19
(gəlirlər,xərclər,idxal,ixrac,borclar və s.) əsaslanmaq olmaz. Beləki, Keynsin büdcə-
vergi siyasətinin iqtisadi artım, inflyasiya və işsizliyə təsirlərinin qiymətləndirilməsini
ehtiva edən, gəlirlər və xərclər arasında münasibətlərin makroiqtisadi axınlar vasitəsi
ilə qiymətləndirilməsinə söykənən yanaşmasına nisbətən, “maliyyə təminatı
baxımından əlverişlilik”, daha mürəkkəb mahiyyətə malikdir. Belə ki, ölkənin, xüsusi
ilə tranzitiv xarakterə malik ölkələrin, əvvəlki daha əlverişli dövrdə toplanmış aktiv və
passivlərinin (dövlət, özəl, xarici) təhlili, onlar arasında yaranmış uyğunsuzluqlar,
iqtisadi problemləri aşkar etmək üçün əlavə, lakin təsirli arqumentə çevirilməkdədir.
Nəzərə almaq lazımdır ki, ölkə üçün doğru olan qiymətləndirimələr bütövlükdə dövlət
sektoru üçün də istifadə oluna bilər. Bəzi potensial zəifliklər, büdcədə görünmür, lakin
dövlətin bütün aktiv və passivlərini əhatə edən dövlət sektorunun balansında əks
olunur . Dövlət aktivlərinin təmiz dəyərinin və onun dəyişməsinin təhlili vasitəsi ilə,
siyasətin təkmilləşdirilməsi zərurətini müəyyənləşdirmək olar. Dünya təcrübəsinə
əsaslanaraq BVF ekspertləri hesab edir ki, neft ehtiyatlarının (aktivlərin) azalması
fonunda gəirlərin artması əlverişli görünsə də, ölkə balansı, aktivlərin təmiz dəyərinin
azalmasını göstərir. İkinci misal, balansın passivində sosial təminat proqramlarının
icrası ilə bağlı gələcək tələblər isə, hətta inkişaf etmiş ölkələrin maliyyə vəziyyətinin
gələcək problemlərini əks etdirir. Məsələ ondadır ki, ehtiyatların dəyişməsi perspektivi,
ölkəni müflüsləşmə ehtimalı qarşısında qoyur. Ekspertlərinin dəyərləndirmələrinə
görə, Koreya, Tailand, İndoneziya, Argentina və s. ölkələrdə, o cümlədən fikrimizcə,
axırıncı iki ildə Azərbaycanda baş vermiş son maliyyə böhranlarının səbəbi, bilavasitə
axınların sadə disbalansı yox, investorların etimadının qəfildən itməsi nəticəsində
maliyyə aktivlərinin qiymətlərinə təsirləri və ya aktivlərin azalması ilə birgə, xarici
valyutada ifadə olunmuş borcların artması fonunda, aktivlərin təmiz dəyərinin
azalmasına gətirən valyuta böhranları olmuşdur.
Dövlət və özəl strukturlar bütövlükdə, hətta bir neçə il davam edən büdcə kəsirlərinin
təsirlərini daha “rahat” kompensasiya edə bilir. Lakin ehtiyatlarla bağlı bunu söyləmək
olmaz. Ona görədə, BVF son illərdə, ayrı-ayrı ölkələrin iqtisadiyyatının monitorinqini
apardıqda, “balans əsasında nəzarət” yanaşması çərçivəsində, mütləq qaydada
ehtiyatların dəyişməsini qiymətləndirmişdir. Belə yanaşmaya əsasən,dövlət və özəl
sektorlarda balanslar arası və daxili qarşılıqlı əlaqələr, həmçinin iqtisadiyyatın xarici
mövqeyi,
müxtəlif
sektorlarda
olan
gərginlikləri
aşkar
etməyə,
dəyər
qiymətləndirmələrinindəyişməsinin disbalansların qəflətən dərinləşməsinə necə təsir
etdiyini müəyyənləşdirməyə imkan verir.
Beləliklə belə bir mülahizəni formalaşdırmaq mümkündür ki, Dövlətin iqtisadi
fəaliyyətdə real və faktiki təsirləri, idarəetmə üçün qəbul edilmiş yanaşmalardan
əhəmiyyətli dərəcədə asılıdır. Məsələn “klassik yanaşma” məntiqi çərçivəsində,
dövlətinin “ucuz hökumət” yaratmaq vəzifəsi və ona adekvat olaraq A.Smitin irəli
sürdüyü “bitrərəfli yol” kimi dəyərləndirlilən kreditləşdirmənin qətiyyətlə yol
verilməzliyi prinsipi, faktiki olaraq dövlət büdcəsinin və büdcə-vergi siyasətinin
tənzimləyici rolunun inkarını ehtiva edir. Aydındır ki, müasir cəmiyyət və iqtisadi
münasibətlərin fəlsəfəsi belə yanaşmanın tətbiqini demək olar ki, mümkünsüz edir.
20
Lakin, burada vacib bir məqamı yaddan çıxarmaq olmaz: Dövlətin həll edici rolu, yalnız
onun daha böyük resurslara malik olması ilə şərtlənmir. (Bütün beynəlxalq renkink
sistemlərinin metodologiyaları bünü təsdiq edir.) Dövlətin təsir edici gücü daha çox,
onun formalaşdırdığı milli təsərrüfatçılıq mühüti və apardığı iqtisadi siyasətin, o
cümlədən, ilk növbədə dövlət aktivlərindən iqtisadi inkişafı stimullaşdırmaq və zəruri
məqamlarda dəstəkləmək xarakteri ilə şərtlənir. Əslində sonuncu, həm də milli
iqtisadiyyatın investisiya cəlbediciliyini təmin etməklə, onun inkişaf potensialını
formalaşdırır. İqtisadi nəzəriyyələrdə inkişaf amillərinin təkamülünün xarakterini,
milli iqtisadi sistemlərin inkişafının dünya təcrübəsini və arzu olunan inklyuzivliyi
xüsusiyyətlərini nəzərə alaraq, dövlət aktivlərindən istifadənin mümkün nəticələri
haqqında aşağıdakı mülahizələri formalaşdıra bilərik:
•
Dövlətin iqtisadi fəaliyyətdə iştirakının ən dolğun dəyərləndirilməsi dövlətin
bütün aktivlərinin daha səmərəli istifadəsinin qiymətləndirilməsi ilə mümkündür;
•
Maddi və qeyri maddi tərkibə malik olan dövlət aktivlərinin təsir edici gücü, müasir
dövrdə, daha geniş təsir sferasına malik olan qeyri maddi aktivlərin prioritetliyi ilə
formalaşır;
•
Aktivlərin idarə edilməsi, dövlətin iqtisadi inkişaf strategiyası və siyasətinin əsas
dominantı olmaqla bərabər, iqtisadiyyatda mühüm struktur yaradıcı vasitə hesab
edilməlidir;
•
Dövlət aktivlərinin səmərəliliyi, aktivlərin istifadəsində harmonikliyin, çevikliyin
və komplekslilyin “sinergiyası”, kumilyativliyi ilə müəyyənləşir;
Aktivlərin idarə olunmasının mühüm vəzifəsi olan, iqtisadiyyatın sektorial və sahəvi
strukturunun rasionallaşdırılmasında fiskal və monetar siyasətlə yanaşı, əmlakın
dövlətsizləşdirilməsi,özəlləşdirilməsi və korporativləşdirilməsi ən təsirli siyasət alətləri
hesab olunur.
4.2. Özəlləşdirmə iqtisadiyyatın transformasiyası mexanizmi kimi
Geniş anlamda özəlləşdirmə, insanların ehtiyacının təmin edilməsi məqsədi
ilə,cəmiyyətin, dövlətlə müqayisədə özəl strukturlara daha çox etibar etlməsinin ifadəsi
kimi qəbul edilir. Müasir dövrdə özəlləşdirməyə təsir edın qüvvələr bir neçə istiqamətə
ayrılır: praqmatik, iqtisadi, fəlsəfi, ticari və populist. Praqmatiklərin məqsədi dövlətin
inkişafına ən az xərclərlə nail olmaqdır. Müvafiq iqtisadi təsirin tərəfdarlarına görə,
məhz iqtisadi zənginlik sayəsində xalqın dövlətdən asılılığı azala, özəlləşdirmə üsulları
mənimsənilə bilər. Məsələyə fəlsəfi və ya ideoloji prizmadan yanaşanların fikrincə, özəl
strukturlar, onlarla bilavasitə əlaqədə çalışan dövlətin, kəmiyyət baxımından daha
kiçik olmasını istəyirlər. Cefferson yanaşması adlanan bu yanaşma, “daha azı idarə
edən daha yaxşı idarə edər” məntiqinə əsaslanır. Ticari marağı olanların məqsədi,
dövlətin xərclərinin onların biznes fəaliyyətinə yönəldilməsini nəzərdə tutur.
Populistlət isə, daha yaxşı cəmiyyətə malik olmaq üçün, böyük ictimai və özəl
bürokratiyanın gücünü azaldaraq, xalqın öz ümumi ehtiyaclarını qarşılaya bilmə
imkanlarının yaradılmasını və artırılmasının istəyirlər. Praqmatiklərin fikrincə, daha