ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

parçasının o qədər diqqətlə yandırılmasının təkcə bir mənası var. Qatarda 
Armstronq ailəsiylə çox yaxından əlaqəsi olan bir nəfər olub. Məktubun tapılması 
bütün şübhələrin o saat o adamın üzərində toplanmasına səbəb olardı.  
İndi tapdığımız digər iki dəlilin üzərinə gələk. Trubka təmizləyicisinin üstündən 
keçirəm. Onun haqqında çox danışdıq. İndi dəsmala gələk. Bunu ən sadə şəkildə 
izah etmək istəsək... bu, adı “H” hərfiylə başlayan bir adamın cinayətlə əlaqəsi 
olduğunu və o adamın dəsmalı fərqinə varmadan yerə saldığını göstərir. 
Doktor Konstantin:  
– Elədir ki var, – dedi. – Qadın dəsmalını yerə saldığını bilir və o saat adını 
gizləmək üçün tədbir görür. 
– Tələsməyin! Mən heç vaxt nəticə çıxarmaqda tələsikliyə yol vermirəm. 
– Sizin başqa bir versiyanız var? 
– Əlbəttə, var. Məsələn, deyək ki, cinayət işləmisiniz və günahı başqa birinin 
üzərinə yıxmaq istəyirsiniz. Təsadüfən, qatarda Armstronq ailəsiylə yaxından 
əlaqəsi olan biri var. Bir qadın. Deyək ki, cinayət yerində o qadına aid bir dəsmalı 
yerə atırsınız. Qadın istintaqa çəkiləcək və Armstronq ailəsiylə olan bütün əlaqəsi 
ortaya çıxarılacaq. Hər şey hazırdır. Cinayətin səbəbi və əleyhinə maddi sübut. 
Doktor etiraz etdi:  
– Ancaq belə bir halda işə qarışdırılan adam günahsız olduğu üçün kimliyini 
gizlətməyə çalışmaz. 
– Eləmi? Siz belə düşünürsünüz? Məhkəmədə də belə düşünürlər. Ancaq mən 
insan xarakterini bilirəm, dostum, əmin olun, cinayətdə əli olmaq ehtimalıyla 
qarşılaşan bir adam, nə qədər günahsız olursa olsun, nə edəcəyində çaşıb qalar və 
dünyanın ən gülünc işlərinə əl atar. Xeyr, xeyr. Yağ ləkəsi və yeri dəyişən etiket, 
sadəcə, qrafinya Andreninin bir bəhanə ilə kimliyini gizlətməyə çalışdığını 
göstərir. 
– Bəs onun Armstronq ailəsiylə nə əlaqəsi ola bilər sizcə? Axı heç vaxt Amerikaya 
getmədiyini deyir. 


– Bax elə buna görə. Özü də ingiliscəni xarici ləhcəylə danışır, görünüşü də 
xaricilərə bənzəyir, yeri oldu-olmadı bunu vurğulayır. Ancaq onun kim olduğunu 
təxmin etmək heç də çətin deyil. Bir az öncə xanım Armstronqun anasının adından 
söz açdım. Adı Linda Ardendi, çox tanınmış bir aktrisa idi. Əsasən də, Şekspirin 
əsərlərində oynardı. Arden meşəsini və Şekspirin Rozalinda adlı qadın obrazını 
yada salın. Linda Arden səhnə üçün ad axtararkən bunlardan istifadə etmişdi. 
Bütün dünya onu Linda Arden adıyla tanıyırdu. Amma əsl adı bu deyildi. Bəlkə də, 
Qoldenberqdi. Damarlarından yəhudi qanı axdığını güman etmək olar. Amerikaya 
bir çox millətdən insan gedir. Mən cəsarətlə deyə bilərəm, bəylər, xanım 
Armstronqun o fəlakət sırasında kiçik uşaq olan bacısı elə Helena Qoldenberq 
özüdür. Yəni Linda Ardenin kiçik qızı. Və qraf Andreni Vaşinqtondakı macar 
səfirliyində müşavir olan zaman onunla evlənmişdi. 
– Ancaq knyaginya Draqomirova qızın bir ingilislə evlənmiş olduğunu söylədi. 
– Knyaginya o adamın adını xatırlaya bilmədi! Baxın, sizdən soruşuram, belə bir 
şey mümkün ola bilərmi? Knyaginya Draqomirova Linda Ardeni çox sevərmiş. 
Böyük ledilər böyük sənətkarları necə sevərlərsə, o cür. Aktrisanın qızlarından 
birinə ad qoyubmuş. Knyaginya digər qızın evləndiyi adamın adını bu qədər tez-
tələsik unuda bilərmi? Mümkün deyil bu. Məncə, knyaginya Draqomirovanın 
yalan söylədiyini qəti olaraq iddia edə bilərik. Helenanın qatarda olduğunu bilirdi. 
Onu görmüşdü. Retçettin əslində kim olduğunu eşidər-eşitməz Helenadan şübhə 
edəcəyimizi başa düşdü, bax buna görə ondan xanım Armstronqun bacısı haqda 
soruşduğumuz zaman yalan söylədi. “Yaxşı xatırlamıram, amma Helena, deyəsən, 
bir ingilislə evlənib”, – demişdi. Bu sözlər həqiqətdən çox uzaqdır. 
Qarsonların biri yan qapıdan girərək onlara yaxınlaşdı. Buka:  
– Axşam yeməyi servisinə başlaya bilərikmi, müsyö? – deyə soruşdu. – Yemək 
hazırdır, ona görə. 
Buk Puaroya baxdı. Belçikalı başını yellədi.  
– Əlbəttə, təbii ki. Yemək servisinə başlayın. 
Qarson o biri qapıdan çıxdı. Əlindəki zınqırovu yelləyir və fransızca deyirdi: 
 – Birinci növbə! Axşam yeməyi hazırdır! 


 
 
IV fəsil 
Macar pasportundakı yağ ləkəsi 
 
Puaro Buk və doktorla eyni masada oturmuşdu. 
Vaqon-restorana toplaşan yolçular çox kefsiz idilər. Çox az danışırdılar. Boşboğaz 
xanım Habbard belə qeyri-təbii sayılacaq qədər səssizləşmişdi. Oturduğu yerdə 
nəsə mızıldanırdı.   
– Ürəyim heç bir şey istəmir.  
Amma sonra, deyəsən, vəzifəsi ona baxmaq olan isveçli qadının təskinlikverici 
sözlərindən sonra gətirilən hər yeməkdən bir az yedi. 
Servis başlamazdan öncə Puaro şef-qarsonun qolundan tutaraq ona nə isə 
pıçıldamışdı. Konstantin qraf və qrafinya Andreniyə həmişə ən axırda servis 
verildiyini və yeməyin sonunda da hesabın verilməsinin gecikdiyini görüncə, 
Puaronun şef-qarsona nə tapşırıq verdiyini başa düşdü. 
Ər-arvad yeməyi tamamlayıb ayağa qalxdılar. Puaro da yerindən fırlanaraq onların 
arxasınca getdi. 
– Pardon, madam, dəsmalınız yerə düşdü.  
Əlində tutduğu kiçicik markası olan dəsmalı onlara uzatdı. 
Gənc qadın dəsmalı aldı. Gözucu baxdı. Sonra da geri verdi.  
– Yanılırsınız, müsyö. Bu dəsmal mənim deyil.  
– Deyil? Əminsinizmi? 
– Tam əminəm, müsyö. 
– Ancaq üzərində sizin markanız var, madam.“H” hərfi yazılıb. 


Qraf, sanki, Puaroya tərəf ani bir hərəkət etdi. Ancaq Puaro ona fikir vermədi. 
Gözlərini qrafinyanın üzünə dikmişdi. 
Gənc qadın sakit bir tövrlə ona baxaraq:  
– Başa düşmədim, müsyö? – deyə cavab verdi. – Adımın baş hərfləri E. A.-dır. 
– Mən elə güman etmirəm. Adınız Helenadır sizin. Elena deyil. Helena 
Qoldenberq. Linda Ardenin ən kiçik qızı. Xanım Armstronqun bacısı Helena 
Qoldenberq. 
Bir anlıq dərin, gərgin bir səssizlik oldu. Həm qrafın, həm də qrafinyanın üzü 
ağappaq olmuşdu. 
Puaro daha yumşaq bir səslə:  
– İnkar etməniz yersizdir, – dedi. – Elə deyilmi? 
Qraf hirslə bağırdı.  
– Müsyö, hansı haqla?... 
Gənc qadın kiçik əlini ərinin ağzına doğru uzadaraq onu susdurdu.  
– 
Lazım deyil Rudolf, qoy mən danışım. Bu bəyin söylədiklərini inkar etmək 
faydasızdır. Oturub bu məsələ haqqında danışmağımız daha doğru olar.  
Səs tonu və ləhcəsi dəyişmişdi. İlk dəfə tam mənada bir amerikalı kimi danışırdı. 
Qraf səsini çıxarmadı. Arvadının əliylə verdiyi işarəyə tabe oldu. İkisi birdən keçib 
Puaronun qarşısında oturdular. 
Qrafinya:  
– Sözləriniz çox doğrudur, müsyö, – dedi. – Mən xanım Armstronqun bacısı 
Helena Qoldenberqəm. 
– Ancaq bunu mənə bu gün səhər demədiniz, madam.  
– Elədir. 
– Ərinizin və sizin mənə danışdıqlarınız başdan-ayağa yalan idi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə