Səyyah kitabları


Təbriz şəhərinin topoqrafiyası və təsviri



Yüklə 24,12 Kb.
səhifə2/2
tarix01.01.2022
ölçüsü24,12 Kb.
#82507
növüMühazirə
1   2
Səyyah kitabları

IV parça. Təbriz şəhərinin topoqrafiyası və təsviri

...Şəhərdə 300 min adam yaşayırdı, əyalətində isə 500 min. Ancaq Osmanlı dövlətinin qoşunu və yeniçərləri gücdən düşdükdən sonra Əcəm xanları yaranmış şəraitdən istifadə edərək Gəncə, Şirvan, Şamaxı, Dəmir Çapı, Şrəvan, Naxçıvan, Təbriz kimi şəhərləri ələ keçirib tutdular. Sonralar bizim hökmdarımız VI Murad xan Şirvan, Şamaxı, Tiflis və Dmanis qalalarını geri almaq üçün, Əcəm ölkəsinə yürüş etdi. O, 7 gün ərzində Şrəvan qalasını, Naxçıvanı, Mərəndi və Qarabağları dağıtdı. Təbriz altında bir həftə dayansa da, bu şəhəri də son anda dağıda bildi və uğurlu yürüşlə Vandan keçərək paytaxtına qayıtdı. Bu zaman başqa bir tərəfdən Şran və Turan qoşunları ilə şah Abbas Təbrizə varıb gəldi. O, əhalinin rəğbətini qazandı, şəhəri, onun imarətlərini abadlaşdırdı. Təbriz Şəhəri Əcəmin hakimiyyəti altında olmaqla yanaŞı Azərbaycanın və ayrıca Təbriz xanlığının paytaxtıdır. Şəhərin 10 min qoşunu, müftisi, Şeyxüssəadəti, mollası, kələntəri, münşisi, darüqəsi, qorucu başçısı, dizçökən ağası, yasavulağası, mehmandan var... Burada 320 mehrab var. Onlardan 19-u keçmiş sultanların camiyələridir, 50-ci Osmanlı xanlarına və vəzirlərinə aiddir, bəzilərini ölkənin əsilzadə adamları tikdirmişdir. Bunların ən qədimi Zübeydə Xatun məscididir. Bu görklü camiyə qədimdə tikilmişdir; kümbəzi, bütün divarları və qapıları şirli (boyalı) naxışlarla bəzədilmişdir. Onun minarəsinin tayı yoxdur. Mütəvəkkil Əlillahın cəmiyəsi də qədim üslubda tikilmiş, şirli naxışlarla bəzədilmişdir. Ancaq çox vaxt keçdiyindən dəfələrlə təmir edildikdən sonra o, öz qədim adını itirərək indi Dəməşq məscidi adlanır. Sultan Mahmud Şam-Qazan camiyəsi Şrəm bağında tikilmiş işıqlı bir binadır, ancaq indi darısqal və qaranlıq bir yerdədir, bircə minarəsi var. Şah-Əmin camiyəsi İran şahının məscididir, onun kümbəzi Ənuşirvan sarayı kümbəzinin hündürlüyündədir. O gözəldir, bir minarəsi vardır, üzərinə şirli naxışlar çəkilmişdir və Misirdəki Zahir Beybars məscidinə oxşayır. Bu gözəl məscidin kümbəzi göylərə dirənir, cilalanmış ağ divarları gözəl, parlaq, göyümtül, xatay kağızları ilə bəzədilmişdir; içəriyə girən geri qayıtmaq istəmir. Onun qarşısında dünyada tayı olmayan cənnət bağı salınmışdır. Gül və çiçəklərin gözəl qoxusu adamın huşunu alır. Əcəm ölkəsində bu imarət «həşti-behişt» adlanır. Sultan Həsən cəmiyəsini Azərbaycan hökmdarı Uzun Həsən tikdirmişdir. Sultan Əbül Fatehlə savaşda1 basıldıqdan sonra Uzun Həsən Təbrizə qayıdaraq burada vəfat etmişdir. Onun qəbri bu məscidin güney divan yanındadır... Təbrizdə 47-yə yaxın mədrəsə var; onlar abad tədris müəssisələridir, orada müxtəlif elmlər öyrənilir və bir çox tanınmış müəllimlər işləyir. Ən böyük mədrəsə şahi-Cahan mədrəsəsidir2... <...> Uşaqlar üçün məktəblər: [şəhərdə] 600-ə qədər belə öyrətmə evi var. şeyx Həqqi, Həsən Meymandi, Nağı xan, Sultan Həsən, Sultan Yaqub3 adını daşıyan məktəblərdə müəllimlərə xələt bağışlayırlar <...> Uşaqlar üçün məktəblər: [şəhərdə] 600-ə qədər belə öyrətmə evi var. şeyx Həqqi, Həsən Meymandi, Nağı xan, Sultan Həsən, Sultan Yaqub adını daşıyan məktəblərdə müəllimlərə xələt bağışlayırlar.
Yüklə 24,12 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə