Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


On doqquzuncu dərs: Yağlı dildən həzər!



Yüklə 1,2 Mb.
səhifə18/25
tarix01.07.2018
ölçüsü1,2 Mb.
#52700
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

On doqquzuncu dərs:

Yağlı dildən həzər!

CƏMİYYƏTDƏ RƏFTAR VƏ DANIŞIQ


İnsan öz fərdi və ictimai ehtiyaclarını ödəmək üçün başqaları ilə əlaqə saxlamağa məcburdur. Əgər insan cəmiyyətlə agah və sağlam münasibətdə olsa bu əlaqələr onun dünya və axirəti üçün faydalı ola bilər. Məsələn, imanlı və savadlı insanlarla münasibət insanın qəlbini işıqlandırır, onun mərifətini artırır. Amma əksəriyyət belə deyildir. Cəmiyyətə çıxan adam özünü yalan, qeybət, böhtan kimi günahlardan qorumalıdır. Ətrafımızda baş verən hadisələri düzgün anlamaq və ictimai vəzifələrimizə düzgün əməl etmək üçün öz hərəkət və rəftarlarımızı dəqiq qiymətləndirməliyik. Xüsusi ilə cəmiyyətdə üstün mövqeyə malik olanlar cəmiyyətə müsbət təsirlərinə, xalqa xeyir verəcəklərinə, özlərini xətadan qoruya biləcəklərinə əmin olmalıdırlar. Bunlara əmin olmadan başqaları ilə münasibətləri tənzimləmək qeyri-mümkündür. Xüsusi ilə din təbliğatçıları bu nöqtələrə çox fikir verməlidirlər. Natiqlər öz nitqlərinin lent yazılarına diqqətlə qulaq asıb nöqsanları aradan qaldırmalıdırlar. İnsanlar üzdə yaxşı münasibət göstərsələr də, əslində başqa cür fikirləşə bilərlər. Onlar müəyyən səbəblərə görə əsl düşüncələrini açıqlamaya da bilərlər. Bəzən insan pis münasibətlə üzləşəcəyindən qorxaraq həqiqəti açıqlamır. Şagird müəllimin, fəhlə müdirin düşməninə çevrilməmək üçün həqiqi münasibətini gizlədir. İnsan özünü sevdiyindən gördüyü yaxşı işlərdən ləzzət alır. Möminlər isə gördükləri yaxşı işdə Allahın yardımını unutmayaraq «əlhəmdulillah» pıçıldayırlar. Bəziləri insandakı eqoizimdən istifadə edərək tərif söyləməklə onu sevindirirlər. Çoxları yağlı dilini işə salaraq yüksək vəzifədə olanların qəlbini alır. Onların niyyəti öz məqsədinə nail olmaqdır. Cəmiyyətdə təsadüf olunan şeytani üsullardan biri budur. Ümumiyyətlə tərif yolu ilə məqsədə çatmaq məşhur üsuldur. Cəmiyyətdə yüksək vəzifə tutanlar bu üsullardan xəbərdar olmazlarsa cəmiyyətdə böyük fəsadlar yarana bilər. Vəzifəli şəxslər başqalarının onlara irad tutmasını gözləməməli, öz nöqsanlarına diqqətli olmalıdırlar. Ətrafdakıların yağlı tərifləri çox vaxt həqiqətə uyğun olmur. Yağlı tərifə aldananlar bir zaman həqiqəti anlayanda artıq gec ola bilər.

YAĞLI TƏRİFLƏRƏ QARŞI


İnsan yağlı təriflərin qarşısını alıb özünü qorumaq üçün nə edə bilər? Aldanmamaq üçün nə etməliyik? Bu olduqca çətin bir işdir. İnsan özünü sevdiyindən nəsihət, danlaq ona ağır gəlir. Yalnız özünü tərbiyə etmək istəyənlər belə şirin təriflərə qarşı çıxa bilər. İnsan özü haqqında deyilən təriflərə diqqətlə yanaşıb həqiqəti axtarmalıdır. Tərif deyən insana elə münasibət göstərmək lazımdır ki, bu hal bir daha təkrarlanmasın.

İslam Peyğəmbəri (s) buyurur: «Sizi tərifləyənlərin üzünə torpaq atın»1. Həzrət (s) möminlərə anlatmaq istəyir ki, təriflə tünd rəftar edib ona tə’rif etəməkdən ötrü macal verməmək lazımdır.


TƏNQİDƏ DÖZÜM RUHU


İnsan özünü tənqidə dözümlülük ruhunda tərbiyə etməlidir. İnsan öz nöqsanlarını kənardakılar kimi görə bilmir. Özünü tərbiyələndirmək istəyən insan üçün ətrafdakıların tənqidi olduqca dəyərlidir. İmam Sadiq (ə) buyurur: «Mənim üçün ən sevimli dost eyiblərimi mənə hədiyyə edən dostdur». Doğrudan da özünü tərbiyələndirmək istəyən adam üçün eyibini bilməkdən böyük hədiyyə yoxdur.

Yalan tərifə uyanları ağıllı hesab etmək olmaz. Yalan tərif deyənlər də belədir. Belələri, heç şübhəsiz ki, nə vaxtsa rüsvay olacaq, hətta cəmiyyətdəki azğınlara görə cavab verəcəklər. Çünki onların yalanı çirkinliyə gözəllik libası geydirərək həqiqətləri ört-basdır etmişdir. Ağıllı insan bir qarın çörəkdən ötrü belə xəyanətlərə yol verməz. Yalan təriflərlə özünü sevdirmək olduqca alçaq sifətdir.


EQOİZM VƏ TƏKƏBBÜR


İnsan yağlı dil və yalan tərifdən qorunmalıdır. Qorunmaq üçün isə güclü iradə lazımdır. İnsan belə mənfi təsirlərin qarşısında yalnız psixoloji hazırlıqla müqavimət göstərə bilər. Əks təqdirdə insanda eqoizm və təkəbbür formalaşa bilər. İnsanın süqutunda təkəbbür mühüm rol oynayır. Qurani-Kərim Peyğəmbərlə (s) müxalifətçilik edənləri təkəbbür sifəti ilə tanıtdırır. «Ğafir» surəsinin 60-cı ayəsində buyurulur: «Mənə ibadət etməyi təkəbbürünə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər».

Bəli, bəla qarşısında tir-tir əsən insan bəzən Allah hüzurunda səcdə etməyi özünə sığışdırmır. Vəzifəlilərin, güclülərin qarşısında əyildiyi halda Allah qarşısında təkəbbür göstərir. «Bəqərə» surəsinin 34-cü ayəsində oxuyuruq: «Biz mələklərə «Adəmə səcdə edin» dedikdə İblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq imtina edib kafir oldu». Şeytanı alçaldan onun təkəbbürü idi.

Həqiqət qarşısında təkəbbür çoxlarını uçuruma yuvarlatmışdır. Əlbəttə ki, insan birdən birə Firon ola bilməz. Çirkin təkəbbür sifəti aram-aram doğulub ərsəyə gəlib. Özünə diqqətli insan bu sifətə qarşı vaxtında mübarizəyə başlayıb çətinlik çəkmədən onun qarşısını ala bilər. Nankor olmayan insan nəinki təkəbbür göstərmir, hətta Allahın qarşısında səcdə etməkdən şərəf duyur. «Loğman» surəsinin 14-cü ayəsində oxuyuruq: «Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik... Mənə ata-anana şükr et. Axır dönüş Mənədir».

Azca insafı olan adam valideynin, xüsusi ilə də ananın zəhmətlərini itirə bilməz. Yuxarıdakı ayədə Allah-təala nə üçün ata-ananı özü ilə birlikdə xatırladır? Çünki ata-ananın zəhməti göz qabağındadır. Ata-ananın zəhmətini qiymətləndirən şəxs Allahın da nemətlərini qiymətləndirə bilər.

Qəlbində təkəbbür ruhu möhkəmlənmiş şəxs bir addım cəhənnəmə yaxınlaşır. Yalançı təriflər onun gözlərini bağlayır və eyiblərindən xəbərsiz halda küfr yoluna qədəm qoyur. İmam (ə) buyurur: «Düşüncəsiz adamın danışığı və sitayişindən məğrur olmağa ‒ təkəbbürə, özünü bəyənməyə düçar olarsan. Əməllərin ən yaxşısı ibadət və təvazödür.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə