Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   ...   8   9   10   11   12   13   14   15   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

55 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yəsna 47-ci Hat, 



“İspentəmyədqat” 

 

 



1.  Sipəndmanioya  doğru  dinə  qarşı  uğurlu  düşüncəli, 

əməlli və danışıqlı olduqda Məzda Əhura bizə mükafat 

olaraq  yetkinlik  və  əbədiliklə  yanaşı  bacarıq  və 

sarsılmaz inam bağışlayacaqdır. 

 

2.  Bu  müqəddəs,  pak  ruh  üçün  uğurlu  düşüncəyə 



müvafiq  danışıqla,  dindarlıq  üzrə  əməllərdə  ən  yaxşı 

fəaliyyət göstərməlidir. Yaradanı tanımaq belədir. O, - 

Məzda doğruluğun atasıdır. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

56 



3.  Bu  Manionun  pak  atası  sənsən  ki,  ey  Məzda,  o 

bizim üçün sevinc gətirən heyvanlar yaratdı və uğurlu 

davranış  friştəsi  ilə  danışıqdan  sonra  Sipəndarmuz 

onun əkini abad olmaq üçün yardım göstərdi. 

 

4.  Yalanpərəstlər  Sipəndmanionun  göstərdiklərindən 



boyun  qaçırdılar.  Doğruluq  tərəfdarları  isə  başqa  cür 

rəftat  etdilər:  hər  kəs  istər  yoxsul  ,  ya  varlı  olsun 

doğruluq tərəfdarına qarşı mehriban, yalanpərəstə qarşı 

amansız olmalıdır. 

 

5.  Ey  Məzda  Əhura,  sən  doğru  tərəfdarlarına 



Sipəndarmuz  vasitəsilə  ən  yaxşı  şeyləri  vəd  etdin. 

Sənin  istəyin  olmadan  yalanpərəst  öz  çirkin  davranışı 

ilə yaşayan, o nemətlərdən bəhrələnəcəkdirmi? 

6.  Ey  Məzda  Əhura,  Sipəndmanionun  vasitəsilə  sən 

hər  iki  qrupun  payını  Sipəndarmuz  və  Ordubehiştin 

yardımı  ilə  verəcəksən.  Bir  çox  adamlar  dinə  rəğbət 

göstərmək üçün bu haqda eşitmək istəyirlər. 

 

                  



 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

57 


 

 

 



 

 

 



 

Yəsna, 48-ci Hat 

“İspentəməydqat” 

 

1. Son hesab günündə qabaqcadan xəbər verildiyi kmi 



yalanpərəstlər, divlər və günahkar adamlar doğru 

tərəfdarları vasitəsilə məğlubiyyətə uğrayacaqlar. O 

zaman, ey Əhura, sənə sitayiş edən sənin rəhmətinlə 

yüksələcəkdir. 

2.  Ey  Əhura,  bildiyin  hər  şeydən  məni  agah  et.  Ey 

Məzda,  doğru  tərəfdarı  yalanərəsti  məğlub  etməzdən 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

58 



əvvəl  sənin  düşündüyün  cəza  yerinə  yetiriləcəkdirmi? 

Şübhəsiz  aydındır  ki,  bu,  dünya  üçün  yaxşı,  xoş 

xəbərdir. 

3.  İndi  ağıllı  adama  üçün  ən  yaxşı  bilik  odur  ki, 

xeyirxah Əhura, sənin kimi pak olan kimsə , ey Məzda 

,  ona  doğru  din  üzrə  bilik  versin  ki,  müqəddəs  ruhu 

ağlı ilə gizli dünya qanunlarından da xəbərdar olsun. 

4. Ey Məzda, gah  uğurlu, gah uğursuz düşünən, eləcə 

də  dinini  ,  əməlini  və  danışığını  öz  həvəsinə,  istəyinə 

və biliyinə tabe edən adam son gündə tək qalacaqdır 

5.  Yaxşı  hökmdarlar  uğurlu  dinə  uyğun  əməlləri  ilə 

şahlıq  etməlidirlər.  Olmasın  ki,  pis  hökmdarlar  bizə 

şahlıq  etsinlər.  Ey  Sipəndarmuz,  insanlar  üçün 

gələcəkdə  ən  yaxşı  pak  həyat,  heyvanlar  üçün  otlaq 

hazırla və onları bizim qidamız üçün bəslə. 

6.  O  ulu  Bəhmən  bizim  üçün  yaxşı  yaşayış  yerləri 

hazırladı,  sarsılmazlıq  və  güc  verdi.  Məzda  Əhuranın 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

59 


ilk  yaranışında  Ordubehişt  vasitəsilə  göyərtiləri 

yaratdı.  

7.  Qəzəb aradan getməlidir. Dostu pak şəxsiyyət olan 

doğru  din  vasitəsilə  müqəddəs  ruhun  mükafatına  nail 

olmaq  istəyənlər  zülmü  özünüzdən  uzaqlaşdırın.  Ey 

Əhura, davranış sahibləri sənin sarayında olacaqlar. 

8.  Ey  Məzda,  sənin  uğurlu  ölkənin  hədiyyəsi  nədir? 

Sənin,  məhz  sənin  mənə  verəcəyin  mükafat  nədən 

ibarətdir,  Ey  Əhura?  Dindarlar  gözlədiyi  doğruluq 

vasitəsilə açıq mühakimə və uğurlu davranış köməyilə 

əməllərin yoxlanması necədir? 

9.  Ey  Məzda,  ey  Ordubehişt,  mən  nə  vaxt  biləcəyəm 

ki, siz mənə əzab verənə, hədələyənə qarşı hər kəsdən 

artıq  güclüsünüz,  bu,  mənə  deyilməlidir.  Uğurlu 

davranışın  elçisi  olan  xilaskar  bilməlidir  ki,  ona  necə 

mükafat veriləcəkdir. 

10. Ey Məzda, dini başçlar nə vax qəbul edəcəklər? Bu 

içkini  ki,  onun  vasitəsilə  karapanlar  öz  düşüncələri 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

60 



üzrə  ədavət  üçün  ölkələrin  pis  hökmdarlarını 

aldadırlar, nə vaxt aradan aparacaqsan? 

11. Ey Məzda, doğruluqla dindarlıq, yaxşı, yaşıl, abad 

ölkə  nə  vaxt  görünəcəkdir?  Qaniçən  yalanpərəstlərə 

qarşı  kimlər  qayğıkeşlik  edəcəklər?  Müqəddəs 

davranışı tanıyacaq adamalr kimlər olacaqlar? 

12. İndi ölkələrə nicat verən bunlardır ki, sənin dinini 

çiçəkləndirmək  uğrunda  uğurlu  düşüncə,  uğurlu 

davranış  və  doğruluq  yolunu  izləyirlər,  ey  Məzda, 

çünki  qəzəbi  aradan  qaldırmaq  bunların  öhdəsinə 

qoyulmuşdur. 

                 

 

 

 



 

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə