Sengiyn Erdene (Monqolustan) ÜRƏKDƏ daş (hekayələr) Bakı – “Təknur” – 2013



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix30.12.2017
ölçüsü201,87 Kb.
#18740
1   2   3   4   5   6   7   8

17

 

HƏYAT DƏRSİ

B

iz  meşədə  yerləşmişdik.  Böyük  tonqal  qaladıq, 



buna baxmayaraq, hava yenə də soyuq idi. Bahar 

təzəcə özünü göstərirdi. Jambal köhnə pambıq sı-

rınmasına bürünüb oda tərəf yaxınlaşdı və gözlərini gecənin 

qaranlığına zillədi. Alovun parıltısı onun böyük kədərli göz-

lərində əks olunurdu. «Necə gözəl gözləri var» - deyə mən 

düşündüm.

Yol  uzunu  Jambal  fıkirli  və  lal-dinməz  idi.  Biz  onunla 

dağlarda tanış olduq. Jambal Ulan-Batorda yaşayır, küçələ-

rin və meydançaların yaşıllaşdırılması trestində çalışırdı. O, 

Tayqaya bir qrup tələbə ilə ağac tədarükü üçün gəlmişdi. Biz 

onunla üç gün bir yerdə olduq. Nədənsə Jambal məni maraq-

landırdı və mən istəyirdim ki, onunla yaxından tanış olum.

Tonqal  ətrafında  mənimlə  Jambaldan  başqa  bir  neçə 

gənc də oturmuşdu. Onlardan biri dedi:

- Ali təhsilli adamın uzaq yerlərə getməsi vacib deyil.



18

Jambal yuxarı qalxan qığılcıma baxaraq gülümsündü:

- Çox səhv fikirdir! İlk növbədə öz şəxsi rifahını və rahat-

lığını irəli çəkənlər bu qığılcımlar kimi tez sönə bilərlər.

O tonqala bir neçə budaq atdı.

- Siz tələbə olmusunuz? – deyə mən soruşdum.

- Olmuşam.

- Mən elə də düşünürdüm.

0, hiss edəndə ki, mən yeni sual verməyə hazırlaşıram, 

öz söhbətinə belə başladı:

- Mən bilirəm, əgər universiteti qurtarsaydım, həyatım 

necə olardı. Bilirəm ki, onda böyük bir səhv etdim. Buraxılış 

imtahanına bir il qalmış məni ali məktəbdən qovdular.

Jambal ağacla tonqalı qarışdırdı. Tələbələr gülür, mahnı 

oxuyur, bizə məhəl belə qoymurdular. Jambal bir az susub 

dedi:


- Mən yaxşı oxuyurdum, hətta əlaçı da olmuşdum. Ozüm-

dən bədgüman kimi hesab edirdim ki, mən hamıdan yüksək-

dəyəm. O vaxt mən artıq evli idim, bizim qızımız da doğul-

muşdu. Nədənsə düşünürdüm ki, həyat yoldaşım o qədər də 

yaxşı təhsil almayıb və o, istənilən gözəlliyə malik deyildir. 

Onun danışığı, geyimi xoşuma gəlmirdi, onunla küçə ilə ge-

dəndə utanırdım. Bir sözlə, mən çalışırdım ki, arvadımla mü-

nasibətlərim korlansın və ailəmiz dağılsın. İndi fikirləşəndə 

öz-özümə deyirəm ki, mən nə qədər axmaq olmuşam.

O, susdu. Bu vaxt tələbələrdən biri belə bir mahnı oxudu:



Gənclər, damcı-damcı

Bu kubokdan şərab için.

- Hə, mən əsl səfeh idim. Bunu indi başa düşürəm. Ar-

zulayırdım  universiteti  müvəffəqiyyətlə  bitirərəm,  məni 

dərhal nazirlikdə rəhbər işə götürərlər, yaxşı mənzil verər-

lər və mənim yeni həyatım başlanar. Bax, onda xoşbəxtliyi 

belə anlayırdım. Yoldaşımı yada salanda əhvalım yaman po-

zulurdu. Mənə elə gəlirdi ki, gərək arvadım gözəl, qamətli, 



19

mənə yaraşan olsun. Demək lazımdır ki, mən belə anlarda 

təvazökarlıqdan tamam kənar idim. Arvadımın mənim təhsil 

almağıma görə fədakarcasına işləməyi məni heç də həyəcan-

landırmırdı. Mən kiçik qızımız haqqında da düşünmürdüm. 

Onda içkiyə qurşandım ki, evdə dava-dalaş etməyə hünərim 

olsun. Arvadım bu həyata dözməyib, öz qızını götürərək Qo-

biyə getdi və burada müəllimlik etməyə başladı.

Xeyli müddət ondan xəbər tuta bilmədim. Budur, bir gün 

gördüm ki, o, mənə məktub göndərib. Burada o yazırdı ki, 

xəstədir, xahiş edir ki, ora gəlim. Onun valideynləri uzaqda 

yaşayirdılar. Ona görə də həyat yoldaşım qərara almışdı ki, 

onları narahat etməsin. O, yazırdı ki, qızımın qayğısına qal-

mağa mən borcluyam.

Tələbələr  səslərini  kəsdilər.  Tonqalda  yanan  budaqlar 

şaqqıldayırdı. Jambal alova baxıb dərindən köks ötürdü:

- Mən ora getməyə bilərdimmi? Hər halda, az da olsa, in-

saniyyətliyim qalmışdı. Və mən yola düşdüm. Getdiyim yol 

çox  çətin  idi.  Güc-bəla  ilə  arvadım  və  qızımın  yaşadıqları 

yerə gəlib çatdım. Orada öyrəndim ki, arvadımın vəziyyəti 

tam ağırlaşıb və onu şəhərə aparıblar. Mənə bildirdilər ki, o, 

məni çox gözlədi, özü də məktub qoyub. Mən şəhərə yollan-

dım.

- Siz onu orada tapdınız? - deyə mən soruşdum.



- Yox, - deyə Jambal gözlərini alovdan çəkməyərək cavab 

verdi.


- O, artıq həyatda yox idi. Bu, mənim üçün dəhşətli dərş 

oldu...


Tonqalın  üzümüzə  düşən  qırmızımtıl  şöləsində  mən 

yenə onun gözlərində kədər-qəm gördüm. Jambalın geniş al-

nında sərt qırışlar vardı. Axı, o, heç də yaşlı deyildi.

Mən qalxdım və tonqal üçün çör-çöp gətirməyə yollandım.

Səhər tələbələr şən halda çay hazırlayanda Jambal mənə 

bir vərəq uzatdı:

- Budur, onun məktubu. Arvadım onu mənim üçün qoy-



20

muşdu: «Jambal! Mən qızımla şəhərə gedirəm. Hiss edirəm 

ki,  biz  bir  daha  görüşməyəcəyik.  Sənə  deməyəcəyəm  ki, 

bizə nə qədər qəm-kədər bəxş etmisən. Onu bilirəm ki, sən 

düzələsi  mümkün  olmayan  səhvlər  eləyirsən.  Mən  indiyə 

kimi inanıram ki, sən heç də islaholunmaz insan deyilsən və 

sən öz doğma qızını atmazsan. Buna mən inanıram. Qızımız 

bilmir ki, sən bizi atmısan. O, tez-tez soruşur: «Atamıza nə 

olub?» Mən əlbbətə, elə edə bilərdim ki, o, sənə bütün hə-

yatı boyu nifrət etsin. Lakin mən bunu istəmirəm və o, elə 

hey gözləyir ki, sən nə vaxt gələcəksən. Onu atma. Bu mənim 

səndən axırıncı xahişimdir. Sənə səadət arzulayıram.

Mən Jambala baxdım. O, pambıq sırınmasına bürünüb, 

beli  bükülü  oturmuşdu.  Görünür,  o,  tonqala  lap  yaxın  idi, 

tüstü onun gözlərini acışdırırdı. 0, əlinin arxası ilə gözlərini 

ovuşdururdu.




Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə