Sərfəli qiymət istehsalçı ilə istehlakçı arasında anlaşma və inam olduqda


Kiçik qrup sertifikatlaşdırılması



Yüklə 14,36 Kb.
səhifə3/4
tarix25.03.2022
ölçüsü14,36 Kb.
#84727
1   2   3   4
Ekoloji sertifikatladırma praktik iş

Kiçik qrup sertifikatlaşdırılması
Harada ki, çoxlu sayda xırda sahibkarlar xarici sertifikatlaşdırma təşkilatı
tərəfindən yoxlanılır, bu prosesin dəyəri çox yüksək ola bilər.
Müəyyən qrup fermerlər oxşar məhsullar istehsal etməklə müəyyən birliklər
yaxud digər formada təşkilatlar yaradırlar və onu qeydiyyatdan keçirirlər. Bundan
sonra bu qrupun təsərrüfat fəaliyyətinin tələb olunan standartlara cavab veribvermədiyini sənədləşdirmək üçün onlar - Daxili Nəzarət Sistemi (DNS) ilə əməkdaşlıq edirlər. DNS kiçik nəzarət təşkilatı kimi fəaliyyət göstərir: daxili standartlar,
iştirakçı fermerlərin yazılı öhdəlikləri, ildə bir dəfə DNS inspektorlarının yoxlaması, səhvlərə və pozuntulara yol verən fermerlərə daxili sanksiyaların tətbiqi.
Xarici sertifikatlaşma nəzarətçiləri DNS-in işini qəflətən, xəbərsiz yoxlayır.
Müqavilə bağlayan fermer qrupu korporativ sertifikatın sahibinə çevrilir.
Bir tərəfdən DNS xarici yoxlama və sertifikatlaşdırmalara olan xərci minimuma endirir, fermerləri istehsalda dəstəkləyir və standartın tələblərinə əməl etməyə
sövq edir, digər tərəfdən DNS-in mövcudluğu lazımı işçi qüvvəsi və onların əmək
haqqı ilə təmin olunmasını tələb edir. Təkrar yoxlamanın tələblərinə uyğun olaraq,
təsərrüfatın bir hissəsi ikinci dəfə yoxlanılır. Digər bir problem sertifikatın sahiblik
məsələsidir. Əgər hansısa bir qrup birlikdə sertifikatlaşdırılıbsa, tək-tək fermerlərin
öz məhsullarını başqa alıcılara sertifikatlaşmadan istifadə edərək satmasına icazə
verilmir. Əgər xarici yoxlama zamanı hansısa bir qrup üzvünün standartlara əməl
etmədiyi üzə çıxarsa, bütöv qrupun sertifikatı itirmək təhlükəsi yaranır.
Yerli sertifikatlaşdırma xidməti mümkün olan yerlərdə, fermer qrupları
qiymətləndirilməlidir ki, tam xarici yoxlama, yoxsa DNS uyğundur və ya iqtisadi
sərfəlidir. “Ekoloji təmiz kənd təsərrüfatı” haqqında AR Qanununa uyğun olaraq ekoloji
nəzarət və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar dövlət və ya
xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra
hakimiyyəti orqanları tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət
göstərirlər.
Sertifikatlaşdırma orqanları aşağıdakı tələblərə cavab verməlidirlər:
1. kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, torpaq, su, hava,
pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman
vasitələrinin laboratoriya analizi üçün müasir avadanlıqlarla və
ləvazimatlarla təchiz olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə
malik olmalı;
2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji
təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması,
idxalı, ixracı və satışı ilə məşğul olmamalı.
Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma
qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Yüklə 14,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə