Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə11/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   7   8   9   10   11   12   13   14   ...   314

  

23 


toplum  halında  islama  daxil  olmuş,  öz  əqidələrini  bu  ilahi  dinin  vasitəsilə 

təmizə çıxarmışlar. 

Beləliklə  40  yaşında  peyğəmbər  olan  Muhəmməd  (s)  təxminən  23  il 

Allahdan  aldığı  vəhy  hesabına  islam  dinini  təbliğ  etmiş  və  ilahi  əmrə  tabe 

hesabına islam dinini təbliğ etmiş və ilahi əmrə tabe olaraq 63  yaşında  vəfat 

etmişdir. Mənbələr onun vəfat tarixini müxtəlif göstərsələr də daha doğru və 

məşhur  görüş  onun  Səfər  ayının  28-də,  hicrətin  11  ilində  (miladi  632)  vəfat 

etməsidir.

23

 

Hz. Peyğəmbər (s) dünyadan gedərkən ümmət içərisində iki ağır əmanəti –



Quran və Əhli-beyti yadigar qoyaraq ümmətin yalnız bu iki şeyə tabe olmasını 

vacib buyurdu. 

 

Gizli və açıq dəvət 

Hz. Peyğəmbərin (s) insanları islama təbliğ etmə mərhələləri gizli və açıq 

dəvət olmaqla iki qismə ayrılır. Miladi tarixi ilə 610-cu ildə Allah tərəfindən 

peyğəmbərlik  vəzifəsi  ilə  yüklənən  Hz.  Peyğəmbər  (s)  üç  il  boyunca  öz 

dəvətini gizli şəkildə həyata keçirmişdir. Bu üç il müddətində Xədicə, Hz. Əli, 

Zeyd  ibn  Haris,  Zübeyr  ibn  Əvvam,  Əbdürrəhman  ibn  Ovf,  Səd  ibn  Əbu 

Vəqqas,  Təlhə  ibn  Ubeydullah,  Əbu  Ubeydə  əl-Cərrah,  Əbu  Sələmə,  Ərqəm 

ibn Ərqəm, Abdullah ibn Məzun, Ubeydə ibn Haris, Qədamə ibn Məzun, Səid 

ibn Zeyd, Xəbbab ibn Zeyd, Əbu Bəkr ibn Əbu Quhafə, Osman ibn Əfvan və s. 

şəxslər islamı qəbul etmişdir.

24

 

Bu illər ərzində Hz. Peyğəmbər (s) Ərqəm ibn 



Əbu  Ərqəmin  evində  məskunlaşaraq  islamı  təbliğ  etmişdir  və  Əmmar  ibn 

Yasir, Süheyb ibn Sənan kimi məşhur səhabələr bu evdə islamı qəbul etmişlər. 

Gizli  dəvət  dövründə  başda  Əbu  Süfyan  ibn  Hərb  olmaqla  Qureyş 

müşrikləri Hz. Peyğəmbərin (s) dəvətinə istehza ilə yanaşaraq deyirdilər: “O da 

tezliklə  Vərəqə  və  Umeyyə  kimi  sakitləşər”.  Bu  müddət  ərzində  Hz. 

Peyğəmbər  (s)  bütləri  açıq  şəkildə  tənqid  etməyib,  yalnız  öz  gizli  dəvəti  ilə 

məşğul olduğu üçün müşriklər də Həzrətə hörmətsizlik etməyib onun hörmətini 

saxlayırdılar.  Lakin  qohumları  və  camaatı  İslama  dəvət  etməyə,  bütləri, 

müşriklərin  insanlığa  zidd  olan  əməllərini  aşkar  şəkildə  pislədikdən  sonra 

müşriklər  başa  düşdülər  ki,  Hz.  Peyğəmbərin  (s)  dəvəti  əvvəlki  iki  nəfərdən 

(Vərıqə və Umeyyə) fərqlidir. 

“Və ən yaxın qohumlarını qorxut. Sənə tabe olan möminləri qanadın 

altına  al!

25

 



ayəsi  nazil  olduqdan  sonra  Hz.  Peyğəmbər  (s)  Bəni-Haşimdən 

olan  qırx  nəfəri  evinə  dəvət  edib,  onları  öz  gizli  dəvətindən  xəbərdar  etmək 

istəyir.  Həzrət  gələnlər  üçün  süfrə  açmışdı.  Yemək  yeyiləndən  sonra  Həzrət 

Allahın  əmirlərini  Bəni-Haşim  övladlarına  çatdıqmaq  istədikdə  əmisi  Əbu 

23

 Əyanuş-şiə, I cild 



24

 Cəfər Sübhahi, Həzrət Məhəmməd, səh-157 

25

 Şüəra surəsi, ayə-214-215 



  

                                                           




 

24 


Ləhəb  bu  işə  mane  olduğu  üçün  Hz.  Peyğəmbər  (s)  söhbətini  növbəti  günə 

saxladı. Növbəti gün yeni ziyafət təşkil edən Hz. Peyğəmbər (s) yenə də Bəni-

Haşim övladlarını evinə dəvət etdi. Yeməkdən dərhal sonra söhbətə başlayan 

Hz. Peyğəmbər (s) belə buyurdu: “Mən bir olan Allah tərəfindən sizə və bütün 

bəşəriyyətə  göndərilmiş  bir  peyğəmbərəm.  Mən  sizin  üçün  dünya  və  axirət 

xeyrini gətirmişəm. İslamı qəbul edin və doğru yola yönəlmək üçün mənə tabe 

olun!  Bu  yolda  sizlərdən  mənimlə  qardaş  olmağa,  mənə  kömək  etməyə, 

məndən  sonra  da  əhli-əyalım  arasında  vəsim  və  canişim  olmağa,  dinimi 

yaymağa kim hazırdır?”

26

 



Hz. Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etsə də 

Hz.  Əlidən  (ə)  başqa  kimsə  cavab  vermədi.  Hz.  Əli  (ə)  ayağa  qalxaraq 

buyurdu: “Ey Allahın Rəsulu, mən bu işdə sizə kömək etməyə hazıram!” Hz. 

Əlinin  (ə)  bu  sözlərindən  sonra  üzünü  qohumlarına  tutan  Hz.  Peyğəmbər  (s) 

buyurdu:  “Bu  şəxs  mənim  qardaşım  və  sizin  aranızda  canişinimdir.  Onun 

sözlərinə  qulaq  asıb  dediklərinə  tabe  olun!”  Həzrətin  bu  sözlərindən  sonra 

məclis  əhli  gedərkən  istehza  ilə  Əbu  Talibə  belə  deyirdi:  “Get,  oğlun  Əliyə 

itaət et. Çünki Məhəmməd (s) onu sənin əmirin seçdi.”

27

 

Bu hadisə İslam tarixi 



və hədis elmində “Yavmul-inzar” adı ilə məşhurdur. 

Gizli  dəvət  dövrü  başa  çatdıqdan  sonra  Allah  qatından  bu  ayələr  nazil 

oldu: 

“(Ya  Rəsulum!)  Sənə  əmr  olunanı  (Quranı)  açıq-aşkar  təbliğ  et  və 

müşriklərdən  üz  döndər!  Şübhəsiz  ki,  istehza  edənlərə  qarşı  Biz  sənə 

kifayət  edərik.

28

 



Bu  ayələrin  nazil  olmasından  sonra  Hz.  Peyğəmbər  (s) 

insanları açıq şəkildə islama dəvət etməyə başladı. Açıq dəvətdən sonra İslamı 

qəbul edib müsəlman olduqlarını gizlədənlər islamı qəbul edənlərlə  yaxından 

tanış  olurdular.  Açıq  dəvət  nəticəsində  müsəlmanların  sayı  gündən-günə 

çoxalmağa başladı. Bu da öz növbəsində Məkkə müşriklərini narahat etməyə 

bilməzdi. 

İslamiyyətin  qarşısını  almaq  məqsədilə  Məkkənin  seçilmişlərindən  olan 

Əbu  Süfyan  ibn  Hərb,  Əbu  Cəhl,  Umeyyə  ibn  Xələf,  Mütim  ibn  Ədiyy  və 

başqaları  Hz.  Peyğəmbərin  (s)  himayədarı  Əbu  Talibin  yanına  gəlib,  onunla 

danışıqlar  aparsalar  da  bunun  heç  bir  nəticəsi  olmadı.  Əksinə,  qısa  müddət 

sonra  Həmzə  ibn  Əbdülmüttəlib  və  Ömər  ibn  Xəttab  kimi  cəngavərlər  də 

İslamı qəbul etdilər. 

Buna  qarşılıq  olaraq  müşriklər  müsəlmanlara  əzab-əziyyət  verməyə 

başladılar. Nəticədə Bilal Həbəşi, Əmmar ibn Yasir və ata-anası, Abdullah ibn 

Məsud  və  Əbuzər  kimi  məşhur  səhabələr  ağır  işgəncələrə  düçar  oldular.  Bu 

işgəncələr  nəticəsində  dünyasını  dəyişən  Əmmarın  atası  Yasir  və  anası 

Sümeyyə  islamın  ilk  şəhidləri  adını  aldılar.  Müsəlmanlara  əsasən  Hz. 

Peyğəmbərin  (s)  və  İslamın  qatı  düşmənləri  olan  Əbu  Ləhəb,  Əsvəd  ibn 

26

 Tarixi ibn Əsir, II cild, səh-40-41; Tarixi-Təbəri, II cild, səh-62-63 



27

 Təfsiri-Təbəri, XIX cild, səh-74; Cəfər Sübhani, Həzrət Məhəmməd, səh-160 

28

 əl-Hicr surəsi, ayə-94-95 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə