12
filov, N.Vəlixanov, Ə.Hüseynov, F.Mehdi, İ.Ağayev və
b.) dəyərli monoqrafiyalarda öz əksini tapmışdır. Mirzə
Cəlilin nəsri sənətkarlıq baxımından bütövlükdə geniş
təhlil obyekti olmasa da, bu sahədə də müəyyən təd qiq-
lər vardır. Ə.Məmmədov, A.Məmmədov, N.Vəlixanov,
S.İsmixanova və b. apardıqları tədqiqatlarda ədibin nəsr
əsərlərini realist yaradıcılıq üslubu, nəsr poetikası, eləcə
də dil-üslub, təsvir-təhkiyə, süjet-kompozisiya baxımın-
dan dəyərləndirmişlər.
Cəlil Məmmədquluzadənin zəngin irsinin öyrənil-
məsi sahəsində görülmüş böyük və dəyərli işlərə baxma-
yaraq, onun nəsrinin poetikası, ümumilikdə kifayət
qədər öyrənilməmiş, ayrıca sistemli tədqiqat mövzusu
olmamışdır. Halbuki Mirzə Cəlilin nəsr əsərləri təkcə
dolğun məzmunu ilə yox, həm də kamil poetik strukturu,
üslub xüsusiyyətləri ilə seçilən dəyərli sənət nümunə lə-
ridir. Təqdim etdiyimiz bu monoqrafiyada biz ədibin
əsərlərində fərdi bədii forma axtarışlarında – süjet və
kompozisiya vəhdəti, süjet xəttində qabarıq nəzərə
çarpan bədii detal və üslub əlamətlərini müəyyənləş-
dirilir. Tədqiqatda həmçinin Cəlil Məmmədquluzadə
nəsrinin sənətkarlıq məsələləri sistemli şəkildə xüsusi
tədqiq edilmiş, onun özünəməxsus cəhətləri müəyyən
olunmuşdur. Süjet və kompozisiya vəhdəti, sərlövhə,
epiqraf, proloq və epiloqun süjet xəttinin inkişafında
mövqeyi, ideya-estetik funksiyaları öyrənilmiş və sis-
temə salınmışdır. Burada:
- ədibin nəsr yaradıcılığının poetik strukturunu, süjet
və kompozisiya xüsusiyyətlərini araşdırmaq;
-
süjetin təqdimini müəyyənləşdirmək:
a) müxtəlif hadisə və predmetlərin təsviri onu
söyləyənin şahidliyi və iştirakı ilə;
13
b) rəvayət şəklində;
c) yarı şahidlik, yarı rəvayət şəklində;
-
süjet xəttinin inkişaf mərhələlərində fərdi poetik
forma əlamətlərini göstərmək;
-
portretin süjet xəttinin üzvi tərkib hissəsi kimi çıxış
etməsini vurğulamaq;
-
satirik və sarkastik üslub xüsusiyyətlərində vətən-
daş yanğısını şərtləndirən əsas amilləri müəyyən-
ləşdirmək;
-
bədii təsvir və ifadə vasitələrinin müxtəlif işlənmə
diapazonunda:
a) konkret hissi obrazlılıq;
b) bu və digər vasitələrdə istifadənin estetik orijinal-
lığı;
c) gerçəkliyin dərk edilməsində müəllifin xüsusi baca-
rığının ifadəsi kimi səciyyələndirmək;
-
xalq ədəbiyyatından qaynaqlanan ifadə üslubunda
daxili əlaqə, irsi rabitə və ardıcıllığı qruplaşdırmaq
kimi məsələlər mühüm yer tutur.
Monoqrafiyada poetik struktur və üslub fərdiyyəti,
formaları, habelə poetik strukturda müəllifin ideya
mövqeyinin rolu kimi məsələlər müəyyənləşdirilmişdir.
14
I FƏSİL
CƏLİL MƏMMƏDQULUZADƏ NƏSRİNİN
POETİK STRUKTURU
1.1. Süjet və kompozisiya vəhdəti
Cəlil Məmmədquluzadə nəsri Azərbaycan ədəbiy-
yatında öz məzmunu, poetik quruluşu baxımından yeni
bir səhifə hesab olunur. Cəmiyyətin sosial-ictimai
vəziyyətini əks etdirən, insan psixologiyasının zahiri və
daxili xüsusiyyətlərinin cəmini göstərən istər geniş
süjetli «Danabaş kəndinin əhvalatları» (psixoloji-
dramatik povest), istərsə də yığcam süjetli əsərlərində
(hekayə və novellalarında) diqqəti cəlb edən əsas
xüsusiyyətlərdən biri bitkin süjet və kompozisiyaya
malik olmasıdır. Bədii əsərdə süjet və kompozisiya
anlayışları olduqca mühüm məsələlərdəndir. Sənət-
karların müəyyən hadisələr silsiləsindən hər hansı
mövzu seçməsi müəyyən nəzəri daxili qaydalar, prin-
siplər əsasında işləndikdən sonra sənət əsəri kimi
formalaşır. C.Məmmədquluzadə nəsrində süjet və kom-
pozisiya quruluşunda vahidlik prinsipi müəyyən ar -
dıcıllıqla sistemə salınır. Burada kompozisiya süjetin
dərk olunmasına, əsərin bədii-estetik cəhətdən qüvvət-
lənməsinə xidmət edir.
Ədib kompozisiya ünsürlərini – epiqraf, proloq və
epiloqu süjet xəttinin tərkib hissəsi kimi işlətməklə
əsərlərinin bədii-estetik cəhətdən qüvvətlənməsinə nail
olur.
Epiqraf ideyanın açılmasında, əsərin mövzusunda
müəyyən rol oynamaqla bərabər, həm də süjet xəttinin
15
üzvi tərkib hissələrindən biri kimi işlədilir. Belə ki,
epiqraf əsərdə hadisələr arasında məntiqi bağlılığın
tənzim olunmasında müəyyən funksiyaya malikdir. Cəlil
Məmmədquluzadə nəsrində əsərlərin əvvəlində verilən
epiqraflar müxtəlif mənbələrdən götürülmüşdür.
a) Məşhur yunan filosofu Sokratdan – «Danabaş
kəndinin əhvalatları»
b) Şifahi xalq ədəbiyyatından – «Qurbanəlibəy»,
«Oğru inək»
c) Ünvanı məlum olmayan mənbədən – «Şeir
bülbülləri», «Hünərli qadınlar».
Qədim yunan filosofu Sokratdan gətirilən epiqraf
ədibin ilk nəsr əsəri sayılan «Danabaş kəndinin əhva lat-
ları» əsərində verilmişdir. Bu epiqraf Cəlil Məmməd-
quluzadənin antik fəlsəfəyə, ədəbiyyata yaxşı bələd
olduğunu təsdiq edir. Verilən kiçik parçada əsərin əsas
ideyasının, müəllif mətləbinin maraqlı və yığcam şəkil -
də fəlsəfəsi xırdalanır:
«Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir.
Həmin səs pak və təmiz insafımın səsidir ki, hamıda o
insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq
asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub çox
şeylər bilər» (111, 259).
(Sokrat)
Bu epiqraf əsərin kompozisiya quruluşunda və süjet
xəttindəki hadisələrin özülünü qoymaq, həm də onların
gələcək inkişaf istiqamətini müəyyənləşdirmək ağırlı-
ğını öz üzərində daşıyır.
«Bir yüngülvari müqəddimə»dəki təqdim lağlağı
Sadıq və qəzetçi Xəlilindir. Hər ikisi fərdi və ictimai
keyfiyyətlərə malik insanlardır. Onlar «Danabaşlar» mü-
hitində yaşasalar da, yaxşıya pis, pisə yaxşı demir. On-
Dostları ilə paylaş: |