http://www.amu.edu.az
28 fevral 2015-ci il
2
Ali
Attestasiya
Komissiyası
tərəfindən şuraların təsdiq olundu-
ğunu və onların da tərkibində bir
sıra dəyişiliklər edildiyini söyləyən
rektor, bəzi üzvlərin işə səhlənkarlığı
və məsuliyyətsizliyinə görə iradların
olduğunu bildirib. Şuralara tələbatın
artdığını vurğulayan Ə. Əmiraslanov
dedi ki, bura düşən insanlar
bilməlidir ki, bu onlara göstərilən çox
böyük etimaddır və onlar məsulliyyət
daşıyırlar. Müdafiə şuralarının və
problem komissiyalarının işi ilə
bağlı tövsiyələrini şura üzvlərinin
diqqətinə çatdıran rektor bir sıra
jurnallarda dərc olunan məqalələrin
səviyyəsinin aşağı olduğunu da
qeyd edib.
Sonra universitetin elmi işlər üzrə
prorektoru, professor İbrahim İsayev
“Azərbaycan Tibb Universitetində
2014- cü il ərzində yerinə yetirilən
elmi- tədqiqat işlərinin vəziyyəti və
qarşıda duran vəzifələr” barədə ge-
niş hesabat məruzəsi ilə çıxış edib.
Məruzəçi
hesabatını
əsasən
statistik rəqəmlər üzərində qura-
raq paralellər apardı, göstəriciləri
slaydlar vasitəsilə şura üzvlərinin
nəzərinə çatdırdı.
Son illər Azərbaycan Respub-
likasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm
və təhsilin inkişafı istiqamətində
çoxsaylı uğurlara imza atıldığını önə
çəkən natiq vurğuladı ki, ölkəmizin
qarşıdakı illərdə inkişaf yolları-
nı müəyyənləşdirən «Azərbaycan
2020 gələcəyə baxış» İnkişaf Kon-
sepsiyasında elm və təhsilin qarşı-
sında qoyulan mühüm vəzifələrdən
və bu istiqamətdə görülən işlərdən
söhbət açdı.
O, vurğuladı ki elmin məqsədi
yeni biliklər əldə etməkdirsə, təhsilin
vəzifəsi bu bilikləri insanlara çatdır-
maqdır. Elm və təhsil vəhdət halında
daim yeniləşir və inkişaf edir.
Sözünə davam edən İ.İsayev bil-
dirdi ki, son illərdə yüksək ixtisaslı
tibb kadrları hazırlayan Azərbaycan
Tibb Universitetinin maddi-texniki
bazası möhkəmlənmiş, Universi-
tetin nəzdində Onkoloji, Stomato-
loji, Tədris-Terapevtik və Tədris-
Cərrahiyyə
Klinikaları
fəaliyyət
göstərir. 2014-cü ildə Stomatoloji
Klinikanın nəzdində yeni Stomatolo-
ji Tədris Mərkəzi açılmışdır. Klinika
tibb elminin ən son nailiyyətlərinə
cavab verən müasir texnoloji ava-
danlıqlarla təchiz olunmuşdur ki, bu
da tələbə və rezidentlərin nəzəri və
praktik biliklərinin təkmilləşdirməkdə
müstəsna əhəmiyyətə malikdir.
2014-cü ildə Universitetin beynəl-
xalq təcrübəyə uyğun təkmil ləş-
diril məsi, yeni maliyyələş dir mə
me xanizminin tətbiqi sahəsində is-
lahatlar davam etdirilmiş, bu təhsil
müəssisəsinin təhsil–tədqiqat–in-
novasiya mərkəzlərinə çevrilməsinə
dəstək verən və rəqabət qabiliyyətli
mütəxəssis hazırlığını təmin edən
işlərə başlanmışdır.
Ali təhsil müəssisəsində aparılan
elmi-tədqiqatlar müasir standartlar
səviyyəsinə çatdırılması, elmin infor-
masiya təminatının güçləndirilməsi,
qrant maliyyələşdirilməsinin tətbi-
qi, beynəlxalq elmi əlaqələrin də-
rinləşdirilməsi sahəsində tədbirlər
görülməkdədir.
Hesbat ili ərzində universitetimi-
zin bir çox nailiyyətlər əldə etdiyini
söyləyən məruzəçi AMEA-nın bu il
keçirdiyi növbəti seçkilər zamanı 4
əməkdaşımızdan- bir nəfərin həqiqi,
üç nəfərin isə müxbir üzvülüyə seçil-
diyini, ölkə rəhbərliyinin milli səhiyyə
sisteminə xüsusi diqqət və qayğısı
sahəsində Azərbaycan səhiyyəsinin
inkişafındakı xidmətlərinə görə bir
qrup universitet əməkdaşlarının
fəxri adlara və xüsusi mükafatlara
layiq görüldüyünü qeyd etdi.
Bundan başqa ötən il elmin in-
kişafında mühüm nailiyyətlər əldə
edən alimləri daha yüksək səviyyəli
tədqiqatlara həvəsləndirmək və
Azər baycanda görkəmli alimlərin
xatirəsini əbədiləşdirmək məqsədilə
AMEA-da adlı mükafatlar təsis olun-
muşdur. II cərrahi xəstəliklər kafed-
rasının müdiri akademik Böyükkişi
Ağayev səhiyyənin və tibb elminin
fundamental, tətbiqi sahələrinin in-
kişafındakı çoxillik xidmətlərinə
və nailiyyətlərinə görə akademik
Mirəsədulla
Mirqasımov
adına
mükafata layiq görülmüşdür. Türk
Dünyası Araşdırmaları Uluslara-
rası Elmlər Akademiyasının tibb
sahəsində mühüm xidmətlərinə
görə universitetin patoloji fiziologiya
kafedrasının müdiri, professor Sabir
Əliyev «İbn Sina» diplomu ilə təltif
olunmuşdur.
Respublikamızın beynəlxalq miq-
yasda nüfuzunun artmasına və bu-
nun nəticəsində universitetimizdə bir
çox beynəlxalq konqres və konfrans-
ların, müxtəlif məzmunlu görüşlərin
keçirildiyini söyləyən İbrahim İsayev
hesabat məruzəsində qeyd etdi ki,
2014-cü ildə Azərbaycanda ilk dəfə
keçirilən “Bakı Elm Festivalı”nda Uni-
versitetimizin əməkdaşlarının iştirakı
elmimiz üçün böyük əhəmiyyət da-
şımaqla bərabər, gənc alimlərimizin
elmi nailiyyətlərinin təbliğində və
fəaliyyətlərinin
stimullaşdırılma-
sında önəmli yer tutur. Hesabat
ili ərzində ATU-nun elmi-pedaqoji
heyəti xarici ölkələrdə keçirilən 99
müxtəlif elmi konfrans, konqres və
simpoziumlarda 155 əməkdaşı işti-
rak etmişdir (onlardan 35 çıxış, 23
poster məruzə, 7 həmsədr olmuş-
dur).
Alimi səciyyələndirən göstəricilərə
diqqəti yönəldən natiq 2014-cü
ildə aparılan elmi-tədqiqat işlərinin
nəticələrini şərh edərək bildirib ki,
bunlar 12 monoqrafiya və kitab-
da (1–xaricdə), 18 dərslikdə, 44
dərs vəsaitində, 5 kitabça və sor-
ğu ədəbiyyatında, 3 elmi əsərlər
məcmuəsində, 419 elmi iş xaricdə,
724 Respublikada, 32 metodik töv-
siyyədə, 6 ixtiraya və 2 faydalı mo-
delə Azərbaycan Resublikasının
paten tində, 9 müsbət qərarda (o
cümlədən 1 xaricdə) öz əksini tap-
mışdır.
Başa çatmış elmi-tədqiqat işləri
üzrə 7 elmlər doktoru və 39 fəlsəfə
doktoru müdafiə edilmişdir.
2015-ci il yanvar ayının əvvəlinə
olan məlumata əsasən Azərbaycan
Tibb Universitetində ümumilikdə
1366 nəfər çalışır, onlardan 1244
professor-müəllim heyəti, həmçinin
RTEA akademiki–4, RTEA-nın müx-
bir üzvü–1, AMEA həqiqi üzvü–4,
Elmlər
Akademiyasının
müxbir
üzvü–6, Dövlət mükafatı laurea-
tı–4, ə.e.x.–29, əməkdar həkim–47,
əməkdar müəllim – 41, fəxri bədən
tərbiyəsi və idman işçisi – 3,
əməkdar bədən tərbiyəsi və idman
xadimi – 3, əməkdar əczaçı – 1,
əməkdar jurnalist – 1, elmlər doktoru
– 161, fəlsəfə doktoru –841, profes-
sor – 120, dosent – 331 nəfərdir.
ATU-nun beynəlxalq əlaqələrinin
də günün tələbləri səviyyəsində qu-
rulduğunu söyləyən prorektor ha-
zırda bu təhsil və elm ocağının dün-
yanın nüfuzlu ali təhsil müəssisələri
ilə sıx əməkdaşlıq etdiyini, bir
sıra universitetlərlə fəal tələbə və
mütəxəssis mübadiləsi apardı-
ğını deyib: “Universitet ali təhsil
sahəsində Avropa İttifaqı, Mərkəzi
və Şərqi Avropa ölkələri ilə Şərqi
Asiya ölkələri arasında əməkdaşlıq
üzrə TEMPUS TASİS proqramına
görə Transavropa əməkdaşlığının
üzvüdür.
ATU-nun beynəlxalq əlaqələri də
günün tələbləri səviyyəsində quru-
lur. Hazırda bu təhsil və elm ocağı
dünyanın 84-ə yaxın nüfuzlu ali
təhsil müəssisəsi ilə sıx əməkdaşlıq
edir, bir sıra universitetlərlə fəal
tələbə və mütəxəssis mübadiləsi
aparır.
Son üç ildə Azərbaycan Tibb
Universitetində
Avropa
İttifaqı-
nın MUMEENA (Qonşu Şərqi Av-
ropa Ölkələrində Tibb Təhsilinin
Modernləşdirilməsi) layihəsi çərçivə-
sində tibb təhsilinin müasirləşməsi
istiqamətində işlər aparılır.
Çıxışında Əsaslı kitabxananın
fəaliyyətinə də toxunan prorektor
dedi ki, Əsaslı kitabxanada elekt-
ron kitabxananın yaradılması işi ha-
zırda mövcud beynəlxalq elektron
nəşrlərinin oxuculara təqdim olun-
ması formasında həyata keçirilir.
Kitabxananın fondunda çoxlu sayda
elektron materiallar mövcuddur. La-
kin elektron kitabxananın yaradılma-
sında maneə olaraq alimlərimizin
əsərlərinin elektron variantının fon-
dumuzda mövcud olmamasıdır.
Azərbaycan tibb elmi bu gun dün-
ya səviyyəsində bir inkişaf yolun-
dadır. Hörmətli alimlərimizin kitab-
xanamızla əməkdaşlıq edərlərsə,
həm milli, həm də xarici dildə elmi
ədəbiyyatın daxil olduğu elektron ki-
tabxana yarada bilərik.
Bundan başqa, elektron kitabxa-
nanın yaradılması üçün irihəcmli
skanerin olması vacibdir. Onun
vasitəsilə fondda olan unikal tibbi
ədəbiyyat elektron kitabxana fondu-
na salına bilinər.
O, çıxışının sonunda xalqın sağ-
lamlığının keşiyində dayanmaq kimi
humanist bir vəzifə sahibi olduqlarını
heç vaxt unutmayan Tibb Universi-
teti əməkdaşlarının bundan sonra da
yorulmadan səhiyyənin inkişafına,
yeni tibb mütəxəssislərinin hazırlan-
masına öz töhfələrini verəcəklərinə
əminliyini bildirib.
Müzakirələr zamanı çıxış edən
professorlar Amalya Əyyubova,
Qalib Qarayev, Gəray Gəraybəyli,
Çingiz Rəhimov və Lalə Allah-
verdiyeva hesabatı qənaətbəxş
qiymətləndirərək universitetin elmi
potensialının yüksək olduğunu, apa-
rılan işlərin istiqamətinin düzgün
müəyyənləşdirildiyini
söyləyiblər.
Həllini gözləyən problemlərlə bağ-
lı təkliflərini irəli sürən natiqlər yerli
və beynəlxalq qrant layihələrində
iştirakın vacibliyindən söz açıblar.
Eyni zamanda elmi-tədqiqat işlərinin
aparılması məqsədilə xarici ölkələrə
ezam olunmuş əməkdaşların qayıt-
dıqdan sonra gördükləri işlər barədə
hesabat vermələrini məqsədəuyğun
hesab ediblər.
Məruzə və çıxışlarda səslənən
fikirlərə yekun vuran Əhliman
Əmiraslanov müzakirə olunan mə-
sələ nin vacibliyini önə çəkərək
tədrislə elmi-tədqiqat işlərinin pa-
ralel aparılmasının zəruriliyindən
danışıb: “Doğurdan da İbrahim
müəllimin hesabatı üzündən oxunan
standart bir məruzə deyildi, o geniş
analizlər apararaq ətraflı məlumat
verdi. Bu, o demək deyil ki, kafedra
əməkdaşları bir il müddətində elmdə
inqilab eləsin. İndi internet sistemi
var, onlar heç olmasa dünyada baş
verən elmi nailliyyətləri öyrənməlidir.
Amma təəssüflər olsun, elə insanlar
var ki, hesab edirlər dissertasiya-
nı müdafiə elədim daha mənə heç
nə lazım deyil. Biz xarici jurnalla-
ra hər il nə qədər vəsait ayırırıq ki,
əməkdaşlarımız onlardan faydalan-
sınlar. Lakin kitabxanadan mənə
məlumat verirlər ki, bir nəfər də ol-
sun o jurnalları sifariş vermir. Uni-
versitetin hər bir əməkdaşı-kafedra
müdirindən tutmuş professor və
dosentinədək hamı bilməlidir ki,
onlar pedaqoji işlə yanaşı, paralel
elmi–tədqiqatla da məşğul olmalı-
dır. Əgər hər hansı kafedrada bir il
ərzində bir elmi iş yazılmayıbsa bu
biabrçılıqdır. Mən həmişə deyirəm
ki, biz ilk növbədə pedaqoq olmaqla
bərabər, həm də elmi tədqiqatçıyıq.
Kafedralarda işləyənlərin böyük
əksəriyyəti elmi-tədqiqat işləri ilə
məşğul olmalıdırlar. Ona görə də
elmi tədrisdən ayırmaq mümkün de-
yil. Əgər bu gün kimsə elmi-tədqiqat
aparmırsa, öz sahəsinin səviyyəsini
yüksəltmirsə, burada yaxşı tədris-
dən söhbət gedə bilməz.” Universite-
tin elmi-tədqiqat laboratoriyalarında-
kı mövcud vəziyyətdən söhbət açan
rektor bu işləri yüksək səviyyədə
aparmaq üçün xaricdən lazımi ava-
danlıqların və reaktivlərin alınması
və gətirilməsi üçün xüsusi komissi-
yanın yaradıldığını bildirdi. Kafedra-
ların etdiyi müraciəti həmin komissi-
yaya araşdıracaq və onun əsasında
lazımi avadanlığı əldə edəcək. Rek-
tor daha sonra qarşıda duran bir
sıra görüləcək tədbirlərdən söhbət
açdı, müxtəlif məsələlər barədə şura
üzvlərini məlumatlandırdı.
Böyük Elmi Şura müsabiqə
məsələlərini həll etməklə öz işini
başa çatdırdı.
MƏNSUR
B Ö Y Ü K E L M İ Ş U R A D A
2014-cü il ərzində yerinə yetirilən elmi- tədqiqat işlərinin
vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib
m
Fevralın 23-də Böyük Elmi Şuranın növbəti yığıncağı keçirildi. Yığınca-
ğı açan ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov gündəliyə
keçməzdən öncə bildirdi ki, universitet rəhbərliyinin struktrunda müəyyən
yerdəyişmələr olub. Prorektorlar Sabir Əliyev tədris işləri üzrə, İbrahim İsayev
elmi işlər üzrə, Rafiq Məmmədhəsənov tərbiyə işləri üzrə, Natiq Xəlilov ümumi
işlər üzrə, Aydın Vəliyev təsərrüfat işləri üzrə tutduqları vəzifədə qalıblar. Lakin
müalicə işi və beynəlxalq əlaqələr üzrə prorektor, professor Əziz Əliyevin başqa
işə keçməsi ilə əlaqədar beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova
beynəlxalq əlaqələr və xarici tələbələrlə üş üzrə prorektor, Nadir Zeynalov isə
beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Səhiyyə nazirliyi
ilə aparılan məsləhətləşmələrdən sonra qərara gəlinib ki, müalicə işləri üzrə pro-
rektorluğa ehtiyac yoxdur. Klinika rəhbərlərinin öz işlərini mükəmməl idarə edə
bildiklərindən müalicə işlərinin müstəqil şəkildə aparılması da onlara həvalə edilib.