Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə16/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   12   13   14   15   16   17   18   19   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 1: 

Giriş 

 

Dekabr 2011 



Yekun variant

 

1/4



1.2  ŞD2 İnfrastruktur Layihəsinə dair İcmal  

 

ŞD2 İnfrastruktur Layihəsinin əsas komponentləri aşağıdakılardan ibarətdir (baxın: Şəkil 1.2): 



  

 

İlkin Neft Layihəsi Terminalının giriş yolunun müvəqqəti bərpası; 



 Bakı-Ələt şosesindən Səngəçal Terminalına yeni giriş yolu (və əlaqədar qurğular); 

 

Mövcud Terminal sahəsinin bilavasitə  qərbində yerləşən  ŞD2 Genişlənmə Sahəsinin 



təmizlənməsi və yamaclarının terraslanması; 

 Tikinti 

düşərgəsinin və inşaat obyektlərinin tikintisi və təchizatı; 

 

Çirkab su təmizləmə qurğusunun quraşdırılması və istismarı; 



 Yağıntı suları drenajının və  səth sularından/daşqından mühafizə  bəndlərinin 

quraşdırılması; və 

 

ŞD2 boru kəmərinin sahilə çıxdığı ərazinin səviyyəsinin düzəldilməsi. 



 

Şəkil 1.2  ŞD2 İnfrastruktur Layihəsinin İş Həcmi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

1.3 D2 İnfrastruktur Layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə 



Təsirin Qiymətləndirilməsi 

 

1.3.1 Məqsədlər 

 

ŞD2  İnfrastruktur Layihəsi üzrə  ƏMSSTQ-nin hazırlanması prosesinin ümumi məqsədi 



nəzərdə tutulmuş qazma işləri nəticəsində  ətraf mühit, sosial-iqtisadi sahə üçün meydana 

çıxan hər hansı zərərli təsirlərin müəyyən edilməsini və mümkün olduğu hallarda problemləri 

vaxtında müəyyən etməklə və cavab tədbiri görməklə aradan qaldırılmasını, yaxud minimuma 

endirilməsini təmin etməkdir. 

 

ƏMSSTQ aşağıdakı məqsədləri daşıyır: 



 

 

Ətraf mühit və sosial-iqtisadi sahə ilə bağlı  nəzərə alınmalı  məqamların 



layihələndirmədə və istismar işlərində öz əksini tapmasını təmin etmək; 

 

Əldə olunmuş  əvvəlki təcrübənin nəzərə alınmasını  və münasib olduqda, 



 

layihələndirmədə tətbiq olunmasını təmin etmək; 




Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 1: 

Giriş 

 

Dekabr 2011 



Yekun variant

 

1/5



 

Ətraf mühitə  və sosial-iqtisadi sahəyə  təsirlərin müəyyən olunmasını, kəmiyyət və 

keyfiyyətcə qiymətləndirilməsini, habelə  təsirlərin azaldılması üçün müvafiq tədbirlərin 

nəzərdə tutulmasını təmin etmək; 

 Layihə üçün ətraf mühit üzrə yüksək icra göstəricilərinin planlaşdırılmasını  və onlara 

nail olunmasını təmin etmək; 

 

Məqbul hüquqi tələblərə, operator şirkətin və HPBS-nin tələblərinə  və gözləntilərinə 



riayət olunmasını təmin etmək; 

 Layihənin əvvəlindən sonuna qədər bütün müvafiq maraqlı tərəflər ilə məsləhətləşmək 

və onları narahat edən məsələləri nəzərə almaq; və 

 

Ətraf mühit və sosial-iqtisadi sahə ilə bağlı nəzərə alınmalı məqamların layihənin icrası 



zamanı lazımi şəkildə nəzərə alınacağını nümayiş etdirmək. 

 

Təsirlərin qiymətləndirilməsi prosesində  fəaliyyətlərin və potensial reseptorların bir-birinə 



qarşılıqlı  təsirləri  ətraf mühit və sosial-iqtisadi sahə ilə bağlı mövcud şərait və  həssaslıqlar 

üzrə qiymətləndirilir və potensial təsirlər kateqoriyalara bölünür. Potensial təsirlərin 

qiymətləndirilməsi zamanı bundan əvvəlki AÇG və ŞD layihələrinin tərkib hissəsi kimi işlənib 

hazırlanmış mövcud və planlaşdırılan nəzarət, monitorinq və  təsirazaldıcı  tədbirlər nəzərə 

alınır. 

 

1.3.2  ƏMSSTQ Qrupu və Strukturu 

ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ Qrupuna dair təfərrüatlar Cədvəl 1.2-də verilir.  

 

Cədvəl 1.2  ŞD2 İnfrastruktur Layihənin ƏMSSTQ Qrupu  

Qrupun üzvü 

Vəzifəsi 

URS  


ƏMSSTQ üzrə layihə meneceri və əsas müəllif 

The Social Consultancy Sosial-iqtisadi 

sahə üzrə mütəxəssis 

WRA Hidrologiya 

üzrə mütəxəssis 

Synergetics Sosial-iqtisadi 

sahə üzrə yerli mütəxəssislər 

KBR Layihə mühəndisləri 

BP 

ŞD HPBS tərəfdaşları adından ŞD Müqavilə Sahəsinin HPBS üzrə operatoru 



 

Cədvəl 1.3-də ŞD2 İnfrastruktur Layihəsinin ƏMSSTQ üzrə strukturu və məzmunu verilir. 

 

Cədvəl 1.3  ƏMSSTQ-nin Strukturu və Məzmunu 

Bölmə/Fəsil 

Məzmun 

Qısa İcmal 

ƏMSSTQ-nin xülasəsi 



Vahidlər və İxtisarlar 

ƏMSSTQ sənədində istifadə edilmiş vahidlərin və ixtisarların siyahısı. 



Lüğət 

Terminlər lüğəti. 

1 Giriş 

ŞD2 İnfrastruktur Layihəsi ilə ümumi tanışlıq, qiymətləndirmənin məqsədləri və 

ƏMSSTQ üzrə hesabatın strukturu. 

Siyasi, Normativ-hüquqi və İnzibati Baza 



Layihəni müzakirə üçün təqdim edənlərin tərkibi və SƏTƏM siyasətləri, Şahdəniz 

HPBS çərçivəsində SƏTƏM üzrə müəyyənləşdirilmiş tələblər, ətraf mühit 

sahəsində müvafiq beynəlxalq və milli standartların və təlimatların xülasəsi. 

3 Təsirlərin Qiymətləndirilməsi üzrə Metodologiya  ƏMSSTQ prosesini həyata keçirmək üçün istifadə edilmiş metodların təsviri. 

4 Qiymətləndirilmiş Variantlar 

ŞD2 İnfrastruktur Layihəsi üçün qiymətləndirilmiş alternativ konsepsiya 

variantlarının təsviri. 

5 Layihənin Təsviri 

ŞD2 İnfrastruktur Layihəsinin müfəssəl təsviri. 

Ətraf Mühitin Təsviri 



ŞD2 İnfrastruktur sahəsinin yaxınlığında ətraf mühit ilə bağlı ilkin şəraitin təsviri. 

Sosial-iqtisadi Sahənin Təsviri 



 

ŞD2 İnfrastruktur sahəsinin yaxınlığında sosial-iqtisadi sahə ilə bağlı ilkin şəraitin 

təsviri. 

Məsləhətləşmə və Məlumatın İctimaiyyətə 



Təqdim Olunması 

ƏMSSTQ proqramı zamanı aparılmış məsləhətləşmənin və qaldırılmış 

problemlərin xülasəsi. 

Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi, 



Monitorinqi və Azaldılması 

ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri ilə bağlı ətraf mühitə potensial təsirlərin 

qiymətləndirilməsi   

10 


Sosial-İqtisadi Sahəyə Təsirlərin 

Qiymətləndirilməsi, Monitorinqi və Azaldılması 

ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri ilə bağlı sosial-iqtisadi sahəyə potensial 

təsirlərin qiymətləndirilməsi .   

11 

Kumulyativ və Transsərhəd Təsirlər və 



Təsadüfi Hallar 

ŞD2 İnfrastruktur Layihəsi ilə bağlı potensial kumulyativ və transsərhəd təsirlərin 

və təsadüfi halların qiymətləndirilməsi. 

12 


Ətraf Mühit və Sosial İdarəetmə Sistemi 

ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri ilə bağlı ətraf mühit və sosial idarəetmə 

sisteminin xülasəsi.   

13 Qalıq Təsirlər və Nəticələr Qalıq təsirlərin və ƏMSSTQ prosesindən irəli gələn nəticələrin xülasəsi 



 

Əlavələr 

Köməkçi texniki məlumat. 

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə