Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə test tapşırıqları



Yüklə 36,66 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix30.06.2022
ölçüsü36,66 Mb.
#90269
1   ...   14   15   16   17   18   19   20   21   ...   58
SƏTƏM cavab 26.05.2022 3

tt@socar.az 
elektron ünvanına müraciət edə bilərsiniz
 
74. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin? 
A) Dezaktivasiya vasitələri
B) Səsboğan 
C) İzoləedici örtüklər və qurğular 
D) Hermetikləşdirici qurğu 
E) İşıq filtrləri 
Testin çətinlik dərəcəsi: Asan 
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. 
Səh. 500 
75. Termiki yanıq almış şəxsə ilkin yardım necə göstərilir? 
A) Yanan yerə yanğına qarşı maz çəkib sarğı qoymaqla 
B) Yanıq səthini 10-15 dəqiqə axar su ilə soyutmaqla 
C) Yanıq səthini spirtlə yumaq və yod çəkməklə 
D) Ventilyator vasitəsi ilə soyutmaqla 
E) İsti suda 10-15 dəqiqə saxladıqdan sonra maz çəkməklə 
Testin çətinlik dərəcəsi: Asan 
İstinad: https://www.ens.az/az/ilk-tibbi-yardim 
76. Təhqiqat komissiyası işə başlayanadək hadisə yerindəki şərait və avadanlıqların vəziyyəti: 
A) Hadisə baş verən yer süpürülüb, silinib təmmizlənməlidir 
B) Avadanlıqların nasazlığı sazlanmalıdır 
C) Yararsız tərtibatlar iş yerindən götürülməlidir 
D) Hadisənin baş verdiyi yer təhqiqat komissiyasından gizlədilməlidir 
E) Hadisə yeri hadisənin baş verdiyi anda olduğu kimi saxlanılmalıdır 
Testin çətinlik dərəcəsi: Orta 
İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004 
səh. 225 
77. Müəssisədə hansı iş yerləri attestasiyadan keçməlidir? 
A) Ancaq dəzgahlar olan bütün iş yerləri attestasiyadan keçməlidir 
B) Köməkçi sexlərdə olan bütün iş yerləri attestasiyadan keçməlidir 
C) Texnoloji qurğular olan bütün iş yerləri attestasiyadan keçməlidir 
D) Əsas sexlərdə olan bütün iş yerləri attestasiyadan keçməlidir 
E) Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir 
Testin çətinlik dərəcəsi: Asan 
İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999 
78. Gecə vaxtı görülən işlərə kimlərin cəlb olunması qadağandır? 
A) Hamilə və 10 yaşınadək uşağı olan qadınların və həmçinin 18 yaşına çatmamış işçilərin 
B) Hamilə və 3 yaşınadək uşağı olan qadınların və həmçinin 22 yaşına çatmamış işçilərin 
C) Hamilə və 3 yaşınadək uşağı olan qadınların və həm­çinin 18 yaşına çatmamış işçilərin 
D) Hamilə və 5 yaşınadək uşağı olan qadınların və həmçinin 20 yaşına çatmamış işçilərin 


Rəy və təklifləriniz üçün 

Yüklə 36,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə