Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
39
3. 
Əhali artımını və resursları (ehtiyatları) necə tarazlaşdırmalı
 
 
Dünya  əhalisi yüksək ölüm sayından və yüksək doğum sayından aşağı ölüm sayına və 
aşağı doğum sayına doğru dəyişir. Bu gün 6.6 milyard insanın yarısı  şəhərlidir; 2050-ci 
iləcən isə 2/3-si şəhərli ola bilər.  Şəhər  əhalisinin təqribən 1/3 hissəsi xarabalıqlarda 
yaşayır və 2030-cu iləcən xarabalıq sakinlərinin sayı ikiqat artacaq. Dünyadakı uşaqların 
25%-i protein-enerji çatışmamazlığından  əziyyət çəkir, bu da əqli inkişafın zəifləməsiə 
səbəb olur. 2050-ci ildə dünya əhalisinin ¼-nin (Afrika istisna olmaqla) yaşı 6-dan yuxarı 
olacaq. BMT-nin orta proqnozuna əsasən 2045-ci ildə yaşı 60-dan yuxarı olanların sayı 
yaşı 15-dən aşağı olanların sayından çox olacaq. Bu gün yaşlı insanların təqribən 65%-i 
inkişaf etməkdə olan ölkələrdə yaşayır; 2050-ci ilədək bu göstərici təqribən 80% olacaq. 
Dünya ilk olaraq varlandı, sonra yaşlandı, lakin inkişaf etməkdə olan ölkələr vaxtın idarə 
olunmasında daha çox çətinliklərlə üzləşəcəklər. Baxmayaraq ki, onlar o qədər də sürətlə 
yaşlanmırlar. Təqaüd, səhiyyə sistemləri və mədəniyyət dəyişməyə məcburdur. BMT-nin 
aşağı proqnozuna əsasən, 2050-ci ilədək  əhalinin sayı düşməyə başlamamışdan daha 
2.8 milyard nəfər arta və 2100-cü ilədək 5.5 milyarda çata bilər, lakin texnoloji 
irəliləyişlərin bu proqnozları növbəti 50 il ərzində  dəyişərək insanlara bu gün mümkün 
olan həyatdan daha uzun və daha səmərəli həyat sürmək imkanı verəcəyi ehtimal olunur. 
BMT-nin  Ərzaq və  Kənd Təsərrüfatı  Təşkilatının dəyərləndirmələrinə  əsasən aclıq üzrə 
MİM-nə nail oluna bilər, lakin bu bilavasitə ac insanların azaldılması ilə yox, əhalinin 
artması ilə  şərtənir. Doyunca qidalanmayan insanların mütləq sayı 90-cı illərin 
əvvəllərindən bu yana cəmi 3 milyon azalıb, halbuki 70-ci illərdə 37 milyon, 80-cı illərdə 
isə 100 milyon azalmışdı. 2001-2003-cü illərdə onların sayı 90-cı illərdəkinin  əvəzini 
çıxmaqla 23 milyon çoxalıb. Dünyada hələ  də 854 milyon doyunca qidalanmayan insan 
var.  İqlim dəyişikliyi və monokulturalar kənd-təsərrüfatının yaşaması üçün çox mühüm 
olan biomüxtəlifliyi korlayır.  Əhali artımını azaldan amillərin hələ  də gücləndirilməyə 
ehtiyacı vardır. Gəlirlərin artması, savadlılığın artırılması, uşaq ölümü hallarının azalması, 
qadınların təhsil alması  və onlara səlahiyyələrin verilməsi, urbanizasiya və ailə 
planlaşdırması bu amillərə aiddir.  
Bütün balıq ehtiyatlarının ¼-i tükənib. BMT-nin Ərzaq və  Kənd Təsərrüfatı  Təşkilatının 
dəyərləndirmələrinə əsasən şəhərin su ilə bağlı tələbləri artdığı halda kənd təsərrüfatına 
2030-cu ilədək  əlavə 2 milyard nəfəri qidalandırmaq üçün tələb olunan suyun miqdarı 
60% artırılmalıdır. Kənd təsərrüfatı torpaqlarının təqribən 40%-i orta və 9%-i isə yüksək 
dərəcədə korlanıb və ümumi məhsuldarlıq 13% azalıb. Daha düzgün insan-təbiət vəhdəti 
sayəsində kifayət qədər qidalanma, sığınacaq, su və sanitar xidmətlər olmadan, 
miqrasiyalar, münaqişələr və  xəstəliklər qaçılmaz görünür. “UN-HABITAT”-ın verdiyi 
məlumata  əsasən  şəhər yoxsullarının 1/3-i iqlim dəyişikliyi səbəbindən meydana gəlmiş 
“ekoloji qaçqınlardır”.  
 
Problem olduğu zənn edilən urbanizasiya öz əlverişliliyinə və miqyasın müsbət effektinə 
görə insan şəraitini yaxşılaşdıran başlıca amillərdən biridir. Şəhərlərdə  mənzillə, suyla, 
sanitar xidmətlər və yaxın zamanda ikiqat artacaq digər  şəhər infrastruktur tələblərilə 
təmin olunma üçün yaradıcı maliyyə modelləri işlənib hazırlanır. Gənc nəslin çiyinlərində 
olan iqtisadi yükü azaltmaq və həyat səviyyəsinə dəstək vermək üçün insanlar daha uzun 
müddət işləyəcək və uzaqdan idarə olunan işlərin, natamam işlərin və  iş yerlərinin 
rotasiyasının bir çox formalarını yaradacaqlar. Nanotexnologiyalar məhsul buraxılışının 
hər vahidi üzrə material sərfiyyatını azaldır, lakin məhsulun faydasını  və davamlılığını 
artırır. İKT dünya miqyasında real zaman məkanında tələb və resurslar arasında optimal 
tarazlığın tapılması üçün yararlıdır. Yağış suları ilə suvarılan kənd təsərrüfatına, 
suvarmanın idarə edilməsinə, məhsul göstəricisinin artması, quraqlığa dözümlü olan bitki 
sortlarının yetişdirilməsi üçün genetik mühəndisliyə ehtiyac duyulacaq. Hal-hazırda, 
inkişaf edən ölkələrdə  kənd təsərrüfatı  şumluq torpaqların 80%-indən istifadə edir. Bu 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
40
torpaqların 20%-i suvarılır. Məhsuldar  şumluq torpaqları  əldə saxlamaq üçün kütləvi 
səylərə ehtiyac var. Heyvani zülala olan tələbat 2020-ci ilədək 50% arta bilər və bu da 
genetik cəhətdən  şəklini dəyişmiş  ərzağa, akva-mədəniyyətə (insan istehlakı üçün 
müxtəlif heyvan və bitkilərin yetişdirilməsi) və heyvanın böyüdülməsi zərurəti olmadan 
heyvanların gövdə hüceyrələrindən istifadə etməklə ət toxumalarının istehsal edilməsinə 
kütləvi sərmayələrin qoyulmasına təkan verə bilər. Səhra sahil xətləri boyunca dəniz suyu 
ilə  işləyən kənd təsərrüfatı proqramlarının həyata keçirilməsi bioyanacaqlar, kağız 
sənayesi üçün maddə, insanlar və heyvanlar üçün qida istehsal olunmasını təmin etməklə 
yanaşı, həmçinin karbonun sorulmasına səbəb ola və  təmiz suyun istifadəsini azalda 
bilər.  
 
3-cü Çağırışa o vaxt ciddi cavab veriləcək ki, dünya əhalisinin illik artımı 30 milyondan 
aşağı düşəcək, ac insanların sayı yarıbayarı azalacaq, körpə ölümü yarıbayarı azalacaq 
və yaşlanmaya doğru yönələn yeni yanaşmalar iqtisadi cəhətdən yaşamağa qabil olacaq. 
 
 
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR

 
A
FRIKA
:
 
Afrika bu gün yaş medianı 20-dən aşağı olan yeganə regiondur və 2050-ci ilədək 
60 və 60-dan daha çox yaşı olan əhalinin faizi 10%-dən bir az çox olacaq. Şəhər 
ərazilərinin idarə olunması keyfiyyətini xeyli azaldan amillərdən biri QİÇS-dir. Bu xəstəlik 
Botsvanada həyat davamlılığını 35 yaşa endirib. Halbuki, 1985-ci ildə bu göstərici 67 
olub. Münaqişələr hələ  də inkişaf məqsədilə qoyulan sərmayələrin qarşısını alır, 
məhsuldar  şumluq torpaqları korlayır, qaçqınların meydana gəlməsinə, qitə boyu ərzaq 
böhranlarının baş verməsinə səbəb olur və təbii resursların daha yaxşı idarə olunmasının 
qarşısını alır.    
 
A
SIYA VƏ 
O
KEANIYA
:
 
Çində 2005-ci ildə 60 və 60-dan daha yuxarı yaşı olan 144 milyon 
insanın 2050-ci ildə 438 milyona çatacağı gözlənilir. Ultrasəsli müayinənin geniş 
yayılması, abortların asanlıqla başa gəlməsi və adət üzrə  oğlanlara üstünlük verilməsi 
səbəbindən Çində hər doğulan 118 oğlana 100 qız düşürdü. Çin ən tez 2010-cu ildə işçi 
qüvvəsinin çatışmamazlığı ilə üzləşə bilər. 2050-ci ilədək Hindistanda Çindən daha çox 
insan olacaq və bu gün Hindistanda aşağı-Sahara Afrikasındakından daha çox ac uşaq 
var. Dünyada ən çox yaşlı  əhaliyə malik ölkə Yaponiyadır. Yaponiyada hal-hazırda 43 
olan yaş medianı 2050-ci ilədək 55-ə çata bilər. Bu, Yaponiyanın öz mühacir işçi 
siyasətlərini dəyişməyə  və robotlaşdırılmış  işçi qüvvəsi cəlb etməyə vadar edəcək.  İl 
ərzində 7 000 dollardan çox qazanan asiyalılar sayca ABŞ-ın, Kanadanın və Avropanın 
ümumi əhalisini ötüb keçir. Bu da tayı-bərabəri olmayan bir istehlak üçün özül deməkdir. 
Yeni məşğullluq konsepsiyaları hal-hazırda yaşları 25-dən aşağı olan və  ənənəvi 
məşğuliyyət axtarışında çətinliklə üzləşən  ərəblərin 60%-i arasında hökm sürən siyasi 
səbatsızlığın qarşısının alınması üçün gərəkli ola bilər. 
 
Sinqapur növbəti 40-50 il ərzində yaşlanma tendensiyaları ilə mübarizə aparmaq 
məqsədilə 2 milyon mühacir toplamağı planlaşdırır. 
 
A
VROPA
: Avropanın yaşlanan  əhalisi, durğun artım, 2050-ci ilədək  əhalinin 
layihələşdirilmiş  şəkildə 70 milyon azaldılması  və  gənc  əhalinin azlığı  təqaüd və sosial 
sığorta sistemlərində, daha çox uşaq üçün təşviqedici vasitələrdə  və mühacir əməyində 
baş verən artımlarda dəyişikliklərin meydana gəlməsinə  təkan verərək, beynəlxalq 
münasibətlərə, mədəniyyətə və sosial quruluşa təsir göstərəcək. 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə