SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə8/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   4   5   6   7   8   9   10   11   ...   104

Gözlərini ovxaladı. Divara tərəf çevrildi. - 
“Taldı-Kurqan, Alagöl, Manançı” . 
 
Bir  ilə  yaxm  idi  ki,  Nemət  iş  otağmı  böyük  qızına  verib  onun  ye-rinə 
keçmişdi. Ancaq vaxtilə qızının çarpayının yanından vurduğu böyük xəritə 
hələ  də  divarda  dururdu.  Sovet  İttifaqının  siyasi  xəritəsi.  Ölkənin  cənub 
sərhədi Nemətin bahşınm yanına düşürdü. 
 
Hər  səhər  Nemət  gözlərini  açıb  bu  xəritəni  görürdü.  O,  Şərqi  Q  a-
zaxıstamn şəhərlərini, göllərini, çaylarını əzbər bilirdi. 
Çox  vədə  gecələr  yuxusu  qaçardı.  Qaranhqda  xəritə  yazüarını  seç-mək 
olmurdu.  Amma  gözüyumulu  halda  da  Nemət  barmağını  düz  Taldı-
Kurqanm, yaxud Alagölün, ya da Manançanm üstünə qoya bi-lərdi. 
 
Bəzən  bu  şəhərləri,  çayları,  gölləri,  ümumiyyətlə,  bu  ərazini  tə  - 
səvvüründə  canlandırmağa  çalışırdı.  Ucsuz-bucaqsız  çöllər,  alaçıqlar, 
susayıb göl, çay kənarına gələn at ilxdarı... Uzun yallı ağ atlar... sonra yuxu 
bataqhq kimi çəkib onu aparırdı. 
 
- Ay Nemət, sən allah, dur çörəyə get də... 
 
Yuxu  qırsaqqız  olub  yapışmışdı,  əl  çəkmək  istəmirdi.  Ancaq  Sü-
rəyyanm səsində narazılıq xalları vardı. 
 
Nemət cəld yorğanı kənara atıb sıçradı. Bir-iki dəfə əl-qolunu atdı 
 
  öz aləmində bu, səhər idmam idi. Üzünü yuyub mətbəxə keçdi. 
 
  Adam - madam iysi gəlir, yağlı badam iysi gəlir. 
 
  Get çörək al gətir, onda yağlı badam da görərsən. 
 
Çörəyə növbə yox idi. On dəqiqədən sonra ər-arvad ağ, təmiz, sə-liqəli 
mətbəxdə qabaq-qabağa oturub çay içirdilər. 
 
Nemət: 
 
  Bir  qatmaqanşıq  yuxu  göriirdüm  ki!  -  dedi.  -  Görürəm  Kislo-
vodskdayıq.  Bakıya  bilet  almaq  istəyirəm,  özü  də,  bax,  bu  pijamada 
gəlmişəm, deyirlər yox, zol-zol pijama geyməsən bilet verməyəcəyik. 
 
Pişik  miyoldadı.  Nemət  kolbasamn  bir  tikəsini  ona  atdı  və  gülüm-
sündü: 
  Pişiyə də bilet alırdım. Ona bilet verdilər, dedilər zol-zoldur. 
 
  Belə  ağıllı  yuxular  gördüyünçün  ayümaq  istəmirdin?  Saatı  soru-
şuram, deyirsən üç. 
  Yuxuda saat üç idi də. 
 
Sürəyya: 
 
- Mürşüdgil deyəsən bu il də Kislovodska gedəcəklər, - dedi. 
 
- Kislovodskın o bilet müsibəti yadıma düşəndə heç ora ayaq bas-maq 
istəmirəm. 
 
Mixəyi qalstuku qırış idi, yaşılı bağladı. - 
Yaxşı, hələlik, - dedi. - Mən getdim. 
  Tez gələcəksən? Axı, bu gün şənbədir... 
 
  Ay  aqibətin  xeyir,  -  şeşəbığlı  Musa  kişi  qırmızı  siqaret  paçkası-nı 
Nemətə  uzatdı.  -  “Arzu”  da  var  a,  bəikə  “Arzu”  verim!  Mağıl  indi  fıltrin 
bolluğudur. 
  Yox, elə “Nərgiz” yaxşıdır. Kibritin varmı? Ay sağ ol. 
 
Siqareti damağına aldı. Kibrit çəkdi. O biri səkiyə keçib qəzet köşkünə 
yanaşdı. 
 
- Sabahın xeyir... Varındı? 
 
Salman kişi eynəyinin altından gözlərini azacıq qıydı. Nemətdən başqa 
heç kəsin sezə bilmədiyi “hə” işarəsini verdi. İşindən qalmadı: 
-  Bu  sənin  “İzvestiya”n.  Al,  bu  “Kommunist”  .  Buyur,  “Gənclər”  , 
“Pravda”  yoxdur,  qurtarıb.  “Trud”  üç  qəpik.  “Bakı”,  əlbəttə,  dünənki-dir, 
yoxsa  bugünkü  olacaq  səhər-səhər?  “Komsomol?”  Buyur,  -  deyə  alıcıları 
bir-bir yola salırdı. 
 
Sonra becid bir hərəkətlə piştaxtanın altından qəzet çıxarıb Nemə-tə 
uzatdı. 
 
Nernət: 
 
  İki dənədir də? - deyə soruşdu. 
 
  Eyib sözdür ki... 
 
  Ay səni yüz yaşa. Buyur. 
 
  Sağ ol! Xoş getdin! 
 
Bu iti əməliyyat növbədə dayanmış çil-çil köynək oğlanın nəzo-rindən 
yayınmadı. 
 
  Ə  kişi,  bəs  deyirdin  “Futbol”  yoxdur?  Deməli,  daşbaşçün  saxla-
mısanmış. Barı saç-saqqalından utan! 
Salman kişi partladı: 
 
  Ağzını dağıtma, qırışmal! Daşbaşı atan eləyir. Bu yoldaş abunə- 
 
çi yazılıb. Abunəçini qoyub sənə verəcəyəm? 
 
Nemət aralanıb gedə-gedə Salman kişinin səsini eşidirdi. - Sən 
də zəhmət çəkib vaxtmda yazılaydın. 
 
- Abunəçi burdan niyə gəlib alır? - Oğlan son zəif bir cəhd də etdi. 
 
  Evinə yazdırar da... 
 
  Kefı belə istəyir. Burda yəni sənlik bir iş var? 


 
Salman kişi elə böyük bir canfəşanlıqla ağın qara olduğunu isbat edirdi 
ki, çil-çil köynək oğlan təslim bayrağmı qaldırdı: 
 
- Yaxşı, nöş dava eləyirsən? Bir sözdü dedim, deməmiş olum, bağışla. 
 
Nemət dodaqaltı qımışa-qımışa bağa girdi. Boş skamyada əyləşdi. “Yox, 
deyəsən, bu gün pis başlamayıb... qəribə yuxu. Dadlı səhər  ye-məyi. Ətirli 
fıltr. İki “Futbol” qəzeti” . 
 
Günəşli  ilıq  gündü.  Ağ  seyrək  buludlar  pərən-pərən  olub  göyə  da-
ğılmışdı. “Belə gündə həmişə adamm ovqatı xoş olur” . 
 
Amma ovqatmın xoş olmasınm ayrı, daha vacib səbəbi də vardı: Dadaş 
kişi sözünün üstündən qaçmasa... 
 
Qəzeti açıb baxmağa başladı. SSRİ və İrlandiya seçmə komanda-larının 
sabahkı  oyunu  haqqında  yazılar  dərc  olunmuşdu.  Məşqçilərin  bəyanatları, 
komandalarm heyəti, gümanlar, fərziyyələr... 
 
- Sabahm xeyir, Nemət, işə getmirsən? 
 
Narın ətir iyi Nemətin bumunu çaldı. Başını qaldırıb Təhminəni gördü. 
 
  İndi  gələcəyəm  .  Hazırlıqlı  gəlmək  istəyirəm.  -  Əlindəki  qəzeti 
göstərdi. - İstəyirəm futbol yeniliklərindən əvvəlcə özüm agah olum. 
 
Təhminə: 
 
  Görək  axırı  bu  futbol  sizin  başımza  nə  oyun  açır,  -  dedi  və  gü-
lümsündü. Ağappaq, xırda tən-bərabər dişləri vardı. Qarğıdalı dənə-ləri kimi 
bir boyda və narm. 
Qırmızı baharı paltarmın qolları kəsik idi. Yaxasından ətəyinəcən bir 
düzüm düymə cərgələnmişdi. 
 
- Yaxşı, hələlik, - deyə əl elədi, uzaqlaşıb getdi. 
 
Nədənsə Nemət Təhminəni ürəyində həmişə Kaman-qız çağırırdı. “Kaman-
qız!” Özünə deməmişdi, amma onu gördüyü ilk günlər-dən belə 
adlandırmışdı. Səsinə görə yox. Səsi boğuq və bəm idi. Bəl-kə ona görə ki, 
ucaboylu, arıq idi, uzun ayaqları vardı. Bəlkə də ona 
 
görə  ki,  kaman  kimi  onu  da  ancaq  şaquli  təsəvvür  etmək  olurdu.  Bəzi 
qadınları üfüqi təsəvvür edə bilirsən. Amma Kaman-qız şa- 
 
quli  qadm  idi,  gözlərini  yumsan  da,  onu  yalnız  dimdik  görəcəksən.  Uzun 
ayaqlanyla  addımlayır,  gedir.  Quş  kimi  harasa  tələsir.  Həmişə  ayaq  üstə. 
Şəməşək. Kaman-qızı yataqda uzanan təsəvvür etmək çə-tindir. O yalmz üz-
üzə dayanıb öpüşə bilər, qollarım boynuva salar. 
Dolayar qollarmı boynuva. Dolayar uzun qollarmı boynuva. Dolayar uzun 
qollarını boynuva şərf kimi. 
 
Yox,  deyəsən,  doğrudan  da,  bu  gün  pis  başlamayıb.  Bütün  ayn  gö-
zəlliklərdən başqa səhər-səhər dünyalar gözəlinin qarşına çıxması, iki kəlmə 
söz kəsməsi savabların savabıdır. 
 
- “Görək Dadaş kişi ovqatımıza soğan doğramasa. Dəbbələməsə!” 
Dünən işdən çıxıb evə gəlirdilər, birdən Dadaş Nemətə müraeiət 
 
elədi: 
 
-  Yaxşı,  de  görüm,  sən  bədii  ədəbiyyat  tərcümə  eləmirsən?  Val-lah, 
deyir,  elmə  də, kütləyə  də  canım  qurban,  başımı  elə  bu  yolda ağartmışam, 
amma tək elmi-kütləvi ədəbiyyat tərcüməsindən nə çıxa-caq! Deyir, qaz vur, 
qazan doldur. Yaxşı, savadlı, ixtisaslı tərcüməçi-sən. Yavaş-yavaş keç bədii 
ədəbiyyat da tərcümə elə. 
 
  Eləyirəm  də,  Dadaş  müəllim,  hərdən  görürsən  düşəndə  hekayə-dən, 
oçerkdən... 
 
  Hekayədən, oçerkdən nə olsun e... Maşallah bir çətən külfətin var. 
 
  İndi  kinostudiya  üçün  “dublyaj”  eləmişəm.  “Jivıye  i  mertvıye”  kino 
var e, bilmirəm, görmüsünüz... 
 
  Hə, Simonovun romanım çəkiblər... 
 
  Bəli. 
 
Aralığa  sükut  çökdü.  Nemət  tilov  atmış  balıqçı  kimi  gözləyirdi.  “Hər 
halda  məndən  deməkdi.  Tutdu  qatıq,  tutmadı  ayran.  Səhərdən  bəhanə 
axtarırdım. Yaxşı ki, sözü özü saldı” . 
Kiçik bir tərəddüdən sonra Dadaş: 
 
- Lap yaxşı, - dedi, - o roman bizim nəşriyyatm planında da var. Götür 
tərcümə elə. Bacararsamm? 
 
Nemət  şiddətli  ürək  döyüntüsünə  görə  dilinin  dolaşacağından  qorx-du, 
bir müddət danışmadı. Sonra: 
 
  Dublyaj eləyəndə materialın içinə girmişəm, - dedi və nəfəsini dərdi, - 
mətnə elə alışmışam ki, məncə, çətin olmaz. 
  Neynək. Mənim etirazım yoxdur. 
 
Yenə bir müddət susdular. Dinib - danışmadan addımlayırdılar. 
 
- Amma bilirsiniz də, Dadaş müəllim, - Nemət sükutu pozdu, - qabaqdan 
yay  gəlir.  İstəyirəm  ayrı  iş  götürməyəm,  elə  bütün  yayı  otu-rub  bunu 
işləyəm. 
Dadaş arif idi. M ətləbi göydə tutdu. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə