Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə22/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   18   19   20   21   22   23   24   25   ...   89

zülmlər edib, qırx gün Noxuda qalıb. Qırx gündən sonra Şəki əhli dönüb, Hüseyn xanı Şirvandan
gətirib, Məhəmməd xanı Şəkidən qovub, Hüseyn xanı Şəkidə xan edibdirlər.
Hacı Çələbinin dörd oğlu var: Həsən ağa, Ağakişi bəy, Cəfər ağa və Hacı Əbdülqadir xan. Hüseyn
xanın xanlığından bir neçə il keçəndən sonra bir para kəslər Cəfər ağaya təhrik verirlər ki, sən Hacı
Çələbinin oğlusan, Hüseyn xan nəvəsidir. Nəyçün sən xan olmursan, o xan ola? Cəfər ağa da bundan
ötrü Hüseyn xandan ədavət eylər ki, gün-gündən ədavət aralarında ziyad olur. Hüseyn xan nə qədər
hərəkət edir ki, bunu islah eləyə, çarə olmaz. Axırı iş çox bərki olur. Hüseyn xan çarə tapmaz. Cəfər
ağanı ölürür. Və Hacı Əbdülqadir Cəfər ağanın qardaşıdır, bu işdən küdurət edib, bir neçə ildən
sonra Şəki bəylərindən və Ərmiş (Ərəş) bəylərindən üstünə cəm edib, qaçıb Ərəşdə, Kür kənarında
Dardoqqaz adlı bir ada var, orada bir bərki səngər qayırıb, Qarabağlı İbrahim xan da, o da bunlara
kömək olub, orda durarlar. Hüseyn xan ilə onun arasında bir neçə davaları olub. Hüseyn xan iyirmi il
Şəki vilayətində xanlıq edib. Axırı bir neçə vaxtdan sonra Hacı Əbdülqadir bəy fürsət tapıb Şəki və
Ərəş bəyləri ilə gedib, Hüseyn xanı Nuxa qalasında tutub, tarixi-islamiyyə min yüz doxsan dörddə
olanda Hüseyn xanı öldürüb, Şəki vilayətində xan olubdur.
Hacı Əbdülqadir xan deyilibdir. Bir neçə vaxtdan sonra Hüseyn xanın Əhməd ağa adlı bir oğlu
varmış, onu da öldürür. Məhəmmədhəsən Hüseyn xan oğlu Qarabağda imiş. Ordan Cara gələr. Cardan
qoşun götürüb gəlib Hacı Əbdülqadir xan ilə dava elər, basılıb gedər. Hacı Əbdülqadir xan üç il
yarım Şəkidə xanlıq edib. Məhəmmədhəsən xan sonra bir də Cardan qoşun cəm edib, gəlib Hacı
Əbdülqadir xan ilə dava edər. Bu dəfə Hacı Əbülqadir xan basılar. Qaçar, Şirvan vilayətində
Mustafa xanın atası Ağası xanın yanına gedər. Ağası xan, onu tutub Məhəmmədhəsən xana verir.
Tarixi-islamiyyə min yüz doxsan səkkizdə olanda Məhəmmədhəsən xan onu öldürüb, Şəki vilayətində
xan oldu və Məhəmmədhəsən xan Hacı Əbdülqadir xanın yeddi xırda oğlunu öldürübdür. Onun oğul
övladı qalmadı.
 
1765-ci ilə qədər şəhər ətrafında qala divarları olmayıb. Ona görə də düşmən hücumu zamanı əhali
“Gələrsən-görərsən” qalasına sığınardı. 1765-ci ildə şəhər ətrafına qala divarları tikilir. Lakin 1772-
ci ildə Kiş çayının məcrasından çıxması nəticəsində şəhəri bütünlüklə sel basır. Şəhər, demək olar ki,
tamamilə dağılır. Xeyli insan ölür. Belə ki, həmin hadisədən sonra Şəkidə cəmi 6 min insan sağ
qalmışdı. Yeri gəlmişkən, köhnə Şəki indiki şəhərdən bir qədər cənubda yerləşirdi. Bu təbii
fəlakətdən sonra indiki Şəkinin yerləşdiyi ərazidə (Yuxarıbaş adlanan ərazidə) yeni şəhər salınır, qala
divarları ilə əhatəyə alınır. Bura yeni su kəməri çəkilir. Belə rəvayət edirlər ki, bu bölgədə qədim
yaşayış məskəni olan Nuxa kəndi yerləşirdi. Şəhərin bir müddət Nuxa adlandırılmasının da səbəbi
məhz bu idi. Şəhərin ətrafında xeyli uzaq məsafələrdə gözətçi qüllələri, qalalar tikilir. Qüllələrə
gözətçilər yerləşdirilir. Düşmən gələn zaman gözətçilər qüllənin üzərində tonqal yandırmaqla
mərkəzə xəbərdarlıq edərdilər.
Şəki bu dövrdə bu bölgənin təkcə siyasi yox, həm də mədəni mərkəzi idi. Belə ki, sarayda Hacı
Məhəmməd Zarə, Rəfai, Nəbi kimi saray şairləri yaşayıb-yaradırdılar. 1797-ci ildə arxitektor Hacı
Zeynal Abdin tərəfindən tikilmiş Şəki Xan sarayı bu gün də Azərbaycanın memarlıq incisi sayılır.
Şəki xanlığı ilə Osmanlı imperiyası arasında əlaqələr Hacı Çələbi xanın hakimiyyətindən sonra da
davam etmişdi. 1755-ci ildə Hacı Çələbi xanın vəfatın​dan sonra hakimiyyətə gəlmiş Şəki xanları əsas
diqqətlərini xanlığın siyasi qüdrəti​nin daha da möhkəm​lən​dirilməsinə, ərazisinin genişləndirilməsinə,
qonşu xanlıq​lar​la münasibət​lə​rin nizama salınmasına yönəltmişlər. Bununla belə, qonşu ölkə​lərlə,
xüsusilə Osmanlı imperiyası ilə əlaqələr də davam etdirilmişdir.


XVII əsrin 80-ci illərindən başlayaraq Şəki xanlığının Osmanlı imperiyası ilə münasibətlərində
yenidən canlanma baş verdi. Bu, Cənubi Qafqaz üçün Çar Rusiyasının işğal təhlükəsinin daha da
artması ilə bağlı idi. Məsələ burasında idi ki, 1783-cü ildə gürcü çarı II İrakli Rusiya ilə
Georgiyevsk traktatını imzaladı və Gür​cüstan Rusiyanın himayəsini qəbul etdi. Gürcü çarının həmin
müqa​viləni imzala​maqda əsas məqsədi Çar Rusiyasının köməyi ilə Azərbaycan əra​zi​sinə olan iddia​​-
larını həyata keçirmək idi. Bu məqsədlə o, dəfələrlə İrəvan, Gən​cə xanlıqları, Car-Balakən
camaatlıqları üzə​rinə yürüşlər etmişdi. Bu, Azərbaycan xanlarını, xüsusilə də Şəki xanlarını ciddi na​-
ra​​​hat edirdi. Bu məqsədlə onlar Osmanlı sarayı ilə münasibətlərini davam etdi​rir, Cə​nubi Qafqazda
baş verən hadisələr haqqında qarşı tərəfi məlumatlandırır, öz müs​təqilliklərini qorumaq üçün
Osmanlı dövlətindən kömək istəyirdilər. Bəhs olunan dövrdə Şəki xanlığı ilə Osmanlı imperiyası
arasında əlaqələrin da​vam etdiyini 1784-cü ildə Çıldır valisinə yazılan məktub bir daha sübut edir.
Həmin məktubda deyilirdi:
 
“Mərhum və bağışlanılmış Sarı Mus​ta​fa paşanın qalası (Gəncə qalası) doqquz aydır ki, Rusiya
kafirlərinə tabe olan İrakli xan tərəfindən Rusiya əsgərləri ilə birlikdə top və topxana ilə
mühasirə edil​miş, ətrafdakı kəndlər qarət edilmişdir. Mərhəmətli Məhəmməd Həsən xanınosmanlı
qüvvələri və ləzgi tayfasının birləşməsi nəticəsində onların hücumu dəf olunmuşdur. Rusiyanın
İran (indiki Azərbaycan – Q.Ə) tərəfinə keçməsi üçün iki qapı var və ikisi də bağ​lı​dır. Bunlardan
biri Dərbənd tərəfdəndir ki, o güclüdür və o biri qapı bu tərəf​dən​dir ki, indi bu tərəfi zəif görüb
istərlər ki, fürsət tapıb islamiyyəni aradan götürə​lər. Şəki xanı, Şirvan və Qarabağ sərkərdələri,
Məhəmməd Səid xan, İbrahim xan, Ağası xan sözlərini bir ediblər ki, əgər müsəl​man tərəfinə
kafirlərdən hücum olarsa və hadisə üz verərsə, onlara qarşı birləşib müba​rizə aparsınlar. Sizdən
istədikləri də budur ki, belə vəziyyətdə sizlər də bu tərəf​dən islama kömək edəsiniz”.
 
Şəki – Osmanlı əlaqələri Məhəmməd Həsən xanın dövründə də davam etdi​ril​miş, iki dövlət arasında
diplomatik münasibətlər mövcud olmuşdur. Məhəmməd Həsən xan qarşı tərəfə ünvanladığı
məktublarının birində Çıldır va​li​sinin elçisi vasitəsilə ona göndərilmiş məktubu aldığını xəbər verir,
Çıldır va​li​sinin gürcü çarı Teymuraz haqqında məlumat verilməsi barədə xahişini yerinə ye​tir​diyini,
Teymurazın Moskvaya gedib orada öldüyünü, həmçinin Rusiya impe​ra​to​ru​nun da vəfat etdiyini
bildirirdi. Məhəmməd Həsən xan 1784-cü ildə Osmanlı sarayına göndərdiyi növbəti məktubunda isə
yazırdı:
 
“İrakli xanın Rusiyanın təşviqi ilə Azərbay​can mülklərinə, o cümlədən İrəvan qalasına təcavüzünə
qarşı Azərbaycan və Dağıstan xanlarının birlikdə hərəkət etmələri barədə əmrinizə riayət etməklə
Dövləti-Aliy​yə​nin xidmətində olduq. Gəncə qalası bir neçə ildən bəri Rusiyanın yardımı ilə İrakli
xanın işğalında ikən əhali, ətraf hakimlərin və Osmanlı ordusunun gücü ilə o, geri alınmışdır.
Sonradan İrakli xanın oğlu Almas Mirzə, yez​nə​si (kürəkəni) Davud bəy və Şəmsəddinli Əli Sultan
xeyli əsgərlə buraya hü​cum etmişlər. Qala əhalisinin xahişi ilə biz də Allahu-Təalanın yardımı, əhali
və di​gər ümməti-Məhəmmədin kö​mə​yi nəticəsində düşmənin təcavüzünü dəf etmi​şik”.
Bu qiymətli məlumatdan aydın olduğu kimi, II İrakli Georgiyevsk trakta​tın​dan dərhal sonra Rusiyanın
kömə​yi ilə Azərbaycan torpaqlarını işğal etməyə və Gürcüstan ərazilərini genişlən​dir​mə​yə çalışırdı.
Şəki xanı məktubunun sonunda İrandakı, başqa sözlə, Şimali Azərbaycandakı vəziyyətdən bəhs edərək
yazırdı: 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə