Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   ...   11   12   13   14   15   16   17   18   19

72  Cənnət  müəllim

İslamda idman

harasa  getmişdi.  Birdən  dayənin  oğlu  xeymədən  çıxıb 

yaxmlığdakı  quya  tərəf  getdi.  Hz.  Əli  də  onun  ardınca 

xeymədən  çıxdı.  Dayənin  oğlu  əyilib  quyaya  baxdı  və 

birdən  ayağı  sürüşüb  quyuya  yıxılırdı  ki,  qəflətən  Hz.  Əli 

(ə) sağ əli ilə onun bir ayağından,  digər əli ilə isə onun əlin­

dən yapışdı.  Xeyməyə qayıdan dayə uşaqları  axtarsada on­

ları  tapmadı.  Birdən  oğlunun  qışqırıq  səsini  eşidərək  eşiyə 

çıxdı.  Səs gələn tərəfə gedərək gördüyü mənzərədən dəhşətə 

gəldi  və  köməyə  adam  çağırdı.  Qonşularının  köməkliyi  ilə 

uşaq 

quyudan 


azad 

oldu. 


Həzrətin 

bu 


gücünə 

təəccüblənən qonşular Hz. Əlini o ki, var təriflədilər.

Bu  sadalanan  tarixi  faktlar  yalnız  Həzrətin  hələ  kör­

pəlikdə göstərdiyi şücaətlər idi.  Əgər biz onun islam yolun­

dakı  göstərdiyi  şücaətlərə  nəzər  salsaq  bunun  bir  daha 

şahidi olarıq:

Tarixçilər  bu fikirdədilər ki,  ərəblər  arasında  Həzrət  Əli 

(ə)  kimi  şücaətli  və  güclü  bir  insan  olmamışdır.  Həzrət  o 

qədər  heybətli  olmuşdur  ki,  rəqibi  onun  gözünə  baxdıqda 

vücudulərzəyə  gələrdi.  İmamın  heybəti  rəqibin  bütün  mü­

qavimət və hücum  qüdrətini  qırmışdır.  Həzrətdən soruşur­

lar  ki,  öz  rəqiblərinə  necə  qalibgəlirsən?  O  buurur:  «mən 

kiminlə üz-üzə gəlmişəmsə, həmin şəxs özü-özünə qarşı mə­

nə  yardımçı  olub».  Seyid  Rəzi  bildirir  ki,  imam  bu  kə­

lamında rəqibin qəlbində yaranmış qorxunu  nəzərdə tutur. 

Həmin  qəzavatlardakı  misilsiz  rəşadətləri,  peyğənbərə  süi- 

qəsd təşkil olunarkən onun yatağında yatması  onun mislsiz 

şücaətindən xəbər verir.  Heç bir cəngavər düşmən qoşunu­

nu təkbaşına yarmağa müvəffəq olmamışdır.

Həzrətin  şücaətini  ecazkar  bilən  Şeyx  Müfid  yazır: 

«Ondan  savayı  bütün  döyüşlərdə  qalib  gələn  cəngavər 

olmamışdır.  Əksər  cəngavərlərin  həm  qələbəsi,  həm  də 

məğlubiyəti  olmuşdur.  Eləcə  də  heç  bir  döyüşçünün  bir 

zərbəsi  ilə  rəqib  dünyasını  dəyişməmişdir.  Bəzən  zərbələr 

ölümcül  olmuş,  bəzən  isə  zərbə  alan  rəqib  çağalmışdır.

Ruhi  Seyfullayev

İslamda idman

Yalnız  Əmirəl-möminin  Əli  (ə)  bütün  mübarizələrdə  qalib 

olmuş  və  vurduğu  zərbələrdən  sonra  ayağa  qalxan  olma­

mışdır. Bu özü də həzrətin ecazlarından biridir. Həzrətin ən 

ali  sayılası  işlərində  də  qəribəliklər müşahidə  olunmuşdur. 

Bütün bunlar Allahın aşkar dəlillərindəndir».

Əlinin  (ə)  iman  və  yəqinindən  qaynaqlanan  qəlb  gücü 

kimsədə  görünməmişdir.  Bir  dəfə  Siffeyn  döüşündə  üzünə 

niqab  salıb  adi  bir döyüşçü  tək  şamlıların  önünə  çıxmışdı. 

O  qarşısına  çıxan  bütün  döyüşçüləri  qanma  qəltan  etdiyi 

vaxt Müaviyə Əmr Asa dedi:  «Bu şücaətli, ürəkli qəhrəman 

kimdir?»  Əmr  As  dedi:  «Ya  Abdullah  ibn  Abbasdır,  yada 

Əlinin  (ə)  özüdür».  Müaviyə  dedi:  «Bəs  bunu  nədən  tanı­

maq  olar?»  Əmr  dedi:  «İbn  Abbas  şücaətli  kişidir,  amma 

qoşunun həmləsi  qarşısında tab gətirə bilməz.  Bütün qoşu­

na  əmr  et  hücuma  keçsin.  Onda  məlum  olar  ki,  bu  şəxs 

kimdir.  Əgər  geri  dönsə,  İbn  Abbasdır,  yox  yerində  qalıb 

döyüşsə,  Əlidir  (ə).  Çünki  Əlinin  (ə)  üstünə  bütün  ərəblər 

yerisə, yerindən tərpənən deyil».

Müaviyə  Əmr  Asm  sözlərini  yoxlamaq  üçün  hücum 

əmrini  verdi.  Bütün  qoşun  meydandakı  cəngavərin  üstünə 

yeridi.  Amma  fədəkar döyüşçü əzəmətli dağ tək meydanda 

dayanıb, sağ-sola qılınc çapırdı.  Onda anladılar ki, bu cən­

gavər Əlinin (ə) özüdür.

Həzrət  Əlinin  ən  qatı  düşmənləri  də  təsdiq  edir.  Həzrət 

Əli (ə) zirehi  yalnız döyüş libası  olaraq  geyirdi.  Onun  zire­

hinin  sinə  hissəsində  yalnız  bir  neçə  halqa  vardı.  Zirehin 

arxa  hissəsi  isə  tamamiylə  açıq  idi.  Onun  zirehi  haqqında 

soruşulduqda  həzərət  belə  buurmuşdur:  «Mən  heç  vaxt 

düşmənə arxa çevirmirəm, ona görə də arxadan zirehə ehti­

yacım yoxdur».

Həzrət  Əli  (ə)  yalnız  Allah  yolunda  döyüşürdü.  Müsəl­

manlar  onun  ruhiyyəsindən  güc  alardılar.  Əlini  Zülfuqara 

aparanda  bütün  ətrafdakılar əmin olurdu  ki,  qələbə yaxın­




74  Cənnət  müəllim

İslamda idman

dadır.  Peyğənbərin  (s)  iştirak  etdiyi  bir  çox  qəzavatlarda 

müharibənin taleyini həzərət Əlinin (ə) qılıncı həll edərdi.

Döyüşlərinin  birində  komandalar  həzrət  Əliyə  (ə)  de­

dilər:  «Əgər  qarşıdakı  döyüşdə  məğlub  olsaq,  hansı  nöq­

tədə  görüşəcəyik?  Yaxşı  olar ki,  əvvəlcədən  belə  bir  nöqtə 

müəyyənləşdirək».  Həzrət  buyurdu:  «Məni  harada  itirsə­

niz,  orada  da  axtarın.  Harada  döyüşə  başlasam,  oradan 

tərpənən deyiləm».

Səhabələrdən  biri  həzrətə  belə  ərz  etdi:  «Döyüş üçün  iti 

qaçan  at  seçin  ki,  çətin  vəziyyətlərdə  sizi  qaçıb  qurtara 

bilsin»  Həzrət  buyurdu:  «mən  düşmən  qabağından  qaçan 

deyiləm  ki,  iti  qaçan  ata  ehtiyacım  olsun.  Qaçan  düşməni 

də  təqib  edən  deyiləm  ki,  belə  bir  ehtiyac  yaransın.  Buna 

görə  də  mənim  üçün  atın  necə  qaçmasının  əhəmiyəti  yox­

dur».


İbn  Əbil-Hədid  deyir:  «həzrət  Əli  (ə)  keçmişdəki  qəhrə­

manların admı tarixdən silmiş və gələcəkdəki qəhrəmanlara 

tarixdə yer qoymayan şücaətli bir cəngavər idi.  Onun qolu­

nun  gücü  kiməsədə  yox  idi.  Onunla  üzbəüz  hələn  heç  bir 

döüyşçü  canım  sağ  qurtarmamışdı.  Onunla  döyüşənin 

qılınca  ehtiyacı  yoxdur.  Həzrət  öz  rəqibini  həlak  edəndə 

təkbir  deyərdi.  Ləylətül-hərirdə  onun  təkbirlərinin  sayı 

523-ə çatmışdı.  Bu da onu göstərir ki,  523 düşmən həzrətin 

(ə) əli ilə dünyasım dəyişmişdi.

İbn  Əbil-Hədid  «Nəhcül-bəlağə»nin  şərhində yazır:  «Bir 

gün  Müaviyə  yuxudan  oyananda  Abdullah  ibn  Zübeyri 

ayaqları  tərəfdə  oturmuş  görür.  Abdullah  zarafatla  Müa- 

viyyəyə deyir: «Əgər istəsəydim səni öldürərdim» Müvaviyə 

deyir:  «bizdən  sonra  şücaətindən  danışırsan».  Abdullah 

deyir:  «Nə  üçün  mənim  şücaətimi  inkar  edirsən?  Mən  mü­

haribədə həzrət Əli (ə) ilə üzbəüz dayanan adamam».  Müa­

viyə cavabında  deyir:  «Əgər belə  bir cürətin  olsaydı,  yəqin 

ki,  Əli  (ə)  səni  və  atanı  sol  əli  ilə  öldürər,  sağ əli  ilə  isə  bir 

başqasına əl gəzdirərdi».

Ruhi  Seyfullayev

İslamda idman

 

75

Əsl şücaət simvolu  olan Əlinin (ə) həyat tarixində qorxu 

sözünə  yer  olmamışdır.  O  bütün  ömrünü  ölümlə  üzbəüz 

dayanmış və şəhadət şərbətini içmək eşqi ilə yaşamışdır.  O 

özü  belə  buyurur:  «And  olsun  Allaha,  Əbu-Talibin  oğlu 

ölümü südəmər körpə anasının döşünü sevdiyi tək sevir».

Biz  burada  həzrət  Əlinin  (ə)  qəhrəmanlıqlarını  və  fəda­

karlıqlarını  danışsaq  da,  həzərətin  şücaətini  oluduğu  kimi 

göstərməkdə acizik.

Kitab  barədə  rəy  və  təkliflərinizi  müəlliflərə  bildirmək 

üçün əlaqə tel: (+994) (050) 320-08-26

Lənkəran 04.06.2006




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə