Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   2   3   4   5   6   7   8   9   ...   23

Eyni zamanda bu planların da hamısının yerinə yetiriləcəyinə inamsızlıq. Ġnsan ağlının bir 

nizamı, ya da aydın bir məntiqi yoxdur; adam gündəlik dərdlərin ĢiĢmiĢ, qaydasız yığıntılarıyla 

ən əhəmiyyətli məqsədlərini bir-birinə qarıĢdırır, bu dərin məqsədlərin arasına da orqanizminin 

ehtiyaclarını yerləĢdirir. Beləcə insan yuxusunda acıdığı an süfrəyə oturduğunu, amma yeyə 

bilmədiyini, üĢüdüyü zaman Quzey qütbündə olduğunu və paltosunu tapmadığını, bir az kobud 

davrandıqda həmin an qana susamıĢ bir döyüĢçü olduğunu görür. 

Bilmək istəyərdim ki, sən oralarda, kaktuslar və kovboylar arasında nə yuxular görürsən? 

Görəsən hərdən bir qızıldərililər kimi geyinmiĢ halda mən də ortaya 6 

çıxırammı? Busk, çılpaq Koyote çaqqallları görünürmü? Darıxırsanmı, Bizi düĢünürsənmi? 

Dünən axĢam kitab oxuyarkən qəfldən otaqda ritmik bir səs eĢitdim, baĢımı kitabdan qaldırdıqda 

Buskun yatarkən quyruğunu yerə vurduğunu gördüm. Üzündəki xoĢbəxt ifadəyə baxan olsaydı 

inanıram ki, qarĢısında səni görərdi, bəlkə yeni dönmüĢdün, sənə sevincini göstərirdi, ya da 

birlikdə keçirdiyiniz o gözəl səyahətlərdən birini xatırlayırdı. Ġtlər insan duyğularına qarĢı elə 

həssasdırlar ki, zaman ərzində biz də doğmalaĢdıq. Çox Ģeyin onların ürkək gözlərində əks 

olunmasını xoĢlamadıqlarına görə çoxları onlara nifrət edir. Busk səni tez-tez yuxuda görür. Mən 

bunu bacarmıram, ya da görsəm də xatırlamıram. 

Mən kiçikkən dul xalalarımdan biri bir müddət bizdə qalmıĢdı. Ġspiritizmaya meyilli idi, anam, 

atam ortalarda görünmədikdə ən qaranlıq və gizli küncdə məni zehnin qeyri-adi gücləri 

mövzusunda tərbiyə etməyə səy göstərərdi. Deyərdi ki, uzaqdakı bir insanla əlaqə qurmaq 

istədikdə, əlinə onun bir Ģəklini almalı, üç addımdan bir xaç çəkməli və sonra budur, burdayam 

deməlisən. Ona qalırsa bu üsulla istədiyin adamla telepatik əlaqə qurula bilərdi. 

Bu gün nahardan sonra, yazmamıĢdan öncə mən də belə etdim. Saat beĢ radələriydi, ordasa səhər 

olmalıydı. Məni gördünmü, duydunmu? Mən səni iĢıqlı, divarları kafelli barların birində küftəli 

sandiviç yeyərkən gördüm, səni qarıĢıqlığın içində o an seçə bildim, çünki sənə son dəfə 

hördüyüm qırmızı-mavi, maral Ģəklli jaketi geymiĢdin. Amma mənzərə elə qısa sürdü ki, sanki 

televiziya filmi kimiydi, gözlərindəki ifadəni görə bilmədim. Hər Ģeydən çox onunla 

maraqlanıram ki, görəsən xoĢbəxtsənmi. 

Xatırlayırsanmı? Sənin ölkə xaricindəki təhsilinin xərcini ödəməyimin doğru, ya səhv olacağına 

görə nə qədər mübahisə etdik. Ġnad edirdin ki, bu vacibdir, inkiĢaf etmək və oxumaq üçün 

getməli, bu cansıxıcı mühitdən uzaqlaĢmalıydın. Litseyi yeni bitirmiĢdin, nə edəcəyin bilmirdin, 

bunun üçün bədbinliyə qapılmıĢdın. UĢaqkən üç arzun vardı, sonra bunlardan əsər-əlamət belə 

qalmadı. Əvvəllər dostlarına qarĢı göstərdiyin o açıq münasibət illər keçdikcə yox oldu, öz içinə 

çəkildin. Ġnsanlara qarĢı sevgin, paylaĢma arzun qısa zamanda maraqsızlığa, dərbədərliyə, 

yalnızlığa və xoĢbəxt gələcəyinə istiqamətlənmiĢ ardıcıl bir sabit fikrə çevrildi. Televizorda, 

xüsusilə acı bir səhnə görərkən məndə yaranan acıma duyğularına lağ edərək, bu yaĢda hələ də 

niyə təəcüblənirsən söyləyirdin. Əvvələr sənin bu kimi fikirlərin nəfəsimi daraldır, yanımda bir 

canavarın oturduğunu sanırdım; gözümün ucuyla səni süzərək özümdən, «verdiyim örnəklərlə 

səni beləmi yetiĢdirmiĢdim» deyə soruĢurdum. Belə zamanlarda sənə cavab vermirdim, amma 

artıq dialoq zamanının bitdiyini hiss edirdim, aydın idi ki, sənə nə söyləsəydim bir mübahisə 

çıxacaqdı. Bir yandan sınmağımdan qorxurdum, boĢ-boĢuna bir-birimizin gözündən düĢəcəkdik, 

bir yandan da açıq bir mübahisə sənin əsl axtardığın bəhanə idi, mübahisələr bitmək əvəzinə, 

getdikcə artacaq, Ģiddətlənəcəkdi. Sənin söylədiklərinin arxasında enerjinin, qürürlu bir enerjinin 

qaynadığını hiss edirdim, içində hər an partlamağa hazır olan vulkanı güclə saxlayırdın, mənimsə 

bu iti buynuzları korĢaltmaq səyim, hücumlar qarĢısındakı ağla gəlməyən kələklərim səni baĢqa 

yollar axtarmağa vadar etdi. 

Buna görə məni baĢ götürüb getməklə, xəbər vermədən evi tərk etməklə hədələdin. Sənə 

buralardan ayrılmağının əla fikir olduğunu söylədikdə çaĢdın, büdrədin; ovunu udmaq zamanı 

baĢını qadırıb ağzını açmıĢ bir ilan qarĢısında bir Ģey qalmadığını hiss etdiyi an hansı vəziyyətə 

düĢürsə, sən də eynilə bu hissi keçirtdin. Bunun üçün barıĢmağa çalıĢdın, təkliflər etdin, dəyiĢik 

və qərarsız sınaqlardan sonra günlərin birində qəhvə fincanının önündə oturarkən yeni bir inamla 

Amerikaya gedəcəyini bildirdin. 



Bu qərarını da o birsilər kimi maraqsız qarĢıladım. Ġstəmirdim ki, tələsik, hər tərəfli 

düĢünmədiyin bir qərara gələsən. Sonrakı həftələrdə hey Amerika düĢüncəsindən söz açdın. 

Ehtirasla əlavə edirdin ki, oraya bir illiyə getsən heç olmasa bir dil öyrənərsən və zamanın hədər 

getməz. Zaman itirməyin heç də pis bir Ģey olmadığını xatırlatdığım 7 

zaman müdhiĢ Ģəkildə səksənirdin. Ən çox da həyatın bir yürüĢ olduğunu söylədiyim zaman 

təəccübləndin. Əsas olan zamandan bir hədəf tapmaqdır. Süfrədəki iki fincanı da qolunun qəfil 

bir hərəkətiylə havaya tolazladın, sonra da əllərinlə üzünü örtərək, «sən axmaqsan, axmaqsan, 

anlamırsan ki, bu mənim yeganə istəyimdir» deyə ağlamağa baĢladın. Həftələrlə torpağa mina 

döĢəyib, üstündən keçməməyə çalıĢan əsgərlər kimi davrandıq. Harda olduğunu, nə olduğunu 

bilirdik, uzaqdan keçir, bir Ģeydən qorxan insanlar kimi davranırdıq. Mina partlayanda sən 

ağlayıb hıçqıraraq, bir Ģey anlamırsan, əsla anlamayacaqsan deyərək necə incidiyini 

sezdirməmək üçün bir bilsən ki, nə çox səy göstərdin. Sənə anandan, boylu qalmasından, 

ölümündən, bütün bunlardan heç söz açmadım. Mən susduqca sən də bunların mənim üçün 

əhəmiyyətsiz, unudulmuĢ mövzular olduğunu düĢündün. Amma bunu heç hesaba salmırsan ki, 

anan mənim qızımdı. Ya da hesaba qatsan da bunu ürəyində saxlayırsan. Elə bilirdin ki, sənin 

bəzi baxıĢlarını, bəzi nifrət dolu sözlərini ayrı cür izah edə bilmərəm. Səndə ana mözusunda 

onun buraxdığı boĢluqdan baĢqa bir xatirə yoxdu; o, öldüyü gün çox kiçik idin. Halbuki, mən 

yaddaĢımda otuz üç ilin və onu bətnimdə daĢıdığım doqquz ayın xatirələrini saxlayıram. Bu 

mövzuda bu qədər laqeyd olduğumu necə düĢünə bilərsən! 

Mövzunu bu ana qədər açmamağımın səbəbi mənim tərəfimdən təmkin və bir az da eqoistlik 

görünə bilər. Təmkin - ondan söz açarkən özümdən, mənim həqiqi, ya da xəyali günahlarımdan 

baĢlamalıydım; eqoistlik - ümid edirdim ki, mənim sevgim onun yoxluğunu hiss etdirməyəcək 

qədər sonsuzdur. Günlərin birində onun həsrətini və mənə «mənim anam kimdi, nədən öldü» -

deyə verdiyin sualı əngəlləmək istədim. 

Sən uĢaqkən xoĢbəxt idik. NəĢəli uĢaq idin və bu nəĢənin içində süni bir Ģey yox idi. Bu nəĢənin 

arasında bir inciklik busqusu da yatardı və sən ürəkdən də gülə bilməzdin. «Nə var, nə 

düĢünürsən» -deyə soruĢduqda, təbiiliklə cavab verirdin: «görəsən göy üzünün sonu varmı, 

yoxsa sonsuzadək uzanır». Həssaslıq cəhətdən mənə bənzədiyin üçün qürur duyurdum. Özümü 

səndən böyük, və ya səninlə günah ortağı kimi hiss edirdim. Bunun həmiĢə belə davam edəcəyini 

düĢünürdüm. Təəssüf ki, sabun köpüklərinə yapıĢıb xoĢbəxtlik içində havada uçmuruq, 

həyatımızda bir baĢlanğıc, bir son var və bu baĢlanğıcla son bir ov üstünə atılan tor kimi 

üstümüzə düĢür. Deyirlər ki, ataların günahını övladları çəkər. Doğrudur, çox doğru, 

babalarınkını nəvələri, əcdadlarımızınkını nəticələri çəkər. Bəzi həqiqətlər özlərində bir qurtuluĢ 

duyğusu daĢıyır, bəziləri də qorxu duyğusu oyandırır. Bizimki isə ikinicisinə uyğundur. 

Günahların zənciri harada sona çatır? Kabildəmi, Hər Ģey bu qədər geriyə uzana bilərmi? Bütün 

bunların arxasında sirrli bir Ģeymi var? Bir zamanlar oxuduğum bir hind kitabına görə bütün güc 

qədərin əlindədir, iradənin gücü isə yalnız bəhanədir. Bunu oxuduqdan sonra məni sonsuz bir 

kədər bürümüĢdü. Ertəsi gün yenə bir neçə səhifə oxuduqda qədərin keçmiĢdəki 

davranıĢlarımızın nəticəsi olaraq yaranmasını, qədərimizi öz əllərimizlə cizdiyimizi gördüm. 

Beləcə geriyə üz çevirdim. «Bü düyümün həlli nöqtəsi haradadır» -deyə öz-özümdən soruĢdum. 

Ġpin hansı ucu yumağındır? Kəsib qopara bilərikmi, yoxsa bizi sonsuzluğadək dolaĢıb sarıyarmı? 

Mən onu kəsirəm. Artıq ağlım əvvəlkilər kimi deyil, düĢüncələrim var, Ģübhəsiz, düĢünmə 

formam dəyiĢmədi, amma zehnimi uzun müddət canlı saxlamaq gərgin əmək istəyir. Ġndi 

yoruldum, gənckən fəlsəfə kitabı oxyanda baĢım necə fırlanırdısa, indi də eləcə fırlanır. Hələlik 

səndən ayrılıram, salondakı, nifrət ediləsi qutunun önündə boĢ-boĢuna oturmağa gedirəm. 

20 noyabr 

Yenidən buradayam. Bu gün görüĢümüzün üçüncü günüdür. Daha doğrusu, dördüncü günü, 

üçüncü görüĢ. Dünən elə yorğun idim ki, heç yazmağa halım yox idi, hətta oxuya 8 

bilmədim də. Kədərli və nə edəcəyimi bilmədiyim bir Ģəkildə bütün günü evlə bağça arasında 

dolaĢdım. Hava olduqca mülayimdi, isti saatlarda oturacaqda oturdum. Ətrafımda otlar da, çiçək 

ləkləri də səliqəsizdir. Onlara baxarkən bir mübahisəmizi xatırladım. Nə zaman olub, keçən 

ildəmi? Görən iki il olarmı? Sağalmaz bir bronxit xəstəsi olmuĢdum, yarpaqlar çoxdan 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə