Allah əbədidir – həmişə olub və həmişə olacaq.
Onun başlanğıcı olmayıb və sonu da olmayacaq. Rəbb
Allahın mahiyyəti həyatdır. O Özü barəsində demişdi:
«Var Olan Mənəm (Yahve)» (Çıx 3, 14). «Dağlara təvəllüd
verməmişdən əvvəl, kainatı, dünyanı doğmazdan əvvəl,
əzəldən axıradək Allah Sənsən» (Zəb 90, 3), – deyə
məzmurçu nida edir.
Məşhur rus yazıçısı Turgenev öz kitablarından birində
Alp dağlarında iki zirvənin xəyali söhbətini təsvir edir.
Yuxarıda təmiz mavi göy, aşağıda – ağ qar var.
Bir zirvə o birisindən soruşur:
– Çəmənliklərdə təzə nə var?
– Yer üzünü qaranlıq bürüyüb, – deyə o cavab verir.
Bir neçə min il keçir. Əbədiyyətlə müqayisədə bu heç
nədir. Zirvə yenə sual verir.
– Yer üzündə bir dəyişiklik görürsənmi?
–
Hər şey olduğu kimidir, – deyə o cavab verir, – dağın
ətəklərini buz bağlayır, hər tərəfdə də çoxlu ikiayaqlı
soxulcanlar görünür.
Bir neçə min il keçir, yenə sual verilir:
– Bəs indi bir yenilik varmı?
– Hər şey olduğu kimidir, yalnız iki ayaqlı
soxulcanların sayı artıb, – deyə qonşu cavab verdi.
Min illiklər keçdi. Zirvə maraqlanır:
– Bir şey dəyişib?
– Görünür, iki ayaqlı soxulcanların sayı azalıb, su
azalıb, meşələr də azalıb, – deyə ikinci zirvə cavab verdi.
– Bəs indi? – deyə bir neçə minilliklərdən sonra sual
yenidən səsləndi.
– Yer üzü qar və buzla örtülüb, lakin yatmaq olar.
~ 24 ~
24
“İkiayaqlı soxulcan” olan bizlər doğuluruq, yaşayırıq,
hərəkət edirik, hətta bir-birimizlə dava edirik... Bu nə
qədər davam edəcək? Bir neçə minillik, onlarla minillik?
Lakin bunun sonu gələcək. Yalnız Rəbb əbədidir! Allah
zamandan üstündür, Onun üçün “olub” və “olacaq”
anlayışı yoxdur, Onun üçün yalnız “var” anlayışı
mövcuddur. Allah üçün keçmiş və gələcək yoxdur, Allahın
yalnız indiki zamanı var.
Məşhur fransız yazıçısı Blez Paskal Paris
Akademiyasında iclaslardan birinin açılışında demişdir:
«Ulduzlu göyün arxasında nə tapacağıq? Yeni göy. Yaxşı,
bəs sonra nə? İnsan ruhunun ecazkar qüvvəsi “Daha nə
var?” sualını verməyə məcbur edir. Lakin belə suala
cavab vermək olmur: zaman, məkan, sonsuzluq... çünki
belə anlayışlarla heç kim düşünmür. Buna görə də belə
fikirlər insanı narahat edəndə, o, diz çökməkdən başqa
bir şey edə bilməz».
Allah Külli-İxtiyar (hər şeyə qadir)dir -
Müqəddəs Yazı öyrədir: «Göylərdə, yer üzündə,
dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər»
(Zəb 135, 6).
Allahın hər şeyə qadir olması barədə İsa Məsih də
şəhadət edir: «Allah üçün hər şey mümkündür» (Mat 19,
26).
Həmçinin baş mələk Cəbrayıl Məryəmə xoş xəbər
söyləyəndə demişdi: «Allah üçün mümkün olmayan şey
yoxdur» (Luka 1, 37).
Müqəddəs Peter Xrizoloq deyir: «İstədiyini edə
~ 25 ~
25
bilməsəydi, Allah daha Allah olmazdı».
Katexizis öyrədir: «İman Rəmzində İlahi
xüsusiyyətlərdən yalnız hər şeyə qadir olma
xüsusiyyətinin adı çəkilib. Həyatımız üçün onu etiraf
etmək çox vacibdir. Biz iman edirik ki, Allahın hər şeyə
qadir olması ümumdünya xarakterə malikdir, çünki Allah
hər şeyi idarə edir və hər şeyə qadirdir. Allah hər şeyi
yaradıb. Allahın hər şeyə qadir olması məhəbbətlə
doludur, çünki Allah sizin Atanızdır. Allahın hər şeyə qadir
olması müqəddəsdir, çünki “zəiflikdə” baş verəndə onu
yalnız imanla görmək olar» (ККК 268).
Allah göyü, yeri və bütün mövcud olanı Öz iradəsinin
hərəkəti ilə yaratdı. Allah hər şeyi Özü lazım bildiyi kimi
yaratdı. Dünyanı yaradanda Allah bütün imkanlarından
istifadə etmədi. Yaratdığı dünyadan qat-qat daha kamil
dünya yarada bilərdi, lakin yaratdığı dünya da yüksək
dərəcədə kamildir.
Müqəddəs Fedeorit deyir: «Allah istədiyini edə bilər,
lakin bacardığının hamısını istəmir». Allah, məsələn, hər
günahkarı yerində cəzalandıra bilər (bəzən O bunu edir),
lakin həmişə bunu etmək istəmir, çünki hər şeyə qadir
olmasından savayı, həm də mərhəmətlidir. Allah heç vaxt
mənasız və ya şər iş görməz. Məsələn, insanı aldada
bilməz, ədalətsiz ola bilməz.
Biz Rəbb Allahın hər şeyə qadir olmasını Öz təlimini
təsdiqləmək üçün Məsihin etdiyi möcüzələrdə müşahidə
edirik. Məsih cüzamlılara şəfa verirdi, çolaqlara yerimək,
korlara görmək qabiliyyətini verirdi, ölüləri dirildirdi.
Allahın hər şeyə qadir olmasını təsdiqləyən
~ 26 ~
26
möcüzələr bu gün də baş verir. Məsələn, 1858-ci ildə
Fransanın Luvr şəhərində Bernardetta adlı bir qıza
Məryəm Ana göründü. Həmin yerdən bulaq axmağa
başladı və orada bu günədək möcüzələr baş verir. Allah
Anasının göründüyü yerdə inşa edilmiş kilsədə
Beynəlxalq Tibbi Komissiya yerləşir və Rəbbdən möcüzəli
şəfa diləmək məqsədi ilə buraya gələn hər bir xəstəni
müayinə edir. Möcüzə baş versə, həkimlər yenidən şəfa
tapmış xəstəni müayinə edirlər və təbii səbəblə şəfa ala
bilməsi barədə rəy verirlər. Lakin bu mümkün deyilsə,
onda bu şəfa Allahın bilavasitə iştirakı barədə xronikada
qeyd olunur. Bu, “möcüzə” adlanır. 1858-1974-cü illər
ərzində xərçəng, vərəm, korluq və başqa xəstəliklərdən
4000-dək möcüzəvi şəfa qeyd olunub.
Allah hər şeyi bilən və hər yerdə olandır - O,
kamil Ruhdur. Bütün kainat Onda yerləşir. Heç kim və
heç nə Ondan gizlənə bilməz. İnsanın ən gizli düşüncələri
Allaha məlumdur. İmanlı daim yadda saxlamalıdır ki,
Allah onun fikirlərinin, sözlərinin və əməllərinin sadiq
şahididir. «Hara gedim ki, Ruhun orada olmasın? Hara
qaçım ki, hüzurunda olmayım? Əgər göylərə çıxsam, Sən
oradasan, ölülər diyarında yatsam, Sən oradasan» (Zəb
139, 7-8), – deyə məzmurçu dua edir. Rəbbin hər yerdə
olmasını unutmayan Patriarx Yusif Misirdə Potifarın
ehtiraslı arvadından gələn sınağa qalib gəlməyə güc
tapdı (Yar 39, 6-18). Rəbbin hər şeyi bildiyini unutmayan
günahsız Susanna iki ağsaqqalla günah etməməyə və
ədalətsiz edam cəzası ilə üzləşməyə hazır oldu (Dan 13,
15-24).
~ 27 ~
27
Dostları ilə paylaş: |