Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   2   3   4   5   6   7   8   9   10   ...   13

21 

 

M.Füzuli poeziyasının təsiri Natəvanın şeirlərinin yalnız 



məzmununda,  mövzu  və  ideyalar  aləmində  deyil,  onun 

yaradıcılığının  formasında,  bədii  strukturunda,  qəzəllərinin 

vəznində,  daxili  bölgüsündə,  habelə  poetik  dilində,  təsvir  və 

ifadə sistemində  də aydın müşahidə edilir. Onun “Bilin  yaran, 

bu dünyada hərə bir kar ilən oynar”, “Olmuşam dəhri-bəla içrə 

bu  gün  divanə  mən”,  “Dilbəra,  dərdi-dilimdən  belə  ünvan 

etdim”, “Zəmanə saldı əcəb möhnətü məlalə məni” misraları ilə 

başlanan  qəzəlləri  bilavasitə  Füzulinin  təsiri  ilə  yazılmış, 

Natəvan 

ustadın 


sənətkarlğından 

yüksək 


bacarıqla 

bəhrələnmişdir.  

Şairin  “Olan  könlüm”  rədifli  qəzəli  də  Füzulinin 

“Könlüm”  rədifli  qəzəlinə  nəzirə  kimi  yazılmışdır.  Müəllif 

özünün daxili təlatümlərini, könül çırpıntılarını, qəlb dünyasının 

təzadlarını  əks  etdirərkən  dahi  sələfinin  poetik  təcrübəsindən, 

bədii  idrak  və  inikas  üsullarından,  fikri  ifadə  etmək,  oxucuya 

çatdırmaq tərzindən faydalanmışdır. Natəvanın şeirində işlənən 

rədif  və  qafiyələrin  bir  qismi,  xüsusilə  “mənim  bu  şad  olan 

könlüm”,  “ustad  olan  könlüm”,  “abad  olan  könlüm”  kimi 

ifadələr  dərhal  Füzulinin  “Tutuşdu  qəm  oduna  şad  gördüyüm 

könlüm” misrası ilə başlanan qəzəlini yada salır. Aydın görünür 

ki, Natəvan Füzulinin poetik cazibəsindən uzaqlaşa bilmir. XIX 

əsr  Azərbaycan  poeziyasında  Füzuli  yaradıcılığından   

bəhrələnmənin,      füzuliyanə        yazılmış      qəzəlin      gözəl   

nümunələrindən    biri   kimi  diqqəti  cəlb  edən  bu  qəzəldə 

Natəvanın  yaradıcılıq  özünəməxsusluğu  da  nəzərə  çarpır. 

Sələfindən  fərqli  olaraq  o,  daxili  qafiyədən  istifadə  etməklə, 

misralardakı  poetik  yükü  daha  da  zənginləşdirmiş,  şeirin 

axıcılığını qüvvətləndirmişdir. Bəli, Xurşidbanu Natəvan Füzuli 

məktəbinə  mənsub  sənətkar  şairədir  və  onun  fikirləri,  duyğu, 

meyil və hisləri klassik poeziyanın  qəzəl janrında bütün məna 

xüsusiyyətləri  ilə  əks  olunmuşdur.  Məlum  olduğu  kimi,  qəzəl 

klassik  Azərbaycan  şeirinin  geniş  yayılmış,  kütləviləşmiş 

növüdür. Bu janrın spesifik xüsusiyyətləri vardır ki, şairin dili 



22 

 

ilə  həyat,  zaman  və  insanlıq  haqqında  bildirilən  lirik,  fəlsəfi-



aşiqanə fikirlərin şərhidir. Natəvan, özünün şeir üslubunda, bədii 

təsvir  və  bədii  ifadə  vasitələrində  dahi  Füzulinin  sənətkarlıq 

incəliklərini  yeni  səpkidə,  orijinal  bir  tərzdə  ifadə  etməyə 

müvəffəq  olmuşdur.  Muğamlarımızda  müğənnilərimizin  sevə-

sevə oxuduğu “Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan 

könlüm” qəzəlini oxucumuzun ifasında dinləyək. 

 

Oxucu Natəvanın qəzəlini söyləyir. 

 

Yenə,  ya  rəb,  nə  qəmgindir  mənim  bu  şad  olan  könlüm, 

Rümuzi-eşqdən agah olub, ustad olan könlüm. 

  

Görübdür yari əğyarə, olubdur məhvi-nəzzarə



Edibdir sinəsin parə, mənim abad olan könlüm. 

  

Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın? 



Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm? 

  

Fəraqın ruzi-məhşərdir, sərasər möhnəti-qəmdir, 



O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm. 

  

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə



Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm. 

 

Söhbətin sonunda yaxşı olar ki, musiqi məktəbinin şagirdlərinin 



ifasında Xurşidbanu natəvanın qəzəli muğam şəklində səslənsin. 

 

Oxucularımızın  sevimli  şairəmiz  haqqında  olan  fikirlərini 



öyrənmək məqsədilə Xurşidbanu Natəvan ilə bağlı onlara anket 

sorğuları paylanır.  

 

 

 




23 

 

1. Xurşidbanu Natəvanı tanıyırsınızmı? 



 Bəli 

 Xeyir  

2. Şairə mənşə etibarilə  hansı nəslə mənsub idi? 

 

_____________________________________________



 

 

3. Şairəyə nə üçün Xan qızı Natəvan deyə müraciət olunurdu? 



 

____________________________________________ 

4. Xurşidbanu Natəvanın harada anadan olduğunu bilirsinizmi? 

 Bəli   

 Xeyir 

5. Natəvanın şeirlərini  oxumusunuzmu? 

 Bəli 

 Xeyir 


6. Natəvanın ən çox sevdiyiniz şeirinin adını qeyd edin. 

 

       ____________________________________________ 



 

  7. 


Natəvanın “Ağlar”, “Əfsus”, “Getmə”, “Sənsiz” rədifli qəmli  

      qəzəlləri yazmağına səbəb nə idi?  

 

 

________________________________________________ 



 

 

 



 

 



24 

 

 8.Xurşidbanu Natəvanın yaratdığı “Məclisi-Üns” haqqında 



     məlumatınız    vardırmı  və  bu  məclis    neçə  il  fəaliyyət 

göstərmişdir? 

 

 Bəli  


 Xeyir 

 

  9.“Məclisi-Üns”də  hansı  dillərdə  qiymətli  mənzumələr 



yazılmışdır? 

 

       



________________________________________________ 

 

10.Natəvanın  təbiət  haqqında  yazdığı  hansı  əsərlərini 



oxumusunuz? 

     


________________________________________________ 

 

11. Xurşidbanu Natəvanın neçənci ildə vəfat etmiş və harda dəfn 



olunmuşdur? 

           ___________________________________________ 

 

Kitabxanada Xurşidbanu Natəvanın 185 illik yubileyi ilə 



əlaqədar  ədəbi-bədii  gecənin  keçirilməsi  məqsədəuyğundur. 

Çünki kitabxanada ədəbi-bədii gecələrin təşkili yubilyarın  həyat 

və  yaradıcılığı  ilə  yaxından  tanış  olmağa  imkan  verir.  Gecəyə 

Xurşidbanu  Natəvanın  yaradıcılığına  yaxından  bələd  olan 

tanınmış  yazıçılar,  ədəbiyyatşünaslar,  tənqidçilər,  jurnalistlər 

dəvət oluna bilər. (Məsələn: X.Natəvan yaradıcılığı ilə yaxından 

maraqlanan  professor  Zaman  Əsgərli)    Ədəbi-bədii  gecədə 

şairənin yaradıcılığı haqqında maraqlı söhbətlər edilir, qəzəlləri 

dinlənilir.  Ədəbi-bədii gecənin ssenarisini təqdim edirik.  



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə