su kəməri təşkil edir. Orta beyində skelet əzələlərinə daim sinir impulsları göndərən nüvələr yerləşir, sinir impulsları həmin əzələlərin tonusunu təmin edir. Görmə və eşitmə, səs qıcıqlarına qarşı əmələ gələn oriyentasiya reflekslərinin qövsləri də orta beyindən keçir.

Bu reflekslər sayəsində biz başımızı və bədənimizi qıcığa tərəf çeviririk. Fəal qamətin saxlanılması reflekslərinin əmələ gəlməsində də orta beyinin böyük əhəmiyyəti vardır. Dördtəpəli cismin arxa təpələri səsi yaxşı eşitmək qulaqları şəkləmək, başı və bədəni yeni səs mənbəyinə çevirmək kimi hərəkətləri idarə edən mərkəzlər vardır.

Dördtəpəli cismin ön təpələrində ilkin görmə, arxa təpələrində isə ilkin eşitmə mərkəzi yerləşir. Burada hərəkətdə, əzələ tonusunda, udqunma və tənəffüsdəiştirak edən qırmızı nüvə, qara maddə nüvələri vardır. Orta beyin əzələ tonusunu vəbədənin pozasını tənzim edir.



Orta beynin qırmızı nüvə və qara maddə adlanan törəmələri daha mürəkkəbreflektor hərəkətlərin nizamlanmasında, skelet əzələlərinin tonusunun tənzimlənməsində iştirak edir. Orta beynin funksiyasından danışarkən əsasəndördtəpəli cisim, cisim, qırmızı nüvə və qara maddənin rolu nəzərdə tutulur. Ortabeynin mühüm effektor mərkəzi qırmızı nüvədir. Qırmızı nüvə bədən əzələlərindətonusun paylanmasında mühüm rol oynayır.

Qırmızı nüvə orta beynin retikulyar formasiya nüvələri ilə birlikdə əzələ tonusunu nizamlayır. Onların arasında əlaqə pozulduqda deserebrasiya qıclığı yaranırOrta beyindəki qara maddənin funksiyası əzələ tonusunun plastikliyinin nizamlanmasında və barmaq hərəkətlərinin idarəolunmasında mühüm rol oynayır. Orta beyni olan heyvanlar işıq və səs qıcıqlarına normal cavab verir. Əzələ tonusu ayrı-ayrı əzələ qrupları arasında dəqiq bölünür.
Yüklə 281,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə