Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Kalkulyasiya  hesabları  tikilən  və  ya  əldə  edilən  torpaq,  tikili  və



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə22/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   18   19   20   21   22   23   24   25   ...   323

48 

Kalkulyasiya  hesabları  tikilən  və  ya  əldə  edilən  torpaq,  tikili  və 

avadanlıqların,  tədarük  edilən  maddi  qiymətlilərin,  istehsal  edilən  məhsulların, 

yerinə  yetirilən  iş  və  xidmətlərin,  satılan  məmulatların  və  i.a.  maya  dəyərini 

müəyyən etmək üçün istifadə edilir. 

Nəticə  hesablan  təşkilatın  təsərrüfat  fəaliyyətlərinin  nəticələrini  aşkara 

çıxarmaq üçün istifadə edilir. 

İqtisadi məzmununa görə hesabların təsnifatı, uçotun hər bir obyektini əks 

etdirməkdən  ötəri  hansı  hesabın  lazım  olduğunu  müəyyən  etmək  üçün  vacibdir. 

Ona  görə  onda  hesablar  hansı  obyektlərin  liçotu  üçün,  onların  müəyyən 

edilməsindən asılı olaraq qruplaşdırılır. 

Təsərrüfat əməliyyatlarının iqtisadi məzmununa görə təşkilatın vəsaitlərinin 

uçotu  üçün  olan  hesablar:  a)  torpaq,  tikili  və  avadanlıq  hesablarına,  b)dövriyyə 

vəsaitləri hesablarına, c) dövriyyədənkənar vəsaitlər hesablarına bölünürlər. 

Dövriyyə  vəsaitləri  və  istehsalat  proseslərinin  uçotu  üçün  istehsalat 

ehtiyatları hesabları, istehsalat prosesləri hesabları və tədavül prosesləri hesabları 

tətbiq edilir. 

İstehsalat  ehtiyatları  hesablarında  əmək  əşyaları  faktiki  qiymətlə  əks 

olunurlar. 

Tədavül prosesində vəsaitlərin uçotu üçün olan hesabatlar: a) hazır məhsul, 

mallar və satış hesablarına, b) pul vəsaitləri və hesablaşmalar hesabına bölünürlər. 

Pul vəsaitləri hesabları təşkilatın kassada və bankdakı hesablarda olan pul 

vəsaitlərinin miqdarını və hərəkətini əks etdirmək üçündür. 

Öhdəlik hesablarında təsərrüfat təşkilatının başqa idarə, təşkilat və şəxslərlə 

hesablaşmaları əks olunur. Bu qrupun bir çox hesablarında nəinki debitor borcları, 

həm  də  kreditor  borcları  əks  olunur.  Buna  görə  onlardan  çoxu  hesabların 

vəsaitlərin mənbələri qrupunda göstərilirlər. 

Vəsaitlərin mənbələrinin miqdan, hərəkəti və onların məqsədli təyinatlarının 

uçotu  üçün  hesablar  xüsusi  vəsaitlərin  mənbələri  hesablarına  və  cəlb  edilmiş 

vəsaitlərin  mənbələri  hesablarına  bölünürlər.  Öz  növbəsində  təşkilatın  xüsusi 

vəsaitlərinin  mənbələri  hesablanna  və  məqsədli  təyinatlı  xüsusi  vəsaitlərin 

mənbələri hesablarına bölünürlər. 


49 

4.6.

 

Mühasibat uçotunun hesablar planı-uçotun 

təşkili sisteminin əsasıdır 

Təsərrüfat fəaliyyətini  müşahidə  etmək  üçün  lazım  olan  bütün  göstəricilər 

mühasibat  uçotunda  hesablar  əsasında  əks  etdirilir.  Hesablar  təsərrüfat 

vəsaitlərinin vəziyyəti və hərəkətləri, onlann mənbələrinin miq- dan və dəyişilmələri 

haqqında, təsərrüfat proseslərinin gedişi və nəticələr haqqında məlumatları özündə 

əks etdirir. Mühasibat hesablannda əks olunmuş informasiyalar hər bir təşkilatın 

idarəetmə aparatını müəyyən qərarların qəbul olunmasında təmin etməklə yanaşı, 

kənar  istifadəçilərin  tələblərini  də  ödəməlidir.  Mühasibat  uçotunun  metodoloji 

prinsiplərinin 

tənzimləməsi 

“Mühasibat 

uçotu 

haqqında” 

Azərbaycan 

Respublikasının  2004-cü  il  26  iyun  tarixli  Qanunu  ilə  Azərbaycan  Respublikası 

Maliyyə Nazirliyinə həvalə olunmuşdur. Respublikada mühasibat uçotu sahəsində 

bütün yeni normativ sənədlərin, onların forma və rekvizitlərinin yaradılması və ya 

sənədləşdirmə  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  razılığı  olmadan 

həyata keçirilə bilməz. 

Təsərrüfat  fəaliyyətini  əks  etdirmək  üçün  lazım  olan  hesabların  və 

subhesablarm  sistemləşdirilmiş  siyahısına  mühasibat  uçotunun  hesablar  planı 

deyilir. 

Bir  qayda  olaraq,  hesablar  planına  təkcə  sintetik  hesablar  deyil,  həm  də 

onları hissələrə ayıran subhesablar da daxil edilir. 

Hesablar  planının  işini  yüngülləşdirmək  məqsədi  ilə  hesablann  müvafiq 

qrupa  aid  olmasını  müəyyən  etmək  üçün  hər  bir  hesaba  şifr  (nömrə),  yəni  şərti 

rəqəm  işarəsi  verilir.  Mühasibat  qeydləri  zamanı  hesablann  adlarının  əvəzinə 

onlann  şifrləri  göstərilir  ki,  bu  da  uçotu  əhəmiyyətli  dərəcədə  sürətləndirir, 

sadələşdirir və onun mexanikləşdirilməsini yüngülləşdirir. 

Hazırda respublikanın kommersiya təşkilatlannda tətbiq olunan mühasibat 

uçotunun hesablar planı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1995-ci il 

20 sentyabr tarixli 1-94 saylı əmri ilə təsdiq olunmuş və 1996-cı ilin yanvar ayının 

1-dən  qüvvədədir.  Qeyd  olunan  hesablar  planına  uyğun  olaraq  onun  tətbiq 

olunmasına dair təlimat da qəbul olunmuşdur. 

Mühasibat uçotunun dəqiqləşdirilmiş hesablar planı 9 bölmədən ibarət olub 

76 sintetik və 11 balansarxası hesablan özündə əks etdirir. 

Mühasibat uçotunun hesablan aşağıdakı bölmələr üzrə qruplaşdırıl- mışdır; 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə