Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə21/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   17   18   19   20   21   22   23   24   ...   89

neçə inzibati məhəllələrə bölünmüşdü ki, hər məhəllənin öz Məhəlləbaşısı vardı. Məhəlləbaşının
əsas vəzifəsi vergiləri toplamaq idi. Aradan yüz illər keçsə də, Şəkidə hə​lə də küçə adları yox,
məhəllə adları daha populyardır. Bu gün də ünvanı məhz məhəllələrin adları ilə tapırlar. Əhali əsasən
ticarət və ipəkçiliklə məşğul olurdu.
Görkəmli dövlət xadimi Hacı Çələbi xanın haki​miyyəti dövründə (1743–1755) Şəki xanlığı ya​xın​-
laşmaqda olan Rusiya – İran təcavüzü əleyhinə Azərbay​ca​nı birləşdirmək siyasəti yeridirdi. Bu
məqsədlə o, ilk növbədə Osmanlı impe​riyası ilə əlaqələr yaratmışdı. Qeyd etmək lazımdır ki, bəhs
etdiyimiz dövrdə Rusiya ilə hərbi qarşıdurma​ya meyl göstərməyən Osmanlı imperiyası Rusiyanın
Azərbaycan xanlıqları ilə mü​na​​​​sibətlərini və özünün bölgədəki mənafeyini diplomatik yolla
tənzimləməyə çalı​​şır​dı. Belə ki, Osmanlı sultanlarının tapşırığı ilə Azərbaycanla həmsərhəd olan əya​-
lət​​​lərin valiləri Azərbaycan xanlıqlarında baş verən hadisələri diqqətlə izləyir və top​ladıqları
məlumatları mərkəzə ötürürdülər. Beləliklə, Osman​lı dövləti xanlıq​la​ra və sul​tan​lıq​lara parçalanmış
Azərbaycanda baş verən hadi​sə​lərlə yaxından tanış idi.
1746-cı ildə Əhməd xanın mö​hü​rü ilə Osmanlı vəzirinə göndərilmiş məktubda Şəkidə Hacı Çələ​bi​nin
hakimiy​yə​ti ələ keçirməsindən, Nadir şahın onun üzərinə təşkil etdiyi yü​rüş​lər​dən və onla​rın
nəticələrindən, Hacı Çələbinin kömək üçün Osmanlı sarayına mək​tub göndər​mə​sindən bəhs olunur.
Fikrimcə, bu məktub oxucularımız üçün maraqlı olardı. Məktubda göstərilir ki: 
“Şəkidə hakimiyyəti ələ almış Hacı Çələbi adı ilə məşhur olan bir şəxs Nadirə qarşı yerli
kəndxudalarla ittifaq bağladı. Nadir şah Şirvana təcavüz etdiyi zaman Hacı Na​di​rə üstün gəlib
onu məğlub etmişdir. Hacı Çələbi üç dəfə Nadirin qoşunları ilə mü​haribə edib və Haqq-Təala
həzrətlərinin inayətilə qələbə çalmışdır. Bu gün ha​rada olduğu bilinməyən Nadir şahın təkrar
edəcəyi bir hücum müqabilində bu tərəf​lərdə olan bütün əsgərlərini götürüb islam əsgərinə qoş​-
maq niyyətində olan Hacı Çələbinin məktubunu Sizə gön​dərmişik. Nadirin vəziyyəti barədə
məlumat almaq üçün göndərilən casuslar hələ geri dönməyib. Bundan sonra da bu ətraflarda hər
hansı bir hadisə baş verər​sə, tez bir zamanda rəsmi sənədlə sizə xəbər verərik…” 
Göründüyü kimi, bu mək​tub Şəki xanlığı ilə Osmanlı döv​ləti arasındakı qarşılıqlı əlaqələrin
başlanma tarixinin dəqiqləşdiril​məsi və bəhs olunan dövrdə baş vermiş siyasi hadisələrin gedişinin
öyrənilməsi üçün​ olduqca əhəmiyyətli ilk mənbədir.
Şəki xanlığı ilə Osmanlı imperiyası arasındakı münasibətlərin araşdırılma​sında olduqca əhəmiyyətli
olan digər bir sənəd 1754-cü ildə Hacı Çələbi xanın şəx​sən özünün Osmanlı sarayına göndərdiyi
məktubudur. Hacı Çələbi xan göstə​ri​lən məktubunda yazırdı:
 
“Nadir şah saysız-hesabsız əsgərləri ilə Şirvan və Dağıstan mahalını işğal etməklə böyük dağıntılar
törətmişdir. Buraya da ardı-arası kəsilməyən yürüşlər etmiş, doqquz ay mühasirədə saxlamışdı. Lakin
Allah bizə kömək oldu. Nadir şahın ölümündən sonra İranın (indiki Azərbaycan – Q.Ə) müxtəlif
yerlərində xanlıqlar müstəqil fəaliyyət göstərməyə başladı. Osmanlı dövləti hələ qədimdən bəri
ehtiyac olduqda Dağıstan, Şirvan və onun ətrafındakı xanlara hər zaman kömək etmişdir. Gürcü
valiləri haqlı-haqsız varislik iddiasında olub, kafir ruslarla əlbir olaraq, 40-50 min əsgərlə Car-Tala
camaatı üzərinə hücum etmişlər. Car və Tala camaatı ilə bizim mehriban qonşuluğumuz, həm də din
və məzhəb eyniliyimiz var. Buna görə də biz onların imdadına getdik. Vuruşma bir saat yarım çəkdi.
Allahın köməyi ilə müsəlmanlar qələbə çaldı, kafirlər məğlub oldu ”.
 
Məlum olduğu kimi, Şəki xanlığı ilə qonşu Car-Balakən camaatlıqları arasında mehriban qonşuluq və


sıx dostluq münasibətləri vardı. Belə ki, hələ 1744-cü ildə, Şəki xanlığının yaranmasından çox
keçməmiş, Nadir şah öz qoşunu ilə Şəki xan​lığı​na yürüş edərkən şəkililərin müdafiə olunmaq üçün
sığın​dığı “Gələrsən-Görərsən” qalasında mühasirə​də olan Hacı Çələbinin qoşunu gecələr qaladan
çıxıb şah ordusuna hücumlar edir, ona ağır tələfatlar verirdi. Məhz bu ağır sınaqlar dövründə Car-
Balakən döyüşçüləri şəkililərin köməyinə gəlir, həmin çətin mübarizədə onlara köməklik edirdilər.
Bu bir​gə mübarizə Nadir qoşunlarının ciddi tələfatına səbəb olmuşdu.
1752-ci ildə gür​cü çar​la​rı Teymuraz və II İrakli Gəncəyə yürüş etməyi qərara aldılar. Lakin on​lar
bilir​dilər ki, Şəki və Qarabağ xanları da Gəncəni ələ keçirməyə çalışırlar. Buna görə də II İrakli hiylə
işlədərək vaxtilə Qarabağa hücum etdiyi üçün Hacı Çələbi xandan narazı qalmış Qarabağ xanı Pənah
xanı (1748-1763) öz tərəfinə çək​mək üçün onunla danışıqlara girdi və getdikcə güclənməkdə olan
Şəki xanına qarşı ittifaq bağlamağı təklif etdi. Həmin təkliflə razılaşan Pənah xan​la yanaşı bu ittifaqa
Gəncə xanı Şahverdi xan (1747-1760), Qaradağ xanı Kazım xan (1747-1752), İrəvan xanı
Hüseynəli xan və Naxçıvan xanı Hey​dər​qulu xan (1747-1763/64) da qoşuldular. Xanlar II İrakli ilə
görüşüb Hacı Çələbi xana qarşı danışıqlar apar​maq üçün Gəncəyə gələrkən II İraklinin pusquda
durmuş qoşun hissələri qəflətən hücum edərək onları əsir aldı və qollarını qandallayıb Gürcüstana
doğru hərəkətə başladı. II İrakli bu yolla Azərbaycan xanlıqlarını özündən asılı hala salmaq istəyirdi.
Bundan xəbər tutan Hacı Çələbi xan Azərbaycan xanlarını xilas etmək üçün II İraklinin hərbi
qüvvələrini təqib edərək darmadağın etdi. II İrakli tərəfin​dən xəyanət yolu ilə əsir alınmış
Azərbaycan xanları isə azad olundular. Tarixə bu hadisə “Qızılqaya xəyanəti” kimi düşmüşdür. Bu
hadi​sə Hacı Çələbi xanın Osmanlı sarayı​na yazdığı məktubunda belə əks olunmuşdur: 
 
“Kazım xan, Pənah xan Cavanşir, Haqverdi xan, Hüseyn​əli xan, Nə​cəf​qulu xan birləşmişdilər. II
İrakli xanların hamısını öz çadırına topladı. Zi​ya​fət əsnasında onları həbs etdi. Sonra Gəncə qalası
üzərinə hərəkət etdi. Biz onların imdadına yetişdik. Səhərdən günortanın sonlarına qədər ox-oxa, top-
topa, misli görünməmiş döyüş oldu. Allahın köməyi ilə müsəlmanlar qələbə çaldı. Bu had​isəni
bilməniz və bundan şad olmanız üçün baş vermiş bu hadisəni şəxsinizə bildirdim. Osmanlı dövləti
daima İslam dini uğrunda çoxlu işlər görüb. Keçən il də mən sizə məktub göndərmişdim. İndi də sizə
şahanə hədiyyələr göndərirəm və sizə də​rin təşəkkürümü bildirirəm”.
 
Hacı Çələbi xan silah işlətmək, qoşunlara başçılıq etməkdən başqa, ona tarix, ədəbiyyat, digər elmlər
barədə müfəssəl məlumat verilmişdi. Şəxsi mütaliəsi sayəsində biliklərini artıran Hacı Çələbi xan
xalq arasında böyük hörmət qazanmışdı. Hacı Çələbi xan 1755-ci ildə Şəkidə vəfat edib və orada
dəfn olunub.
Hacı Çələbi xanın vəfatından sonra Şəki xanlığının sonrakı inkişafı Kərim Ağa Fateh – Kərim ağa
Şəkixanovun “
Şəki xanlarının müxtəsər tarixi
”ndə belə təsvir olunur:
“Hacı Çələbi xan öləndən sonra oğlu Ağakişi bəy də yerində hakim olub. Surxay xanın atası
Məhəmməd xanın qızın alıb, beş il Şəkidə xanlıq edib. Sonra Ağakişi bəy qızını alan Məhəmməd xan,
Qumux xanı qoşun ilə Ərəş mahalına gəlib, Ağakişi bəyə adam göndərər ki, qızımın əri gəlsin,
görüşək. Ağakişi bəy də bir para adam götürüb gedər. Ərəş sultanı Məlik Əliməhəmməd xan ilə sözü
bir olub. Məhəmməd xan tarixi-islamiyyə min yüz yetmiş ikidə olanda Ağakişi bəyi öldürər. Qoşunun
götürər. Noxuya gələr. Hüseyn xan ki, Hacı Çələbinin böyük oğlu Həsən ağanın oğludur, o vaxt cahil
oğlan imiş. Şəki bəylərinin bir parası onu götürüb Şirvan vilayətinə qaçıbdırlar. Məhəmməd xan
Noxuya gəlib, Hacı Çələbinin çox pulun və xəzinəsinin yerini duyubdurlar. Yerdən çıxarıb, Noxuda


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə