74
3.
AZƏRBAYCAN RESPUBLİKASININ
CİNAYƏT MƏCƏLLƏSİNDƏN
ÇIXARIŞ
Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının həyata
keçirilməsinə maneolma
159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata
keçirilməsinə maneolma-
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə
və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı
ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya
namizədin müdafiəsi üçün imza yığılmasına maneolma -
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd
yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya
onun səs verməsinə maneolma -
iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və
ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş
əməllər;
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor
tətbiqetmə hədəsi ilə törədildikdə;
75
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə -
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə
məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə üç
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını
pozma
159-1.1. Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının
seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma
-
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd
yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
159-1.2. Seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin
keçirilməsinə mane olma -
üç min manatdan altı min manatadək miqdarda cərimə və ya dörd
yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs
verilməsinə şərait yaratma -
üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
76
Maddə 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə
etmə və ya təsir göstərmə
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və
ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini
yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək
müddətə islah işləri ilə cəzalandırılır.
[193]
160.2. Eyni hərəkətlər:
160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor
tətbiq etmə hədəsi ilə;
160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini
saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud
səsvermənin gizliliyini pozma
161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda
iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim
edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin
nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin
gizliliyinin pozulması -
77
iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə islah işləri ilə cəzalandırılır
161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması,
saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs
verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki
bülletenlərinin qoyulması üçün zərfin açılması –
iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya
bir ilədək müddətə islah işləri ilə cəzalandırılır
Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə
308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin
xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər
üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq
səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə
etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi
fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə,
yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə
mühüm zərər vurduqda –
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər
ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun)
nəticələrinə təsir məqsədilə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
78
4
. AZƏRBAYCAN RESPUBLİKASININ
İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNDƏN
ÇIXARIŞ
Maddə 164. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın
aparılması qaydalarının və müddətinin pozulması
164.1. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılmasının
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş
qaydalarının və müddətinin pozulmasına görə-
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
164.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa
çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən
olunmuş teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında
və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək
imkanının verilməməsinə görə -
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 165. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya
namizədin seçicilərlə görüşünə mane olma
Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə seçkiqabağı
təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan yerlərdə
asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər
belə təşviqat materiallarını məhv etməyə, korlamağa və ya təşviqat
materiallarının yayılmasına mane olmağa, yaxud namizədin
seçicilərlə görüşünə mane olmağa görə-
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
79
Maddə 166. Namizəd haqqında bilərəkdən yalan məlumatlar
yayma
Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya
seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan
məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə-
yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 167. Seçki (referendum) komissiyası üzvünün,
müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi
partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə
təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi
informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması
Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil
edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların
bloklarının, referendum
üzrə
təşviqat
qrupunun səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş
hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və
məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin
təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə-
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 168. Seçicilər haqqında məlumatların düzgün, tam və
vaxtında verilməməsi
Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həmin məlumatların düzgün, tam və
vaxtında verilməməsinə görə iki yüz manatdan üç yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 169. Seçki bülletenlərinin, səsvermə protokollarının və
vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması
80
Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin,
səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması
qaydalarının pozulmasına görə-
xəbərdarlıq
edilir
və
ya
əlli
manatdan
yetmiş
manatadək məbləğdə cərimə edilir.
Maddə 170. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən
istifadə qaydasının pozulması
Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin
nəticələri barədə protokollar imzalananadək yuxarı seçki
komissiyalarının
informasiya
xidmətlərindən
aşağı
seçki
komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu
təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə
-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli
şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 171. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya
zorakılığa çağıran çıxışlar edilməsi, yaxud belə materialların
yayılması
Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran
çıxışlar edilməsinə, yaxud belə materialların yayılmasına görə-
altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 172. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına
daxil edilməsi
Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə
görə -
81
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Maddə 173. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq
hüququnun və digər hüquqlarının pozulması
173.0. Seçki (referendum) komissiyasının üzvü tərəfindən:
173.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək
hüququ olan vətəndaşların siyahısı) ilə tanış olmaq hüququnun
pozulmasına;
173.0.2. seçici siyahılarındakı (referendumda iştirak etmək hüququ
olan vətəndaşların siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların
ərizələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən
edilmiş müddətdə baxılmamasına;
173.0.3. qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların
vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə-
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 174. Seçkilərdə (referendumda) iştirak etmək üçün
məzuniyyət verilməsindən imtina etmə
Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin
hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi
məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış
namizədə, namizədin vəkilinə və ya seçki (referendum)
komissiyasının üzvünə məzuniyyət verilməsindən imtina etməyə
görə-
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 175. Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi
müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması
82
Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd
seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını
dayandırmamasına görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 176. Seçici imzalarının toplanması qaydasının pozulması
Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və
bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının
toplanmasında iştirak etməsinə görə-
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə
edilir.
Maddə 177. Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya
maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması
177.1. Seçkilərin (referendumun) maliyyələşdirilməsinin Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarını
pozmağa görə-
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi
şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə
edilir.
177.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış
vəsaitlərin xərclənməsi barədə namizədlər, qeydə alınmış
namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum
üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya
dərc edilməməsinə görə-
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
83
Maddə 178. Anonim təşviqat materiallarının və ya reklamların
hazırlanması və yayılması qaydalarının pozulması
178.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual
təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını
sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi
barədə məlumatların göstərilməməsinə görə-
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
178.2. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya
qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və
yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının
pozulmasına görə -
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
178.3. Siyasi partiyaların, siyasi partiyaların bloklarının,
namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada
razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına,
yaxud yayılmasına görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 179. Səsvermənin nəticələri və ya seçkilərin yekunları
haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc
olunmaması
179.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların,
siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş
şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların
bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin
tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının
84
sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid
məlumatların bilərəkdən təqdim edilməməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
179.2.
Səsvermənin
yekunlarına
və
nəticələrinə
aid
məlumatların bilərəkdən Azərbaycan
Respublikasının
Seçki
Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə dərc
edilməməsinə görə-
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
85
Kitabça “Hüquq və İnkişaf” İctimai Birliyinin sifarişi ilə
“Print Works” Çap Evində nəşr edilib.
Tiraj: 3500
___________________
“Hüquq və İnkişaf” İctimai Birliyi ilə əlaqə:
Tel.: (+994 12) 511-62-28; (+994 50) 611 74 43
e-mail: himerkez@yahoo.com
web site: law.org.az
Dostları ilə paylaş: |