Sosiologiya (Dərslik)


kömək edən tələbləri əhatə edəcəkdin)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə66/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

kömək edən tələbləri əhatə edəcəkdin).
Sosial  ekologiyanın  xüsusiyyəti  ondan  ibarətdir  ki,  burada 
cəmiyyət  və  təbiətin  qarşılıqlı  münasibətləri  -   təbiətə  qarşı  dö­
zümlü olan yeni növ sosial-ekoloji münasibətlər nəzərdən keçiri­
lir. Sosial ekologiya həmçinin müxtəlif praktik həyati vəziyyətlər­
də yaranan problemlərlə maraqlanır, ekoloji və psixoloji stress şə­
raitində şəxsiyyətin uyğunlaşma imkanlarım müəyyənləşdirir.
Sosial ekologiyanın qarşısında duran əhəmiyyətli vəzifə cə ­
miyyətin tarixi inkişafının təkamül prosesinə daxil edilməsi,  insa­
nın  və  onu  əhatə  edən mühitin birgə  təkamülü  imkanlarının  üzə 
çıxarılması və reallaşdınlmasıdır. Fəlsəfi mənada sosial ekologiya 
ekzistensial səciyyəli problemləri  -   şəxsiyyətin  daxili  aləm inin 
mahiyyətli əsaslarına toxunan problemləri nəzərdən keçirir.
Müasir ekoloji vəziyyət ictimai şüurda yeni paradiqmamn 
təsdiq edilməsini  israrla tələb  edir.  Bu paradiqmaya əsasən  an­
tropogen  fəaliyyətin  nailiyyətləri  ekoloji  məqsədəuyğunluq 
meyarlan  ilə  təshih  edilə  bilər.  Bu  paradiqmamn  təşəkkülünə 
həm  təbii,  humanitar  və  texniki  elmlər  sahəsindəki  axtarışlar, 
həm  də  ekoloji  maarifləndirmə  sahəsinin  ümum  ən  genişlən­
m əsi və dərinləşməsi yardım edir. M üxtəlif elmlərin (coğrafiya, 
biologiya,  psixologiya,  sosiologiya  və  s.)  qovuşuğunda  əldə 
edilmiş tədqiqat məlumatları təbiət və cəm iyyət arasında qarşı­
lıqlı  münasibətlər  problemlərinin  dərk  edilməsinə,  sosial- 
ekoloji  sistemlərin  həyat  qabiliyyətini  gücləndirmək  yolunu 
tapmağa  qadir  olan  inteqral  bilik  səviyyəsinin  təşəkkülünə 
doğru apanr.  Sosial  ekologiya bu problemli sahədə elmi cərəy­
anların inteqrasiyası istiqamətlərindən biri kimi çıxış edir.
§2. S osial ekologiyanın in k işa f m ərhələləri
Sosial  ekologiyanın  yaranmasım  biologiyanın  inkişafi, 
ekologiyanın  ictimai  elm ə  çevrilm əsi  kontekstində  nəzərdən 
keçirmək  lazımdır,  hərçənd  o,  həmdə  ətraf  mühitin  idarə 
olunması  sahəsində  təbii  elm kimi qalmışdır.  Sosial ekologiya 
müstəqil  elm kimi  yalnız  XX  əsrdə  meydana çıxmışdır.  Onun 
təşəkkülü  və  təsdiqlənm əsi  ekologiya  kimi  elm  sahəsinin 
uzunmüddətli inkişafından sonra mümkün olmuşdur.
262
«Ekologiya»  termini  1866-cı  ildə  E.Hekkel  tərəfindən 
«Orqanizmlərin  ümumi  morfologiyası»  kitabında  tək lif olun­
muşdur. 0 , bu ad altında canimin həm üzvi, həm də qeyri-üzvi 
ətraf mühitlə  qarşılıqlı münasibətlərinin  məcmu halında  öyrə­
nilməsini başa düşürdü.
İngilis  təbiətşünası  Ç.  Darvin  ekologiyanın  xüsusi  bir 
elm  sahəsi  kimi  bioloji  bünövrəsini  yaratdı.  Ekologiya  nəzə­
riyyəsinin əsasını Darvinin yaşayış uğrunda mübarizənin orqa- 
nizmlərin  həm  bir-biri  ilə,  həm   də  ətraf mühitlə  mübarizəsi 
haqqmda  nəzəriyyəsi  təşkil  edir.  Dəyişkənliyin,  irsiyyətin, 
seçmənin  prinsipial  müddəaları  Yer  üzündə  həyat  haqqında 
təsəvvürlərin  formalaşmasına mühüm təsir  göstərmişdir.  Eko­
logiyanın  bir  elm  sahəsi  kimi  meydana  gəlm əsi  sistem lər n ə­
zəriyyəsinin,  təkamülün  sistemli  nəzəriyyəsinin  işlənib  hazır­
lanmasına təkan vermişdir.
Klassik bioloji  ekologiya ilə  demək olar ki,  eyni vaxtda, 
lakin  ayn  ad  altında  insan  ekologiyası  yaranmışdır.  C.  Byüsə 
görə,  «insanın  coqrafiyası  -   insan  ekologiyası  -   sosiologiya» 
xətti 0 . Kontun əsərlərində  1837-ci ildə yaranmışdır.  «İnsanın 
biologiyası» adı altında bu cərəyan geniş  inkişaf etmiş, xüsusi­
lə  Rusiya  sosiologiyasında  coğrafi  istiqamətin  görkəmli  nü­
mayəndəsi  İ.İ.Meçnikovun  «İnsanın  təbiəti  haqqında  etüdlər» 
və «Nikbinlik etüdləri» əsərlərində öz əksini tapmışdır.
Sosial ekologiya özünün müasir anlamında insan ekolog­
iyası  ilə eyni vaxtda yuxanda adı çəkilən O.  Kontun təqiqatla- 
nnda yaranmışdır. Bu tədqiqatlar H .Spenser və  D.M ili tərəfin­
dən inkişaf etdirilmişdir. «Sosial ekologiya» anlayışı elmi döv­
riyyəyə  20-ci  illərdə  Amerika  sosioloqlan  R.  Park,  E.Berces, 
R.Makkenzi  tərəfindən daxil  edilmişdir.  Tədqiqat obyekti qis­
mində onlar insan populyasiyasmın şəhər şəraitində davranışı­
nı göstərmişlər.
«Sosial  ekologiya»  termininindən  uzun  müddət  ərzində 
elm i  ədəbiyyatda  R.Park,  E.Berces,  R.Makkenzinin  ona  ver­
diyi mənada praktiki olaraq istifadə edilməmişdir.
SSRİ-də  elmi  istiqamət  kimi  sosial  ekologiya  haqqmda 
yalm z  XX  əsrin  80-ci  illərində  fəal  surətdə  bəhs  edilmişdir.
263


Dolğun ekoloji  fəlsəfəyə və  sosial-ekoloji  araşdırmalara tələbatı 
olan  ekoloji  hərəkat  tədqiqatların  bu  inteqral  istiqamətinin  ya­
ranması  və  təşəkkül  tapmasına yardım  edirdi.  Rusiyada  «sosial 
ekologiya»  anlyışmı  filosoflar  dirçəltmişlər.  İngilis  dilli  ədə­
biyyatda isə «insan ekologiyası» termininə üstünlük verilir.  Coğ­
rafiyaçılar təbiət və cəmiyyətin qarşılıqlı təsiri problemini tədqiq 
edən  bütün  elmlər  kompleksini  «insan  ekologiyası»  adı  altında 
ümumi bir istiqamətdə birləşdirərək, bu mövqedə dayanırdılar.
Elmdə  insanın  ekologiyası problemlərinə  bir sıra  əsərlər 
həsr olunubdur,  hərçənd  bu  istiqamət və  onun  predmeti  barə­
sində  fikir  ayrılığı  mövcuddur.  Q.t.  Sareqorodsev  «insanın 
ekologiyası»  termininə  «bəşəriyyətin  ətraf  mühitin  təbiət 
amilləri  ilə  qarşılıqlı  təsiri»  mənasını  verir.  Y.P.  Lisisin,  İ.V. 
Novik və başqaları belə hesab edirlər ki, «insanın ekologiyası» 
insanın  optimal  həyat  şəraitini  iki  cəhətdən  -   bioloji  növ  ba­
xımından (iqlim, hava, kosmik və  s.) və  sosial  varlıq baxımın­
dan (psixoloji,  iqtisadi, siyasi və s.) öyrənməlidir.
A.Q.  Voronov  belə  hesab  edir  ki,  «...E kologiya  yalnız 
mühitin orqanizmə  təsiri  haqqında  elm  deyil,  o,  orqanizmlərlə 
mühitin qarşılıqlı münasibətləri haqqında elmdir.  Ekologiyanın 
predmetinin belə geniş izahı göstərir ki,  insanın ekologiyası da 
həm  mühitin  insana  təsiri,  həm  də  insanın  mühitə  təsiri  ilə 
məşğul  olmalıdır».  M üasir  ekologiyanın  xüsusiyyəti  ondan 
ibarətdir ki,  o özündə coğrafiyanı, geologiyanı və s. məlum 
elm sahələrini ehtiva edir.
Hazırda  ekologiya  elm i  sahəsində  vəziyyət  belədir:  o, 
çox  vaxt  ekologiyanın  heyvanlar  və  bitkilərin  onlan  əhatə 
edən  ətraf  mühitlə  münasibətləri  haqqında  bioloji  elm  kimi 
ilkin  anlayışından  uzaq  olan  bir sıra müəyyən  elm  sahələrinə 
ayrılmışdır.  Ekologiyanın  müasir  istiqamətlərinin  əsasında 
bioekologiyamn fundamental ideyaları dayanır.
N.F.  Reymersə  görə,  ekologiya:  1)  biologiyanın  bir sa­
həsi olub, orqanizmlər, onların sistem məcmularının (fərdlərin, 
populyasiyalann,  biosenozların  və  s.)  və  onlan  əhatə  edən 
mühitin  münasibətlərini  öyrənir  (bioekologiya);  fərdlərin  və 
onlann təşkil  etdiyi növlərin  (autoekologiya),  populyasiyalann
264
(populyasion  ekologiya,  demekologiya)  v ə  birliklərin,- biose­
nozların  (sinekologiya)  ekologiyasım  ehtiva  edir;  2)  sistem li 
bioloji  strukturlann  bir-biri  ilə  və  onlan  əhatə  edən  mühitlə 
qarşılıqlı münasibətini,  biogeosenozları  və  digər  ekosistemləri 
(biogeosenologiya)  tədqiq  edən  m üəyyən  elm  sahələrinin 
məcmusu,  ekosistemlər,  o  cümlədən  biosfer  haqqında  elmdir; 
3) müxtəlif səviyyəli ekosistemlərin ümumi  fəaliyyət qanunla­
rım  öyrənən  m üəyyən  elmi  təlimdir;  4)  bu  məcmuda  qəbul 
edilmiş  mərkəzi  obyekt nöqteyi-nəzərindən predmet  və  hadi­
sələrin hər hansı məcmusunu nəzərdən keçirən bilik sahəsidir;
5)  bir növ kimi  insanın və cəm iyyətin planet ekosferində yeri­
nin,  onun  ekoloji  sistem lərlə  əlaqələrinin  və  onlara  təsirinin 
tədqiqidir; 6) ətraf mühitdə yaşama haqqında elmdir.
Tədqiqat  obyektlərinin  ölçülərinə  uyğun  olaraq  ekolog­
iyanın tərkibinə  fizioloji ekologiya  və  populyasion  ekologiya 
(populyasiya v ə onun mühiti) da daxil olmaqla, autoekolog- 
iyanı  (orqanizm  və  onun  mühiti),  sinekologiyanı  (biotik 
birlik,  ekosistem  və  onun  mühiti),  coğrafi  ekologiyanı, 
landşaft  ekologiyasını  (iri  ekosistemlər,  canlıların  iştirakı 
ilə  coğrafi proseslər və  onlann  mühiti) v ə  qlobal  ekologiy­
ayam (Yer kürəsinin biosferi haqqında elm) aid edirlər.
Tədqiqat predmetlərinə nəzərən  ekologiyam  mikroorqa- 
nizmlərin, göbələklərin, bitkilərin, heyvanların,  insanın ekolog­
iyasına, sənaye,  kənd təsərrüfatı ekologiyasına, ümumi  ekolog­
iyaya  bölürlər.  Mühitlər  və  tədqiqatın  tərkib  hissələrinə  görə 
qurunun,  şirin  su  hövzələrinin,  dənizin  və  s.  ekologiyalarını 
fərqləndirirlər.  Predmetə  yanaşmalara  görə  analitik  v ə  di­
namik ekologiyanı ayırırlar. Zaman amili nöqteyi- nəzərindən 
tarixi ekologiyam və təkamül ekologiyasını nəzərdən keçirirlər.
İnsan idrak obyekti kimi müasir biliyin  sahələri  tərəfin­
dən  m üxtəlif  cür  nəzərdən  keçirilir.  Müasir  elmdə  dünyanın 
dağımq təsvirindən  bir vahidin sintezinə yönəlm iş  nəzəriyyə­
lər  ortaya  gəlm işdir.  Müasir  insan  ekologiyası  və  sosial  eko­
logiya belə nəzəriyyələr rolunda çıxış edir.  Onlann bioekolog- 
iyadan  qoruyub  saxladığı  prinsip  bundan  ibarətdir:  müəyyən 
başlıca obyekti  mühitin əsasında öyrənmək.  Sistemli  elm  kimi
265


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə