Təhsilin informatlaşması nə dərəcədə pedaqoji elm sahəsidir?


-İKT-nin təhsildə tətbiqi sahəsində çatışmazlıqları kompleks şəkildə necə həll etmək olar?



Yüklə 15,33 Kb.
səhifə2/3
tarix01.04.2023
ölçüsü15,33 Kb.
#103982
1   2   3
ikt 1

-İKT-nin təhsildə tətbiqi sahəsində çatışmazlıqları kompleks şəkildə necə həll etmək olar?
-Təhsilin informatlaşması kimi qlobal əhəmiyyətli, mürəkkəb texnoloji problemin həlli bir sıra məsələlərin -təşkilati, texniki, elmi-metodik, layihələndirmə, kadr, maliyyə və s. kimi məsələlərin kompleks həllini tələb edir. Bu gün deyə bilərik ki, təhsilin informatlaşması problemi dünya təhsil təcrübəsində tarixən analoqu olmayan sistem problemdir. Bəşər tarixində heç bir təhsil yeniliyi, təhsil islahatı, təhsil innovasiyası bu qədər inqilabi dəyişikliklərə səbəb olmamış, bu qədər diqqət cəlb etməmiş, bu qədər investisiya tələb etməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, problemin ciddiliyi həm də onunla əlaqədardır ki, İKT bu gün elə bir sürətlə inkişaf edir ki, təhsil sistemi sahə bu yeniliklə heç cür ayaqlaşa bilmir, inkişaf edərək heç cür ona çata bilmir. Lakin İKT-nin təhsil sisteminə və ayrı-ayrı fərdlərin, qrupların, cəmiyyətin intellektual inkişafına, insan potensialının inkişafına, ölkələrin iqtisadi və texnoloji sıçrayışına təsir imkanı nəzərə alınaraq bu problemin həlli ilə bütün sivil dünya ciddi məşğuldur, bu problemin elmi-praktik həllinə hər il milyardlarla dollar sərf edilir. Bu problemin həllindən asılı olaraq ölkələrin sabah informasiya cəmiyyətindəki beynəlxalq sistemdə hansı mövqedə durmaları müəyyən olunacaqdır. Qeyd edilən səbəblərdən təhsilin informatlaşması anlayışına konkret tərif vermək asan deyil. Bu sahə üzrə müxtəlif ədəbiyyatlarda belə cəhdlər olub. Lakin bu istiqamət elə bir sürətlə inkişaf edir ki, bu gün nisbətən mükəmməl görünən tərif az vaxt ərzində öz həqiqiliyini şübhə altına alır. Bu mənada təhsilin informatlaşmasını təsvir formasında izah etmək daha asan görünür.
Təhsilin informatlaşması məqsədyönlü, xüsusi təşkil edilmiş, mükəmməl layihələndirilmiş bir prosesdir. Təhsilin informatlaşması - təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə İKT-nin intensiv tətbiqinə yönəlmiş tədbirlər külliyyatı olub təhsildə real vəziyyətin dəyişməsinə, təhsil sisteminin məzmun, forma və texnoloji baxımdan təkmilləşməsinə xidmət edir. Bu səbəbdən təhsilin informatlaşması pedaqoji problemdir, pedaqoji praktikadır, pedaqoji elmdir. Bu sahəyə pedaqoji informatika, elektron pedaqogika da deyilir.
XX əsrin 80-ci illərində sovet məktəblərində təhsilin informatlaşmasının ilk mərhələsində bu məsələlərin həlli proqramçılara həvalə edilmişdi, bu təşəbbüs heç bir səmərə vermədi. Rusiya Federasiyasında 90-cı illərdə bu səhvdən nəticə çıxarıldı, bu proses artıq təhsil işçilərinə həvalə edildi, nəticəsi gözləniləndən də yüksək oldu. Bu gün Rusiya Federasiyasında təhsilin informatlaşması, distant təhsilin inkişafı istiqamətində çox ciddi nailiyyətlər qazanılmışdır. Təhsilin informatlaşmasını təhsil işçiləri reallaşdırmalıdır. Pedaqoji elmin bu yeni sahəsi üzrə xüsusi olaraq ixtisaslı kadrlar hazırlanmalıdır.
Təhsilin informatlaşması təhsil sferasında İKT-nin texniki və texnoloji imkanlarının səmərəli reallaşmasına yönələn elmi-pedaqoji, tədris-metodik, elmi-metodik tövsiyələrin hazırlanması metodologiyası, texnologiyası və praktikasıdır. Təhsilin informatlaşması müasir pedaqoji innovasiyaların nüvəsi olub əsas məqsədi praktik təhsil fəaliyyətini konkret vəzifələrin icrası və problemlərin həlli metodologiyası, texnologiyası və praktikası ilə təmin etməkdir.

Yüklə 15,33 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə