Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
95
layışlar əsasında reallaşdırlırdı və eyni zamanda bu partiyaların 
sosial bazasını əks edirdi.
H.Əliyevin hakimiyyətə gəlişindən sonra 1993-cü ildə ölkədə 
yarım-avtoritar hakimiyyət yarandı, hansı ki, əsas azadlıqları və 
siyasi plüralizmi yığışdırmağa başladı.
Yeni inkişaf etməyə başlayan partiyalar isə hakimiyyətin hər-
tə rəfli  təzyiqinə  –  qanunvericilik,  siyasi,  iqtisadi  məruz  qaldı.. 
1993-cü ildən sonra bir sıra partiyalar liderlərinin həbsindən son-
ra zəiflədilər, 1994-cü ildə isə partiyaların mütləq yenidən qeydiy-
yatı elan olundu
3
. Nəticədə bir neçə partiya öz qeydiyyatını itir-
di. Partiyaların fəaliyyət göstərməsi üçün şəraitin pisləşməsinin 
başqa bir istiqaməti də iqtisadi hakimiyyətin tədricən monopoli-
yaya alınması və beləliklə ölkədə müstəqil istehsalçıların sayı-
nını azalması oldu. Bu prosesin ikili effekti vardır – bir tərəfdən 
hakimiyyətdən asılı vəziyyətə düşən xırda və orta sahibkar ar-
tıq əgər müxalif siyasi partiyaya maliyyə dəstəyi verirdisə böyük 
risklə qarşılaşdı.
Digər tərəfdən təhsil və tibb kimi dövlət strukturunda işlə yən-
lə rin  tədricən  sayının  artması  dövlətin  bu  insanların  müxalifət 
fəaliyyətinə nəzarətini gücləndirirdi.
Eyni zamanda narazı elektoratın bir hissəsi işsizlik və siya-
si  diskriminasiya  ucbatında  Rusiya  və  ya  Türkiyəyə  miqrasiya 
edirdilər.
İqtisadiyyatın artımı da partiyaların maddi durumunda özünü 
göstərməyə tələsmirdi, belə ki, sosial göstəricilər iqtisadi artıma 
nisbətdə ləng inkişaf edirdi və bunu nəticəsində partiya üzvlərinin 
əksəriyyətinin üzvlük haqqı ödəyə bilməməsi və digər tərəfdən 
də  böyük  monopoliyaların  dar  bir  qrup  insanların  əlində  olma-
sı. Çətin şəraitdə işləməyə məcbur qalmış partiyalar hakimiyyət 
tərəfindən manipuliyasiyalara məruz qalırdı və bu zaman ayrı-ay-
rı aktivistlərin ambisiya və maraqlarından istifadə olunaraq daxili 
konfliktlər yaradılırdı. Rəhbərlərin liderlik xüsusiyyətləri partiyala-
rın bölünməsi kimi sınaqdan keçirilmişdir və 90-cı illərin sonunda 

Leila Alieva. Political Party Regulation of the Republic of Azerbaijan. CNIS. Baku, 2012


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
96
yalnız Müsavat partiyası hakimiyyətin onun zəiflətmə cəhdlərinə 
baxmayaraq  bölünməmiş  qaldı.  Hətta  dublikasiya  məqsədi  ilə 
“Balıq Hafiz” ləqəbli balıq zavodunun direktoru Hafiz Hacıyevin 
başçılığı ilə Müasir Müsavat Partiyası belə yaradıldı və Balıq Ha-
fiz daim Müsavat Parsiyasını diskreditasiya etməklə məşğul idi.
2010-cu  ilin  Parlament  seçkiləri  barışmaz  müxalifətə  son 
zərbə oldu, belə ki, seçki manipulyasiyaları nəticəsində yeni par-
lamentin tərkibində bir nəfər belə təmsil olmadı.
Bu Müsavat Partiyasından digər partiyalara qoşulan bir neçə 
funksionerin  ayrılmasına  səbəb  oldu.  Eyni  zamanda  yaradıcı 
gəncliyin kifayət qədər tanınmış üzvləri partiyaya daxil oldu.
Müsavat  Partiyasının  qorunub  saxlanmasının  əsas  səbəb-
lərin dən  biri  sözsüz  ki,  onun  tarixliyidir.  Postsovet  dövründə 
onun bərpasının təşəbbüsçüləri bir daha sübut etdilər ki, 70 illik 
sovet  hakimiyyəti  legitim  olmayıb.  Əslində,  XX  əsrin  əvvəlində 
yaranmış demokratik ölkədən irsən keçmiş liberal dəyərlər du-
ran siyasi partiyaların yaranması və postsovet dövrdə Müsava-
tın dayanıqlığının böyük əhəmiyyəti vardı. Postsovet dövrünün 
partiyaları daxili kökləri olan təbii modernizasiyanın davamı idi, 
xaricdən süni yaranmış deyildi. Bu tendensiya ən yaxşı olaraq 
müasir mənada inklyuziv idi, sosial siniflərin və ya dini qrupla-
rın  qarşıdurmaları  üzərində  qurulmamışdı.  Müsavat  tərəfindən 
təklif  olunmuş  “Türkləşmə  (Millətləşmə),  İslam  və  Avropalaş-
ma” azərbayacanlıların həyatında əvvəl tam uyğunsuzluq təşkil 
edən 3 mədəni identikliyin tərkibini unikal sintez etmək cəhdi idi. 
Əslində  inklyuzivlik  ilk  demokratik  respublika  formalaşanda  si-
yasi quruculuğun əsas xüsusiyyəti idi. Bu həmdə Azərbaycanda 
yaşayan  bütün  azsaylı  millətlərin  təmsil  olunduğu  1918-ci  ildə 
Azərbaycanda  ilk  parlamentin  nümayəndəlik  xarakterini  kifayət 
qədər  izah  edir.  Özünü  tarixi  partiyanın  varisi  elan  etmiş  İsa 
Qəmbərin Müsavat Partiyası 2000-ci illərin sonuna qədər öz tam-
lığını barışmaz müxalifət imicinə görə (hökumət tərəfindən onla-
ra AXC-ilə birlikdə barışmaz müxalifət adı verilmişdi), həmçinin 
partiya fəallarının pozitiv, korrupsiyaya bulaşmamış imicinə görə 
qoruyub saxladı.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
97
Müsavat  Partiyasının  populyarlığı  onunla  izah  olunurdu  ki, 
ölkənin  qeyri-demokratik  idarəçiliyi  və  daha  çox  korrupsiya-
ya uğraması şəraitində milli identikliyə alterantiv model idi. La-
kin  siyasi  müxalifətin  ünvanına  tez-tez  partiyadaxili  demokra-
tiya  –  əsasən  partiya  rəhbərliyində  eyni  adların  olması,  sosial 
bazasının  ge niş  lənməsində  rigidlik,  beynəlxalq  əlaqələrin  və 
şəbəkələrin genişlənməməsi, yeni sosial qruplara inteqrasiyanın 
olmaması,  həmçinin  siyasi  passivliyin  olması  haqqında  tənqid 
səslənirdi.  Lakin  güclənən  avtoritarizm  şəaritində  əsas  prob-
lem  kampaniyaların  keçirilməsi  və  partiya  üzvləri  ilə  əlaqələrin 
məhdudlaşdırılmasıdır.  Belə  ki,  sərbəst  toplaşma  sərt  şəkildə 
məhdudlaşdırlımışdır. Bununla yanaşı siyasi partiyanın üzvü ol-
maq həbs olunmaq riski ilə, işgəncələr, ailə üzvlərinin belə təqdib 
olunması, qohumlarının iş yerlərini itirmək qorxusu ilə assosia-
siya olunur. 2006-cı illərin sonunda Leyla Yunusun fikrinə görə 
Azərbaycanda siyasi məhbuslar, fəalların ailə üzvləri və qohum-
ları  məhbuslar  kateqoriyası  əmələ  gəlib  ki,  müxalifət  fəallara 
təzyiq göstərmək üçündür. Bütün bunlar 2000-ci ilin sonlarında 
idarəetmənin  demokratik  sistemi  olan  əsas  təsisatlar  –  siyasi 
partiyaların gücünə neqativ təsir etməməyə bilməzdi. Bu qeyri-
əlverişli şəraitlər siyasi aktivliyin məzmun rolunun – baxışların, 
paltformaların dəyərlər sisteminin zəifləməsinə gətirib çı xardı. Bu 
proses ədəbiyyatda Fiş və İşiyama tərəfindən əks olunub. So-
nuncu yazır ki, fərdin əlində hakimiyyətin cəmlənməsi siyasətdə 
personalizmin artmasına səbəb olur, beləliklə də siyasi partiyala-
rın identikliyinin məzmunlu proqramlarının formalaşması prosesi 
çətinləşir
4

Bundan başqa ölkədə hakimiyyət hakim elitanın sırf praqma-
tik  maraqlarına  görə  xüsusi  bir  oriyentasiya  dəyərləri  olmadan 
qurulmuşdur və onun fərdiyyətçi xüsusyiyyəti illərlə güclənərək 
hakimiyyət və müxalifət qarşı durmasını elə fərdiyyətçi səviyyəyə 
transformasiya etmişdir. Buna görə də partiya liderlərinin daimi-
liyi  tənqidçilərinin  opponentlərinin  əsas  arqumenti  odur  ki,  an-
4
 John Ishiyama Political Party Development and Party Gravity in Semi-Authoritarian states 
The cases of Azerbaijan, Kyrgyzstan and Tajikistan in Taiwan Journal of Democracy July 
2008, Vol.4. No.1(33-53) p.42.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə