Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə71/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   68   69   70   71   72   73   74   75   76

Daş  atıb,  baş  tutasan.
Xoş  gündə,  ağır  gündə 
Böyük-kiçik  yanında 
Özünü  unudasan.
O  külfət  külfət  deyil  - 
Tikəni  bölməyəsən,
Gülənlə  gülməyəsən,
Ölənlə  ölməyəsən,
Gəzəsən  razı-razı:
Bizlərdə  adət  deyil,
Adət  deyil,  qadası...
Öz  payını  gizlədib,
Gözünü  zilləyəsən 
Özgəsinin  payına;
Əlini  yelləyəsən 
Qonşunun  harayına;
Borc  ödəmək  yerinə 
Ürək  əsirgəyəsən,
Sərvətin  ola-ola,
Daim  gizildəyəsən;
Özünə  çox  götürüb,
Sənə  verələr  azı  - 
Bizlərdə  adət  deyil.
Adət  deyil,  qadası.
Kimisə  pisləyəsən  - 
Səndən  öndədir  deyə;
Bəduğur  söz  deyəsən 
Yaxşı  gündədir  deyə;
Xoş  günə  dözməyəsən.
Səndən  gendədir  deyə;
Səyavuş  Sərxanlı
---------------------------------------------
to?
Vətən,  səslə  oğlunu
Durasan  istəyəsən 
Ö zgə  qapıda  yası  - 
Bizlərdə  adət  deyil,
Adət  deyil,  qadası...
Xoş  sədan  aşmırsa  dağ,
O  sənət  sənət  deyil;
Tək  özüyçün  yaşamaq 
Bizlərdə  adət  deyil!
IV
Yeddinci gəlinimiz  Tamillaya...
Çətindir  sonbeşik  qadını  olmaq,
Ağırdı  qapıda  axırıncı  toy.
Ağırdı,
çətindi  tək,  yurdda  qalmaq  - 
Ağbirçək  gəlinlər  inciməsin  qoy...
Böyüklər...  hərənin  bir  yük  qatarı; 
Burdasa  min  qayğı  səsləyir  səni. 
Qocalar...  həyətin  baş  uşaqları;
T ə rif də,  danlaq  da  gözləyir  səni.
Qocalar  itirməz  bir  haqqı-sayı,
Di  gəl,  istəkləri  baş  olmalıdır;
Öz  dünyan,
öz  arzun, 
məhəbbət  payın 
İkinci  planda  yaşamalıdır.
Ər  ocağı  köklü,  mənzilli  isə,
Gəlini  başının  nur  tacı  sayar.
G əlin  də  əsilli-nəsilli  isə  -
Ömründən
o  çağa  ömür  calayar.
t O ?


Yaşı  az, 
işi  çox,
qayğısı  ulu,
Əli  ev  işində,  eşik  içində;
Əli  süd  qoxulu,
Çörək  qoxulu,
Ürək  də  uyuyar  beşik  içində.
G ərək  yola  verə,  yurdu  yarıda, 
Yanda  saxlaya  yolunu  yasın.
Böyük  gəlinləri,  qayınları  da 
Gərək  böyük  kimi  o  qarşılasın.
Yığışıb  gəlirik  ayda-ildə  biz;
İndi  anamıza
o  bir  anadır.
Gülüş  qanadında  uçur  evimiz,
Gülüş  qopmayan  ev  viranxanadır! 
Yaxma  buraxmaz  qaşı-qabağı,
Qaş-qabaq  kimi  də  ağır  dağ  olmaz. 
Gələni-gedəni  olmasa,  axı,
Evləri  məzardan  ayırmaq  olmaz.
Onun  əllərindən  dözüm  su  içib  - 
İllah  da,  nə  ola,
cərrah  ola  ər!
Sonbeşik  qadını
özündən  keçib,
Qulluqda,  keşikdə  duran  bir  əsgər!..
V
Anamın  səsi  gəlir:
Ağrımayaydım  keşkə;
İş-güc  töküldü  qaldı,
Səyavuş  Sərxanlı
-----------------------------------------------------
Vətən,  səslə  oğlunu
Gözüm  göreydi  keşkə; 
Uşaqlar  uzaqdadı, 
Qardadı,  sazaqdadı,
Nə  qədər  gözlə,  gözlə?  - 
Biri  gəleydi  keşkə;
Ya  Sabir,  ya  da  Mirzə 
Qapıdan  girəydi  keşkə! 
Ya  da  şair  balamız 
Gəleydi  hayla-küylə, 
Susdalan  könlümüzü 
Bir  güldireydi  keşkə... 
Anamın  səsi  gəlir  - 
Əl  işdə,
könlü  şişdə, 
Ömürsə  keşməkeşdə...
Anamın  səsi  gəlir  - 
Həyətin  baş  uşağı 
Sakit,  başıaşağı,
Dərd  qovduqca  teylənir, 
Söylənir,  gileylənir, 
Hərlənir  ora-bura; 
həsdənir  uşaqlara, 
N əvə-nəticələrə,
Ya  qaza,  ya  buzova,
Ya  toyuq-cücələrə;
O  toydan  vurub  çıxan. 
Göyün  öyünü  yıxan 
Saqqallı  keçilərə  - 
O  açlara,
biclərə...
Anamın  səsi  gəlir  - 
Gah  acıqlı,  gah  razı.


Susub  qulaq  asıram 
Mən  tamarzı-tamarzı.
Neçə  mahnı  eşidib,
Yola  salmışam  gedib  - 
Qalıb  qulaqlarımda 
Tək  onun  gümültüsü, 
Oxşaması,  laylası...
Odur  qadamı  alan,
Odur  ilham  içirən;
Tək  qızını  köçürən, 
Sonbeşiklə  tək  qalan
Yeddi  oğul  anası!
Ya  aranda,  ya  dağda,
Ya  kənddə,  ya  uzaqda,
Yazda,  yayda,  sazaqda 
Uçur  məndən  qabaqda  - 
Anamın  səsi  gəlir;
Dar  gündə,  dar  ayaqda  - 
Əsəbim  yorulanda,
Hövsələm  daralanda  -
Anamın  səsi  gəlir.
Biri  dəyib  adıma,
Özünə  ad  gəzəndə,
Düşüb  böhtan  oduna,
Fikir  məni  üzəndə;
Ya  sevgidən  doyanda,
Ya  bir  dostdan  bezəndə  - 
Deynən  durur  dincəlir?
Qovur  uzaq  yolları,
Uçur  şəhərə  sarı,
Qan  kimi,  dərman  kimi  - 
Anamın  səsi  gəlir.
Səyavuş  Sərxanlı
------------------------------------------
д а ?
Vətən,  səslə  oğlunu
Sakit  asiman  kimi  - 
Anamın  səsi  gəlir.
Anamın  səsi  gəlir...
Çox  qız-gəlinlər  hələ 
Zəhm ət  çəkib  öyrənə 
Onun  qız  ürəyindən,
Gəlin  təbiətindən;
Abrından,  həyasından,
Gizli  qalan  yasından,
Səssiz  məhəbbətindən;
İnsaf,  mərhəmətindən, 
Əliaçıqlığından  - 
Sadə  səxavətindən;
Təmiz  niyyəti  kimi 
Təmiz  səadətindən;
Hamıya  gün  ağlayıb,
Qəmə  ürcahlığından; 
Qonum-qonşu  yanında 
Halal  üzağlığından,
Halal  qocalığından...
Anamın  səsi  gəlir  - 
Xoş  gündə,  xoş  saatda 
Sac  asır,  çörək  salır.
Yenə  çardağın  altda 
Ağrıyan  beli  kimi 
Tüstü  qatdanıb  qalır.
Qurban  olum  mən  ona,
Gör  kimlər  anasıdır!
Qıyarmı  ürək  sına  - 
Üzdə  yaxşıyam  deyib,
Daldada  yanasıdır.
Anamın  səsi  gəlir  - 
Dağıl,  a  kədər,  dağıl,
д а ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə