Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə159/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   155   156   157   158   159   160   161   162   ...   167

 527 

BASÖ  

(1644-1698, yapon şairi) 

 

HOKKULAR 

 

Yalın budağa 



Qarğa qonubdu 

Payız axşamı 

 

Yağışdan bıkan ağaclar 



Gecə qovdular yağışı 

Budaqlar qar içində indi 

 

Söyüd salxımların sallayıb 



Evə gedə bilmirəm 

Ayaqlarım dolaşır 

 

Dağın ətəyində meşə 



Elə bil qılınc üçün  

Dağ toqqa bağlayıbdır 

 

Qapının ağzında şam budaqları 



Sanki qısa gecənin yuxusudur 

Otuz ildə olmuşlar 

 

Torpağa düşür 



Köhnə köklərinə qayıdır güllər 

Güllərin ayrılığı.  

 

Yay otları 



Qəhrəmanlar ölən yerdə 

Onların yuxusudur 

 



 528 

KLASSİK KOREYA ŞEİRİNDƏN  

(XV-XVII əsrlər) 

 

SON SAM MUN 

 

Əgər soruşsan məndən 



Kim olacam öləndən 

Sonra, deyərəm sənə: 

Pınlay dağın başında 

Şam ağacı olacam,  

Dünyanı qar basanda  

Mən yamyaşıl qalacam.  

 

ÇON ÇHOL 

 

Sözlərimə inan gəl 



Sənsiz mən yaşayamam 

Səninlə olan zaman 

Hər dərdi unuduram.  

Bəs beləysə niyə 

Səni tərk etməliyəm.  

 

İKI BUDDA 

 

İki daş Budda — heykəl 



Durub yol kənarında 

Külək onları döyür 

Yağışlar döyəcləyir 

Amma həsəd çəkirəm,  

Heykəllərə, inanın  

axı insan deyillər 

Deməli heç bir zaman 

Ayrılmayacaq onlar.  

 

Durna qovaq ağacın 



Tərk edib uçdu getdi 

Uzaq yerə gedərkən 




 529 

Geri dönəcəyəmmi? 

Kim bilir? Gediş-gəliş 

Bunların nə fərqi var? 

Ondansa, içək, dostlar! 

 

Şam ağacı nədən sən 



Yol üstündə durmusan? 

Mən səni insanlardan 

Gizləmək istəyirəm 

Axı əli baltalı 

Sənə sarı gəlirlər. 

 

SİN XIM 

 

Dağ kəndinə qar yağdı 



Yol, irizlər bağlandı 

Qapını heç açma gəl 

Nə bilirsən kim gəlir 

Evimdə yalnız Aydır  

Gecələr qonaq gələn.  

 

ÇON TXE HVA  

 

Bir badədən dəm oldum 



Sərxoş olub oturdum 

Kürül-kürül dərdlərim 

 

Elə bil uçdu getdi 



Oğlan, bir badə də süz 

Qalan dərdim-məlalım 

Uçub getsinlər daha.  

 

Lİ KVAN UK 

 

Şöhrəti, izzəti unutdum daha 



Sərvəti, ad-sanı yada salmıram.  

Kədəri, qüssəni unutdum daha,  

Həyat qayğıların yada salmıram 



 530 

Özümü, özümü unutdum daha 

Siz də məni daha yada salmayın. 

 

XVAN ÇİN İ 

 

Dağ elə həmin dağdır 



Çay həmişə dəyişir 

Hey axıb gedir, gedir 

Geriyə dönə bilməz 

İnsan da çay kimidir 

Axıb gedir, qayıtmır. 

 

KİM SU CAN 

 

Həyatım sadələşir 



Mənimçün qaldı axır 

Beş-on üzüm meynəsi 

Sevimli şerlərim 

Heç vaxt məni tərk etmir 

 

Deməli sevir məni: 



Küləklər, bir də ki Ay.  

 

AK MUN YEN 

 

Göy üzündə bu ayı 



Bildir də görmüşdüm mən 

İl keçdi bu il yenə 

Ona baxıram yerdən.  

Bir şeyi anladım ki, 

illər ötüşür, keçir,  

Ay yerindədir müdam. 

 

NAMƏLUM ŞAİRLƏR 

 

Sən görən ayı 



Görmək istərəm.  

Pəncərə açdım 




 531 

Gözlədim onu 

Gözüm yaşardı 

Ay dumanlandı.  

 

Oyandım gördüm ki, 



Yardandır məktub 

Yüz dəfə oxuyub sinəmə qoydum 

Kağız belə yüngüldü, bəs niyə 

Ürəyimdə hər şey ağırdır belə. 

 

Önunla görüşmək,  



Sonra soyumaq 

Bəlkə olmasaydı daha yaxşıydı 

Ya da bəlkə onu 

Tanımasaydım.  

İstədiyim nədir? 

Yaxşıdır ölüm 

Qoy bundan sonra o iztirab çəksin.  

 

 




 532 

CORC  QORDON  BAYRON  

(1788-1824, ingilis şairi) 

 

 



MİSS ÇAVORT ƏRƏ GEDƏNDƏN  

SONRA YAZILMIŞ PARÇA 

 

Çılpaq, yalın yerlərdi — burda qəlbim gənc idi 



Ah Ansley təpələri.  

Pırpız kölgələriylə bizi yaman incitdi 

Soyuq qış gecələri. 

 

Ey sevdalı qəlbimin ışıqlı xoş yerləri 



Necə gəncdim burda mən 

Necə dincdim burda mən 

Gülüşü parlatmayır daha uzaq göyləri 

Ayrı düşdüm Meridən.  

 

XATİRƏ 

 

Bu sondur. Hamısı bir yuxu imiş 



Bir işın görünmür istiqbalı da  

Səadətim hanı, gözəllik hanı 

Titrədir sərt rüzcar soyuq havada 

Buludlar altında itdi şəfəqlər 

Getdi məhəbbət də, ümid də söndü. 

 

Ah beləcə itib gedəydi kaş ki, 



Qalmayaydı daha bu xatirələr.  

 

 



 


 533 

RUS ŞAİRLƏRİNDƏN PARÇALAR 

 

ALEKSANDR PUŞKİN  



  (1799-1837) 

 

Bilirəm qismətim bəllidir artıq 



Amma ömrüm mənim uzansın deyə 

Səhərlər mən qəti bilməliyəm ki,  

Gündüzlər gələcəm sizi görməyə. 

 

FYODOR TÜTÇEV 



  

(1805-1873) 

 

Ağılla Rusiyanı anlamaq olmaz 



Bir başqadır onun qəddi-qaməti 

Onu hər arşınla heç ölçmək olar? 

Rusyaya gərəkdir olsun etibar.  

Rusyaya ancaq 

Gərək inanaq.  

 

 



 

 

MİXAİL LERMONTOV  



    (1814-1841) 

 

Əlvida Rusiya, çimməmiş diyar 



Ağalar ölkəsi, qullar ölkəsi 

Mən keçib gedirəm Qafqaz ötəsi 

Bəlkə də qurtuldum cəlladlarından 

Onların hər şeyi görən gözündən 

Hər şeyi dənləyən qulaqlarından 

 

NİKOLAY NEKRASOV  



    (1821-1878) 

 

Böyük rus çayına — Volqaya yanaş 



Hər yerdən inilti eşidəcəksən 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə