5
Alyansının məqsədlərinə siyasi vasitələrlə çatmaq
üçün imkanları əvvəllər görünməmiş dərəcədə çox
idi. Müdafi ənin təmin olunması vəzifələrinin özünün
çox böyük əhəmiyyətini saxlamasına baxmayaraq,
indi bütövlükdə Avro-Atlantika bölgəsində sabitlik
və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım
etmək üçün iqtisadi, sosial və ekoloji məsələlərə
daha çox diqqət yetirmək olardı. Dialoq və
əməkdaşlıq Alyansın qarşılaşdığı təhdidlər
müxtəlifl iyinin idarəolunması üçün tələb olunan
yanaşmanın ayrılmaz hissələri olacaqdı. Soyuq
müharibədən sonra əsas məqsədlər bundan ibarət
idi: anlaşılmazlıq və ya məqsədli şəkildə
münaqişələrin yaranması təhlükəsinin azaldılması;
NATO üzrə müttəfi qlərin təhlükəsizliyinə təsir edən
böhranların idarə olunmasının təkmilləşdirilməsi;
bütün Avropa dövlətləri arasında qarşılıqlı anlaşma
və etimadın möhkəmləndirilməsi; təhlükəsizliyin
ümumi problemlərinin həllində əsl tərəfdaşlıq üçün
imkanların genişləndirilməsi.
Bilavasitə soyuq müharibədən sonra gələn dövrdə
ŞAƏŞ-də məsləhətləşmələr Rusiya qoşunlarının
Baltikyanı dövlətlərdən çıxarılması kimi soyuq
müharibə vaxtından qalmış təhlükəsizlik
problemləri üzərində cəmlənmişdi. Həmçinin bir
sıra təhlükəsizlik və müdafi ə məsələləri üzrə siyasi
əməkdaşlıq başlandı. ŞAƏŞ müxtəlif istiqamətlər
üzrə yeni yollar açırdı. Lakin onun işində əsas
diqqət çoxtərəfl i siyasi dialoqa yetirilirdi, bu isə
ayrı-ayrı tərəfdaş-dövlətləri NATO fərdi əməkdaşlıq
münasibətlərini inkişaf etdirmək imkanından
məhrum edirdi.
Bu vəziyyət 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq
(SNT) Proqramının - NATO ilə ayrı-ayrı tərəfdaş-
dövlətlər arasında əməli ikitərəfl i əməkdaşlığın
əsas proqramının qəbul edilməsi ilə dəyişdi. Bu,
əməkdaşlıq prosesində ən əhəmiyyətli addım oldu.
Nəhayət, 1997-ci ildə ŞAƏŞ-in yerinə Şimali
Atlantika Tərəfdaşlıq Şurası (ŞATŞ) yaradıldı.
Onun məqsədi Tərəfdaşlığın genişləndirilməsi və
artıq əldə edilmiş tərəqqi əsasında daha əməli
Tərəfdaşlığın inkişaf etdirilməsi üçün yol
açmaqdan ibarət oldu.
«Bu Tərəfdaşlıq ümumi inamın ifadəsi
kimi müəyyənləşdirilib ki, Avro-Atlantik
məkanda stabillik və təhlükəsizlik yalnız
əməkdaşlıq və birgə fəaliyyət nəticəsində
əldə edilə bilər. Əsas azadlıqların və insan
hüquqlarının müdafi əsi və inkişafı və
azadlığın, ədalətin və demokratiya yolu
ilə sülhün qorunub saxlanılması
Tərəfdaşlığın ümumi dəyərlərini
təşkil edir.»
(Sülh naminə Tərəfdaşlıq: Çərçivə Sənədi –
Brussel Sammiti, 10 Yanvar 1994-cü il)
6
Çoxtərəfl i səviyyədə Tərəfdaşlıq və Əməkdaşlığın
mahiyyəti bütün Avro-Atlantika məkanı miqyasında
şəffafl ıq və etimadın artırılmasına yönəlmiş
müntəzəm məsləhətləşmə və birgə fəaliyyət
növlərinin aparılmasından ibarətdir. İkitərəfl i
səviyyədə bu cür Tərəfdaşlıq ayrı-ayrı tərəfdaş-
dövlətlər ilə NATO arasında onların konkret
vəziyyət və tələblərinə uyğun olaraq əməli işçi
əlaqələrin inkişafını nəzərdə tutur.
Tərəfdaşlıq prosesi bir-birinə qarşı duran
alyanslara mənsub olmuş keçmiş düşmənlər və ya
aralarında uzun müddət ərzində regional, ərazi,
siyasi, etnoslararası və ya dini mübahisələrin
olduğu ölkələr arasında dialoqun və anlaşmanın
bərqərar olmasını nəzərdə tutur. Ümumi
təhlükəsizlik problemləri ilə qarşıdurmada ümumi
həllərin axtarışına yönəlmiş birgə fəaliyyət
keçmişin vurduğu ziyanın aradan qaldırılmasında
və əməkdaşlıqdan əldə ediləcək qarşılıqlı faydanın
aydın dərkinin yaranmasında əhəmiyyətli uğurlara
nail olmağa imkan verdi.
Tərəfdaşlıq prosesinin başlanmasından sonra bu
yolda maneələr və çətinliklərə rast gəlməsinə
baxmayaraq, keçən vaxt ərzində nəzərəçarpacaq
tərəqqi əldə edilmişdir. Ola bilsin, bu, Mərkəzi və
Şərqi Avropada, həmçinin keçmiş SSRİ-də siyasi,
iqtisadi və sosial dəyişikliklər prosesinin
mürəkkəbliyi nəzərə alınarsa, qaçılmaz idi.
Yaradılmış Tərəfdaşlıq mexanizmlərinə
əsaslanaraq NATO və onun Tərəfdaşları
təhlükəsizlik sahəsində əməkdaşlığın
genişləndirilməsi üzrə ardıcıl tədbirlər gördükcə
ŞATŞ və SNT Proqramı sabit inkişaf etmiş və öz
dinamikasını tapmışdır. Dəyişən təhlükəsizlik
şəraitində yeni təhdidlərin cavablandırılması üçün
bu illər ərzində NATO-da yeni müxtəlif islahatların
aparılması ilə yanaşı Tərəfdaşlıq da inkişaf
etmişdir. Şimali Atlantika Alyansının dinamizminin
və ona olan tələbatın qorunub saxlanması üçün
Tərəfdaşlığın bütün fəaliyyət növləri və
mexanizmlərini NATO-nun yeni ən mühüm
vəzifələrinin həllinə uyğunlaşdırmaq lazım idi
(«Əsas mexanizmlər» fəslinə bax).
Bununla bərabər, tərəfdaş-dövlətlərin
məqsədlərinə uyğun olması və öz cəlbediciliyini
saxlaması üçün Tərəfdaşlığı dərinləşdirmək və
genişləndirmək lazım idi. NATO-nun
genişləndirilməsinin iki turu Müttəfi qlər və
Tərəfdaşlar arasında kəmiyyət tarazlığını
dəyişdirdi (qoşmaya bax). 2004-cü ilin mart
ayından etibarən Müttəfi qlərin sayı Tərəfdaşların
sayını ötüb keçdi. Həmcinin, indi yerdə qalan
tərəfdaş-dövlətləri çox müxtəlif tərkibli qruplar
təşkil edir. Bu qrupa hələ də öz keçmişindən
qalmış mirasın dəf edilməsi ilə məşğul olan Balkan
ölkələri, strateji cəhətdən əhəmiyyətli, lakin az
inkişaf etmiş Qafqaz və Orta Asiya ölkələri,
həmçinin Qərbi Avropanın bitərəf dövlətləri
daxildir. Onlardan bəziləri öz müdafi ə strukturları
və hərbi potensialının yaradılması prosesində
olduğu halda, digərləri artıq NATO-nun rəhbərliyi
altında keçirilən müxtəlif əməliyyatlar üçün hərbi
kontingent ayıra bilir və Tərəfdaşlıq üzrə
həmkarlarına məsləhət, təlim və müxtəlif
sahələrdə yardım təklif edə bilir.
Bu gün 20 tərəfdaş-dövlət AATŞ–da Müttəfi qlərlə
müntəzəm olaraq məsləhətləşmələrdə iştirak edir
və təhlükəsizlik və müdafi ənin müxtəlif
aspektlərinə toxunan məsələlər üzrə əməkdaşlığı
inkişaf etdirir. Onların silahlı qüvvələrinin
nümayəndələri tez-tez bir-biri ilə qarşılıqlı əlaqə
saxlayır. Onlar birgə təlim keçirir, onların hərbi
qulluqçuları NATO-nun rəhbərliyi altında sülhün
qorunması əməliyyatlarında bir-biri ilə yanaşı
xidmət edir, Müttəfi qlər və Tərəfdaşlar terrorizm
təhlükəsinə qarşı ümumi mübarizədə birgə
fəaliyyət göstərir. Heç kəs soyuq müharibə
qurtaran zaman Avro-Atlantika məkanında strateji
vəziyyətdə bu cür dramatik dönüşün olacağını
deyə bilməzdi.
NATO-nun Tərəfdaşlıq siyasətinin ilkin məqsədi
mövcud maneələri aradan qaldırmaq və dialoq və
əməkdaşlıq vasitəsilə təhlükəsizliyin yaradılmasına
nail olmaq idi. Hal-hazırda bu məqsədlər daha
genişmiqyaslı olub, çünki tərəfdaş-dövlətlər NATO
ilə birlikdə XXI-ci əsrin terrorizm, kütləvi qırğın
silahının yayılmasının və hüquqi xarakterli fəaliyət
göstərməyə hüququ olmayan dövlətlər kimi
təhlükəsizlik təhdidlərinin dəf edilməsində
iştirak edirlər.