Sərbəst işlər Tələbə: Aslanlı İlahə Qrup



Yüklə 65,13 Kb.
səhifə5/5
tarix11.12.2023
ölçüsü65,13 Kb.
#143698
1   2   3   4   5
Dünya ədəbiyyatı

Mövzu 5.
Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir. Burada özünü ilk öncə hüquqşünaslıq, daha sonra isə tibb elminə həsr edir. Şiller hələ məktəbdə oxuduğu illərdə özünün “Oğrular” adlı, sadəlövh inqilabçılar və onların faciəvi sonluqlarından bəhs edən ilk pyesini qələmə alır.
1780-ci ildə Şiller Ştutqartda hərbi alay həkimi vəzifəsinə təyin edilir.
Quldurlar” pyesinin 1781-ci ildə Manheymdə tamaşaya qoyulmasından sonra, Şiller hərbi tribunala verilir və ondan bir daha yazmamaq tələb olunur. Şiller 1873-cü ildə Ştutqartdan qaçır. Qaçışdan əvvəl qələmə aldığı iki pyesi — “Fiesko” və “Məkr və məhəbbət” də Manheym teatrında səhnəyə qoyulur.
1787-ci ildə oxucularından birinin dəvəti ilə qonaq qaldığı Drezden şəhərini tərk edir və 1789-cu ilə qədər Veymarda yaşayır. Həmin il Yena universitetində tarix və fəlsəfə fakültəsinə professor təyin edilir, 1790-cı ildə isə Şarlotta fon Lengefeld adlı qadınla evlənir. Bu nigahdan Şillerin iki oğlu və iki qızı dünyaya gəlir.
1799-cu ildə yenidən Veymara qayıdaraq yerli messenatların maliyyə dəstəyi ilə bir neçə ədəbi jurnalın nəşrinə başlayır. Məhz bu illərdə Şiller Höte ilə görüşür. Onlar tezliklə sonradan Almaniyanın ən aparıcı teatrlarından birinə çevriləcək Veymar teatrını yaradırlar. Şiller ömrünün sonuna qədər Veymarda qalır ömrünün son illərini ağır və üzücü xəstəliklərlə mübarizədə keçirir və 9 may 1805-ci ildə 45 yaşında vərəm xəstəliyindən vəfat edir.
Şairin 1785-ci ildə yazdığı “Şadlığa mədhiyyə” əsərinə sonralar dahi alman bəstəkarı Lüdviq van Bethoven musiqi bəstələyir. Bu musiqi əsəri hazırda Avropa İttifaqının rəsmi himnidir.
Qərb romantizminin parlaq siması İohann Fridrix Şiller (1759-1805) parçalanmış Almaniyada respublika yaradılması ideyasının təsiri ilə, iyirmi üç yaşında özünün məşhur «Qaçaqlar» dramını yaratdı. Əsərin qəhrəmanı Karl Moorun qarət etdiklərini kasıblara paylaması sosial bəlaların kökünü kəsə biləcək yaxşı rəhbər haqqında romantik arzu və mülahizələrin daşıyıcısına çevrildi. İctimai və milli azadlıq mübarizəsinin ideyalarının formalaşması romantizmin yaradıcılıq meyarına çevrildi. Folklordan maksimum yararlanmaq romantizmə xas olan əsas əlamətlərdən biri olduğundan əsərlərin məzmununda millilik, təhkiyyəsində isə xətti dramaturji model önə keçdi. Bu modeldə musiqiyə, mahnıya və rəqslərə yer verilməsi dramaturji strukturun sadələşməsinə və ideyanın dağınıqlığına səbəb oldu. Romantizmin müəyyən mərhələsində cəmiyyətin demokratikləşdirilməsi uğrunda ortabab və yoxsul təbəqənin əsasən məmurlara yaxın olan zadəgan zümrəsinə qarşı çıxması nəticəsində meşşan dramları yarandı.
F.Şillerin “Qaçaqlar” faciəsinin özündən əvvəlki tərcümə keyfiyyətinə Cabbarlı “Oqtay Eloğlu” əsərində də münasibətini bildirmişdir. Əsərin altıncı pərdəsində “Qaçaqlar”ın beşinci pərdəsinin ikinci görüşündə Karl Moorla Amaliyanın dialoqunu oynayan Oqtay Eloğlu ilə Firəngizin ifalarında çaşqınlığı, mətndən kənara çıxmaları görən aktyor həmkarları münasibətlərini belə bildirir:
“Şahqulu – Xanım, bu belə neçin oynayır? Özündən danışır.
Mazandaranski – Bilmirəm. Gündüzdən deyirdi kitabın tərcüməsi yaxşı deyildir. Bəlkə özü bildiyi kimi oynayır.”
“Kitabın tərcüməsi”nin qənaətbəxş olmaması, xüsusilə, səhnə dilinə yatmaması, çətin anlaşılan söz və ifadələrin çevirmədə geniş yer alması C.Cabbarlını narahat edirdi. O, uşaqlıq illərindən dönə-dönə tamaşasına baxdığı, təsirinə düşdüyü, əsərlərində istinad etdiyi F.Şillerin “Qaçaqlar” faciəsini özünəməxsus sənətkarlıqla doğma dilimizə çevirməyi özünə mənəvi borc sayırdı. Cabbarlının digər bədii tərcümələrində olduğu kimi bu faciə əsərində də mahnı mətnlərinə xüsusi diqqət yetirməsi, nəzm parçalarının şeiriyyətini, musiqililiyini qoruyub saxlaması mütərcimin yaradıcılığında təqdirəlayiq sənətkarlıq məsələsidir. Doğrudur, F.Şiller alman ədəbiyyatında həm də istedadlı şair kimi tanınsa da, “Qaçaqlar”da istifadə etdiyi mahnı mətnləri əfsanəvi qədim yunan şairi Homerin “İliada” poemasından, əsərin baş qəhrəmanı Hektorun sevgilisi Andromaxi ilə vidalaşarkən bir-birilərinə izhar etdikləri hiss və duyğuları Karl Moorun sevgilisi Amaliyanın dilindən vermişdir. Fərqli tarixə, taleyə, həyat amalına malik olsalar da, F.Şiller Karl Moorunu Homerin Hektoruna bənzətməyə çalışmışdır. Daha doğrusu Karl Moru mübarizəyə sövq edən amillərdən biri uşaqlıq illərində Amaliya ilə Troya müharibəsi haqqında, Hektorla sevgilisi Andromaxinin nəğmələri, Hektorun vətən uğrunda qəhrəmanlıqları haqqında mahnılar olmuşdur. “Qaçaqlar”da o mahnıları Amaliya Andromaxinin dilindən Qoja Moora oxuyur:
Bu gedişin bir ölümdür, getmə, Hektor, meydana,
Sən bir yana yıxılarsan, xəncər düşər bir yana.
Günəş görməz torpaq altda mənim sevgim uyuyar,
Sənin sevən odlu qəlbin bir xəncərlə soyuyar.
...O bir igid, vuruş günü öz evində uyumaz,
Mən ölsəm də, sevgim ölməz, sevən qəlbim soyumaz.
Yüklə 65,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə