Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə4/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   2   3   4   5   6   7   8   9   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
16 
qəti  çəkir,  bir  Azərbaycan  qadınının  timsalında 
onunla  fəxr  edirdim.  Söhbətlərin  birində  Firuzə  xa-
nım dedi ki, Allahdan bir arzum var ki, İsa yaşadığı 
müddətdə  məni  də  yaşatsın.  Onu  heç  kimə  etibar 
edə bilmərəm. İsa müəllim özünəməxsus tərzdə gül-
dü və dedi: – “Onda gərək əbədi yaşayasan!” 
Bəli,  İsa  Muğanna  əbədi  yaşamağa  haqqı  çatan 
bir şəxsiyyətdir. Və sözsüz ki, yaşayacaq da. O vaxta 
kimi  yaşayacaq  ki,  işıq  gəmisi  Olama-Yerə  ensin  və 
bu dünyanı bir ideya altında birləşdirsin, sülhü, əmi-
namanlığı  bərqərar  etsin.  Bağ  Atanın  OdƏrləri  ağ 
günə çıxsın! 
Bir  gün  demək  olar  ki,  redaktoru  olduğum  bu 
əsərlərin hamısının çapı bitdi. Ən son  əlimə aldığım 
əsər  isə  “İdeal”  romanı  oldu.  750  səhifəlik  bu  əsər 
möcüzəvi  bir  görünüşlə  ruhumun  və  kitab  rəfimin 
şahı  oldu.  Sanki  arzusunu  belə  qəlbimə  gətirməyə 
çəkindiyim bir iş baş tutdu. 
Mənim  də  ustad  sənətkarımıza  bir  töhfəm  oldu. 
“OdƏrlər” romanım. Roman haqqında İsa Muğanna-
ya  danışdım.  Kişinin  elə  bil  çiçəyi  çırtladı.  “Nə  vaxt 
verirsən, oxuyum”, – dedi. Buna inanmadım. Səhhə-
tinin  o  qədər  də  yaxşı  olmadığını  görürdüm.  Bunu 
oxumasını  ondan  istəməzdim.  Amma  israrla  çap 
edib göndərməyimi istədi. Kitabı verdim. Üç gündən 
sonra zəng etdi: 
– Ya Allah! Ya Allah! Necəsən? Əsərini oxudum, 
ürəyimə  çox  yatdı.  Çox  mənalı,  müdrik,  ali  roman 
yazmısan.  Sevinə-sevinə  təbrik  edirəm.  Böyüksən, 
amma  daha  böyük  gələcəyini  gözləyirəm...  Xahiş 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
17 
edirəm səhifələrin arxasındakı qeydlərimə laqeyd ol-
ma... Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale 
birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi bö-
yük, nadir xoşbəxtlikdir... 
Məncə,  heç  bir  azərbaycanlı  “İdeal”ı  oxumadan, 
Azərbaycan ədəbiyyatı ilə tanışam deyə bilməz. 
Məhz bu səbəbdən də mənim üçün İsa Muğanna 
yaradıcılığı  “İdeal”dan  sonra  başladı.  Ondan  sonra 
yazılan  bütün  əsərləri  “İdeal”  silsiləsinin  davamıdır 
və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfin-
dən  layiqli  qiymətini  almamışdır  hələ  ki.  Ümid  edi-
rəm  ki,  oxucu  da,  alim  də  qorxmadan,  çəkinmədən 
“İsahəqq,  Musahəqq”i,  “GurÜnü”,  “Türfə”ni,  “İlan 
dərəsi”ni,  “Cəhənnəm”i,  “Qəbiristanı”  əlinə  alacaq, 
oxuyacaq və münasibətini bildirəcəkdir bir gün. 
Giriş bir az uzun olsa da, bu tədqiqat işində Mu-
ğannanın  “İdeal”dan  sonra  yazdığı  əsərlərin  tarixi, 
yazılma  və  çap  olunma  dövrləri,  çapdakı  maneələr 
və  müəllifin  əsərlərinə  dönə-dönə  qayıtmasının  sə-
bəblərini,  İsa  Muğannanın  bir  psotmodernist  yazar 
kimi, magik realizmin banisi kimi, yeni ideoloji kon-
sepsiyanın  yaradıcısı  kimi,  dinə  olan  yeni  baxışının, 
romanlarının  poetikasını  araşdırmağı  qarşımıza 
məqsəd kimi qoyduq. 
 
*** 
İsa Muğanna 1986-cı ildə ilk dəfə “İdeal” romanı 
çap olanda əsərin ön sözündə qeyd edir ki, “Müəllif 
belə  qərara  gəldi  ki,  bütün  ömrünü  bir  kitaba  həsr 
edəsi olsa da, “örtüyü” qaldırıb əcdadının hikmətin-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
18 
dən xəbər tutmalıdır
1
. Bəli, belə də oldu, o, 70-ci illər-
dən  başlayaraq  ömrünü  sadəcə  bir  kitaba  “İdeal”a, 
və  idealın  şərhinə  həsr  etdi.  1970-ci  illərdə  İsa  Hü-
seynovu İsa Muğannaya çevirən “İdeal” romanından 
başlanan  ədəbi-fəlsəfi  yol  2014-cü  ildə  “Mənim  mə-
həbbətim” adlı yarımçıq əlyazması ilə dayandı. 
İsa  Muğanna  “İdeal”  romanının  ilk  nəşrinin  ön 
sözündə  “Hüseynov”dan  “Muğanna”ya  keçməsini 
bu cür izah edir: “Ulularımızdan irs qalmış tərkidün-
yalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib 
o  mənanı  və  hikməti  ifadə  eləməyə  çalışdım.  İş 
qurtaranda  isə  qeyri-rəsmi  daşıdığım  “Muğanlı” 
familiyası əvəzinə, dünyadan üzüörtülü gedən əzab-
keşlərimin şərəfinə “Muğanna” oldum”. 
2
 
“İdeal”  əsəri  ilk  dəfə  “Yazıçı”  nəşriyyatı  tərəfin-
dən  1986-cı  ildə  nəşr  edilmişdir.  Ona  qədər  isə  bu 
roman “Yanar ürək” adı ilə ilk dəfə 1956-cı ildə yazıl-
mış,  1965  və  1979-cu  illərdə  çap  edilmişdir.  “Yanar 
ürək” romanından “İdeal”a keçidi müəllif “Həyatım-
dan səhifələr” adlı xatirələrində bu cür izah edir: “Bir 
gün dərin sükut içərisində, balaca stolumun arxasın-
da oturub “Yanar ürək” romanının yeni variantı üzə-
rində  işləyirdim.  Birdən  başımda  səs  eşitdim:  “Nə 
yazırsan?”  Bu  səsi  sarsıntılar  içində,  sükunətli  çar-
daqda  tək-tənha  oturmağımla  bağladım;  güman  et-
dim  ki,  beynimdə  nə  isə  qeyri-adi  dəyişiklik  olub. 
Amma  bir  az  sonra  səs  təkrar  olunduqda  başa  düş-
düm  ki,  səs  uzaqlardan  –  qeybdən  gəlir.  İstər-istə-
                                                 
1
 İsa Hüseynov, İdeal, Bakı: Yazıçı, 1986, s 5. 
2
 Yenə orda, s 6. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
19 
məz diqqət kəsildim. Səs dedi: “Bir romanın neçə va-
riantını  yazmaq  olar?!  Sizin  xalqın  həyatındakı 
ictimai-siyasi  fəsadlar  yalnız  siyasi  quruluşda,  kom-
munist  partiyasının  siyasəti  ilə  bağlı  olsaydı,  mən 
sənin “Yanar  ürək” romanının təzə variantına etiraz 
eləməzdim.  Xalqın  həyatındakı  təhriflərin  tarixi  çox 
qədimdir.  Yer  planetində  insan  həyatının  üç  tarixi 
məlumdur.  Birinci  tarix  irəli  sananan  əlli  minillik, 
ikinci tarix geri sananan əlli minillik tarix, üçüncüsü 
yeni era adlandırdığınız tarixdir. Mən sənə bu tarix-
lərdə  Yer  planetində  baş  vermiş  hadisələri  danışa-
cam, bu məlumat əsasında “İdeal” adında roman ya-
zacaqsan”.
3
 
Əslində,  İsa  Hüseynovun  yaradıcılığının  ikinci 
mərhələsi “Məhşər” romanının yazılması ilə başlayır. 
Bu  isə  XX  əsrin  60-cı  illərinin  sonuna  təsadüf  edir. 
Düzdür,  “Məhşər”  romanı  ilk  dəfə  1978-ci  ildə 
“Gənclik” nəşriyyatı tərəfindən çap edilsə də, bunun 
əsası 1971-ci ildə Heydər Əliyev tərəfindən “Nəsimi” 
filminin ssenarisinin yazılması  sifarişi  ilə qoyulmuş-
dur.  İsa  Muğanna  həmin  hadisəni  bu  cür  izah  edir: 
“1971-ci  ildə  mənə  Mərkəzi  Komitədən  zəng  vurul-
du, dedilər: – “Heydər Əliyev səni çağırır.” Sevincək 
getdim  və  qəbul  otağına  girəndə  sevincim  daha  da 
artdı: Ulu öndər məni gülər üzlə qarşıladı və dərhal 
mətləbə keçib: 
–  Nəsimi  haqqında  ssenarini  sənə  tapşırıram,  – 
dedi. Sonra əlavə etdi: – Bilirsən də, bu, dövlət sifari-
şidir. Filmin çəkilişinə nə qədər lazımdı, o qədər pul 
                                                 
3
 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri, 2013, s 78. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə