272
Adama deyərlər, ay özünü yazar sayan bu tip bədbəxtlər, Füzuli,
Nəsimi, Xətai harda, siz harda? Füzuli çoxdan sizin kimiləri həm öz
dövründə, həm də sonrakı dövrlərdə öz nəhəng söz kəhkəşanı ilə özünün
də dediyi kimi (“Mən qoparıb atmışam min dağı bir dırnaq ilə”) bir dırnağı
ilə qoparıb atıb. Siz onun-bunun qeybətini qırmaqdansa başınızı salın aşağı
ağıl qazanınızda nə isə varsa bişirin, sonra ortaya qoyun. Xarici yazarların
yazdıqlarının orasını-burasını düzəldib, özününküləşdirib, surətini çıxar-
mayın. Siz xarici yazarlar kimi yazmaqla nə alman, nə ingilis, nə də di-
gər millət olacaqsız. İnanın ki, bu çox gülünc görünür. Xarici oxuculara
da hər millətin adət-ənənəsi, mədəniyyəti, yaşam tərzi, həyata baxışı
maraqlıdır. Saqqal-bığınızın görkəmini dəyişib, xarici yazarlar sayağı cəh-
cəh vurmağınız gülünc görünür, bu həm də sizin kimi cikkildəyən qadın
yazarlara da aiddir. Necə deyərlər, bağa qınından çıxıb qınını bəyənmir.
Mən başa düşə bilmirəm, siz hansı ailələrdən çıxdız, sizin çıxdığınız
ailələrdə hansı qeyri-adiliyi yaşadız ki, Azərbaycanın həm çörəyi, həm
suyu, insanlarının yaratdıqları sizə zəhər dadı verir. Siz körpə ikən beşiyiniz
başında analarınız layla demədimi? İçinizi kök-soy sevgisilə doldurmadımı?
Hardan, nədən qaynaqlanır sizdə kökə, soya nifrət? Axı siz keçmişdə və bu
gün bədii yaradıcılıqla məşğul olmuş insanlarımızdan nə istəyirsiz? Bununla
nəyə nail olmaq istəyirsiz? Fikrimcə, fitri istedadı olan kəs heç kəsin bostanına
daş atmaz, öz ürək çırpıntılarının səsini dinləyər, özünün bacardığı qədər
yaradıcılığa nail olar. Nifrət heç zaman heç kəsi xoşbəxtliyə çatdırmayıb, xoş
günlər nəsib etməyib. Nifrət insanı uçuruma aparır. Bədbəxtliyə düçar edir.
Siz sovet dövrünün yazarlarını daşlamaqla nəyi qazanırsız? Onlar heç olmasa,
işğal dövründə dilimizi qorumağa nail olublar, siz o zamanlar doğulsaydız
necə və hansı dildə cəh-cəh vurardınız, Allah bilir…
Yaradıcı insanın kimliyi onun aldığı ödüllərin, hansı birliyin üzvü
olmağıyla ölçülmür. Sizin həsrətində olduğunuz “Nobel” mükafatı da çox
vaxt siyasi meyarlara xidmət edir. Siz hansı etnik kökə sahib olmağınıza
baxmayaraq, bu torpağın suyunu, çörəyini daddınız, bu ölkədə boya-başa
çatdınız, Avropanın hansı küncündəsə yuva qurmaq üçün öz kimliyinə xi-
laf çıxmaq satqınlıqdan başqa bir şey deyildir. İnanın ki, satqını heç kəs
sevmir, nə daxil, nə xaric!
Füzuli bəşəri sevgini ilahiləşdirdi, eşqi heçliyə endirənlərin düşün-
cələrinə qarşı çıxdı, özü eşqin zirvəsini fəth etdi, axı sizlər bunu necə dərk
edib, qavrayasız, özünüz uçurumun dibindəsinizsə…
273
Sizlər kompüterin düymələrini basmaqla, bir-iki proqramları əz bər lə-
məklə özünüzü dahi sayırsınızsa, onda yazıqlar olsun bizim gələcəyimizə…
Dəqiq deyə bilmirəm, sizlər daxildən, ya xaricdən maliyyə dəstəyi
alıb ortaya çıxmısınız, amma həqiqət budur ki, sizlər ədəbiyyat adamı
yox, ədəbiyyata baş ağrısısız… Sizlər hansı ocaq, hansı qurum yaradırsız
yaradın, bu əqidəylə heç bir uğur qazana bilməyəcəksiz. Halal uğur
qazanmağın yolları istedaddan, ağır zəhmətdən, özünün üstündə çalış-
maqdan, yaradıcılıqdan savayı digər peşəyə yiyələnməkdən keçir. Yəni
sənin başqa peşədən gəlir mənbəyin olsun və heç kəsdən asılı olmayasan,
özün öz sözünün sahibi olasan. Bütün bunlara sahiblik isə orta məktəbdə
qazandığın biliklərdən boy göstərir.
Yoxsa səhərdən axşama qədər gününü çayxanalarda keçirib, özündən
çox-çox ucalarda dayananların haqqında ağına-bozuna baxmadan ağzına
gələni üyüdüb-tökmək savadsız, məqsədsiz, amalsız adamların işidir.
Sizlər hələ gəncsiniz, oxuyub hansısa sənətə yiyələnmək, sizlər üçün
hələ gec deyil, əgər buna daxili gücünüz və savadınız çatırsa... Ədəbiyyat
qeybətlə, kimlərinsə ünvanına şər-böhtan söyləməklə yaranmır, ədəbiyyat
istedadlı adamları sevir, onlara ana təki isti qucağını açır. Adam ədəbiyyatda
yaratdığı ocaqla, qurumla, aldığı ödüllərlə, tutduğu kürsüylə yox, nəyi
yaradıbsa onunla qalır. Füzulilər, Nəsimilər, Xətailər, Seyid Əzimlər və
digərləri öz yaratdıqlarıyla ədəbiyyatda öz dövrlərinin özəlliklərini əks
etdirdilər. Sizlər də öz dövrünüzün əyər-əskikliklərini yazıya almağa
qadirsinizsə, buyurub öz sözünüzü deyə bilərsiz. Bir şərtlə ki, dünənimizi
və bu günümüzü təhqir etməməklə.
Sizlərin tutduğu yol bugünkü gününüzü gündəmdə saxlamaq üçündür,
sabah isə sizlər yaddaşlarda qalmayacaqsız. Ədəbiyyat lağlağı deyil,
yaşadığımız həyatın aynasıdır, bu aynadan kim özünü necə görürsə, qələmi
də gördüyünü yazır… Gənc yaşınızdan Tanrı xatirinə düşüncənizdə dərin
şırımlar açmış bu mənfilikləri silin, milli düşüncənin, kökün-soyun əksinə
getməyin. Əks halda bu da manqurtluğun bir növüdür. Manqurt isə nə
doğulduğu ölkəyə, nə də bəşəriyyətə heç bir bəşəri dəyər verməyib.
Dağlar başını duman, sis alan təki ədəbiyyat aləmi də dumansız, sis-
siz, yağmursuz olmur, bu yağmurun çamurları sizi batırmamaq üçün bir az
dərrakənizi işə salın, nəyə qadir olduğunuzu ortaya qoyun. Bəsdirin, eninə-
boyuna özünüzdən qat-qat yuxarıda olanları aşağıdan yuxarı daşladınız.
274
Bir həqiqəti dərk edin ki, daş yuxarıdan aşağıya atılanda yaxşı əks-səda
verir, aşağıdan yuxarı atılan daşsa qayıdıb adamın öz başına dəyə bilər.
Sizə deyəcəklərim bu qədər, istəyirsiz qəbul edin, istəyirsiz etməyin,
bu sizin öz işinizdi. Bunu da unutmayın ki, boşa keçən ömrün dəyərini
heç nə ilə ödəmək mümkün deyil. Özünüzü qələm əhli sayırsınızsa, ona-
buna çamur atmaqla yox, ciddi yaradıcılıqla məşğul olun. Deyəcəklərim
bu qədər, vəssalam, şüttamam.
21.12.2015
MANATA İKİNCİ GİZLİ MƏKTUB
Əzizim manat, salam. Əgər yadındadırsa, mən sənə 14 mart 2015-ci ildə
gizli məktub yazmışdım və həmin məktubda sənin bizim başımıza gətirdiyin
bu müsibətə görə öz etirazımı bildirmişdim, yəqin ki, unutqan deyilsən,
yaddaşını işə salsan yazdığım məktubumun sətirlərini xatırlayarsan. O
vaxt sənə demişdim axı durub-durub özünü və bizi quyunun dibinə salma.
İnsafın, mürüvvətin olsun, sən bir halal zəhmətlə yaşayan kasıb zümrəni
düşün. Əvvəlki dəyərində qala bilmirsənsə, bunu qəpik-qəpik et, camaatın
belini qırma, boğazına çatı salma. Sən dolların qarşısında duruş gətirə
bilməzsən, süni vəziyyətdə dondurmasınlar səni, reallığı nəzərə al. Dollar
hara, sən hara? Özünü hegemon dövlətin pulundan üstün tutma. Sən az
bir zamanda müstəqillik tapmış bir ölkənin parasısan, özünü dağ başına
qoyma. Mən sənə o vaxt yazmışdım ki, gözdə-qulaqda ol, səni növbəti
dəyərdən düşmə (devalvasiya) gözləyir. Sən deyəsən o zaman mənim
yazdığım məktubu qulaqardına vurdun, heç vecinə də almadın. Deyəsən
sənə kasıb camaatın halı, vəziyyəti çatmır. Sən onu bilirsənmi, millətin
yarısından çoxu banklardan götürdükləri kreditlərdən asılıdırlar? Onlar
bu kreditləri xəstələri, ölüləri, diriləri üçün götürüblər. Axı sənin düçar
olduğun ikinci devalvasiya onların düşdüyü durumu daha da dəhşətli edib.
Əzizim manat, xəbərin varmı ki, ölkədə intiharların, yəni öz canına
qəsd edənlərin, bir qarın çörək üçün törədilən cinayətlərin sayı artıb, sə-
nin xəbərin varmı ki, bu ölkədə yaşayan insanlar bir-birilə pul üstündə
üz-göz olur, hətta doğmalar arasında bir-birinə qarşı dəhşətli cinayətlər
baş alıb gedir? Əzizim manat, hələ üstümüzə cuman xərçəngdən, infarkt-
dan, şəkərdən sənə bəhs etmirəm. Sən bilirsənmi, insanların həyat şəraiti
aşağı düşəndə xəstəliklər baş alıb gedir? Niyə susursan? Haqlı suallarım
qarşısında cavab tapmırsanmı?
Dostları ilə paylaş: |