Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə14/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
52 
Dini  kitabların  insanlara  təqdim  edilən  variant-
ları niyə təhrifə uğramışdır? Və ya niyə bir qism  in-
san bu kitabların Saf Tanrı kitabı olmadığı qənaətinə 
gəlib?  Tutalım  ki,  lap  bu  dini  kitabların  tanrı  kitabı 
olmadığını  sübut  etdilər,  onda  nə  baş  verər?  Sualla-
rın  cavabı,  əlbəttə  ki,  birmənalı  deyil.  Lakin  şəriətin 
fövqündə və üstündə olanların bu cür iddialarla çıxış 
etmələri  tamamilə  təbii  haldır.  Çünki  dini  kitabların 
tövsiyə etdiklərindən üstdə və Yaradanın və yaradı-
lışın  dərki  yolunda  olanlar  Tanrı  və  onun  elçilərini 
bəsit  düşüncə  sahibi  kimi  görmək  istəmirlər.  Onlar 
da təsəvvürlərində yeni romantik Tanrı modeli yara-
dıb  ona  tapınmaq  və  ona  inanmaq  istəyirlər.  İdeal 
Tanrı, ideal cəmiyyət. İdeal cəmiyyət arzusunda olan 
istənilən  mütəfəkkir  təqdim  olunan  və  cılızlaşan 
tanrını qəbul etmək istəmir. İsa Muğanna həqiqəti də 
bu idi. O, bütov dünya, bütov Tanrı, bütov ideologi-
ya  görmək  arzusunda  idi.  Bunu  müəllifin  son  bir 
səhifəlik romanı ətraflı ifadə edir. Sanki İsa Muğanna 
"İdeal"  romanından  başlamış  konsepsiyasını  təqdim 
edəcəyimiz  bu  yarım  səhifəlik  yazısı  ilə  bitirdi  və 
onu dərk etmək yolunda çətinlik  çəkən insanlara nə 
demək  istədiyini,  mücadiləsinin  nədən  ibarət  oldu-
ğunu  vurğulamaq  istədi.  İsa  Muğanna  yaradıcılı-
ğının manifesti, bəyannaməsi olan bu yarım səhifəlik 
yazı  ilə  bəşəri  sevdiyini,  dünyanı  sevdiyini  və  bun-
ları yaradanı sevdiyini uca səslə elan etdi. Dini, milli 
ayrıseçkilik  qoymadan,  təriqətlərə  bölmədən  sevdi 
və kainatın bir həqiqətdən ibarət olduğunu elan etdi: 
TANRI,  İNSAN,  SÖZ  həqiqəti  idi  bu  VAHİD  həqi-
qət. Yazını burda bitirir və sonunu İsa Muğannanın son 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
53 
əlyazması  olan,  özünün  bir  səhifəlik  roman  adlan-
dırdığı  "Mənim  məhəbbətim"  romanından  bir  neçə 
cümlə ilə bitirirəm:  "Məhəmməd 
peyğəmbərə, 
Həzrət 
Əliyə, imamlara – EyMənlərə məhəbbətim heç bir məhəbbətlə 
müqayisə  oluna  bilməz.  Vətənim  Muğan  düzündən  sürül-
müş  Muğannalara  –  BağÜnlərə  məhəbbətim  heç  bir  məhəb-
bətlə  müqayisə  oluna  bilməz.  Muğannalara  məhəbbətim  ka-
milliyə  doğru  gedən  Yer  bəşəriyyətinə  məhəbbətdir.  Yer  bə-
şəriyyətinə  məhəbbətim  kainatın  planetlərində  yaşayan  nə-
həng  OdƏr  bəşəriyyətinə  məhəbbətdir.  OdƏr  bəşəriyyətinə 
məhəbbətim Günəşin daxilindəki “Yadro” planetinin sahibi-
nə  məhəbbətdir.  OdƏrcə  Ey  –  uca  deməkdir,  Əs  –  yaradan 
deməkdir. EyƏsÜn – uca yaradan Ün deməkdir. ...Bağ Ata-
ya  məhəbbətim  heç  bir  məhəbbətlə  müqayisə  oluna  bilməz. 
Bağ Atanın birinci oğlu Süleyman peyğəmbərə - “Solomona” 
məhəbbətim, Bağ Atanın ikinci oğlu Nuh peyğəmbərə məhəb-
bətim,  Bağ  Atanın  üçüncü  oğlu  İbrahim  peyğəmbərə  – 
“Arrama” məhəbbətim,  Bağ  Atanın dördüncü  oğlu  İsa  pey-
ğəmbərə  “Yisusa”  məhəbbətim  heç  bir  məhəbbətlə  müqayisə 
oluna  bilməz.  Ağ  –  SafAğ  (ən  təmiz)  insan  və  SafAğ  elmi 
deməkdir.  ƏlAğın  ərəbcə  təhrifi  “Allahdır”  EySar  ƏlAğa 
məhəbbətim  heç  bir  məhəbbətlə  əvəz  oluna  bilməz.  EySara 
məhəbbətim sənətə məhəbbətdir. Sənətimə məhəbbətim Sözə – 
ƏsÜzə  məhəbbətdir.  Üz  həm  də  məna  deməkdir.  Sözə  – 
məhəbbətim  SafAğ  elminə  məhəbbətdir.  SafAğ  elminə  mə-
həbbətim  cəmi  Bağlara  məhəbbətdir.  Bağ  insanı  insana, 
EyƏr  bəşəriyyətini  OdƏrlərinə  bağlayan  Bağ  –  Allah  de-
məkdir.  Bağlara  məhəbbətim  cəmi  kamil  insanlara  məhəb-
bətdir".
33
 
 
                                                 
33
 Ölümdən sonrakı həyat, Məqalələr toplusu, Bakı: Hədəf nəşrləri, 2014, s 12. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
54 
1.2 İsa Muğannanın "Cəhənnəm" romanı 
dini-mifoloji kontekstdə 
 
Bəşəriyyət  yaradılandan  və  özünüdərk  yolunu 
tutandan  bu  günə  bir  çox  elmlərin  tədqiqat  obyekti 
insan  və  onun  yaradanı  olmuşdur.  İnsan  kimdir,  o, 
niyə  yaradılıb?  Öldükdən  sonra  həyat  varmı?  Tanrı 
necədir? Hardadır?  –  kimi  suallar  intellektual səviy-
yəsindən  asılı  olmayaraq,  hər  bir  insanı  zaman-za-
man  düşündürmüşdür.  Bu  düşüncələrlə  əfsanələr, 
rəvayətlər,  nağıllar,  dastanlar  yaradılmış,  hadisələrə 
müxtəlif  yozumlarla  yanaşılmışdır.  Sonrakı  dövrlər-
də  isə  bədii  əsərlərin  mövzusu  olmuşdur.  Dantenin 
"İlahi komediya", Hötenin "Faust", Bayronun "Qabil", 
Cavidin  "İblis",  Bulqakovun  "Master  və  Marqarita" 
əsərlərini  bədii  ədəbiyyatın  insanın  yaradılış  sirri 
yolunda axtarışı hesab etmək olar. 
Kitablı-kitabsız  bütün  dinlərdə  dolayısı  ilə  də 
olsa, ölümdən sonrakı həyat haqqında  bir-birinə ox-
şar fikirlər var. 
Qədim  misirlilər  insanın  öldükdən  sonra  Oziri-
sin  rəhbərliyi  ilə  məhkəməyə  çıxarılacağı  və  günah-
sız  olduğu  təqdirdə  Aru  ilə  –  cənnətlə  mükafat-
landırılacağı  və  Tanrı  Ranın  gəmisinə  mindirilib  la-
yiq olduğu məkana göndəriləcəyi, orada xoşbəxt bir 
həyat sürəcəyi və ya ulduz olacağı görüşünə inanır-
dılar. 
Zərdüşt  fəlsəfəsinə  görə  insan  öldükdən  sonra 
onun  ruhu  dördüncü  gün  axirətə gedər.  Ahuramaz-
da tərəfində sorğu-sual edilər. Sorğu bitdikdən sonra 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə