Sərbəst iş Tələbə: Əsgərli Aytac Fakültə: Yüksək texnologiyalar ve innovativ mühəndislik Kafedra: Ekologiya İxtisas: Ekologiya Qrup: 230eko Fənn: Biosfer və onun mühafizəsi Tədris ILI: 2021/2022 Mövzu: Azərbaycanın su anbarları Müəllim



Yüklə 48,12 Kb.
səhifə2/22
tarix26.04.2022
ölçüsü48,12 Kb.
#86091
1   2   3   4   5   6   7   8   9   ...   22
Əsgərli Aytac 230eko Biosfer sərbəst iş (1)

Azərbaycanın su anbarları

Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Su anbarlarının ümumi su həcmi 21,9 mlrd. m³ təşkil edir. Su anbarları sel və daşqın sularını tənzimləməklə, enerji istehsal etməklə, insanların həyat fəaliyyətinin inkişafında və ölkənin əkinçilik təsərrüfatında böyük əhəmiyyətə malikdir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və energetika, suvarma və içməli su məqsədi ilə istifadə olunurlar.Respublika ərazisinin çox hissəsini quraqlıq iqlim təşkil edir. Buna görə də quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, üzüm və meyvə bağlarını su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su hovuzları (su ambarları, su qovşağı, sututarlar) yaradılmışdır. Yayda yağıntıların miqdarı kənd təsərrüfatı bitkilərinin suya olan təlbatını təmin etməyən Lənkəran-Astara zonası kimi il ərzində bol yağıntı alan sahələrdə belə suvarmanı təmin etmək məqsədilə bir sıra rayon və kənd su anbarları tikilmişdir. Respublika ərazisində 140-dan çox su anbarı var və bu su anbarlarından yalnız 61-nin həcmi 1 mln. M3-dən çoxdur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar. Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir. Böyük su anbarları (“Mingəçevir”, “Şəmkir”, “Araz su qovşağı”, “Sərsəng”) kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədi ilə tikilmişdir.

Azərbaycanın ən əsas su anbarları aşağıdakılardır:

№ Su anbarı Sahəsi, km² Həcmi, km³

1. Mingəçevir su anbarı 605 15.730

2. Şəmkir su anbarı. 116 2.680

3. Yenikənd su anbarı 23.2 1.580

4. Araz su anbarı 145 1.254

5. Sərsəng su anbarı 14.2 0.565

6. Taxtakörpü su anbarı 8.71 0.270

7. Ceyranbatan su anbarı 13.9 0.186

8. Ağstafa su anbarı 6.3 0.120

9. Varvara su anbarı. 22.5 0.060

10. Xanbulançay su anbarı 24.6 0.052

11. Xaçınçay su anbarı 1.76 0.023

12. Qız Qalası su anbarı



13. Zoğalavaçay su anbarı 0,46 0,0034


Yüklə 48,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə