R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə24/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   20   21   22   23   24   25   26   27   ...   177

51 
 
L.Lokhart  göstərir  ki,  ucqarlardakı  vəziyyət,  demək  olar  ki,  mərkəzi 
hakimiyyətin  nəzər-diqqətindən  kənarda  qalmışdı.  Yerli  hakimlər  və  digər 
funksionerlər  özbaşınalıqla r  edir,  hər  bir  məsələyə  yalnız  öz  şəxsi  mənafeləri 
baxımından yanaşırdılar. Onlar «vəzifələrin pulla alınıb-satıldığı bir zaman tutduqları 
mövqeni  mü mkün  qədər uzun  müddət qoruyub saxlamaq  və  ya yeni  mənsəb  əldə 
etmə k 
məqsədilə 
şahın  nazirlərinə  böyük  məb ləğdə  rüşvət  vermək 
məcburiyyətində  qalırdılar.  Bu  da  təbii  ki,  yerli  əhalinin  amansızcasına  talan 
edilməsinə səbəb olurdu» (246, s. 44). 
Y.H.Cəlalyan  mə mur özbaşınalığın ı belə b ir  faktla  göstərir  ki, «...məvacib 
alan  bütün  kənd  və  digər  yaşayış  məntəqələrinin  hakimləri,  həmçin in  təyin 
olunmuş  sərkərdələrdən  ...  onlara  müəyyən  olunmuş  məvacib in  1/10  h issəsi 
dövlətin  xeyrinə  tutulurdu.  Onlar  isə  öz  növbələrində  bunu  öz  vəsaitlərindən 
ödəmir,  tabeliklərində  olanlardan,  özü  də  artıqlaması  ilə  toplayırdılar...  Bundan 
əlavə... onlar  (qeyri-müsəlman - R.D.) qız və oğlanları zorla tutub aparır, kişi və 
qadınlara  zorən  islamı  qəbul  etdirir,  qalanlarının  isə  (yəni  onların  qohumlarının) 
əmlakını  əllərindən  alıb,  dinini  dəyişənlərə  (müsəlmanlığı  qəbul  etmişlərə  -R.D.) 
verird ilə r...»(6, s. 21). 
«Təzkirat əl-mülük»də XVII-XVIII əsrlərin hüdudlarında Səfəvi dövlətində 
yüksək  vəzifəli  saray  əyanlarının  siyahısı  və  onların  müxtəlif  sahələr  üzrə  illik 
gəlirləri  barədə  müfəssəl  məlumat  verilir.  Mənbədən  mə lu m  olur  ki,  saray 
əyanlarının  b ir  q rupu,  habelə  əyalət  hakimləri  bütün  əsas  gəlir  mənbələrini  öz 
əllərində cəmləşdirərək, eyni zamanda çox yüksək məvacib alırlarmış (69, s. 104-106). 
Lakin  ««Təzkirat  əl-mülük»də  göstərilən  rəqəmlər  dövlət  xid mətində  olan  feodal 
əyanların  yalnız  rəsmən  müəyyən  edilmiş  məvacibləri,  habelə  tiyuldan  gələn 
gəlirlərinin pulla ifadəsidir. Əslində isə feodallar bir qayda olaraq, öz təbəələrindən 
divanın  müəyyən  etdiyi  məbləğdən  xeyli  çox  miqdarda  gəlir  götürürdülər»  (133, 
s.137).  XVII  əsrin  sonu  XVIII  əsrin  əvvəllərində  yerli  feodallar  mə rkə zi 
hakimiyyətin  mövqelərinin  zəiflə məsindən  istifadə  edərək,  ayrı-ayrı  vilayətlərin  
iqtisadiyyatını  öz  əllərinə  alaraq,  şəhər  və  kəndlərin   əhalisin in  amansızcasına 
istismarı  sayəsində  böyük  sərvət  toplayırdılar.  Məhz  yerli  feodalların  iqtisadi 
mövqelərinin  güclənməsi  mərkəzdənqaçma  meyllərinin  artmasına  və  XVIII  əsrin  
birinci  rübündə  onların  açıqcasına  antisəfəvi  mövqedən  çıxışlar  etmələrinə  yol 
açır. Maraqlı  faktdır ki, «Bakının neft və duz mədənlərindən böyük vəsait əldə edən 
şah  xəzinəsi  həmin  gəlirləri  şah  hökuməti  qarşısında  göstərdiyi  xid mətlər 
müqabilində  ayrı-ayrı  feodallar  arasında  səxavətlə  bölüşdürürdü.  Məsələn,  şah 
Hüseynin  ...  1699-cu  ilə  aid  fərmanından  göründüyü  kimi,  Bakın ın  neft,  duz 


52 
 
mədənlərindən  gələn  gəlirdən  hər  il  12  tümən  Ka xetiya  hakimi  Rüstəm  xan  
Badadibəyin məvacibinə yönəldilirmiş» (133, s. 137). 
Yüksək  səviyyəli  dövlət  məmurlarının  məvacibləri  ilə  bağlı  məlu matlara 
İ.P.Petruşevskinin,  Rafael  dü  Manın  verdiyi  və  «Təzkirat  əl-mülük»də  verilmiş 
məlu matları tutuşduraraq etdiyi müqayisədə rast gəlirik. Onun tərtib etdiyi siyahını 
tədqiqat işimizin məqsədlərinə bilavasitə aidiyyatı olduğundan nəzərə çatdırırıq: 
 
  Mə murlar  
    Illik gəlir, min dinarla 
 
Rafael  dü  Mana  görə 
(1660-cı il) 
  «Təzkirat ə l- 
   mü lük»ə görə  
Baş vəzir 
Qorçubaşı 
Sədn-əzə m 
Tüfəngçibaşı 
Mirşikar 
Divanbəyi 
Qullarağası 
Topçubaşı 
Mustoufi əl-məmalik 
10.000 15.000 

10.000 
6.000 
30.000 
15.000 
20.000 
20.000 
8.230 
14.910 
13.600 
7.110 
10.500 
5.000 

5.000  
3.020 
                                                                                                                     (178, s. 199). 
Cədvəldən göründüyü kimi, bizi maraqlandıran dövrdə, yəni XVII əsrin sonu - 
XVIII  əsrin  əvvəllərində  məmurların  gəlirlərinin  (rəsmi  gəlirlərin)  əhəmiyyətli 
dərəcədə azalması müşahidə olunur. Digər tərəfdən, «Təzkirat əl-mülük»dən məlum 
olduğu  kimi,  pul  sikkələrində  nəcib  metalların  miqdarının  xeyli  azalması  pulun 
nominal dəyərinin enməsinə səbəb olur (69, s. 59-71; 133, s. 139). 
Bürokratik  aparata  gəlincə,  onun sayı  şah  I  Abbasdan sonra  nəinki  ixtisar 
olunmur, ə ksinə, daha da artırdı. I Abbasın 44  minlik nizami ordusu var idisə (178, 
s.  81),  II  Abbasın  dövründə,  XVII  əsrin  II  yarısında  ordu  iki  dəfədən  də  çox 
artmışdı.  Bu  da  təbii  ki,  Səfəvi  dövlətinin  gəlirlərinin  xeyli  hissəsinin  ordunun 
ehtiyaclarına yönəldilməsini tələb edirdi. Məsələn, 40-50 minlik tüfəngçilərin hər biri 
ildə  4-5  tümən,  18  min  qulamın  hər biri  isə  5-8  tümən,  təqribən  elə  bu  qədər  də, 
sayı 22  min olan qorçular  məvacib alırdılar (133, s. 140). Bu, ancaq nizami ordunun 
xərcləri  idi,  bura  xeyli  sayda  muzdlu  döyüşçüləri  də  əlavə  etsək,  (məsələn,  təkcə 
Azərbaycanda XVII-XVIII əsrlərin hüdudunda 23 min çərik var idi - 178, s. 142; 133, 
s. 140), hərbi xərclərin həcmini təsəvvür etmək çət in olma z. 


53 
 
XVII əsrin sonunda sıravi döyüşçülərin gəlirləri mə murların rəsmi gəlirlə ri ilə  
müqayisədə  daha  çox  azalmışdı.  Qoşunun  məvacib  almaması  Səfəvi  dövlətinin  
ma liyyə  vəziyyətinin  çətinləşməsi  ilə  ə laqədar  idi  ki,  nəticədə  «onlar  (əsgərlər  - 
R.D.) yalnız qarətlər hesabına yaşayırdılar» (16, s. 49-51; 133, s. 140). 
P.Buşevin  fikrincə,  Səfəvi  dövlətində  iqtisadi  vəziyyətin  çətinliyini 
xa rakterizə  edən  cəhətlərdən  biri  səfir  və  e lçilərə  münasibətdə  dövlətin  üzərinə 
götürdüyü maddi öhdəlikləri yerinə yetirə bilməməsində özünü biruzə verird i. Belə 
ki,  Vo lınski  missiyasına  azuqə  pulunun  ödənilməsi  məsələsi  şah  hökuməti  üçün 
böyük  başağrısına  çevrilir.  P.Buşevin  fikrincə,  «şah  xəzinəsinin  maliyyə  cəhətdən 
tükənmiş vəziyyətdə olması Etimadül-Dövləni bu xərci (azuqə pulunun ödənilməsini - 
R.D.) Şamaxı xanının üzərinə qoymağa vadar edir. Xosrov xan (Şamaxı  xanı - R.D.) 
bütün digər ucqarların  feodalları  kimi,  mərkəzi hakimiyyətin  zəifliy indən istifadə 
edərək,  topladığı  vergilərin  bir  hissəsini  özü  mənimsəyir,  şahın  xərclərini  «öz 
cibindən» ödəmək istəmirdi» (102, s. 230). 
A.Volınski  yazır  ki,  Şirvan əyalətinin  illik  gəliri  8  min  tümən  (80  min  rubl) 
olduğu halda,  «şəhər  hakimləri...  2-3  dəfə çox  -  200  min  rubl  toplayır, öz  ciblərinə 
bölüşdürürdülər» (102, s. 249; 32, s. 553-554). 
Məlum olduğu kimi, əsrlər boyu Səfəvi İranında kəndlilərin üzərinə soyurset 
mükəlləfıyyəti qoyulmuşdu. Bunun mahiyyəti ondan ibarətdir ki,  kəndlilər onların  
yaşadıqları  ərazidən  keçən  dövlət  məmurlarını  təmənnasız  olaraq, həm  gecələmək 
üçün yerlə, həm  də  ərzaq və digər sursatlarla təmin  etməli  idilər  (123,  s.  304-305). 
Təbii  ki,  mərkəzi  hakimiyyətin  zəiflədiyi  va xtlarda  kəndlilər  belə  arzuolunmaz 
«səyahətçilərə» qarşı hətta silah işlətməklə çıxış edirdilər. Məsələn, 1716-cı ilin 18 
dekabrında  Bərzənt  kəndinə  Volınski  missiyasının  üzvləri  üçün  mənzil  kirayə  etmək 
üçün gəlmiş mehmandarın adamlarını yerli sakinlər döymüşdülər (32, s. 75 ob). 
Mərkəzi  hakimiyyətin  zəifləməsinin  göstəricisi  kimi,  yollar  və  karvan 
marşrutlarının nəzarətsizliyini, onların təhlükəsizliyinin isə yox dərəcəsində olmasını 
misal  çəkmək  olar.  L.Lokhart  yazır  ki,  « Yolları  qorumalı  olan  mühafizəçilər  - 
rahdarlar  hər  hansı  hadisə  baş  verərkən,  yaranmış  qarışıqlıqdan  istifadə  edərək, 
qorumalı  olduqları  adamlarla  kobud  və  sərt  davranaraq,  onları  çox  vaxt  özləri 
soymaqla  məşğul olurdular»  (246, s.  44).  R.Seyvori bununla  bağlı  yazır  ki,  «dövlət 
işlərinə biganəlik həm Süley man, həm də Sultan Hüseyn hakimiyyətinin ... xarakterik 
cəhəti olmuşdur. Bu biganəlik imperiya daxilində korrupsiya, rüşvətxorluğun artması və 
əyabtlərdə idarəetmənin effektsizliyi ilə nəticələnirdi. Yolların təhlükəliliyi... artmışdı. 
Yola  çıxmış  adamlar  onları  qorumalı  olan  məmurlar  tərəfindən  qarət  olunurdular» 
(264, s. 241). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə