Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə2/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   2   3   4   5   6   7   8   9   ...   70

nalistlərin yazdığı kimi quş uçuşu hündürlüyündən gördük. 
Biz  gözlənilmədən  aşkar  etdik  ki,  Bakı  dənizlə  şəhərin  hü-
dudlarından yaşıl dağətəyinə kimi uzanan boz-sarı səhralıq 
arasında vadidir. 
Quru torpaq Şamaxının yaşıl xalısı qəfildən görünənə kimi 
xeyli uzanır. Yəqin ki, Puşkinin “Qızıl Xoruz”unda evlənmək 
naminə cavanlaşmaq üçün qaynar südün içinə tullanan qoca 
çarı özünə heyran edən Şamaxı çariçası orada anadan olub. 
İndi  bizim  evimizdə  Təbriz  və  Kəşmir  xalçaları  ilə  rəqa-
bətə girən, parlaq naxışları ilə cəlb edən Azərbaycan xalçaları 
da var. Şamaxı rayonundan xatirə olan yumşaq qızılı ilə bərq 
vuran zərif vazalar – Şirvan tətbiqi sənət məktəbi ustalarının 
əsərləridir.
Bütün  bunlar  bizim  mənzilimizin  interyerinə  əla  daxil 
olub  və  çoxdan  evimizdə  məskunlaşan  fars  bardaqları;  gü-
müşlə işləməli, yaşmalı və hənada isladılmış dəvə sümüyün-
dən  Mərakeş  güzgüsü;  haçansa  maharacların  pələng  ovuna 
getdikləri  üçdişli  hind  ov  xəncəri  –  qatarlarla  birlikdə  göz 
oxşayır...
Azərbaycanda keçirdiyim üç gün mənə təcili qurtulmağa 
məcbur  olduğum  iki  kiloqram  əlavə  çəki  ilə  yanaşı,  heyrə-
tamiz şəhər haqqında heç vaxt unuda bilmədiyim gözəl xa-
tirələr qoyub. Bu şəhərdə bütün memarlıq üslubları və böyük 
mədəniyyətlər heyranedici kokteyl kimi qovuşub və Bakıya 
gələn hər kəsi məftun edir.


7
Ananaslar şampanda! Ananaslar şampanda!
Son dərəcə dadlıdır, köpüklüdür, acıdır!
Nədəsə Norveçdəyəm, nədəsə İspaniyada!
1
 
Mən o vaxtlar qadağan olunmuş Severyanini sovet paspor-
tu haqqında şeir öyrənən rəfiqələrimə oxuyurdum. “Artist!” – 
rəfiqələrim heyranlıqla pıçıldaşırdılar. Mən isə şairlər şairinin 
misraları altında büllur gül vazasına yarım banka ananas kom-
potu süzüb, ad günümdən qalma şampanı əlavə edərək, Şukin 
adına məktəbə qəbul olunacağıma tam əminliklə içirdim.
1
Kitabdakı şeirlər sətri tərcümə olunub


8
SU  SINAĞI
Ömrümün on doqquzuncu ilini yenicə yarılamışdım ki, kli-
nik ölüm keçirdim. 
Mayın sonları idi. Həmin bahar havalar çox isti keçirdi. Ey-
nən yaydakı kimi. 
“Zaçot”lar məni əldən salmışdı, qabaqdan isə imtahan sessi-
yası gəlirdi. Mən kimyaya, biologiyaya, latınca adlarını yadda 
saxlamaq lazım gələn çoxsaylı əzələlərilə baş və boyun anato-
miyasına artıq nifrət edirdim. Tələbələrin asanlıqla yadda sax-
laya bildikləri yeganə latınca termin “muskulus gluteus mac-
simus”  (böyük  omba  əzələsi)  idi.  Yerdə  qalan  aminturşular, 
embrionlar, nukleotidlər, sidik-tənasül sistemi və daxili ifrazat 
vəziləri – bunlar hamısı əsil dəhşət və mənim tibb institutunda 
təhsilimin qorxulu ilğımları idi. 
Tibb institutuna həkim anamın təzyiqi ilə daxil olmuşdum. 
O, deyirdi ki, mən hər şeydən əvvəl təhsil almalıyam. Yalnız 
sonra fikrimi dəyişməyəcəyim təqdirdə teatr məktəbinə daxil 
ola bilərəm. Anamın samballı dəlili isə belə səslənirdi: “Əvəzin-
həmişə çörəyin olacaq, üstəlik yağın və kürün də”.
Mən instituta daxil oldum. Əlbəttə, vəd olunan buterbroda 
görə yox, əslində anamı məyus etməmək üçün. 
Nəhayət, mayın sonu. Biz anamla istirahət günlərini keçir-
mək üçün şəhər kənarına, sanatoriyaya gedirik. Baş korpusun 
yaxınlığında, dayaz, ilıq sulu xırda bir çay vardı. O vaxtlar mən 
üzə bilmirdim, amma suya baş vurmağı sevirdim. 
Çay balacadır – batmazsan, axın da güclü deyil. Amma necə 
böyük həzzdir! Suya dalırsan,  əllərini qabağa qayıq kimi uza-
dıb, düz uzanırsan və havan çatdığı qədər, su səni aparır. Sonra 
ayağa durmaq, nəfəs almaq yenidən suya dalaraq üzmək olar. 
Belə  dalmalardan  birində,  suyun  üzünə  çıxmaq  istəyəndə, 
qəfildən hiss etdim ki, ayaqlarım altında heç nə yoxdur. Suyun 
qumlu, yumşaq, tanış dibi sanki yoxa çıxmışdı.  İndiyə kimi xoş 


9
Mən boğulmadım...   
...əksinə öz taleyimi öyrəndim 


10
və mərhəmətli görünən hər şey birdən qeybə çəkildi. Havam 
çatışmır, axın güclənir, nə edəcəyimi anlamıram. Məni vahimə 
bürümüşdü.
Onurğalarım gərilənə kimi bədənimi düzəltdim və ayaqla-
rımla suyun dibini tapmağa çalışdım. Daha bir saniyə - və mənə 
elə gəldi ki, barmaqlarımın ucu ilə dibə toxundum. Var gücüm-
lə təkan verərək, bədənimi yuxarıya itələdim və su təbəqəsinin 
altından işığı, gün işığını gördüm. Amma suyun üzünə çıxmaq 
mənə müyəssər olmadı. Suyun üzərində yalnız mənim saçla-
rım – tünd, uzun, sıx saçlarım görünürmüş (sonralar mənə de-
dilər ki, məni də elə bu xilas edib). Amma bütün bunlar son-
ra olub. Həmin an isə mən çırpınaraq, ümidsizliklə mübarizə 
aparırdım, havam çatmırdı, qışqırmağa cəhd göstərdim, amma 
ətrafda ancaq su var idi, yalnız su və bir də qara-boz zülmət.
Qəfildən üzərimə ölüm hissi çökdü, həyatın yaxın və baya-
ğı sonluğunu duydum. Klinik ölüm yaşayan insanlar çox vaxt 
işığa  doğru  irəlilədikləri  qaranlıq  tunel  haqqında  danışırlar. 
Mən tuneldə olmadım. Yalnız hərdənbir qırmızı qığılcımlarla 
bəzənmiş qatı zülmət görürdüm. Və bu zülmətdə bir az öncəyə 
qədərki xoşbəxt həyatımdan bəzi təlaşlı parçalar peyda olurdu. 
Yox, bunlar heç xatirə də deyildi. Daha çox bütövün, şüurum-
dan işıq saçan güllələr kimi gəlib keçən keçmiş həyatın sonlu-
ğu, parçaları idi. 
Bunlar mənə indi belə gəlir. Onda isə heç nə başa düşmədən, 
bilmirdim ki, bu həyatdır, yoxsa artıq ölümdür. Birdən bütün 
bu dəhşətin içindən sanki işıq zolağı çıxır... və məndən elə bil 
ki, həyatım haqqında danışmağı xahiş edirlər. Mən ora, dəh-
şətli və qaranlıq su altına qayıtmamaq üçün danışmağa başla-
yıram. Boğulduğum qatı zülmətə qayıtmamaq üçün, mən bir-
dən  həyatıma  bəzək-düzək  verməyə  başlayıram.  Və  sonuncu 
fikrim belə olur: “İlahi, niyə yalan danışıram? Axı, onlar mənim 
haqqımda hər şeyi bilirlər!”
Bu anda ürəyim yenidən döyünməyə başladı. Ölüm məndən 
üz döndərdi. 
Məni xilas edən yəqin ki, sanatoriyada həkimlərin dincəlmə-
si oldu. “Tibb işçisi” sanatoriyasında ayrı kimlər dincələ bilər-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə