rilməsinə tələblər (maddə 13, 13) öz ifadəsini tapsa da, əsas anlayış
lar sırasında «tullantılar üçün poliqon» anlayışının şərh edilməs:
diqqətdən kənarda qalmışdır.
Bu baxımdan qanunun nəzəri və əməli cəhətlərinin bütövlükdə
dərk edilməsində göstərilən anlayışın əhəmiyyətini nəzərə alaraq
onun yeni qanunvericilik aktlarında şərh edilməsini məqsədəuyğun
hesab edirik.
Bəzi ekoloji qanunvericilik aktlarında geniş anlayış və terminlər
dən istifadə edilmişdir. Çoxcəhətli anlayışlardan istfiadə edilən eko
loji qanunlardan biri «Atmosfer havasınm mühafizəsi haqqında»
AR Qanunudur (27.03.2001)1 *
. bu qanunun əsas anlayışlar hissəsin
də (maddə 1) terminoloji uyğunsuzluqlara rast gəlmək olur. Məsə
lən, «atılmanın (tullantının) texniki normativi» (maddə 1.09), yaxud
«müvəqqəti razılaşdırılmış atılma (tullantı)» (maddə 1.0.11.) anlayı
şında «atılma» sözü ayrılıqda mənasına görə anlayışı düzgün ifadə
etmir. Çünki, Azərbaycan dilində «atılma» başqa məna verdiyinə
görə burada anlayışın mənalandırılmasında məntiqi uyğunsuzluq
yaradır. Doğrudur «atılma» ilə yanaşı burada mötərizədə «tullantı»
da yazılmışdır və anlayışın şərhini oxuduqda burada atmosferdə
zərəıii maddələrin atılması başa düşülür. Məsələn, «Müwəqəti razı
laşdırılmış atılma (tullantı» - atmosfer havasının keyfiyyəti və müva
fiq ərazinin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla atılmanın yol
verilən həddinə mərhələlərlə nail olmaq şərti ilə, stasionar mənbələr
üçün müəyyən edilən atmosfer havasına zərərli maddələrin atılması
nın müvəqqəti həddi kimi şərh edilir.
Lakin anlayışın mənalandırılmasında «atılma» sözündən istifadə
edilməsini «leksikoloji» cəhətdən düzgün hesab etmək olmaz.
Məlumdur ki, «fövqəladə hallar» anlayışı son illərdə insanların
həyatına və şüuruna daxil olan yeni anlayışlardan biridir. Tədqiqat
çılar fövqəladə halları təhlükəli təbii hadisə, qəza, təbii və digər fəla
kətlər nəticəsində meydana gələn, həmçinin böük insan tələfatı və
maddi itgilərlə nəticələnən, insanlann normal həyat fəaliyyətinin
pozulmasına səbəb olan vəziyyət kimi şərh edirlər.2
1 Azərbaycan Respublikası ətraf mühitə dair qanunvericilik Toplusu, 1 hissə, Bakı,
2002. səh. 298-310
1 Безопасность жизнедеятельности: Учеб.Пособие. M., ЮНИТИ-ДАНА
2002,с. 370-371
54
«Fövqəladə hallan) anlayışının elmi cəhətdən şərh edilməsi digər
ölkələrin ekoloji qanunvericiliyində də öz əksini tapmışdır. Məsələn,
əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallar
dan mühafizə edilməsi haqqında Rusiya Federasiyasının Qanunun
da (21.12.1994) fövqəladə hallar müəyyən ərazilərdə təhlükəli təbii
hadisələr, qəzalar, kortəbii və digər fəlakətlər nəticəsində yaranan
insan tələfatına gətirib çıxaran, adamların sağlamlığına və təbitə zə
rər vuran, insanlann həyat fəaliyyətinin pozulması ilə nəticələnən
vəziyyət kimi şərh edilmişdir.1
Y uxanda göstərilən şərhləri nəzərə alaraq respublikamızın qa
nunvericiliyində göstərilən «fövqəladə hal» anlayışını «hidrotexniki
qurğularda baş verən qəza nəticəsində yaranmış sosial-ekoloji və
ziyyət» adlandınlması məntiqi cəhətdən daha məqsədəuyğundur.
Respublikamızın ekoloji qanunvericilik aktlanm araşdırarkən
məlum olmuşdur ki, bu qanunlann bəzilərində ekoloji-hüquqi an
layışlar təkrar olunur, yaxud da bəzi anlayışlann şərhində məntiqi
uyğunsuzluqlar vardır.
Araşdırmalar göstərir ki, «Hidrotexniki qurğulann təhlükəsizliyi
haqqında» AR Qanununda (27.12.2002) «fövqəladə hal» anlayışının
mənalandırılması elmi ədəbiyyatda irəli sürülən şərhlərlə məntiqi
uyğunsuzluq təşkil edir. Məsələn bu Qanunda «fövqəladə hal» an
layışı «hidrotexniki qurğuda baş verən qəza və zədələnmə nəticəsin
də müəyyən bir ərazidə insanlann həyatına, sağlamlığına, əmlakına,
ətraf mühitə və təsərrüfat obyektlərinə zərər dəyməsinə, habelə
maddi itgilərə səbəb olan vəziyyət» kimi mənalandınlır.2
Buradan göründüyü kimi elmi ədəbiyyatda «fövqəladə hallan)
anlayışının tərifi respublikamızın qanunvericiliyində şərh edilən
məzmundan fərqlənir. Qanunvericilikdə şərh edilən məzmunda föv
qəladə halın baş vermə səbəbi hidrotexniki qurğuda baş verən qəza
ilə şərtləndirilir. Lakin elmi ədəbiyyatda göstərildiyi kimi «fövqəladə
hallan) anlayışı daha universal xarakter daşıyır və onu təkcə hidro
texniki qurğularda baş verən qəza nəticəsində yaranmış vəziyyət ki
mi mənalandırmaq məntiqi cəhətdən düzgün deyildir.
Məlumdur ki, insanlarda ekoloji şüurun formalaşmasında ətraf
mühit haqqında informsiya alınması əsas rol oynayır. Ə traf mühit
2 Собрание законадательства Российский Федерации, 1994, №35, с.3648
2 Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında AR Qanunun, «Xalq qəzeti»,
27 fevral 2003-cü il
55
haqqında informasiya almağın hüquqi tənzimlənməsi «Ətraf mühitə
dair informasiya almaq haqqında» AR Qanununda (12.03.2002) öz
ifadəsini tapmışdır. Qanunun giriş hissəsində göstərilir ki, «bu qa
nun ətraf mühitin vəziyyətinə və təbii ehtiyatlardan istifadyə dair
dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlanndan, həmçinin
məsul şəxslərdən tam, dəqiq, vaxtmda informasiya almaqla bağlı
yaranan münasibətləri tənzimləyir».1
Buradan göründüyü kimi bu Qanun öz strukturuna görə məntiqi
tələblərə cavab verir, ətraf mühit və ekoloji problemlər haqqında
informasiya almaqla əlaqədar hüquqi münasibətləri tənzimləyir. La
kin Qanunun 1-ci maddəsində əsas anlayışların mənalandırılması ilə
əlaqədar müəyyən uyğunsuzluqlar, uzun-uzadı və dolaşıq xümlələr
vardır ki, bu da anlayışın dərk edilməsini çətinləşdirir. Məsələn, Qa
nunun 1-ci maddəsinin 2-ci bəndində «Ətraf mühitə dair informa
siya obyektləri»Nin mənalandırılmasında istifadə edilən cümlə həd
dən artıq uzun və mürəkkəb olduğuna görə çətinliklə anlaşılır. Bu
Qanundan fərqli olaraq, «Əhalinin ekoloji təhsil və maarifləndiril
məsi haqqmda» AR qanununda istifadə edilən əsas anlayışlar sadə
və aydın cümlələrlə ifadə edilmişdir. Qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakı kimi mənalandırılmışdır:
1.0. 1.
Ekoloji təhsil - ətraf mühitin mühafizəsi və təbii eh
tiyatlardan istifadə üzrə normaların, xüsusi biliklərin, təcrübənin
tədrisi
və öyrənilməsi prosesi;
1.0.
2.
Ekoloji biliklər - ətraf mühitə, ekologiyaya, insan və
təbiət arasında qarşılıqlı əlaqələrə dair məlumatlar;
1.0.
3.
Ekoloji maarifləndirmə - ekoloji mədəniyyətin for
malaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin yayılması;
1.0.
4.
Ekoloji mədəniyyət - əhalinin və ölkənin ekoloji təh
lükəsizliyinə, insanın ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və
təcrübənin məcmusu.1
2
1.0. 5.
Göründüyü kimi, burada mənalandırılan anlayışların
şərhi sadə və anlaşıqlıdır. Lakin təəssüf ki, ekoloji təhsil və maarif
ləndirmə ilə əlaqədar olan digər anlayışlar diqqətdən kənarda qal
mışdır.
1 «Ətraf mühitə dair informasiya almaq haqqmda» A R Qanunu, «Hüquqi döv
lət və Qanun» jurnalı, № 5-6, 2002-ci il, s.7
2 «Əhalinin ekoloji təhsil və maariflədirilməsi haqqmda» AR Qanunu, «R es
publika» qəzeti, 29 yanvar, 2003-cü il.
56
Bu Q anunun məzmununa və əhatə dairəsinə uyğun olan, elmi
ədəbiyyatda ən çox istifadə olunan, lakin mövcud qanunda öz
əksini
tapmayan fəlsəfi anlayışlardan biri «ekoloji şüur» və «ekoloji tə
fəkkür» anlayışıdır. Bu və digər anlayışların göstərilən Qanunda
mənalandırılması bu qanunun sosial-fəlsəfi tərəflərini daha da güc
ləndirərdi.
Ümumiyyətlə, ətraf mühitin mühafizəsi və təbiətdən istfiadə ilə
bağlı son illərdə qəbul edilmiş qanunlarda istfiadə edilən anlayış və
terminlər respublikamızda ekoloji şüurun inkişafında müəyyən rol
oynamaqdadır.
57