67
Liberalizm
nəzəriyyəsinin
mərkəzində
insanın
anadangəlmə məhv edilməyən yaşamaq, azadlıq və şəxsi
mülkiyyət hüququ ilə bağlı ideya durur. Sosial sahədə liberalizm
hesab edir ki, öz maddi və mənəvi rifahını təmin etmək üçün hər
bir adamın kifayət qədər imkanı var. Təhsil bu imkanların
açılmasına kömək edən vasitədir.
Təhsilin fəlsəfəsi siyasi quruluşdan asılıdır. Quruluş
dəyişəndə fəlsəfə də dəyişməlidir. Yeni təhsil sistemini yeni
quruluşun fəlsəfəsinə uyğun olaraq, özündə yeni ideya, yeni
münasibət, yeni təhsil texnologiyasını birləşdirərək qurmaq
lazımdır. Yeni təhsil sistemi Azərbaycanın müstəqilliyinə və
iqtisadiyyatına xidmət etməlidir.
Təhsilin heç bir problemi məkandan və zamandan kənarda
həll edilə bilməz. Təhsilin hər bir problemi sağlam və tənqdi
düşüncə və liberal-demokratik dəyərlər əsasında, zaman və
məkan daxilində həll edilməlidir. Misal üçün, 1992-ci ildə BDU-
da “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər”“ fakültəsinin
açılması haqqında qərar vaxtında qəbul edilmişdir. Çünki gənc
Azərbaycan dövlətinə diplomatlar lazım idi. Gecikmək olmazdı.
Ancaq əlifbanın dəyişilməsi haqqındakı qərarın vaxtından qabaq
qəbul edildiyi qənaətindəyəm. Bu səbəbdən də bəzi məktəblərdə
şagirdlər latın qrafikası ilə yazır, müəllimlər isə sinif jurnallarını
kiril əlifbası ilə doldururdular.
Mən
Möhtərəm
Prezidentimiz
Heydər
Əliyevin
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin
təsis edilməsi haqqında 7 avqust 2002-ci il (№1003) tarixli
sərəncamını, elm və təhsil müəssisələri ilə bağlı qərarlarını vacib
və zamanı qabaqlayan addım hesab edirəm.
Güman edirəm ki, bu
qərarlar Azərbaycanı gələcəkdə baş verə biləcək problemlərdən
qoruyur.
Təhsilin fəlsəfəsi, təhsil sahəsində dövlət siyasətinin
müddəaları və istiqamətləri, konstitusiya normaları, təhsil
sahəsində fəaliyyət prinsipləri təhsilin konseptual əsasını təşkil
edir. Sovet təhsilinin konseptual əsasını yuxarıda (9-cu