35
dün
ya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qa-
lacaqlar!”
Bu ay
ənin nazil olmasından sonra Hz.Peyğəmbər
(s) qənimətləri müsəl-
man
lar arasında bölüşdürdü.
16.
Zeyd ibn Haris səriyyəsi:
Səfvan ibn Umeyyənin başçılığı altında olan böyük müşrik karvanının Şama
doğru hərəkət etdiyini öyrənən Hz.Peyğəmbər (s) Zeyd ibn Harisi yüz nəfərlik
ordu ilə Qirədə adlı məntəqəyə göndərdi. Səfvan ibn Umeyyə müsəlman dəstəsi-
nin gəldiyini gördükdə ətrafındakı adamlarla birlikdə karvanı buraxaraq qaçdı.
Zeyd ibn Harisdə karvandakı qənimətləri götürərək Mədinəyə qayıtdı.
17. Hz.
Peyğəmbərin (s) qızı Ruqiyyə vəfat etdi.
603-
cü ildə Məkkədə anadan olan Ruqiyyə, əvvəlcə Əbu Ləhəbin oğlu
Utbə ilə evlənmişdir. Lakin sonra Hz.Peyğəmbərin (s) peyğəmbərliyini qəbul
etməyən Əbu Ləhəb Həzrətə əzab vermək üçün Ruqiyyəni oğlu Utbədən ayır-
m
ışdır. Bu ayrılıqdan sonra Ruqiyyə gələcək xəlifə Osman ibn Əfvan ilə evlən-
mişdir.
18. Hz.
Əli (ə) ilə Hz.Fatimə (s.ə) zilhiccə ayının birində ailə qurmuşdur.
Bu izdivac nəticəsində Hz.Əlinin (ə) İmam Həsən (ə), İmam Hüseyn (ə),
Hz.Zey
nəb və Hz.Ümmü Gülsüm adlı övladları dünyaya gəlmiş, Möhsün adlı
öv
ladı isə ana bətnində altı aylıq olarkən siqt olaraq düşmüşdür.
38
Hicrətin üçüncü ili baş verən hadisələr (miladi 625)
1.
Məhəmməd ibn Məsləmə səriyyəsi:
Yəhudi bir şair olan Kəb ibn Əşrəf öz şeir və qəzəllərində Hz.Muhəmmədi (s)
və müsəlmanları təhqir edərək onlara əzab verirdi. Hz.Peyğəmbər (s) bunun qarşı-
sını almaq üçün belə buyurdu: “Kəb ibn Əşrəfi öldürənə cənnət vacib olmuşdur.”
Bu
na əsasən Məhəmməd ibn Məsləmə kiçik bir dəstə ilə Kəbin qardaşı Əbu Nailə
ilə əlbir olaraq onu öldürüb, şərini müsəlmanların üzərindən götürdü.
2. Hz.
Peyğəmbər (s) Ömər ibn Xəttabın qızı Həfsə və Huzeymənin qızı
Zey
nəb ilə evləndi. Lakin bu iki xanımdan Hz.Peyğəmbərin (s) heç bir övladı
dün
yaya gəlməmişdir.
3.
Osman ibn Əfvan Ruqiyyənin vəfatından sonra Hz.Peyğəmbərin (s) di-
gər qızı Ümmü Gülsüm ilə evləndi. Bu evliliyə görə Osmana islami mənbə-
lərdə “Zunnu-reyn” (iki nur sahibi) deyilir.
4.
Suyuq qəzvəsi:
Müşriklərin Bədr döyüşündəki məğlubiyyətindən sonra Əbu Süfyan and iç-
mişdi ki, müsəlmanlardan intiqam almayınca hamamlanmayacaq, bədəninə yağ
sürt
məyəcək və arvadlarına yaxınlaşmayacaq. Bunları nəzərə alan Əbu Süfyan
ki
çik bir dəstə ilə Mədinə kəndlərindən birinə hücum edib bir-iki nəfəri öldür-
38
İbn Quteybə, Tarixul-Xuləfa (əl-İmamətu vəs-Siyasət), Darul-Əzva nəşriyyatı və mətbəətu
əmir, Qum-1413 h/q, səh-211; Şeyx Abbas Qumi, Müntəhal-amal, Hz. Fatimənin həyatı fəsli
36
dük
dən sonra mal-qaranı yığıb aparır. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) ki-
çik bir dəstə Əbu Süfyanın üzərinə hərəkət etdi. Müsəlmanların gəldiyini öyrə-
nən Əbu Süfyan və ordusu özləri ilə götürdükləri qovrulmuş unu ataraq qaçdılar.
Ərəb dilində qovrulmuş una suyuq deyildiyi üçün bu qəzvə islam tarixində Su-
yuq qəzvəsi adlandı.
5.
Uhud döyüşü:
Bədr döyüşünün intiqamını almaq üçün Məkkə müşrikləri Əbu Süfyanın
başçılığı altında olan 3000 min nəfərlik ordu ilə Mədinəyə doğru hərəkət etdi.
Müşriklərin ordusunda olan qadın dəstəsinə Əbu Süfyanın arvadı Hində başçılıq
edirdi. Hindin atası Utbə, əmisi Şeybə, qardaşı Vəlid, oğlu Hənzələ Bədr döyü-
şündə öldürüldüyü üçün and içmişdi ki, Uhud döyüşündə Hz.Peyğəmbər (s),
Hz.
Həmzə və Hz.Əlidən (ə) intiqam alsın. Buna görə Həbəşli qul olan Vəhşiyə
gös
təriş verir ki, əgər bu üç nəfərdən biri öldürülsə onu sərbəst buraxacaq.
Bundan xəbər tutan Hz.Peyğəmbər (s) səhabələrlə məşvərət etdi. Bəziləri
Mədinədə qalıb müdafiə olunmağı üstün tutsa da, əksəriyyət şəhərdən kənarda
dö
yüşməyə üstünlük verdi. Buna görə iki ordu Uhud dağı kənarında qarşılaşdı.
Hz.
Peyğəmbər (s) düşmən ordusu arxadan hücum etməsin deyə Uhud dağında
yer
ləşən Eyneyn keçidinə Abdullah ibn Cübeyrin başçılığı ilə 50 oxçu yerləşdi-
rərək onlara göstəriş verdi ki, onun əmri olmadan kimsə yerini tərk etməsin.
Döyüş başladıqdan sonra həmin keçidin əhəmiyyətli bir yer olduğu məlum
olur. Müsəlmanların qazanılmış qələbəni əldən verməsinin də səbəbi oxatanla-
rın həmin mövqeyi tərk etməsi olmuşdur.
Üç
hissəyə ayrılmış düşmən ordusunun bayrağını Əbduddar oğulları tutur-
du. Qureyş bayraqdarlarının hamısı Hz.Əli
(ə) tərəfindən öldürüldükdən sonra
düşmən ordusu qaçmağa başladı. Qaçan düşməni qovmaq əvəzinə müsəlman-
ların əksəriyyəti qənimət toplamağa başladılar. Bu mənzərəni müşahidə edən
ke
çiddəki oxçular da başçıları Abdullah ibn Cübeyri dinləməyib qənimət topla-
maq üçün dağdan aşağı endilər. Bu məqamı gözləyən Xalid ibn Vəlid ətrafında
olan 200 nəfərlik dəstə ilə hücuma keçib keçiddə qalan on nəfər oxçunu şəhid
edərək islam ordusunu arxadan vurmağa başladı. Nəticədə qaçan düşmən or-
dusu da qayıdıb döyüşməyə başladı. Güclü hücuma məruz qalan islam ordusu
məğlub şəkildə döyüş meydanını tərk edərək Uhud dağına sığındı.
Qureyş qadınları zahiri qələbə ilə kifayətlənməyib müsəlman şəhidlərinin
bu
run, qulaq və s. əzalarını kəsməyə başlayırlar. Əbu Süfyanın arvadı Hind
mü
səlmanların bədən üzvlərindən özü üçün boyunbağı düzəldir. Hz.Peyğəmbə-
rin (s)
əmisi Hz.Həmzənin ciyərini çıxarıb yeməyə çalışsa da bacarmır. Hindin
bu hərəkəti onun müsəlmanlar arasında ciyəryeyən qadın kimi tanınmasına sə-
bəb olur. Hətta onun övladlarına da ciyəryeyənin oğlu deyilirdi.
Döyüşdən sonra bu mənzərəni görən Hz.Peyğəmbər (s) əhd edir ki, bir də
müşriklərə qalib gəlsə eyni aqibəti onların başına gətirəcək. Bu zaman aşağıda-
kı ayə nazil oldu: “
(Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza ve-