Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə22/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   18   19   20   21   22   23   24   25   ...   180

ahmedalhasan313.wordpress.com 

56 


-  Vəsailuş-Şiə, cild 1/hədis: 1057. Təhzib, cild 1/bab  59, hədis: 165. İstibsar, cild 1/bab 59, 

hədis: 175 

Sual  38:  Bəs  başa  məsh  çəkməyi  unudan  şəxsin  saqqalı  olmasa    saqqalında 

nəmlik qalmasa  unudan şəxs qadındırsa, nə etməlidir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Qaşlarındakı  və  kirpiklərindəki  yaş  ilə 

məsh etsin.” 

Qeyd: Bu məsələlər bir daha göstərir ki, başı və ayaqları məsh etmək üçün, əlimizi 

krantın altına tutub yaş edərək məsh çəkə bilmərik!  

-  Vəsailuş-Şiə, cild 1/hədis: 1057. Təhzib, cild 1/bab  59, hədis: 165. İstibsar, cild 1/bab 59, 

hədis: 175 

Sual 39: Əgər dəstəmaz alarkən başıma məsh çəkməyi unutsam və başımı məsh 

etmək üçün saqqalımda nəmlik qalmasa və heç qaş və kipriklərimdə də nəmlik 

qalmasa, bəs onda nə edim?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Onda dəstəmazı yenidən al.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1064. Fəqih, cild 1/bab 36, hədis: 134 

Sual  40:  Əgər  bir  nəfərin  məsh  çəkilən  yerlərinə  dərman  sürtülübsə  və  ya  xına 

qoyubsa, bu şəxs dəstəmaz alarkən məsh çəkəndə neyləsin?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Onun üzərindən məsh çəksin.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1203.Təhzib, cild 1/bab 364, hədis: 1105. İstibsar, cild 1/bab 76, 

hədis: 235. Vəsailuş-Şiə, cild 1/hədis: 1204. Təhzib, cild 1/bab 359, hədis: 1079. İstibsar, cild 

1/bab 75, hədis: 232 

Təbii  ki,  hədisdəki  icazədən  məqsəd,  məsh  yerlərinə  çəkilən  məshin  nəmliyin 

dəriyə çatmasına aiddir. Çünki, əgər məsh yerlərində xına, dərman, gel və ya ağıla 

gələ biləcək istənilən bir şey varsa və həmin şey elə dərəcədə olsa ki, məsh çəkilən 

zaman nəmliyin dəriyə çatmasına maneə yaratsa, dəstəmaz pozulmuş olar. 

Çünki,  İmam  Cəfəri  Sadiq    (ə.s)  məsh  yerində  olan  və  dəstəmaz  zamanı  nəmliyin 

məsh yerinə çatmasına imkan verməyən istənilən şey haqqında bu cür buyurmuş-

dur:  

“İcazəli deyil (maneə yaradan şey olmaz) ta ki, başın (və ya ayaqdakı məsh yerinin) 

dərisinə su yetişməlidir.” 




                            ahmedalhasan313.wordpress.com 

 

 



57 

-  Vəsailuş-Şiə,  cild  1/hədis:  1202.  Təhzib,  cild  1/bab  359,  hədis:  1080.  Kafi,  cild  3/bab  31, 

hədis: 12 

Sual 41: Sünnilər deyir ki, dəstəmazda ayaqları yumaq lazımdır, şiələr isə deyir 

ki, məsh çəkmək lazımdır. Bəs ayaqlara məsh çəkməyin hökmü haradandır?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Ayaqlara  məsh  çəkmə  sözünü 

(hökmünü)  Allahın  Rəsulu    (s.ə.v.v)  deyib  və  onu  Allah  öz  kitabında  nazil  edib, 

çünki  həqiqətən  Uca  Allah  deyir:  “Və  qollarınızı  da  dirsəklərə  qədər”  və  qolların 

dirsəklərdən  yuyulmasını,  üzün  yuyulması  ilə  birləşdirdi.  Bəs  buradan  belə  başa 

düşürük  ki,  qolların  ikisini  də  gərək  dirsəklərdən  yuyasan.  Sonra  Uca  Allah 

cümlələri  bir-birindən  ayırıb  deyir:  “Məsh  edin  başlarınıza  (bir  hissəsinə)”  Bəs 

buradan  belə  başa  düşürük  ki,  o  zaman  Uca  Allah  deyirsə  “bi-ru-u-sikum”  onda 

“bi”  şəkilçisinin dərəcəsinə  görə, başın bir hissəsinə  məsh çəkilməlidir (bi şəkilçisi 

bəzən  ismin  əvvəlində  gəlib  bəzisi,  bir  hissəsi  mənasında  tərcümə  olunur)  “Və 

sonra  ayaqları”  sözü  ilə  baş  sözünün  arasını  birləşdirir  necə  ki,  “üz”  sözü  ilə 

“qollar”  sözünü  birləşdirmişdi.  Və  Uca  Allah  deyir:  “Qədəmlərinizi  də  topuqlara 

qədər”  -  bəs  buradan  belə  düşülür  ki,  “qədəmlər”  sözü  “baş”  sözü  ilə  birləşibsə, 

onda  həqiqətən  qədəmlərə  də  məsh  çəkmək  onun  bəzi  hissəsinə  aiddir  (hamısına 

aid  deyil)  Bəs  Allahın  Rəsulu    (s.ə.v.v)  bu  təfsiri  (izahı,  açıqlamanı)  bütün 

səhabələri üçün demişdi, amma onlar bu hökmü zay etdilər (əldən verdilər)” 



-  Vəsailuş-Şiə,  hədis:  1073.  Fəqih,  cild  1/bab  56,  hədis:  212.  Kafi,  cild  3/bab  30,  hədis:  4. 

Təhzib, cild 1/bab 61, hədis: 168. İstibsar, cild 1/bab 62, hədis: 186 

Digər bir hədisdə deyilir: 

İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Həqiqətən  Allahın  kitabında  olan  dəstəmaz 

hökmündə  ayaqların  hökmü  məshdir.  Lakin  insanların  çoxu  bu  hökmdən  üz 

çevirərək ayaqları yumağı xoşlayarlar.” 

- Vəsailuş-Şiə, hədis: 1094; Təhzib, cild 1/bab 63, hədis: 174 

Digər bir hədisdə isə deyilir: 

İmam  Riza    (ə.s)  buyurur:  “Allahın  öz  kitabında  fərz  etdiyi  (təyin  etdiyi) 

dəstəmazdan ayaqların hökmü məsh etməkdir. Lakin ayaqları dəstəmazdan qabaq 

yumaq təmizlik üçün olmalıdır.”  

- Vəsailuş-Şiə, hədis 1098; Təhzib, cild 1/bab 64, hədis 181; İstibsar, cild 1/bab64, hədis 193 



ahmedalhasan313.wordpress.com 

58 


Xuffeyn üzərindən məsh çəkməyin hökmü 

Sual  42:  Bir  şəxs  təqiyyə  məqsədi  ilə  möminin  öz  ayağına  coraba  oxşayan, 

dəridən  düzəldilmiş  və  “xuffeyn”  adlanan  bir  şey  geyinərək  dəstəmaz  alanda 

onun üzərinə məsh çəkməsində bir güzəşt varmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “3 şey var ki, sizə (Əhli-beyt  (ə.s) ardıcıl-

larına)  onlara  əməl  etməkdə  təqiyyə  yoxdur:  Birincisi  məstedici  içkiləri  içməkdə 

(yəni  təqiyyə  edirəm  deyib  məstedici  içki  içə  bilməzsən),  ikincisi  Xuffeynə  məsh 

çəkməkdə,  üçüncüsü  Həcc  mütəsində  (yəni  həcc  mərasimində  olarkən  Məkkənin 

dul qadınları ilə evlənməyi təqiyyə məqsədilə inkar etmək olmaz)” 



Qeyd:  “Təqiyyə  etmək”  Əhli-beytin    (ə.s)  düşmənlərinin,  mala  və  cana  ziyan 

vurma-sından ehtiyat edərək bir müsəlmanın öz əqidəsini və əməllərini gizlətməsi 

və özünü zahirdə düşmənlərinə oxşatması deməkdir. 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1207 

Sual  43:  Bəs  bir  şəxs  xəstə  olsa,  xuffeynin  (coraba  bənzər  ayaq  geyiminin)  üzə-

rindən məsh çəkə bilərmi?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.” 



- Vəsailuş-Şiə, cild 1/hədis: 1208 

Sual 44: Bəs ayağı örtən bir şeyin üzərindən və ya elə xuffeynin üzərindən məsh 

çəkməyə niyə icazə verilmir?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Çünki, Qiyamət günü olanda Allah hər 

bir  şeyi  özünə  aid  olan  şeyin  yanına  qaytarar  və  (xuffeynin)  dərisini  də  qoyuna 

qaytarar (və ya hansı heyvanın dərisindən düzəldilibsə o heyvana qaytarar) O vaxt 

xuffeynə məsh çəkənlər görərlər ki, onların dəstəmazı hara gedər! ”  

Qeyd:  İmam    (ə.s)  bu  sözləri  kinayə  ilə  deyir  ki,  insan  düşünməlidir  ki,  ayağına 

geyindiyi  dəri  çorab  insanın  bədən  üzvü  deyildir  ki,  dəstəmaz  üzvü  sayılsın  və 

qiyamət günündə bu cür edənlər öz ağılsızlıqlarına görə peşman olacaqlar. 

- Vəsailuş-Şiə, cild 1/hədis: 1210 

Digər bir hədisdə isə deyilir: 




Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə