Sengiyn Erdene (Monqolustan) ÜRƏKDƏ daş (hekayələr) Bakı – “Təknur” – 2013



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix30.12.2017
ölçüsü201,87 Kb.
#18740
1   2   3   4   5   6   7   8

10

məni heyrətə gətirdi. Elə bil o, kədər və xoşbəxtlik izlərini 

özündə  gizlətmişdi.  Onun  dərinə  düşmüş  böyük  qara  göz-

ləri quru və ehtiyatla baxırdı. Qadının nazik boz dərisi olan 

üzündə göy damarlar görünürdü. Külək onun çilli alnına tö-

külmüş saçlarını yellədir, nazik əllərinin barmaqları yerə da-

yaq olarkən əyılir, sanki görünürdü ki, onlar tamam gücsüz-

dürlər. Qadının baxışları özgə bir adamın söhbətə tutduğu 

uşağın baxışiarı kimi idi, o, şübhə ilə ətrafa baxırdı. Oğlana 

nəzər yetirəndə onun hədsiz məhəbbəti və şəfqəti elə alışıb 

vanırdı ki, qadının solğun, qeyri-adi çöhrəsi nura büründü.

Möhkəm  toppuş  yanaqları,  ensiz  qara  gözləri  olan  gö-

zəl oğlan uşağı otun üzərinə hoppanır, qaçır, çiçək dərir, kə-

pənəklərin dalınca qaçırdı.

- Oğlunuz qəşəng uşaqdır - deyə mən dilləndim.

Qadın sanki bu tərifi gözləyirdi. O, sevinərək gülümsündü.

- Hə, mənim oğlum çox yaxşı oğlandır.

- Onun neçə yaşı var?

- Üç yaşın içindədir.

- Möhkəm uşaqdır.

- Hə. Deyirlər ki, əgər uşaq belə sağlam doğulursa, o, yax-

şı adam olacaq.

- Sizin isə, görünür, sağlamlığınız yaxşı deyil? - deyə dü-

şünmədən dilimdən bu sözlər çıxdı.

Qadın gözlərini yerə dikdi və nazik barmaqları ilə onları 

əzərək üz-gözünü turşutdu.

Mən bilmirdim səhvimi necə düzəldim. Bu vəziyyətdən 

məni çıxaran bura qaçıb gələn uşaq oldu.

- Ana! Kəpənəklərin qanadlarında gözlər olur?

Biz ikimiz də gülüşdük. Mən təsəvvürümə gətirə bilmirdim 

ki, belə xəstə vücuddan bu cür cingiltili gülüş çıxa bilər. Onun 

baxışı yenə də yumşaldı və oxşayıcı oldu. Görünür, ananın bü-

tün fikirləri yalnız oğlu ilə məşğul idi. Uşağının hər hansı sadə-

lövh sualı onun üçün mühüm əhəmiyyət kəsb edirdi.

- Çox yaxşı oğlandır. Yəqin dünyada heç kəs uşaqlar kimi 



11

belə təmiz və parlaq düşünə bilməz, - deyə mən fikrimi bil-

dirdim.

Bu dəfə ana mənə inamla baxdı. O, kitabı dizləri üstünə 



qoydu.

- Hə, mənim fikrimcə, dünyada uşaqlardan gözəl heç nə 

yoxdur.

- Uşağın xətrinə mən sağlamlığımın qeydinə qalmadım. 



Siz məni görən kimi hiss etdiniz ki, görkəmim yaxşı deyil. 

İndi  yaxşıyam.  Ancaq  çox  pis  vəziyyətdə  idim.  Həkimlər 

mənə doğmağı qadağan etmişdilər. Lakin bu da mənə kömək 

olmadı. Üçüncü dəfə mən qərara gəldim ki, uşaq gözlədiyimi 

onlardan gizlədim. İlk vaxtlar kəmərimi möhkəm bağlayır-

dım və heç nə hiss olunmundu. Lakin sonra bunu necə gizlə-

dəsən? Hə, xəstəliyim də ağırlaşmağa başladı. Bilsəniz, mən 

nə qədər ağrılar, çətinliklər çəkməli oldum. Əlbəttə, həkim-

lərim mənə yazığı gəlirdi, lakin onlar məni qınayırdılar. Bu 

dəfə mən həkimlərə tabe olmaq məcburiyyətində idim. Axı 

analar bir neçə ay uşağı öz ürəklərinin altında saxladıqdan 

sonra onlar istəmirlər ki, uşaqlar doğmamış məhv olsunlar, 

arzuları heçə ensin. Bu, analar üçün çox böyük dərddir, əzab-

dır. Buna görə mən xeyli ağlamışam. Düz üç ay mən xəstəxa-

nada yatdım. Heç inana bilmirdim ki, sağlamlığım uşağa görə 

ağırlaşır. Fikrim-zikrim ancaq uşağın yanında idi.

-  Qadının  nazik  barmaqları  əsəbi  halda  otları  yolurdu. 

Quru gözlərində yaş göründü, səsi titrədi. Mən nəzərlərimi 

kənara döndərərək, çayın o biri sahilində görünən dağlara 

baxmağa başladım. Bu vaxt uşaq əlində əlvan çiçəklər anası-

nın yanına gəldi. Ana onu zərif əlləri ilə qucaqladı, alnından 

öpdü, bu vaxt onun qara gözləri görünməz oldu. O, yavaşca 

arxaya  çəkildi,  onun  nazik  solmuş  dodaqlarında  təbəssüm 

göründü, göyə çalan bəbəkləri isə titrəyirdi.

Oğlunu yenə öpərək ana dərindən nəfəs aldı və sözünə 

davam etdi:

- Mən qərara aldım: nə olursa-olsun, oğlumu doğmalı-



12

yam. Əgər qismətimə ölmək düşübsə, qoy onunla birgə ölüm. 

Mən hesab edirdim ki, dünyada uşaqdan gözəl şey yoxdur. 

Qadınları uşaqlarla gördükdə, mən onlara həsəd aparırdım. 

Mən qonşu uşaqları əzizləmək istəyirdim, lakin analar əsə-

biləşərək, onları mənim yanımdan uzaqlaşdırırdılar, qorxur-

dular ki, onları yoluxdura bilərəm. Yuxuda gördüm ki, guya 

mən öz uşağımı bağrıma basıram. Ayılanda isə öz bədbəxt 

taleyimə görə göz yaşları axıdırdım. Sonra isə uşaq dünyaya 

gəlməyə az qalmış, mən qohumlarıma və həkimlərə dedim 

ki, heç kəsə uşağı əlimdən almağa imkan vermərəm. Həkim-

lərin mənə yazığı gəldi. Onlar uşağı və məni xilas etməkdən 

ötrü bütün  səy və bacanqlarını  bizdən əsirgəmədilər. Mən 

əvvəlki kimi çox zəif idim, ancaq balamın sağlamlığını dü-

şünürdüm.  Bütün  qüvvəmi  xəstəliyimlə  mübarizəyə  sərf 

edirdim. Uşağımın olacağına görə özümü həddən ziyada xoş-

bəxt hiss edirdim. Axırıncı ayları mən xəstəxanada yatmalı 

idim ki, doğuş üçün qüvvə toplayım. Budur, o, doğuldu. Mən 

hərəkətsiz dayanıb, oğluma tamaşa edirdim. Mən sevinirdim. 

Bilirdim ki, öz balamı sinəmə sıxmaq üçün yaşamalıyam, onu 

yetim qoymamalıyam. Mən inanıram ki, ölümdən məni xilas 

edən oğlum oldu. Mən xoşbəxlikdən həm ağlayır, həm də se-

vinirdim. İndi oğlum böyükdür, sağlamlığım yaxşılığa doğru 

gedir. Oğlum çox ağıllıdır. Düşünürəm ki, o, yaxşı adam ola-

caq. Bəlkə onun qardaşı da oldu...

O,  utandı  və  öz  zərif  barmaqları  ilə  nəvazişlə  oğlunun 

başını tumarladı. Onun böyük qara gözləri qayğı və şəfqətlə 

parlayırdı.

Torağaylar öz mahnılarını oxuyur, çiçəklər və yarpaqlar 

yellənir, sərin külək bal ətrini ətrafa yayırdı.

Mən qadınla xudafizləşdim. Ürəyim sakit idi. Yol gedə-ge-

də  ananın  xeyirxahlığı,  mübarizliyi,  böyük  ruh  yüksəkliyi 

barədə fikirləşirdim. İndi də mən ürəyimdə qeyri-adi ananın 

surətini gəzdirirəm.




Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə