74
- Roman Lazareviç, birinci sizə demək istəyirəm ki, siz
unikal insansınız – sadəlövhlüklə danışmağa başladım. –
Mən dəhşətli dərəcədə sizə minnətdaram ki, mənimlə, heç
kimin hədsiz aktrisa ilə işləyəcəksiniz. Siz mənimlə məşq
edəcəksiniz!!!
- Sən əlbəttə, çox məşhur olacaqsan. Bildiyin kimi, gözəl
filmdir. Səni filmdən-filmə dəvət edəcəklər. Gəl, bu şərəfə
içək! – və o, konyakı masanın üstünə qaytardı.
- İçmək üçün gecdir. Biz axı restoranda içmişik, - yüngül-
cə imtina etməyə çalışdım.
- Deməli, yeni ulduzun doğulması şərəfinə içmək istə-
mirsən?
- Mən çox istərdim ki, məşqə başlayaq, səhnəni düzəldib,
söyləyim, - mızıldandım və qədəhdən azca içdim.
- Oho, sən kələkbazlıq edirsən. – Karmenin diqqətindən
mənim içmək istəməməyim yayınmamışdı. – Onda şirnilər-
dən ye. – O, vazadan iri çiyələyi götürüb, mənə yaxınlaşa-
raq, giləmeyvəni dodaqlarıma apardı. Eyni zamanda onun
çılpaq ayaqları
demək olar ki, mənimkilərinə toxunurdu.
Bir saniyə çaşqınlıq içində qaldım. Necə ola bilər? Axı o,
bizim bir ay öncə məktəbdə təhsilimizi bitirərək vidalaşdı-
ğımız sevimli müəllimlərimizi xatırladırdı.
- Ağzını aç... – Karmen mənə çiyələyi “yedirtməyə” cəhd
edirdi.
Mən tələsik qalxdım. O da qalxdı. Həmin andaca özümə
gəlmədən, məni əlləri üstünə qaldırdı və bir neçə addım-
dan sonra yatağa çatdı.
- Siz nə edirsiniz? – Mən onu itələdim və o, səndirlədi.
– Siz mənim üçün əfsanə-insansınız! Pun müharibələri və
Karfagenin dağıdılması dövründən, - yerinə düşməsə də
əlavə etdim. Amma sonuncu ifadə onu öldürdü.
- Yaxşı, dovşan – tələsik söylədi. – Səninlə burada başım
naqqallığa qarışdı.
Anlayırdım ki, o, çox möhkəm inciyib. Xətrinə dəy-
mişəm. Mənə elə gəlirdi ki, hələ hər şeyi qaydasına salmaq
olar, amma vacib nəsə demək lazımdır. Dedim:
- Siz incidiniz? – Uyğun nə isə fikirləşmək çətin idi.
75
- Mən sənə dedim – get! Sən nə üçün gecə yarısı gəlmisən?
–
O demək olar ki, qışqırdı.
İndi mən incidim.
- Siz məni dəvət etdiniz – məşq etməyə. – O, mənim sə-
simdə
məzəmmət duydu, bu da onu özündən çıxartdı.
- Nədir, balacasan? Bilmirsən, nə üçün gecə vaxtı tənha
kişinin otağına gedirsən? Bunu hər bir məktəbli qız anlayır.
Niyə burada dəymədüşər rolu oynayırsan?
O, hirsindən əsirdi. Amma mən də əsirdim. Var qüvvəmlə
qapını çırpıb, dəhlizə atıldım.
“Gicbəsər, axmaq qız, - çılğınlıqla başımdan keçirdi. –
Amma o da ehtiraslı qocadır! Bir ayağı burdadır, bir ayağı da ...
O isə dinc durmur. Mən i-sə, mən i-sə! – məşq etmək. Nə qə-
dər gic olmalısan.
Kim güman edə bilərdi, kim bilə bilərdi?”
Bunları düşünə-düşünə pilləkənlə aşağı qaçırdım.
Birdən, gözümü qaldırdıqda, qarşımda Karmenin hansı
nömrədə qaldığını mənə deyən həmin növbətçini gördüm.
O, mənə baxırdı, sifətindən məzəmmət oxunurdu. “O qadın
bilirdi”, - özüm-özümə hökm çıxardım. Demək olar ki, dəh-
lizə burulanda, güclə eşidiləcək “fahişə” sözünü duydum.
Dərhal geri döndükdə, bu ağsaç qadının metal çubuqlu he-
sablama taxtasında, səssizcə nəyisə hesabladığını gördüm.
Hardansa axıb gəlmiş utancaqlıq, hiddət, inciklik, həyə-
can və anlaşılmazlıq məni bürümüşdü. Bu vəziyyətdən necə
çıxmaq
barədə düşünə-düşünə, yuxusuz bir gecə keçirdim.
Səhər tezdən tez yeməyimi yeyib, holla çıxdım. Çəkiliş
qrupunun balaca avtobusu artıq getmişdi. Mən çəkilişlər cəd-
vəli asılmış divara yaxınlaşdım. Gündüz növbəsində məşğul
olan aktyorların içində mənim soyadım yox idi. Mən yün-
güllük hiss etdim: Karmenin sifətinə baxmaq lazım gəlməyə-
cəkdi, yatmalı və özümə gəlməli idim. Elə dənizə getmək də
günah olmazdı: Moskva solğunluğu mənə yaraşmırdı.
Növbəti gün – yenidən mənim istirahət günümdür. Həm
də öyrəndim ki, Roman Lazareviç çıxıb gedib. Yüngüllük
hiss etdiyimi demək azdır. Çiynimdən dağ götürülmüşdü!
Mənəvi ağırlıq götürülmüşdü: izah etməyə ehtiyac yoxdur,
unutmaq olar, bir də gördün, o da vaz keçib, bəlkə də unu-