44
icmalara bölünmələrinə adət edib, kiçik dövlətlər kimi yaşamağa üstünlük
verirdilər. Geniş torpaqlar tutmaq fikri onlara yad idi. Babilistanlılara və
assiriyalılara isə əksinə öz hakimiyyətlərini böyük məkanlara yaymaq meyli xas idi
və bu son nəticədə onları dünya ağalığı fikrinə gətirib çıxardı. O dövrün coğrafi
təsəvvürlərinin darlığında dünyanın fəth edilməsindən danışmaq da olmazdı. Lakin
bütün Ön Asiyanın birləşdirilməsi və hətta Misirin birləşdirilməsi cəhdləri
dəfələrlə təkrar edilirdi. Bu məqsədi əldə etmək mümkün olmasa da hökmdarların
titullarında bu istək nəzərə çarpırdı: “Böyük çar”, “Dünyanın dörd tərəfinin çarı”
və “Hamının çarı”. Bu iddialar öz mahiyyətindən xəbər verirdi. Çarlar bütün
dünyanı
tutmaq istəyirdilər ki,
ali hakimiyyətə yiyələnsinlər, öz taclarını, sülalərini,
nəhayət xalqlarını şöhrətləndirsinlər. Ən vacibi isə, dünyanı öz allahlarına tabe
etmək idi. Axı allahlar onlara hakimiyyət və qüdrət verirdi. Qalibiyyətli çarlar
özlərini allahların sevimlisi hesab edirdi.
Həm Makedoniyada, həm də İranda köhnə ənənələrdən aralanmaq o qədər
mümkün oldu ki, istənilən şəxsiyyət azadlıq əldə edərək nəhəng miqyaslarda
hərəkət etməyə başlayır. Məhz belə şəraitdə taxt-taca İranda Astiaq, Makedoniyada
Filipp çıxdı. Onların hər ikisi əvvəlcə məsələni sadə və dar miqyaslarda həll etmək
istədi. Sonra Persiyada çar Kir, Makedoniyada isə Aleksandr oldu. Onların hər
ikisi nəhayətsiz dünyaya sahib olmağa can atdı. Aleksandrdan fərqli olaraq Kirin
ardıcılları tapıldı, əgər onun özünə Asiyanın mühüm hissələrini işğal etmək
müyəssər oldusa. Kambiz artıq Afrikanı, Dara və Kserks isə Avropanı işğal etməyi
qərara aldı. Lakin onlarda Əhəmənilər sülaləsinin banisinə xas olan qüvvə
çatmırdı. Ona görə də Karfagenin, Skifiyanın, Balkan yarımadasının və
Yunanıstanın zəbt edilməsi niyyətləri baş tutmadı. Bundan sonra perslər öz
iddialarını məhdudlaşdırdılar. İmperiyanın yaradıcısı I Dara dövləti, başında
canişinlər (satraplar) duran iyirmi satrapiyaya böldü. Satrapın böyük maliyyə və
məhkəmə səlahiyyətləri var idi və o, öz vilayətinin qoşununa komandanlıq edirdi.
İmperiya qarnizonları və qalalar bilavasitə Böyük çarın özünə tabe idi. Əhəmənilər
dininin tələblərinə uyğun olaraq, bu dində etik başlanğıc güclü idi, onlar dünyaya
rifah və inkişaf gətirməyə çalışırdılar. Öz təbəələrini də bu imperiyaya ağrısız cəlb