Sual 38. Memarlıq
Memarlıq. Təsviri incəsənətin ən qədim və zəngin tarixi keçmişə malik sahələrindən biridir. Müxtəlif dövrlərdə memarlığın inkişafı müxtəlif mərhələlərdən keçmişdir. Dekorativ tətbiqi incəsənət kimi memarlıq da insanların yaratdığı maddi mühitin bədii cəhətdən formalaşmasına xidmət etmiş, onlarda estetik, ideya və bədii keyfiyyətlərinin açılmasına xidmət etmişdir. Çox maraqlıdır ki, müxtəlif xalqların mədəniyyətində memarlığın inkişafım izləməklə onların tarixini, inkişafını, tarixi hadisələri öyrənmək mümkündür.
İbtidai icma dövründən başlayaraq insanlar öz həyatlarını və məişətini təmin etmək üçün mağaralardan, qədim tikililərdən istifadə etmişlər. Monumental incəsənət nümunələrinin meydana gəlməsində və inkişafında memarlıq mühüm rol oynamışdır. Bu baxımdan müxtəlif xalqların tarixi keçmişinin , milli mədəniyyətinin öyrənilməsində memarlıq nümunələri mühüm əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |