|
Рийазиййатчы алим
47
NƏSIL. AILƏ
Professor Hamlet İsayev (İsaxanlı) Qarayazıda məşhur
olan Hacıbayramlılar nəslindəndir.
Babası İsaxan Hacıbayramlı – Qaçaq İsaxan 20-ci illə-
rin sonu və 30-cu ildə Gürcüstan və Ermənistan ərazilərində
sovet rejiminə qarşı silahlı üsyan edib, öz şücaəti, mərdliyi
və yenilməzliyi ilə nəsillərin yaddaşına yazılıb. Qaçaq İsa-
xan haqqında aşıqlar dastanlar yaratmış, 100 illiyi Azərbay-
can və Gürcüstanda böyük təntənə ilə keçirilmişdir. Xalq
qəhrəmanının mübarizə ilə dolu həyatı və fəaliyyəti bədii
əsərlərdə və elmi tədqiqatlarda öz geniş əksini tapmışdır.
Stalin və Beriyanın İsaxan hərəkatından çəkindikləri və
ona qarşı güclü ordu və gizli casus şəbəkəsi tətbiq etdikləri
elmi mənbələrdən, arxiv materiallarından yaxşı məlumdur.
Nənəsi Zeynəb uşaqları və qohum-əqrabaları ilə 2 il
Qazaxıstan və Qırğızıstana sürgün edilmişdir.
Atası Abdulla İsayev uzun illər Kosalı kənd orta mək-
təbində riyaziyyat müəllimi işləyib, gəncliyindən el-obanın
hörmətini qazanmış ziyalı kimi tanınıb.
Həyat yoldaşı Nailə xanım İsayeva Qubada anadan
olub, Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib, həmçinin
musiqi təhsili var, mahnılar bəstələyir. Hazırda «Dünya»
məktəbinin direktorudur.
Dörd övladı var. Onlar savadlı, beş-altı dil bilən, və-
tənpərvər və təvazökar insan kimi tərbiyə alıblar.
Böyük qızı Aygün orta məktəbi Qızıl medalla bitirib,
riyaziyyat və menecment üzrə magistr təhsili alıb.
İkinci qızı Zeynəb orta məktəbi Gümüş medalla biti-
rib, ali tibb təhsili alıb.
Üçüncü qızı Aytən iqtisadiyyat və menecment üzrə
magistr təhsili alıb. Şahmat üzrə Azərbaycan yığma koman-
dasının üzvü olub.
48
Kiçik qızı Ülkər isə psixoloq olmaq istəyir.
49
HAMLET İSAYEV (İSAXANLI)
HAQQINDA ƏSƏRLƏR
Professor Hamlet İsayevin (İsaxanlının) çoxcəhətli fəa-
liyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış bədii, publi-
sistik və elmi məqalə və kitablarda öz geniş əksini tapmışdır.
Fuad Tanrıverdiyevin 1997-ci ildə nəşr olunmuş
«Hamlet İsaxanlı: Alim və qurucu ömrü» kitabında alimin
həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Bununla yanaşı
Azərbaycanda, Amerika Birləşmiş Ştatlarında, Kanadada,
Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda və başqa ölkə-
lərdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsay-
lı məqalələr yazıb dərc etdirmişlər.
Ölkəmizdə və xaricdə nəşr olunmuş bir çox monoq-
rafiya və elmi məqalələrdə professor Hamlet İsayevin (İsa-
xanlının) əsərlərinə istinad edilmiş və elmi fəaliyyəti layi-
qincə qiymətləndirilmişdir. Eyni zamanda Qərb və Şərq alə-
mində, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə onunla
dəfələrlə müsahibələr aparılmış, alim çoxsaylı radio və televi-
ziya verilişlərinin qonağı olmuşdur. Onlardan bu kitabçada
bəzi iqtibaslar aldıq…
Şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu,
Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Ham-
let İsayevə (İsaxanlıya) xüsusi şeirlər həsr etmişlər.
Onun bədii yaradıcılığı haqqında Azərbaycanda pro-
fessor Camal Mustafayev, Manaf Süleymanov, Mövlud Sü-
leymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Nəriman Hə-
sənzadə, Zəlimxan Yaqub, Kamran Nəzirli və digər çoxsaylı
müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo,
İranda, Gürcüstanda, Rusiyada müxtəlif elm və sənət adam-
ları dəyərli məqalələr yazıb dərc etdirmişlər.
Bununla yanaşı rəssamlıq, xalçaçılıq və mozaikaya
50
dair sənət nümunələrində Hamlet İsayevin (İsaxanlının) par-
laq obrazı yaradılmışdır.
Yazılanlardan seçmələr
Main Afza
(Blumenborq, ABŞ):
«Hamlet İsayev (İsaxanlı) Azərbaycan Respublikası,
böyük Azərbaycan xalqı üçün çox qiymətli töhfələr vermiş
əvəzolunmaz bir şəxsiyyətdir. O, görkəmli alim və maarif-
çidir.
Hamlet müəllim qeyri-adi uzaqgörən, yorulmaz və çox
istedadlı qurub-yaradan bir insandır. O, dərin hörmət və eti-
bar qazanmış və çoxlu ardıcılları olan parlaq bir liderdir!»
Nairə Tohidi,
professor,
(Los-Ancelesdəki Kaliforniya Universiteti, ABŞ):
«Professor Hamlet İsayevin (İsaxanlının) adı Azərbay-
can xalqının islahatlar dövrü mərhələsində, xüsusən təhsil
sisteminin inkişafında gənc və müstəqil Azərbaycanın tarixi-
nin müasirləşmə, tərəqqi və demokratiya pionerləri arasında
olacaqdır».
Raymond Mak Qi
(Los-Ancelesdəki Kaliforniya Universiteti, ABŞ):
«Hamlet müəllim bənzərsiz alim-rektordur. O, bir də-
yərli alim kimi riyaziyyat elminə əvəzsiz töhfələr vermişdir.
Dağılmış Sovet İttifaqından sonrakı keçid dövründə o, oriji-
nal bir universitet yaratmışdır. Xəzər Universitetini yarat-
maqla bu regionda Hamlet müəllim yeni dəyişikliklər, yeni
fikirlər dövrünün pioneri oldu.
51
Hamlet müəllimin rəhbərlik etdiyi Xəzər Universite-
tində yaratdığı abi-hava onu ali təhsil ocaqları içərisində ən
yüksək pilləyə qaldırmışdır. Burada işləmək və oxumaq bö-
yük xoşbəxtlikdir».
Van Dzen Bo,
«Çin gəncliyi» qəzetinin xüsusi müxbiri:
«...Mən Xəzər Universitetinin rektoru və yaradıcısı,
fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsayevə
(İsaxanlıya) bir insan kimi, bir alim, bir elm fədaisi kimi bö-
yük rəğbət bəsləyirəm. O, olduqca qısa müddət ərzində son
dərəcə ürəkaçan nailiyyətlər əldə edib».
Uilyam Roy,
doktor (Los-Ancelesdəki Kaliforniya Universiteti, ABŞ):
«Yeni bir qurum yaratmaq üçün geniş qaynaqları hə-
rəkətə gətirən, tənzimləyən və cəmləşdirən bir şəxsiyyəti təs-
vir edərkən sosioloqlar «qurum yaradıcısı» terminini işlədir-
lər. Mən bəzi cəmiyyətlərdəki istedadlı və görkəmli şəxsiy-
yətlər haqqında sinifdə, yaxud həmkarlarımla müzakirə
apardıqda qurum yaradıcısı misalı kimi həmişə Hamlet İsa-
yevi (İsaxanlını) göstərirəm. O, Sovetlər Birliyi dağıldıqdan
sonra və uzun illər sürən müharibədən sonra zəifləmiş bir
cəmiyyətdə ali təhsil verən bir qurum yaratmağa nail oldu.
Filosoflar və jurnalistlər Xəzər Universitetinə təriflər
yazmalıdırlar. Çünki bu universitet, həqiqətən, insan ruhu-
nun yüksəkliyinin əyani təsdiqidir. Sosioloqlar isə belə bir
qurumun nədən başqasında deyil, məhz bu cəmiyyətdə ya-
randığını araşdırmalıdır. Bu suala cavabın böyük hissəsi,
sözsüz ki, Hamlet İsayev (İsaxanlı) kimi qabiliyyətli bir şəx-
sin olmasıdır».
52
Yezdi Bhada,
doktor, Corciya Dövlət Universiteti, Biznes idarəçiliyi
proqramının direktoru (ABŞ):
«Mənim şübhəm yoxdur ki, professor Hamlet İsayevin
(İsaxanlının) rəhbərliyi altında «Xəzər» regionda ən yaxşı
ali məktəbə çevriləcəkdir. Onun ətraf gerçəkliyi başa düş-
məyi, məharətli rəhbərliyi, iti mühakimələri uğur qazanmaq
üçün əsas göstəricilərdir».
Tomas Yanq,
Böyük Britaniyanın Azərbaycandakı səfiri:
«Rektor, professor Hamlet İsayevin (İsaxanlının) ağıllı
rəhbərliyi altında kollektiv və tələbələr təhsildə təkmilləşmək
üçün daim yeni yollar axtarırlar».
Hafiz Paşayev
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri:
«Hamlet müəllimin fəaliyyəti respublikamızın icti-
maiyyətinə yaxşı bəllidir. Öz elmi işini riyaziyatçı kimi baş-
layıb, həmin sahədə dəyərli nəticələr əldə etdikdən sonra o,
elm, təhsil, humanitar və ictimai sahələrdə daha geniş fəa-
liyyətə qoşulmuş və ölkəmizdə keçirilən islahatlar üçün
əhəmiyyətli konkret işlər görmüşdür.
Professor Hamlet İsayev (İsaxanlı) elmin və təhsilin
inkişafında sərhədsiz mübadilə və ünsiyyətin vacib olmasını
hələ Sovet dövründə yaxşı dərk edib, Azərbaycan elminin xa-
ricdə tanınması üçün əlindən gələni etmişdi. Həmin təcrübə,
yaratdığı əlaqələr inanıram ki, hazırda Xəzər Universitetinin
işlərində əvəzsizdir.
Onun Amerika universitetləri ilə birgə proqramlar üz-
rə müvəffəqiyyətlə apardığı işləri qeyd edərək, məmnuniy-
yətlə yada salıram ki, səfirliyimizin müdaxiləsi ilə ABŞ höku-
mətinin Azərbaycanda maliyyələşdirdiyi ilk təhsil layihəsi
53
məhz Hamlet müəllimin yaratdığı və rəhbərlik etdiyi universi-
tetlə bağlı olmuşdur».
Rza Mahmudov,
professor:
«Tarixdə müdrik insanlarla bir dövrdə yaşamağın özü
xöşbəxtlikdir. Lakin belə şəxslərlə, belə insanlarla lap uşaq
çağlarından bir yerdə olmaq, bir yerdə böyümək, həyatın
paralel anlarını birgə yaşamaq, məncə, ikiqat xöşbəxtlikdir.
Haqqında söhbət gedən görkəmli alimimiz, professor İsayev
(İsaxanlı) Hamlet Abdulla oğludur».
Zəlimxan Yaqub,
xalq şairi, millət vəkili:
«Hamlet İsaxanlı - gözəl insan və böyük alim!
Bu qün varlığıyla vətəninə bağlı əsil Azərbaycan vətən-
daşı! Yüksək intellekt, böyük ağıl, güclü zəka, nadir istedad
sahibi!
Təkcə Gürcüstan azərbaycanlılarının deyil, təkcə Azər-
baycan Respublikasının deyil, dünya azərbaycanlılarının ən
şöhrətli nümayəndələrindən biri!
Dünyanın bir çox ölkələrində Azərbaycan elminin şərəfini
göylərə qaldıran, alın tərinə, əl qabarına, yuxusuz gecələrə
arxalanan sadə və səmimi, ciddi və qayğıkeş, tələbkar və
inadkar, namuslu elm fədaisi! Kökünə, nəslinə, torpağına,
ədəbiyyatına, tarixinə, musiqisinə dərindən bələd olan, öm-
rünü elmi, bədii, siyasi, psixoloji, tarixi axtarışlara həsr
edən bir neçə sahənin yorulmaz tədqiqatçısı! Dünyanın müx-
təlif millətlərə və ölkələrə məxsus olan ən böyük alimlərini
heyrətə gətirən Vətən oğlu!
Borçalı azərbayçanlılarının qəhrəmanlıq tarixinə şanlı sə-
hifələr yazmış igid və məğlubedilməz İsaxan babanın adına,
tərcümeyi-halına layiq olan nəvə, nəslin nüfüzlu davamçısı!
54
Övladlarını da özü kimi elmin sonsuz və müqəddəs üfüqlə-
rində pərvazlandıran ata, gözəl ailə başçısı!
«Xəzər» adlı dünya şöhrətli universitetin - elm məbədinin
yaradıcısı, rəhbəri, təşkilatçısı!
Uğurlar olsun Hamlet İsaxanlıya!!!»
Marianna B.Veyrner,
Los-Anceles, ABŞ:
«...Mən çox yerlərdə olmuşam və çox görmüşəm. Lakin
Hamlet İsayevin (İsaxanlının) böyük zəhmət bahasına əldə
etdiyi nailiyyətlər heç bir şeylə müqayisəyə gəlməz. Mən
onunla tanışlığı həyatımın qismət payı hesab edirəm».
Manaf Süleymanov,
xalq yazıçısı:
«İlk görüşdən ondakı sadəlik, səmimiyyət və xoşniyyət mə-
ni valeh etdi.
Onun şəxsi mədəni keyfiyyəti, bədnəzərdən iraq fəaliyyəti
xalqın övladlarına təhsil vermək, mədəniyyətimizi yüksək zir-
vələrə qaldırmaq, görünür ki, onun anadangəlmə xasiyyətidir.
Hamletin gələcəkdə də uzun illər belə yüksək səviyyədə
vətən övladlarını yetişdirməsini ürəkdən arzu edir, ona uzun
ömür, yaradıcılıq fəaliyyəti diləyirəm. Əbəs yerə deməyiblər
ki:
Ayinəsi işdir kişinin, lafə baxılmaz,
Şəxsin görünür rütbeyi-əqli əsərindən».
İsmət Əhmədov,
dosent, Xəzər Universiteti:
«Tanış olduğum az bir müddət ərzində Hamlet müəl-
limdə iki mühüm keyfiyyət aşkar etdim. Bunlardan birincisi,
onun müstəqil olmasıdır. İkıncisi, Hamlet müəllimin hamı-
55
dan fərqli olaraq, ən çətin anlarda belə şikayət etməməsidir.
Bu keyfiyyət də məncə, onun müstəqilliyindən, məsələni öz
gücü ilə həll etmək istədiyindən və inamından irəli gəlir».
Mirabbas Qasımov,
akademik:
«Onun müstəqilliyi, təşəbbüskarlığı, yeni elm sahələ-
rinə, ehtiyat etmədən, cəsarətlə girişməsi Hamlet İsayevdə
(İsaxanlıda) tələbəlik vaxtından müşahidə etdiyim və xoşuma
gələn cəhətlərdəndi.
Ümumiyyətlə, Hamlet İsayev (İsaxanlı) ən geniş riyazi
biliyə sahib olan alimlərimizdəndir. O, müasir riyaziyyatın
inkişaf meyillərini, istiqamətlərini hiss edən, müxtəlif, bəzən
bir-birindən çox uzaq sahələrdə dərin biliyə sahib bir riya-
ziyyatçıdır, geniş əhatəiliyi ilə diqqəti cəlb edir. Hamletlə
lap tələbəlik illərindən bir çox elmlərin çeşidli sahələrindən
saatlarla müzakirə aparmaq olurdu.
Eyni zamanda, onun tarix, təhsil siyasəti, siyasi və hu-
manitar elmlər sahəsində Hamlet İsaxanlı adı altında apar-
dığı tədqiqatları, elmi və elmi-publisistik yazıları tək-tək
alimlərə xas olan hərtərəflilik nümunəsidir.
Hamlet müəllimin təşkilatçılıq qabiliyyəti isə artıq ha-
mıya bəlli, hamını heyran edən bir cəhətdir.
Hamlet İsayev (İsaxanlının) təsis etdiyi, inkişaf etdir-
diyi Xəzər Universiteti isə bənzərsizdir, Azərbaycanda və ya-
xın ölkələrdə ən yüksək səviyyəli elm və təhsil ocağı kimi
məşhurlaşmışdır.
Enerjisi aşıb-daşan, yeni addımlar atmağı özündə bir
adətə çevirən Hamlet İsayevdə (İsaxanlıda) dəyişməyən, hə-
mişəki kimi qalan cəhət isə insanpərvərlik, gülərüzlülükdür,
yaradıb-qurmaq həvəsidir».
56
Camal Mustafayev,
professor:
«İdrak fəallığı insan varlığını ruhən zənginləşdirən,
nəcibləşdirən amildir. Belə batini yetkinlik öz həyatiliyini sə-
mərəli fəaliyyətdə bildirir. Yaradıcı alimlərin əməyi bu cə-
hətdən xüsusilə yüksək qiymətləndirilir. Burda Hamlet İsa-
yev (İsaxanlı) özünəməxsus görkəmli yer tutur.
Mən onun ömür yoluna dünyaya gəldiyi gündən bə-
lədəm. Onda uşaqlıq dövründən bilmək, mütaliə eşqi müşa-
hidə edilirdi.
Hamlet riyaziyyatla məhdudlaşmır; onun maraq dai-
rəsi olduqca əhatəlidir. Rasional təfəkkürlə mənəvi mədəniy-
yəti özündə bir vəhdətdə birləşdirib. Avropa, Şərq, rus elmi,
bədii fikrindən səmərəli faydalanır. Ancaq bu mənbələrdən
əxz etmək onu milli kökümüzdən ayırmır. Əksinə, mənəvi
varlığımızı müqayisəli şəkildə dərindən anlamağı şərtlən-
dirir. Hamlet musiqimizi, şeirimizi, folklorumuzu müfəssəl
bilən, duyan ziyalıdır. Bu xüsusda onunla zaman-zaman ma-
raqlı söhbət edirik. Belə söhbətlərdə zəngin estetik zövqə
malik olduğunu duyursan».
Elimxan Mahmudov,
professor:
«Hamleti hamımıza sevdirən xüsusiyyətlərdən biri də
onun olduğu kimi görün, göründüyün kimi ol prinsipi ilə,
haqsızlığa, ədalətsizliyə qarşı mübarizə etmək prinsipi ilə
yaşamasıdır. Məhz bu baxımdan daxildən gələn bir atəşlə,
sevgiylə, vətəndaşlıq əzmiylə yoruldum demədən, ruhdan
düşmədən çalışır bu Böyük Dost. Bu nəcib insan! Böyük
tədqiqatçı! Sanki tarixin qara küləklərinin, qasırğalarının
xalqımıza, yurdumuza gətirdiyi bəlalara, qanlara, qaranlıq-
lara maarif işığı yandırmaqla cavab vermək, etirazını bildir-
mək istəmişdir bu Böyük Qurucu!».
57
Nijad Mikayılzadə,
dosent, Xəzər Universiteti,
Azərbaycan Dövlət Tibb Universiteti:
«Xəzər Universitəsi zəmanəmizin tələbindən yaranıb.
Yeniliklərin uğur qazanmasında şəxsiyyət böyük rol oynayır
desəm, Amerika kəşf etmərəm. «Xəzər»in gələcəyini mən bi-
lavasitə universitənin rektoru, professor Hamlet İsayev (İsa-
xanlı) ilə bağlayıram. O, erudisiyalı alim, qabiliyyətli təşki-
latçı, ən mühümü, fövqəladə dərəcədə təvazökar və sadə in-
san xüsusiyyətlərini özündə birləşdirir. Çox sevindirici hal-
dır ki, universitədə xeyirxahlıq və qayğıkeşlik, insanlara həs-
sas münasibət, insanın yaradıcılıq imkanlarının açılması və
çiçəklənməsi üçün əlverişli şərait hökm sürür».
Dostları ilə paylaş: |
|
|