Şüa diaqnostikası ixtisası üzrə yenilənmiş nümunəvi test sualları


Bölmə 23. Pediatriyada şüa diaqnostikası



Yüklə 1,82 Mb.
səhifə8/13
tarix30.04.2018
ölçüsü1,82 Mb.
#40457
1   ...   5   6   7   8   9   10   11   12   13

Bölmə 23. Pediatriyada şüa diaqnostikası
457)Divararalığı boşluğu şərtli olaraq neçə hissəyə ayrılır?

A) 2


B) 4

C) 5


D) 8

E) 3


Ədəbiyyat: B.Baxşiyev Ümumi rentgenologiya. Bakı. 1976
458)Timomeqaliyada rentgenoqrafiya müayinəsi zamanı optimal proyeksiyası hansıdır?

A) Döş qəfəsi – yan

B) Döş qəfəsi – üfüqi arxası üstə

C) Boyun nahiyəsi – üfüqi ön

D) Döş qəfəsi – şaquli ön

E) Boyun nahiyəsi – şaquli ön

Ədəbiyyat: B.Baxşiyev. Ümumi rentgenologiya. Bakı. 1976
459)TORCH sindromu kompleksini yaradan səbəblər hansılardır?

A) Hamiləlik zamanı infeksiyalar

B) Hamiləlik zamanı hipoalimentasiya və yaxud ananın şəkərli diabeti

C) Vaxtından tez doğuş faktı

D) Hamiləlik zamanı ananın nikotin ilə və digər ekzogen intoksikasiyası

E) Genetik faktor (xromosom aberrasiyaları)

Ədəbiyyat: Секреты рентгенологии. Д. Кац, Р. Kейвин, 2003
460)Uşaqlarda ən xarakterik qaraciyər tumoru hansıdır?

A) Hepatik hemangioendoteliom

B) Hepatik limfoma

C) Kavernoz hemangioma

D) Vilms tumorun metastazları

E) Neyroblastoma metastazları

Ədəbiyyat: Д. Странг, Секреты компьютерной томографии, 2009
461)Aşağıdakılardan hansı müddəa Dandy-Walker malformasiyası üçün yanlışdır?

A) Beyincik hemisferlərin kaudal dislokasiyası və sirinqomiyeliya

B) Beyin mədəciklərin dilyatasiyası

C) 70% hallarda MSS-nin digər anomaliyaları ilə müşayiət edilir

D) Böyüklüyü çox fərqli olan IV mədəciklə əlaqəli arxa kəllə çuxurunun kistası

E) Beyincik vermisin aplaziya və yaxud hipoplaziyası nəticəsində beyincik yarımkürələri ayrılır

Ədəbiyyat: Direct Diagnosis in Radiology, Pediatric Imaging, G.Staatz, D.Honnef, W.Piroth, T.Radkow, 2010
462)Aşağıdakılardan hansı şizensefaliya anomaliyası üçün doğrudur?

A) Subaraxnoidal boşluqlar ilə əlaqəli, yan beyin mədəciklərinə doğru uzanan ,, likvor tərkibli, beyin yarımkürələrində yarıq defekti mövcuddur

B) Daxili karotid arteriyaların obstruksiyası nəticəsində beyin yarımkürələrində ageneziya izlənilir

C) Lateral mədəciklərin arxa buynuzlarının uni- və ya bilateral qeyri-proporsional genişlənməsi və döyənək cismin ageneziyası

D) Damar kələfində çoxsaylı kistalar və korpus kallosumda hipogeneziya

E) Beyin mədəcikləri və yaxud subaraxnoidal boşluqlarla əlaqəli, serebrospinal maye ilə dolu kista və serebellyar vermisdə hipogeneziya ola bilər

Ədəbiyyat: Direct Diagnosis in Radiology,Pediatric Imaging, G.Staatz, D.Honnef, W.Piroth, T.Radkow 2010; Atlas of Ultrasound in Obstetrics and Gynecology, P.M.Doubilet, C.B.Benson, 2009
463)Persistent hiperplastik primitiv (birincili) şüşəyəbənzər cism kimi göz patologiyasını hansı diaqnostik kriterilər əks etdirir?

A) Az yaşlı uşaqlarda KT və USM zamanı arxa retinal kasifikasiyalar və göz almasının həcminin artması

B) 1 yaşına qədər olan uşaqlarda doppler USM-si zamanı daxilində aktiv qan axını olan, KT zamanı aktiv kontrastlasan ekstrakonal və periorbital mass

C) 1 yaşına qədər uşaqlarda US və KT müayinəsi zamanı retrolental mass, büllurun dislokasiyası və qalınlaşmış embrional hialoid qalığı aşkarlanır

D) Az yaşlı uşaqlarda USM ya KT zamanı göz almasının arxa divarının lokal balonvari defekti və optik sinirində atrofiya

E) USM-də və KT-da aşkarlanan şüşəyəbənzər cisminin diffuz bərkiməsi və görmə qabiliyyətinin itməsi

Ədəbiyyat: Diagnostic İmaging, Head and Neck, Harnsberger, 2006-2007
464)Neyrosonoqrafiya müayinəsində yan beyin mədəciklərin arxa buynuzlarının lokal genişlənməsi (kolposefaliya) hansı hal üçün xarakterik simptom sayılır?

A) Dandy – Walker sindromu

B) Lobar holoprozensefaliya

C) Corpus callosum ageneziyası / hipogeneziyası

D) Mədəciklərdə obstruktiv (daxili) hidrosefaliya

E) I tip Arnold – Chiari sindromu

Ədəbiyyat: УЗИ перинатальных поражений головного мозга; Зубарева Е.А., Дворяковский И.В., Зубарев А.Р., Сугак А.Б., 1999
465)Yeni doğulmuşlarda meningosele əsasən hansı sahədə lokalizasiya olur?

A) Frontal sahələrdə

B) Temporal sahələrdə

C) Ənsə sahəsində

D) Gicgah və təpə nahiyələrdə

E) Pariyetal nahiyələrdə

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
466)Mühüm .dərəcəli hidrosefaliyanın hidranensefaliyadan ən vacib patomorfoloji differensial fərqi hansıdır?

A) Böyük beyin yarımkürələrinin minimal kortikal layının mövcudluğu

B) Arxa kranial fossanın böyük ölçülü kista

C) Serebellyar tonzillərin kaudal dislokasiyası

D) Ventrikulomeqaliyanın .si

E) Böyük ölçülü, mərkəzi yerləşmiş ümumi mədəcik

Ədəbiyyat: Textbook of Diagnostic Ultrasonography, Sandra L. Hagen – Ansert, 2005
MRT
467)Qara ciyərin piyli distrofiyasını qara ciyərin digər diffuz dəyişikliklərindən ayıran əsas ultrasəs əlamət hansıdır?

A) Qara ciyərin hər iki payının aşağı kənarlarının bucaqlarının ölçülərinin böyüməsi

B) Qara ciyərin parenximasında diffuz–ocaqlı, qeyri-həmcins dəyişikliklər fonunda damar şəklinin deformasiyası

C) Qara ciyər parenximasında yüksək exogenli müxtəlif sahələrin olması

D) Qara ciyərin exogenliyinin artmış fonunda qara ciyərin strukturasının, konturlarının və damarlarının exoşəklinin dəyişikliklərin olmaması

E) Qara ciyərin parenximasında diffuz - ocaqlı qeyri-həmcins dəyişikliklər

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.56
468)Ultrasəs müayinə zamanı qapı venasında aşkar edilmiş tromb hansı xəstəlik üçün patoqnomik əlamət sayılır?

A) Qara ciyərin birincili xərçəngi

B) Böyrəyin bədxassəli şişləri

C) Mədəaltı vəzin bədxassəli şişləri

D) Qara ciyərin metastatik şişləri

E) Qara ciyərin düyünlü hiperplaziyası

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.77
469)Qara ciyərin ocaqlı dəyişikliklərində rəngli dopplerqrafiya nəyi təyin etməyə imkan verir?

A) Bəd xassəli törəmədə patoloji neovaskulyarizasiyanı dəqiq aşkarlamaq və qara ciyərin ocaqlı dəyişikliyə uğramış zonasında damarın quruluşunda yaranmış dəyişiklikləri təyin etməyə

B) Cavabların heç biri düzgün deyil

C) Dəyişikliyə uğramış sahənin vaskulyarizasiyasının .dərəcəsini və strukturunu dəqiq təyin etməyə

D) Hamısı düzgündür

E) Aşkar edilmiş sərt toxumalı törəmənin bəd və ya xoş xassəli olmasını yüksək dəqiqliklə təyin etmək

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.76
470)Öd kisəsi daşının kimyəvi tərkibi onun ultrasəs şəklinə təsir edirmi

A) Bütün hallarda

B) Konkrement maye ilə əhatə olunmayıbsa

C) Heç vaxt

D) Daşın ölçüsü 5 mm-dən böyükdürsə və konkrement maye ilə əhatə olunubsa

E) Daşın ölçüsü 5 mm-dən kiçikdirsə

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.105- 107
471)Qalınlığı və konturları normal olan öd kisəsinin divarlarının içərisində çoxlu sayda nöqtəvari hiperexogen strukturaların aşkar edilməsi hansı xəstəlik üçün xarakterikdir?

A) Öd kisəsinin xolesterozu

B) Öd daşı xəstəliyi

C) Öd kisəsinin adenomiomatozu

D) Öd kisəsinin xərçəngi

E) Xroniki xolesistit

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 129
472)Qara ciyərin qapısı ağzında öd axarlarını topik ayırd etməkdən ötrü hansı orientirdən istifadə etmək olar?

A) Qara ciyər arteriyası

B) Qara ciyər arteriyasının sol paya gedən şaxəsi

C) Aşağı boş vena

D) Qapı venası

E) Qara ciyər arteriyasının sağ paya gedən şaxəsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.94
473)Öd kisəsinin polipozunun exoqrafik əlamətlərinə hansılar aid deyil

A) Törəmənin həmcins struktura malik olması

B) Öd kisəsi boşluğunda bir və ya çoxlu sayda törəmələrin olması

C) Törəmənin exogenliyinin qara ciyərin toxumasının exogenliyinə yaxın, yüksək və ya əksinə aşağı olması.

D) Törəmənin öd kisəsi divarına bitişik yerləşməsi

E) Pasiyentin bədəninin vəziyyətini dəyişərkən strukturun hərəkətliliyi və akustik kölgə

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.126
474)Öd kisəsinin ən çox təsadüf olunan anomaliyaları hansılardır?

A) Öd kisəsinin sayının anomaliyaları

B) Hamısı təqribən eyni nisbətdə təsadüf edilir

C) Öd kisəsinin yerləşməsinin anomaliyaları

D) Öd kisəsinin ölçülərinin anomaliyaları

E) Öd kisəsinin formasının anomaliyaları

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под
475)Hansı ultrasəs əlamətləri kəskin pankreatit üçün xarakterik deyil?

A) Mədəaltı vəzin strukturunun diffuz qeyri – həmcins olması

B) Mədəaltı vəzin ölçüsünün kiçilməsi

C) Mədəaltı vəz toxumasının exogenliyinin aşağı düşməsi

D) Mədəaltı vəzin kənarlarının qeyri – dəqiqliyi

E) Mədəaltı vəzin ölçüsünün böyüməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.154-157
476)Mədəaltı vəzin baş hissəsinin xərçənginin əsas exoqrafik əlamətləri hansılardır?

A) Hamısı düzdür

B) Qara ciyərdən xaric öd axarlarında xolestaz

C) Mədəaltı vəzin baş hissəsində aşkar edilmiş ocaqlı zədələnmə

D) Damarların sıxılması və yerdəyişməsi

E) Mədəaltı vəz axacağının genişlənməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.176 – 181
477)Mədəaltı vəzin kistoz – fibrozu nəyin nəticəsidir?

A) Çox sürətli inkişaf edən iltihabi prosesin

B) Hamısı düzdür

C) Mədəaltı vəzin anadangəlmə anomaliyasının

D) Mədəaltı vəzin şiş nəticəsində zədələnməsinin

E) Uzun müddət davam edən iltihabi prosesin

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.152 – 153
478)Mədəaltı vəzin parenximasının exogenliyinin diffuz artması nəyi göstərir?

A) Mədəaltı vəzin travmatik zədələnməsini

B) Pankreonekrozun spesifik xüsusiyyətidir

C) Kəskin pankreatitin spesifik xüsusiyyətidir

D) Mədəaltı vəzin şiş nəticəsində zədələnməsini

E) Yaşlı adamlarda yaşla əlaqədar olaraq fibroz toxumanın artması və xroniki pankreatitin spesifik xüsusiyyətidir

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 145, 168- 170
479)Normada dalaq venasının diametri nə qədər olmalıdır?

A) 10 mm-dən böyük olmamalıdır

B) Dalaq arteriyasından kiçik

C) Dalaq arteriyasına bərabər

D) 12mm-dən böyük olmamalıdır

E) 5 mm –dən böyük olmamalıdır

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.187 – 190
480)Dalağ infarktının sonuncu mərhələsində ultrasəs şəkil necə olmalıdır?

A) Kənarları dəqiq olan hipoexogen törəmə formasında

B) Kənarları qeyri – dəqiq hipoexogen törəmə formasında

C) Bütün cavablar doğrudur

D) Kənarları qeyri – dəqiq hiperexogen törəmə formasında

E) Kənarları dəqiq olan hiperexogen törəmə formasında

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.187 – 190
481)Posttravmatik dalağın zədələnməsinin xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Dalağın kənarında ikili konturun yaranması

B) Dalağın böyüməsi

C) Hematomanın yaranması

D) Dalağın konturunun tamlığının pozulması

E) Hamısı düzdür

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр .194- 195
482)Normada 12 –ci qabırğanın akustik kölgəsi sol böyrəyin hansı səviyyəsində kəsişir?

A) Böyrəyin yuxarı qütbündə

B) Böyrəyin aşağı 1/3 hissəsində

C) Böyrəyin aşağı qütbündə

D) Böyrəyin yuxarı 1/3 hissəsində

E) Böyrəyin qapısı nahiyəsində

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.200- 207
483)Böyrəyin bədxassəli şişinin mərkəzində anexogen zona hansı morfoloji substratın göstəricisidir?

A) Perifokal iltihabın

B) Hamısı düzdür

C) Hematomanın

D) Böyrək damarlarının kalsinozunun

E) Nekrozun

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.244-246

520) Ultrasəs müayinə zamanı aşkar edilmiş hidrokalikoz hansı xəstəliklərlə differensasiya edilməlidir7

A) Böyrək sinusunun lipomatozu ilə

B) Qlomerulonefrit ilə

C) Piolonefrit ilə

D) Paranefrit ilə

E) Sinus kistaları ilə

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр. 233- 240
484)Böyrək büzüşməsinin ultrasəs əlamətlərə hansılardır?

A) Böyrəyin parenximasının qalınlığının azalması

B) . Böyrəyin parenximasının exogenliyinin artması

C) Hamısı düzdür

D) Kortiko – medulyar differensasiyanın pozulması

E) Böyrəyin ölçülərinin normadan kiçik olması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.214
485)Sidik kisəsinin ultrasəs müayinəsi zamanı kisənin üçbucaq nahiyəsində sürətli hərəkət edən 1-2 mm ölçüdə hiperexogen hissəciklər təyin edilirsə nə haqda düşünmək lazımdır?

A) Reverberasiya

B) Sidik axarından mayenin sıçraması

C) Sidik kisəsi divarının trabekulyarlığı

D) Nazik ayaqcığa malik törəmə

E) Qum dənəcikləri və iltihab nəticəsində yaranan çöküntü

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.264- 266
486)Sidik kisəsinin anadangəlmə (həqiqi) divertikulu dedikdə nə başa düşülür?

A) Sidik axarının sidik kisəsinə daxil olan hissəsində polipəbənzər törəmə

B) Sidik kisəsi divarının sidik kisəsi boşlğuna doğru kisəyəbənzər formada qabarması

C) Sidik kisəsi divarının lokal qalınlaşması

D) Uraxusun genişlənməsi

E) Sidik kisəsinin divarlarının kisəyə bənzər formada qabarması və nazik boğaz vasitəsi ilə sidik kisəsi ilə əlaqəli olması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.187 – 190
487)Prostat vəzin adenomasında düyünlü törəmələr əksərən hansı nahiyədə aşkar edilir?

A) Ön fibromaskulyar zonada

B) Mərkəzi zonada

C) ”Cərrahi kapsula” boyunca

D) Periferik zonada

E) Prostat vəzin sərhəd zonasında

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.276- 278
488)Kəskin prostatitin xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Vəzin konturlarının qeyri – hamar olması

B) Vəzin ölçüsünün böyüməsi, daxili və xarici hissələr arasındakı differensasiyanın pozulması, toxumanın exogenliyinin aşağı düşməsi

C) Vəzin ölçüsünün kiçilməsi, exogenliyin artması ilə bərabər petrifikat sahələrin yaranması

D) Vəzin normal ölçüləri və qeyri – həmcins strukturası

E) Mərkəzi zona hesabına vəzin ölçüsünün böyüməsi, mərkəzi hissədə retension kistalar və petrifikatlar

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.282
489)Xroniki prostatitin xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Toxumanın exogenliyinin aşağı düşməsi, vəzin daxili və xarici hissələri arasındakı differensasiyanın pozulması.

B) Periferik zonanın atrofiyası

C) Toxumanın exogenliyinin azalması, strukturanın həmcinsliyi, petrifikasiya sahələri

D) Prostat vəzin kənarlarının dəqiq olması

E) Toxumanın exogenliyinin artması, strukturanın qeyri – həmcinsliyi, petrifikasiya sahələri və prostat vəzin kənarlarının “yeyilmiş” olması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. 1 том, стр.282 - 284
490)Hamiləliyin I- ci üçaylığında embrionun hansı sayda ürək döyüntüləri proqnostik cəhətdən təhlükəli sayıla bilər?

A) Dəqiqədə 100 döyüntüdən az

B) Dəqiqədə 120 döyüntüdən az

C) Dəqiqədə 140 döyüntüdən az

D) Dəqiqədə 160 döyüntüdən az

E) Dəqiqədə 160 döyüntüdən çox

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.12 -14
491)Embrionun “yaxalıq boşluğunun” hansı ən kiçik ön – arxa ölçüsü patoloji sayılır?

A) 11 mm-dən böyük

B) 9mm-dən böyük

C) 7 mm –dən böyük

D) 3 mm- dən böyük

E) 4 mm-dən böyük

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.21
492)14 həftəlik hamiləlikdə normal dölün ürəyi neçə kameradan ibarət olur?

A) Üç kameralı

B) Dörd kameralı

C) Beş kameralı

D) Bir kameralı

E) İki kameralı

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.18 – 19
493)Hamiləliyin III yarısında ciftin normadan aşağıda yerləşməsini təyin etmək üçün ciftin aşağı kənarının daxili dəlikdən olan məsafəsinin exoqrfik göstəricisi neçədir?

A) 10 sm –dən az

B) 9 sm – dən az

C) 7 sm –dən az

D) Ölçü məna kəsb etmir

E) 11 sm-dən az

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.52 - 53
494)Ultrasəs müayinədə cift gəlişini təyin etmək üçün sidik kisəsinin dolma dərəcəsi necə olmalıdır?

A) Sidik kisəsi orta .də doldurulmalıdır

B) Sidik kisəsi tam doldurulmalıdır

C) Sidik kisəsinin doluluq .sinin əhəmiyyəti yoxdur

D) Transabdominal müayinədə cift gəlişini təyin etmək mümkün deyil

E) Sidik kisəsi boş olmalıdır

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.53
495)Ciftin qalınlaşması əksər hallarda hansı patologiyaların göstəricisi ola bilər?

A) Böyrəklərin hipoplaziyası

B) Şəkərli diabet və böyrəklərin hipoplaziyası

C) Amniotik arakəsmələr sindromu

D) Şəkərli diabet və dölün ödemi

E) Böyrəklərin ageneziyası

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.55
496)Göbək ciyəsinin kistaları əksər hallarda hansı patologiyalar ilə birlikdə rast gəlinir?

A) Xromosom aberrasiyaları

B) Sidik – cinsiyət sisteminin anomaliyaları ilə

C) Cift gəlişi ilə

D) Anensefaliya ilə

E) Dölyanı mayenin çoxluğu ilə

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.68 – 73
497)Hipertelorizmin diaqnostikası ultrasəs müayinədə necə müəyyənləşdirilir?

A) Qulaq seyvanları arasındakı məsafənin kiçilməsi ilə

B) Göz almaları arasındakı məsafənin azalması ilə

C) Qulaq seyvanları arasındakı məsafənin böyüməsi ilə

D) Göz almaları arasındakı məsafənin artması ilə

E) Heç biri düz deyil

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.115 – 116
498)Skrininq ultrasəs müayinədə dölün ürəyini tədqiq etməkdən ötrü hansı kəsikdən istifadə edilməsi mütləq sayılırl?

A) Aortanın qövsü boyu alınan kəsik

B) Ürəyin dördkameralı kəsiyi

C) Ağ ciyər arteriyası ilə kəsişən kəsik

D) Heç biri düz deyil

E) Sol mədəciyin qısa oxu boyunca alınan kəsik

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.124
499)Normada dölün ürəyinin köndələn kəsiyinin sahəsi döş qəfəsinin ümumi sahəsindən hansı göstəricidən çox olmamalıdır

A) 1/4


B) 1/2

C) 1/3


D) 1/5

E) 1/6


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.102 - 105
500)Aortanın koarktasiyasının prenatal ultrasəs əlamətləri hansılardır?

A) Aortanın sağ mədəcikdən başlaması

B) Magistral damarların transpozisiyası

C) Aortanın dekstropozisiyası

D) Aortanın mənfəzinin genəlməsi

E) Aortanın mənfəzinin daralması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.139 – 140
501)Döş qəfəsinin köndələn kəsiyində dölün hər bir ağ ciyəri normada hansı sahəni tutmalıdır?

A) 1/4


B) 1/6

C) 1/3


D) 1/2

E) 1/5


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.153- 154
502)Hamiləliyin II yarısında dölün ağ ciyərlərinin exostrukturu necə olmalıdır

A) Qeyri – həmcins

B) Həmcins

C) Kistoz

D) Hamısı düzdür

E) Solid – kistoz strukturalı

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.153 - 154
503)Dölün prenatal diafraqma yırtıqlarıının ultrasəs əlamətləri hansılardır?

A) Dölyanı mayenin normadan çox olması

B) Dekstrokardiya

C) Heç biri düzgün deyil

D) Hamısı düzdür

E) Qarın boşluğu orqanlarının döş qəfəsində vizualizasiyası

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.155 – 156
504)Dölün dərisi ilə dəri altında yerləşən strukturanın arasındakı hipoexogen zonanın hansı ölçüsü dərialtı ödemi təsdiqləyən exoqrafik göstəricidir?

A) 5mm


B) 9mm

C) 10mm


D) 3mm

E) 2mm


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.164 - 165
505)Dölün qarın boşluğunda anexogen sahənin hansı ölçüsü assitin exoqrafik göstəricisi sayılır?

A) 2mm


B) 10mm

C) 5 mm


D) 1mm

E) 8mm


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.1647- 168
506)Yemək borusunun atreziyasını təsdiq edən birbaşa ultrasəs əlamətlər hansılardır?

A) Belə göstərici yoxdur

B) Mədənin ölçüsünün böyüməsi

C) Dölyanı mayenin normadan çox olması

D) Mədənin exoqrafik şəklinin görünməməsi

E) Yemək borusunun keçməməzlik olan nahiyəsinin aşkar edilməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.182 –
507)Qastroşizisin prenatal exoqrafik göstəriciləri hansılardır?

A) Qarın boşluğu orqanlarının yırtıq kisəsinə eventrasiyası

B) Mədənin ultrasəs şəklinin görünməməsi

C) Qarın boşluğu orqanlarının yırtıq kisəsi olmadan baş verən eventerasiyası

D) Mədənin ölçülərinin kiçilməsi

E) Mədənin ölçülərinin böyüməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.199 – 200
508)Dölün iki tərəfli böyrək ageneziyasının xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Sidik kisəsinin ultrasəs şəklinin görünməməsi

B) Dölün inkişaf sürətinin simmetrik geri qalması

C) Dölyanı mayenin normadan əhəmiyyətli .də az olması

D) Hamısı düzdür

E) Böyrəklərin ultrasəs şəklinin görünməməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.207 - 211
509)Dölün böyrəklərinin infantil forma polikistozunun exoqrafik göstəriciləri hansılardır?

A) İkitərəfli nefromeqaliya

B) Dölyanı mayenin normadan az olması

C) Böyrəyin parenximasının exogenliyinin kəskin artması

D) Hamısı düzdür

E) Sidik kisəsinin exoşəklinin olmaması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.207 – 211
510)Kordosentez dedikdə hansı orqanın punksiyası nəzərdə tutulur?

A) Göbək ciyəsinin venası

B) Amniotik boşluğun

C) Dölün ürəyinin

D) Dölün qara ciyərinin

E) Ciftin

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр. 289
511)Prenatal diaqnostika məqsədi ilə xorion toxumanın hüceyrələrinin kariotipini nə zaman müyanə etmək məqsədəuyğun hesab edilir?

A) Hamiləliyin I yarısında

B) Hamiləliyin III – yarısında

C) Fərqi yoxdur

D) Hamiləliyin II – yarısında

E) Hamiləliyin II – III yarısında

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.286 – 287
512)Dölün kariotipini müayinə etməkdən ötrü lazım olan minimal amniotik maye nə qədər olmalıdır?

A) 1- 2 ml

B) 25 ml

C) 6- 10 ml

D) 30 ml

E) 20 ml


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.280 – 281
513)Limfa düyünündəki hansı dəyişikliklər bəd xassəli şişin zədələnməsinin göstəricisi ola bilər?

A) Exogenliyin aşağı enməsi

B) Düyünün kənarlarının nahamar olması

C) Strukturunun qeyri – həmcins olması

D) Hamısı düzdür

E) Limfa düyününün ölçüsünün böyüməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.321 - 324
514)Ultrasəs müayinədə döş giləsi hansı formada vizualizə olunur?

A) Arxasında akustik kölgə olan girdə formalı törəmə şəklində

B) Orta və ya aşağı exogenliyə malik həmcins struktura şəklində

C) Hamısı düzdür

D) Heç biri düz deyil

E) Kənarları dəqiq və hamar olan struktura şəklində

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.337 – 343
515)Süd vəzisinin axacaqları menstruasiyanın II fazasında ultrasəs müayinədə necə görünür?

A) Hipoexogen xətti borulu struktur şəklində

B) Girdə mayeli törəmə şəklində

C) Heç biri düz deyil

D) Hiperexogen xətti strukturlar

E) Stromal toxumadan fərqlənmirlər

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.337 - 343
516)Hansı exoqrafik əlamətlər süd vəzisi kistaları üçün xarakterik deyil?

A) Girdə və ya oval forma

B) Kompressiya zamanı kistanın formasının dəyişməməsi

C) Konturların dəqiq və hamar olması

D) Anexogen struktura

E) Kompressiya zamanı kistanın formasının dəyişməsi


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.347 – 349
517)Süd vəzilərinin fibroadenoması ən çox hansı sahədə lokalizasiya olunur?

A) Yuxarı xarici kvadrantda

B) Aşağı xarici kvadrantda

C) Fərqi yoxdur

D) Yuxarı daxili kvadrantda

E) Aşağı daxili kvadrantda

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.353 – 356
518)Ultrasəs müayinə zamanı süd vəzilərinin fibroadenomasının periferiyasında aşkar edilmiş hiperexogen haşiyə nəyin göstəricisi hesab oluna bilər?

A) Heç bir diaqnostik əhəmiyyəti yoxdur

B) Fibroadenamanın ölçüsünün böyük olması və fibroadenomanın varlığının uzun müddətliliyini

C) Fibroadenamnın maliqnizasiyasının

D) Fibroadenomanın varlığının az müddətliliyini

E) Fibroadenamanın ölçüsünün kiçik olması nəticəsində yaranmasını

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.353 – 356
519)Hansı ultrasəs əlamətlər süd vəzilərinin axacaqdaxili papillomaları üçün xarakterik deyil?

A) Bütün cavablar doğrudur

B) Aşkar edilmiş solid törəmənin arxasında güclü “dorsal kolgə” simptomunun olmaması

C) Müxtəlif exogenliyə malik solid törəmələr

D) Süd vəzisi axacaqlarının diffuz genişlənməsi və aşkar edilmiş solid törəmənin arxasında güclü “dorsal kolgə” simptomu

E) Süd vəzisi axacaqlarının lokal genişlənməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.357 – 358
520)Qalxanabənzər vəzin paylarına hansı damarlar yaxın yerləşir?

A) Xarici vidaci vena

B) Ümumi yuxu arteriyası və aşağı qalxanabənzər arteriya

C) Ümumi yuxu arteriyası

D) Ümumi yuxu arteriyası, xarici vidaci vena

E) Xarici və daxili yuxu arteriyaları

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.374- 378
521)Kəskin tirioditlər zamanı vəzin exogenliyi əksərən necə olur?

A) Heç biri düz deyil

B) Hamısı düzdür

C) Diffuz hiperexogen

D) Toxumanın exogenliyi dəyişilməmiş qala bilər

E) Diffuz hipoexogen

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.382 – 383
522)Hansı ultrasəs əlamətlər tüpürcək vəzilərinin kəskin iltihabı üçün xarakterik deyil?

A) Ötürücünün təzyiqindən lokal ağrı simptomu

B) Vəzin exostrukturunun qeyri həmcins olması

C) Vəz toxumasının exogenliyinin diffuz artması

D) Vəz toxumasının exogenliyinin diffuz azalması

E) Vəzin daxilində hipo və anexogen borulu strukturların olması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. IV том, стр.110 - 112
523)Reproduktiv fazada olan qadınların uşaqlığının cisminin uzuznluğu normada neçə mm olmalıdır?

A) 50 – 90mm

B) 45- 70 mm

C) 65- 85 mm

D) 30 -59 mm

E) 20 -41 mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 - 80
524)Reproduktiv fazada olan qadınların uşaqlığının cisminin ön –arxa ölçüsü normada neçə mm olmalıdır?

A) 15- 30 mm

B) 45-65 mm

C) 30 -42 mm

D) 45-55 mm

E) 20-35 mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 – 80
525)Reproduktiv fazada olan qadınların uşaqlığının cisminin eni normada neçə mm olmalıdır?

A) 35- 42 mm

B) 30- 40 mm

C) 45- 62 mm

D) 40- 75 mm

E) 50 – 80 mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 – 80
526)Reproduktiv fazada olan qadınların uşaqlığının boynunun cisminə olan nisbəti normada neçə olmalıdır?

A) 1:2


B) 1:3

C) 1:5


D) 1:1

E) 1:4


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.79 - 80
527)Miomatoz düyünün nekrozunun ultrasəs əlamətləri hansıdır?

A) Miomatoz düyünün exogenliyinin artması

B) Miomatoz düyün ətrafında hiperexogen haşiyənin yaranması

C) Düyündə an-, hipoexogen sahənin yaranması

D) Miomatoz düyünün ölçüsünün böyüməsi

E) Düyündə ayrı –ayrı hiperexogen hissəciklərin olması

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.91 – 105
528)Postmenopauzada olan qadınların endometriyasının qalınlığı normada neçə mm- dən artıq olmamalıdır?

A) 1 mm


B) 5mm

C) 10 mm


D) 3mm

E) 9mm


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.80 - 83
529)Submukoz miomatoz düyünləri poliplərdən fərqləndirən exoqrafik differensial – diaqnostik əlamətlər hansılardır?

A) Törəmənin exogenliyi

B) Törəmənin ölçüsü

C) Törəmənin miometriya ilə əlaqəli və girdə formada olması

D) Törəməmin forması

E) Törəmənin strukturu

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.91 – 104,127- 128
530)Ultrasəs müayinədə yumurtalıqların uzunluğu neçə mm- dən çox olmamalıdır?

A) 40 mm


B) 50 mm

C) 55mm


D) 48mm

E) 46mm


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.132 - 137
531)Yetişmiş follikulun hansı ölçüsü əksər hallarda norma hesab edilir?

A) 25-32 mm

B) 11-15 mm

C) 18-24mm

D) 10-14mm

E) 10-14 mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.132 – 137
532)Paraovarial kistalarla follikulyar kistaların differensial – diaqnostik göstəriciləri hansılardır?

A) Kistanın tərkibi

B) Kistanın ölçüləri

C) Kistanın kənarlarının hamar olması

D) Divardaxili hissəciklərin olması

E) İntakt yumurtalığın aşkar edilməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.147 - 150
533)Ultrasəs müayinədə uşaqliq borularının vizualizasiyası hansı hallarda mümkündür?

A) Mümkün deyil

B) Həmişə

C) Qarın boşluğunda assit olduqda və ya boruların daxilində mayenin mövcudluğunda

D) Yumurtalığın böyük ölçülü kistoz törəməsi mövcudluğunda

E) Uşaqlıqdaxili kontraseptiv olduqda

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.175 -176
534)Uşaqlıqdan kənar hamiləliyi birbaşa mütləq təsdiq edən ultrasəs əlamət hansıdır?

A) Uşaqlığın ölçüsünün böyüməsi

B) Duqlas boşluğunda sərbəst maye

C) Uşaqlıq boşluğunda ”yalançı döl yumurtası”

D) Endometriyanın qalınlaşması

E) Uşaqlıqdan kənarda embrionla birgə döl yumurtası

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.187 - 191
535)Postmenopauzada olan qadınlarda endometriyanın qalınlığı neçə mm-dən çox olduqda uşaqlığın xərçəngindən şübhələnmək olar?

A) 4- 5mm

B) 3- 3,5mm

C) 2- 2,5mm

D) 6- 8mm

E) 1-1,5mm

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.213 - 216
536)Qarın boşluğunda daxili qanaxmanı təsdiq edən ultrasəs əlamətlər hansılardır?

A) Plevral boşluqlarda maye yığıntısı

B) Qarın boşluğunda kista

C) Kiçik çanaqda sərbəst maye və qarın boşluğunun yan ciblərində, içərisində xırda dispers hissəciklər olan, maye

D) Kiçik çanaqda kista

E) Abdominal orqanların yerdəyişməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр. 227 - 228
537)Qarın boşluğundakı hematomaların tərkibinin ultrasəs təsviri nədən asılıdır?

A) Hematomanın lokalizasiyasından

B) Xəstənin qan təzyiqindən

C) Zədəni törədən alətin formasından

D) Hematomanın mövcud olduğu zamandan

E) Bədənin hərarətindən

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр. 228 - 230
538)Sidik axarının bir tərəfli liqatura ilə bağlanmasının ultrasəs əlaməti hansıdır?

A) Sidik ifrazatının dayanması

B) Bağlanmış axar tərəfdə böyrək kasacıqlarının və ləyəninin genişlənməsi

C) Axarın bağlanan hissəsində liqaturanın təyin edilməsi

D) Sidik ifrazatının ləngiməsi

E) Sidik ifrazatının tezləşməsi

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.236
539)Qarın boşluğundakı serozoseleni digər kistalardan fərqləndirən ultrasəs əlamət hansıdır?

A) Kistanın tərkibinin anexogen olması

B) Kista yaxın yerləşdiyi orqanın formasını alır

C) Kistanın ölçülərinin böyük olması

D) Kistanın konturlarının hamar olması

E) Kistanın lokalizasiyası

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.238 – 239
540)Plevral boşluqda az miqdarda sərbəst mayeni təyin etmək üçün hansı müayinə üsulu daha effektiv sayılır?

A) Termoqrafiya

B) Lateroqrafiya

C) Rengenoskopiya

D) Ultrasəs müayinəsi

E) Perkussiya

Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.245 - 248
541)Ultrasəs müayinədə normal diafraqmanın qalınlığı neçə mm olmalıdır?

A) 11mm


B) 3 – 5mm

C) 1- 2 mm

D) 7mm

E) 9 mm


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.242- 243
542)Plevral boşluqda mayenin təyin edilməsində ultrasəs müayinəsinin həssaslığı ədəbiyyatın göstəricilərinə əsasən neçə % təşkil edir?

A) 100 %


B) 90%

C) 85%


D) 70%

E) 65%


Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. III том, стр.246 - 250
543)Qara ciyərin sağ payının köndələn ölçüsü normada maksimum neçə mm -ə qədər olmalıdır?

A) 128 mm

B) 150 mm

C) 170 mm

D) 110 mm

E) 132 mm

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 13 -15
544)Hansı ultrasəs əlamət kəskin hepatitin xarakterik əlamətlərinə aid deyil?

A) Qara ciyərin əsasən sağ payı hesabına ölçüsünün böyüməsi

B) Qara ciyərin exogenliyinin diffuz artması

C) Orqanın formasının dəyişməsi

D) Qara ciyərin kənarlarının hamar qalması

E) Qara ciyərin damarlarında deformasiya müşahidə olunması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 15
545)Xroniki hepatitin xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Qara ciyər kapsulasının differensasiyası çətinləşə bilər

B) Qara ciyər venalarının və portal venaların kiçik kalibrli periferik şaxələrinin vizualizasiyası çətinləşir

C) Qara ciyərin kənarları hamar qalır

D) Qara ciyərin exogenliyi artır

E) Hamısı düzdür

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 15-16
546)Hansı ultrasəs əlamətlər qara ciyər sirrozunun birbaşa əlamətlərinə aid deyil?

A) Qara ciyər toxumasının strukturunun dəyişilməsi

B) Qara ciyərin kənarlarının dəyişməsi

C) Qara ciyərin elastikliyinin pozulması nəticəsində səs keçirmə qabiliyyətinin zəifləməsi

D) Hamısı aiddir

E) Dalağın ölçülərinin böyüməsi və assit

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 17 - 18
547)Hansı ultrasəs əlamətlər qara ciyərin anadangəlmə kistaları üçün xarakterik deyil?

A) Girdə və ya oval forma

B) Divarların hamar olması

C) ”Yan kölgələr effekti” simptomunun olması

D) Kistanın daxilində çoxlu sayda arakəsmələrin olması

E) Arxa divarda “güclənmə effekti” simptomu

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 18 - 19
548)Qara ciyərin absesində irin əmələ gələnə qədərki mərhələdə exoqrafik ultrasəs şəkil necə vizuallaşır?

A) Kənarları qeyri - aydın olan hiperexogen ocaq formasında

B) İçərisində detrit ilə şərtləndirilmiş olan xırda hiperexogen hissəciklər olan kista formasında

C) Daxili kənarları nahamar olan kista formasında

D) Kənarları dəqiq və hamar olan kista formasında

E) İçərisində maye olan kista formasında

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 20
549)Qara ciyərin hematomasının ilkin mərhələsində xarakterik ultrasəs əlamətlər hansılardır?

A) Sərhədləri qeyri – hamar olan exoneqativ sahə

B) Kistanın daxilində fibrin nəticəsində dibə çökən exosiqnalların olması

C) Sərhədləri dəqiq olan hiperexogen sahə

D) Arxasında “exoneqativ güclənmə” siptomu olan kista formasında

E) Kənarları hamar və dəqiq olan kista

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 20
550)Qara ciyərin metastatik şişlərinin xarakterik ultrasəs əlamətlərinə hansılar aid deyil?

A) Kənarların qeyri – hamar olması

B) Mərkəzi hissənin hipoexogen, periferiyanın hiperexogen strukturalı olması

C) Kənarların dəqiq və hamar olması

D) Mərkəzi hissənin hiperexogen, periferiyanın hipoexogen strukturalı olması

E) Törəmənin exogenliyinin müxtəlif olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 22 – 23
551)Kəskin xolesistitin xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Öd kisəsinin divarlarının qalınlaşması

B) Öd kisəsinin həcminin böyüməsi

C) Hamısı düzdür

D) Ödün tərkibinin qeyri – homogen olması

E) Məqsədyönlü palpasiya zamanı ağrı simptomu

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva,Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 37
552)Öd kisəsinin büzüşməsi üçün xarakterik olmayan exoqrafik əlamətlər hansılardır?

A) Öd kisəsində demək olar ki, sərbəst öd görünməməsi

B) Öd kisəsinin divarlarının bərkiməsi

C) Öd kisəsi daşla dolu olduqda müayinədə yalnız öd kisəsinin ön divarının formasını təkrar edən, arxasında “dorsal kölgəlik” olan xəttin görünməsi

D) Öd kisəsinin həcminin böyüməsi

E) Öd kisəsinin içərisində əksər hallarda daş olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 38
553)Öd kisəsinin bəd xassəli şişlərinin endofit formasının xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Şiş toxuması anexogen olur

B) Şiş toxumasının divarla əlaqəsi olmur

C) Şişin strukturu həmcins olur

D) Şiş toxuması divarla əlaqəli olur, “gül kələmə” bənzəyir

E) Şişin kənarları hamar olur

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 38 - 39
554)Öd kisəsinin xolesterozunu öd daşlarından fərqləndirən differensial diaqnostik ultrasəs əlamətlər hansılardır?

A) ”Dorsal kölgəliyin” təyin edilməməsi və törəmələrin hərəkətsiz olması

B) Ölçülərin kiçik olması

C) Öd kisəsinin divarlarının qalınlaşması

D) Sayının çox olması

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 39 - 40
555)Mədəaltı vəzin baş hissəsinin xərçəngini təsdiq edən birbaşa əlamətlər hansılardır?

A) Mədəaltı vəzin diffuz böyüməsi

B) Öd kisəsinin həcminin böyüməsi

C) Ümumi öd axacağının genişlənməsi

D) Qara ciyərdə metastatik dəyişikliklər

E) Mədəaltı vəzin baş hissəsinin lokal böyüməsi, strukturunun dəyişilməsi və kənarlarının nahamar olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 51 – 52
556)Hansı ultrasəs əlamət dalağın hemangiomaları üçün xarakterik deyil?

A) Törəmənin strukturunun homogen olması

B) Törəmənin strukturunun qeyri – həmcins olması

C) Törəmənin hiperexogen olması

D) Törəmənin kənarlarının hamar olması

E) Törəmənin hiperexogen və strukturunun homogen olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 58
557)Süd vəzilərinin infiltrativ forma mastitləri üçün xarakterik olmayan ultrasəs əlamətlər hansılardır?

A) Hipoexogen sahənin strukturunun qeyri – həmcins və kənarlarının qeyri – hamar olması

B) Hipoexogen sahənin kənarlarının qeyri – hamar və yayılmış olması

C) Süd vəzidə mayeli törəmənin olması

D) Hipoexogen sahənin strukturunun qeyri – həmcins olması

E) Süd vəzidə hipoexogen sahənin olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 141
558)Süd vəzinin fibroz – kistoz mastopatiyalarının xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Hamısı düzdür

B) Müxtəlif ölçülü kistalrın olması

C) Fibroz toxumanın artması

D) Süd vəzi axacaqlarının deformasiyaya uğraması

E) ”Qat – qat” piroq simptomu

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 142
559)Qalxanvari vəzin follikulyar adenomasının xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Törəmənin ətrafında zəif exogenliyə malik haşiyənin olması

B) Daxili strukturun homogen olması

C) Hamısı düzdür

D) Düzgün formaya malik olması

E) Kənarlarının dəqiq və hamar olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 145
560)Qida borusunun və mədənin endosonoqrafiyasına olan göstərişlər hansılardır?

A) Yanaşı orqanlara şiş prosesinin yayılmasının müəyyən edilməsi zəruriyyəti olduqda

B) Heç biri düzgün deyil

C) Selikaltı şiş prosesinə şübhə olduqda

D) Rentgen və endoskopik tədqiqatların mənfi və ya qeyri müəyyən nəticələri zamanı şiş xəstəliyinə şübhə olduqda

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 150 - 152
561)Endosonoqrafiyanın aparılmasına əks – göstərişlər hansılardır?

A) Şəxsiyyətin dəyişilməsi ilə gedən ruhi xəstəliklər

B) Ürəyin ağır formalı işemik xəstəliyi

C) Bütün cavablar düzdür

D) Aortanın böyük ölçülü anevrizması

E) Epileptik tutmalar

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 150 – 152
562)Prostat vəzin xərçənginin xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Vəzin konturunun deformasiyası

B) Vəzin assimetriyası

C) Heç biri xarakterik deyil

D) Hamısı düzdür

E) Vəzin daxili strukturunun qeyri – həmcins olması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 82
563)Endometriyanın xərçəngi üçün xarakterik olmayan ultrasəs əlamətlər hansılardır?

A) Törəmənin daxili strukturunun qeyri – həmcins olması

B) Törəmənin kənarlarının qeyri – hamar olması

C) Miometriya ilə müqayisədə exogenliyin aşağı olması

D) Miometriya ilə müqayisədə exogenliyin yüksək olması

E) Endometriyanın dəqiq vizuallaşmaması

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 93 – 94
564)Yumurtalıq kistaların burulmasının xarakterik ultrasəs əlamətləri hansılardır?

A) Kistanın kapsulasında ikili konturun yaranması

B) Heç biri xarakterik deyil

C) Kistanın kapsulasının qalınlaşması

D) Duqlas boşluğunda sərbəst maye

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 97
565)Hansı ultrasəs əlamətlər yumurtalıqların polikistozu üçün xarakterik deyil?

A) Uşaqlığın ölçüsünün normaya nisbətən kiçik olması

B) Endometriyanın menstruasiya dövrünə uyğun qalınlıqdan artıq olması

C) Endometriyanın menstrusiya dövrünə uyğun qalınlıqdan az olması

D) Hər iki yumurtalıqda çoxlu sayda kiçik follikulların təkcə periferiyada deyil, həmçini mərkəzi hissədə vizuallaşması

E) Hər iki yumurtalığın ölçüsünün böyüməsi

Ədəbiyyat: O.K.Şirəliyev, S.Q. Xankişiyeva.Xəstəliklərin ultrasəs diaqnostikası, səh. 98


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə